Məhkəmə qərarları › İş №2-1(102)-67/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-67/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-67/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)2019/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-ci ildə “Heyvanlarla baytar işləmələri, binaların dezinfektor operatoru” ixtisası üzrə 115 nömrəli texniki peşə məktəbinə (Kürdəmir Peşə liseyi) daxil olmuş və xx.xx.1983-cü ildə həmin peşə məktəbini bitirmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfi ndən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1983-ci il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmət keçmişdir.

3. İddiaçının И0064825 nömrəli, 15 aprel 1986-cı il tarixli əmək kitabçası ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək kolxozçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək operator peşəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cu il tarixədək quyuların əsaslı təmiri üzrə 4-cü dərəcə qazmaçı köməkçisi və 5-ci dərəcə qazmaçı peşəsində işləmişdir.

4. Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli arxiv arayışının məlumatlarına əsasən müəyyən edilir ki, minimum əmək iştirakı norması 1979-1983-cü illərdə 180 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1979-cu ildə 135 gün, 1980-cı ildə 202 gün, 1981- ci ildə 191 gün, 1982-ci ildə 182 gün, 1983-cü ildə 88 gün işləmişdir. 5. “X2 LTD” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli güzəştli arayışda iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il ildən xx.xx.2006-cı il tarixədək işlədiyi operator və qazmaçı (qazmaçı köməkçisi) peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 10-cu bölməsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” üzrə 10.2-ci yarımbölməsinin a) hissəsində nəzərdə tutulmuş quyuların əsaslı təmirinin qazmaçıları və quyuların yeraltı təmiri üzrə operatorlar peşələ rinə uyğun olduğu qeyd edilmişdir.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

7. Cavabdeh 25 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 01 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən (24 il 04 ay 25 gün) azdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 24 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyi n edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə ki, 1979-cu il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi xidmət müddəti nəzərə alındıqda, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun ümumi iş stajının tələb olunandan az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina edilmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 01 yanvar 2006-cı ilədək ümumi iş stajı 24 il 04 ay 25 gün təşkil edir, yəni 25 ildən azdır. İddiaçının qeyd etdiyi Kürdəmir rayonu Karrar kəndində yerləşən “R.Axundov” adına kolxozda işlədiyi illərin iş stajı kimi nəzərə alınmaması barədə iddiası isə tamamilə əsassızdır. Belə ki, iddiaçıya təqdim olunmuş pensiya təyinatından imtina haqqında məkt ubda onun ümumi iş stajı kimi nəzərə alınmış dövrlər qeyd edilmişdir ki, əmək kitabçasının surətində onun 1983-1986-cı illərdə kolxoz üzvü olduğu qeyd olunduğundan, həmin illər hesablama zamanı nəzərə alınmışdır. Lakin iddia ərizəsində qeyd olunmuş 1979-1983-cu illər arasındaki dövr ərzində kolxozda işlədiyi dövr barədə iddiaçıya dair kolxozçunun əmək kitabçasında hər hansı qeydin olmaması səbəbindən həmin dövrün onun ümumi iş stajına daxil edilməsi mümkün sayılmır.

11. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-2736/2022 nömrəli qərarı (hakim X4) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərbi xidmət, təhsil və əmək kitabçasında qeyd olunan iş müddətləri nəzərə alındıqda, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (19 il 08 ay 10 gün + 02 il 07 ay 20 gün + 02 il 28 gün = 24 il 04 ay 29 gün) olduğu müəyyən olunur. Təkzib olunmaz haldır ki, sözügedən stajı nəzərə aldıqda iddiaçının ümumi iş stajı ilə bağlı şərt ödənilməmiş olur. Lakin, nəzərə alınmalıdır ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun kolxozda işlədiyi müddətlə bağlıdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının kolxozda işləməsi barədə məlumat əks olunmasa da, həmin dövrə aid məlumatlar mövcud olan a rxiv arayışında və əmək haqqı cədvəllərində öz əksini tapmışdır. İddiaçının 1979-cu ildə kolxozda işlədiyi müddətə münasibətdə isə müəyyən olunur ki, iddiaçı 1979-cu ildə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 135x12=1620/180= 09 ay. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət, təhsil, kolxozda və əmək kitabçasınd a göstərilən iş yerlərində işlədiyi müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox (24 il 04 ay 29 gün + 09 ay =25 il 01ay 29 gün) ümumi iş stajı mövcuddur.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılarkən güzəştli iş stajı mübahisələndirilməmişdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının əmək kitabçasında olan qeydləri təqdim olunmuş güzəştli arayış ilə birgə təhlil etdikdə müəyyən edir ki, güzəştli arayışda iddiaçının xx.xx.1986cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi operator, xx.xx.1996-cı il ildən xx.xx.2006-cı il tarixədək işlədiyi qazmaçı (qazmaçı köməkçisi) peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 10-cu bölməsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” 10.2-ci yarımbölməsinin a) hissəsində nəzərdə tutulmuş quyuların əsaslı təmirinin qazmaçıları və quyuların yeraltı təmiri üzrə operatorlar peşələrinə uyğun olduğu göstərilmişdir. Bundan başqa, həmin peşələrin müvafiq siyahı üzrə araşdırılması zamanı məhkəmə müəyyən etmişdir ki, qeyd olunan peşələr həmçinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində quyuların əsaslı təmirinin qazmaçıları (2130200a—11292) və quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar (2130200a—15866) kodları altında nəzərdə tutulmuşdur. Belə olduğu halda, məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2006-cı il tarixə güzəştli iş stajının 12 il 06 aydan (xx.xx.1986xx.xx.2006 = 19 il 08 ay 10 gün) çox olmasını müəyyən edir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 26 may 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2019/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X1 və X6) ilə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtl ərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 1 3 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı - Quyuların əsaslı təmirinin qazmaçıları (2130200a—11292) Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı - Quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar (2130200a—15866)

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisə ləri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

25. İnzibati Prosessual Məcəllə Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zər uri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcə llənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişd irilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynili k təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraf lı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 12 il 6 aydan çox xüsusi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır. Hazırkı mübahisədə cavabdeh imtinanın əsası kimi iddiaçının 1979-1983-cü illərdə kolxozda işlədiyi dövrün əmək kitabçasında qeyd edilmədiyinə və bunun üzərindən onun ümumi iş stajının 25 ildən az (24 il 04 ay 25 gün) olduğuna istinad edir.

33. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının həmin dövrdə kolxozda işlədiyinə dair müvafiq məlumatlar məhkəməyə təqdim olunmuş arxiv arayışı və əmək haqqı cədvəlləri ilə təsdiq olunur. Nəzərə almaq lazımdır ki, həm əmək kitabçasında, həm də arxiv arayışında qeyd olunan məlumatlar eyni mənbəyə (əmrlərə və s.) əsaslanır. Bu zaman iddiaçının həmin dövrdə kolxozda işləməsinə dair arxiv arayışında qeyd olunmuş məlumatların həmin dövrə aid əmək haqqı cədvəlləri ilə təsdiq olunduğu da nəzərə alınmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən iddiaçının kolxozda işlədiyi illər iş stajına faktiki iştirak norması üzrə müddət nəzərə alınmaqla daxil edilmişdir.

34. Beləliklə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispo zisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, onun 57 yaşının tamam olduğu, 25 ildən çox ümumi iş stajına malik olduğu, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə topladığı iş üzrə materiallarla təsdiq olunur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

36. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı 5 7 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-2019/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar