Məhkəmə qərarları › İş №2-1(102)-67/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-67/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-67/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qərarının qanunsuz hesab edərək ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2023-cü ildə ünvanlı s osial yardımın təyin edilməsi, 2023-cü ilin fevral ayında ünvanlı yardım üçün olan elektron ərizənin təyin olunmayan aylarının yəni fevral, mart, aprel, may və sonradan təyin olunmayan sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-319/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edilmiş və xx.xx.2023-cü il tarixli bildirişlə cavabdeh tərəfindən iddiaçının müraciətindən ümumi istifadəli sayğacın aşkar edilməsi və ailənin kirayədə qalma sı ilə bağlı məlumatın öz təsdiqini tapmaması əsası ilə imtina edilmişdir.

2. İddiaçının xx.xx.2023-cü il tarixli **********96701 nömrəli müraciəti qeydə alınmış və VEMTAS tərəfindən ailəsinə 383.65 AZN məbləğində sosial yardımın təyin olunmasına dair qərar çıxarılmışdır.

3. İddiaçının VEMTAS-da xx.xx.2023-cü il tarixli **********30901 nömrəli müraciəti qeydə alınmış və VEMTAS tərəfindən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X3 təhsil alması barədə məlumatların öz təsdiqini tapmaması.” səbəbi göstərilməklə imtina qərarı çıxarılmışdır. 4. xx.xx.2023-cü il tarixli **********30902 nömrəli sonuncu müraciət əsasında “Ərizəbəyannamə”də qeyd olunan ünvanda xx.xx.2023-cü il tarixində müayinə həyata keçirilmiş və VEMTAS tərəfindən xx.x x.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi ailəyə aylıq 327.20 AZN məbləğində sosial yardım təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarının qanunsuz hesab edərək ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 13 fevral 2023-cü il tarixli **********29201 nömrəli “Ərizə bəyannamə” ilə cavabdeh inzibati o rqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçının təkrar müraciəti əsasında ona 2023-cü ilin iyun ayında ünvanlı sosial yardım təyin edilmiş, iyun-avqust ayları üçün üç ay ərzində ödənilmişdir. Sonradan cavabdeh tərəfindən sentyabr və oktyabr ayları üçün ödənilmə təyinat zamanı uyğunsuzluq olduğu əsası ilə dayandırılmışdır. İddiaçının növbəti müraciəti əsasında həmin ilin noyabr ayından etibarən ünvanlı sosial yardım təkrar təyin edilmiş və hazırda da ödəniş aparılmaqdadır. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, xx.xx.2023-cü il tarixdən 4 ay müddətinə sosial yardım almaq hüququndan aztəminatlı ailəsini qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə mü raciət etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12217/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın təyin edilməsi, 2023-cü ilin fevral ayında ünvanlı yardım üçün olan elektron ərizənin təyin olunmayan aylarının yəni fevral, mart, aprel, may və sonradan təyin olunmayan sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qəra rdadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

9. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində aşağıdakı 2 əsasla sosial yardım təyin edilməsindən imtina edilmişdir:

1. Ümumi istifadəli sayğacın aşkar edilməsi;

2. Ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmaması. Belə ki, xx.xx.2023-cü il tarixli müraciət zamanı maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının ümumi işıq sayğacından istifadə etməsi aşkar edilmişdir. Sayğaların ümumi olması artıq bir dam örtüyü altında olan iki evdə birgə təsərrüfat aparılması 1 aktını ortaya çıxarmış, təmsilçi tərəfindən şərait yaradılmadığıdan təsərrüfa tın ayrı aparılmış bina (mətbəxə) baxış keçirmək mümkün olmamışdır. Beləliklə, qeyd olunmuş hal təmsilçinin müraciətinə imtina verilməsinə səbəb olmuşdur. İkinci imtina əsasına münasibətdə qeyd edirlər ki, maddiməişət şəraitinin müayinəsi təmsilçi tərəfindən ərizə-bəyannamədə qeyd olunan məlumatların doğruluğunun təsdiq edilməsi məqsədilə aparılır. Təmsilçi ərizəbəyannamədə kirayədə yaşadığını qeyd etmiş, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin kirayədə qalması ilə bağlı məlumat təsdiq edilməmişdir. Təmsilçi kirayədə qalması faktını sübut edə bilməmiş, kirayə müqaviləsi təqdim etməmişdir. Qeyd olunan bu hal ərizə-bəyannamədə qeyd edilmiş məlumatlarda uyğunsuzluq yaranmasına səbəb olmuşdur.

10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-613/2024 saylı, 28 fevral 2024-cü il tarixli q ərarı ilə (hakim F.H.Hacızadə) iddia təmin edilmiş və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı 2023-cü ilin fevral ayından ünvanlı sosial yardımın təyin edilməsi, həmin il üçün ödənilməyən fevral, mart, aprel, may, sentyabr və oktyabr ayları üçün ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyi qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan tərəfindən aparılan inzibati icraat natamam və qüsurlu olmuş, iddiaçı tərəfindən təqdim edilən sənədləri lazımınca araşdırmamış, sistem vasitəsi ilə yoxlanılmalı olan məlumatları iddiaçıdan tələb etmişdir. Digər tərəfdən təyin edilmiş ünvanlı sosial yardım inzibati icraat aparılmadan ləğv edilmiş, sonra yenidən iddiaçının müraciəti əsasında bərpa edilmişdir. Nəticə e tibarı ilə iddiaçının sosial durumu və ünvanlı sosial yardımın təyin edilməsi əsasları dəyişmədiyi halda ona əsassız olaraq cəmi altı aylıq ödənişin ödənilməsi təmin edilməmişdir. Odur ki, cavabdehin faktiki hərəkətləri qanuzsuz olduğundan imtina qərarı ləğv edilmə və iddiaçıya ünvanlı sosial yardımın ödənilməsi həyata keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

12. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-319/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və T.H.Həsənov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarı qismən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı 2023-cü ilin fevral ayından ünvanlı sosial yardımın təyin edilməsi, həmin il üçün ödənilməyən fevral, mart, aprel, may ayları üçün ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyinin qoyulmasına dair hissədə ləğv edilmiş, inzibati iş üzrə həmin hissədə yeni qərar qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-1(116)-613/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin ünvanlı yardım üçün olan elektr on ərizənin təyin olunmayan aylarının yəni sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının oğlu R.Abbaslının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında satıcı vəzifəsində işlədiyi müəyyən edilsə də, ünvanlı yardım iddiaçıya xx.xx.2023-cü il tarixdən təyin edilmişdir. Belə olan halda inzibati orqan tərəfindən aparılan inzibati icraat natamam və qüsurlu olmuş, iddiaçı tərəfindən təqdim edilən sənədləri lazımınca araşdırmamış, sistem vasitəsi ilə yoxlanılmalı olan məlumatları iddiaçıdan tələb etmişdir.

15. Apellyasiya məhkəməsi iddia tələbinin İddiaçı 2023-cü ilin fevral ayından ünvanlı sosial yardımın təyin edilməsi, həmin il üçün ödənilməyən fevral, mart, aprel, may ayları üçün ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qeyd edilən normadan da göründüyü kimi, sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Belə ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edilmiş və xx.xx.2023-cü il tarixli bildirişlə cavabdeh tərəfindən iddiaçının müraciətindən ümumi istifadəli sayğacın aşkar edilməsi və ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmaması əsası ilə imtina edilmiş, iddiaçı isə həmin imtina ilə razılaşmışdır. Buna baxmayaraq iddiaçının tələbi ünvanlı sosial yardımın xx.xx.2023-cü il tarixindəki təyinatdan əvvəlki dörd ay (fevral, mart, aprel, may) üzrə və sentyabr və oktyabr ayları üçün ödənilməsidir. Göründüyü kimi iddiaçının tələb etdiyi fevral, mart, aprel, may ayları üçün cavabdeh inzibati orqan tərəfindən ünvanlı yardım təyin edilməmişdir.

16. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-ci il tarixli 2-1(107)-319/2024 saylı qərarının şikayət etdiyi hissədə ləğv edilərək, iddianın tam təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-319/2024 nömrəli qərarının qismən ləğv edilməsi və iddia tələbinin İddiaçı 2023-cü ilin sentyabr və oktyabr ayları üçün sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri

18. İddiaçı kassasiya şikayətində işin hallarını təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına əsasən o cavabdeh təşkilata müraciət eləmişdir. Cavabdeh təşkilat isə yuxarıda göstərdiyi Qanunun, Qaydaların və Azərbaycan Respublikası Prezidentini n 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin tələblərini pozaraq həmin hüquq normalarını səhv tövsif edərək 13 fevral 2023-cü il tarixli müraciətinin təmin edilməməsi haqqında qərar qəbul etmişdiг. Şəki Apellyasiya Məhkəməsinin X4 İnzibati Məhkəməsinin iş üzrə olan qərarının qismən ləğv olunması haqqında yeni qərarda göstərir ki, əsas: fevral, mart, aprel, may ayları üçün ünvanlı sosial yardımın təyin edilməməsi. Məhkəmə özünün qərarında da göstərir ki, iddiaçı 13 fevral 2023-ci il tarixdə eyni əsaslarla ünvanlı yardımın təyin olunması üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat heç bir əsas olmadan ünvanlı yardımın təyin olunmasından imtina etmişdir və 25 iyun 2023-cü il tarixli müraciət isə təmin edilmişdir. Ona görə də məhkəmədə 13 fevral 2023-cü ilin cavabdeh tərəfindən verilmiş əsassız qərarın ləğv olunması və fevral, mart, aprel, may ayları üçün sosial yardımın ödənilməsi üçün iddia qaldırmışdır və Şəki İnzibati Məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.

19. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, ilk növbədə İddiaçı sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciəti məhkəmənin qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə oğlu R.Abbaslının təhsil alması barədə məlumatların təsdiq olunmaması səbəbilə dayandırılmamışdır. Belə ki, iddiaçının qeyd olunan müraciəti xx.xx.2023-cü il tarixdə “Təyinatdan sonra şəxsin əmək müqaviləsinə xitam verilərsə və növbəti 1 ay ərzində əmək müqaviləsi bağla nmarsa” səbəbi ilə dayandırılmışdır. Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə cavabdeh inzibati orqanın müvafiq qurumları tərəfindən sosial yardım təyin edilmiş ailələrinin mütəmadi monitorinqi həyata keçirilir. xx.xx.2023-cü il tarixdə ailənin VEMTAS-a daxil etdiyi məlumatların monitorinq üzrə yoxlanılması zamanı iddiaçının oğlu R.Abbaslının aktiv əmək müqaviləsinə xitam verildiyi aşkar edilmişdir. Tərəflərindən əldə edilmiş məlumatlara əsasən R. Abbaslının xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında satıcı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Lakin təmsilçi tərəfindən ilkin müraciət zamanı ərizəbəyannamədə doldurularkən oğlu R.Abbaslının şagird olduğu qeyd edilmiş, sonradan işləməsi ilə bağlı heç bir məlumat cavabdehə təqdim edilməmişdir. VE MTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Lakin ailənin təmsilçisi İddiaçı xx.xx.2023-cü il tarixli müraciətindən sonra oğlu R.Abbaslının xx.xx.2023-cü il tarixdə işə başlamasını və ailənin gəlirlərində müvafiq dəyişikliklərin olması barədə cavabdehə məlumat verməmişdir. Bu səbəbdən də ailəyə təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixdə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.4-cü bəndinə əsasən dayandırılmışdır. İd diaçı oğlu R.Abbaslının işə başlaması və işdən çıxması ailəninin gəlirləri üzrə məlumatlarda dəyişikliyə səbəb olduğu üçün Qaydalara müvafiq olaraq ailəyə təyin edilmiş sosial yardımın dayandırılmasında cavabdeh qanuna uyğun davranmış və dayandırma əsası haqlı olmuşdur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.4-cü bəndinə xx.xx.2023-cü il tarixli edilmiş dəyişikliyə əsasən 4.4-cü bənddəki “Təmsilçinin müraciəti əsasında” sözləri “15 (on beş) iş günü müddətində” sözləri ilə əvəz edilmişdir. Yəni hazırkı iş üzrə İddiaçı təyin edilmiş sosial yardım xx.xx.2023-cü il tarixdə dayandırıldıqdan sonra yalnız özünün müraciəti əsasında hüququnun olması məsələsinə yenidən baxıla bilərdi. Lakin xx.x x.2023-cü il tarixdən sona iddiaçı tərəfindən dayandırılma ilə bağlı cavabdehə heç bir rəsmi müraciət olunmamışdır. Qeyd etdikləri kimi, yalnız belə bir müraciət olduğu halda ailənin sosial yardım almaq hüququna yenidən VEMTAS vasitəsilə müraciət etmədən yenidən baxıla bilərdi. Şəki Apellyasiya Məhkəməsinin cavabdehin inzibati icraatı natamam aparması ilə bağlı əsasına münasibətdə qeyd edir ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlər yalnız VEMTAS vasitəsilə həyata keçirilir. Qərarda qeyd edildiyi kimi dayandırılmış sosial yardımın təmsilçi tərəfindən heç bir müraciət olmadığı halda bərpa edilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qərarında imtina əsasını səhv qeyd etməklə yanaşı, iddiaçıya noyabr ayından sosial yardım təyin edilməsini bir inzibati araşdırmaya aid etmiş, məhkəmə iclası zamanı təqdim edilmiş sənədlərə və şifahi çıxışlara düzgün hüquqi qiymət verə bilməmişdir. İddiaçı yenidən VEMTAS vasitəsilə xx.xx.2023-cü il tarixli **********30901 nömrəli ərizə ilə müraciət etmiş, VEMTAS tərəfindən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü R. Abbaslının təhsil alması barədə məlumatların öz təsdiqini tapmaması” səbəbi göstərilməklə qurumlarla yoxlama əsasında imtina verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ərizə-bəyannamədə R.Abbaslının statusu tələbə kimi qeyd edilsə də, qurumlarla yoxlama əsasında bu məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli dayandırma ilə xx.xx.2023-cü il tarixli imtina qərarlarını bir inzibati icraata aid edərək kobud səhvə yol ver mişdir. Ailənin qeydə alınmış xx.xx.2023-cü il tarixli **********30902 nömrəli sonuncu müraciəti əsasında “Ərizə bəyannamə”də qeyd olunan ünvanda xx.xx.2023-cü il tarixdə müayinə həyata keçirilmiş, ərizə-bəyannamədə qeyd edilmiş məlumatlar təsdiqlənmiş və VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ailəyə aylıq 327.20 AZN məbləğində sosial yardım təyin olunmuşdur. Qeyd edir ki, ailəyə təyin olunmuş sosial yardım xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Sosial yardımın dayandırılması qərarı iddiaçı tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirməmişdir. Həmçinin iddiaçı daha sonra sosial yardımın təyin edilməsi üçün müraciət etmiş, xx.xx.2023-cü il tarixli imtina qərarı qəbul olunmuşdur. Bundan sonra iddiaçı yenidən sosial yardımın təyin edilməsi üçü n müraciət etmiş və ailəyə xx.xx.2023-cü il tarixdən sosial yardım təyin olunmuşdur. Daha əvvəl təyin edilmiş sosial yardımın dayandırılması qararının iddiaçı tərəfindən mübahisələndirilməməsi iddiaçının inzibati orqanın həmin qərarı ilə razılaşması mənasına gəlməkdədir. Bildirirlər ki, iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən 1 il müddətinə ailəyə sosial yardım təyin edilməsi halı iddiaçının xx.xx.2023-cü il tarixli dayandırılma və xx.xx.2023-cü il tarixli imtina qərarları ilə razılaşması anlamına gəlir və ailəyə 2023-cü ilin sentyabr və oktyabr ayları üzrə sosial yardımın ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyula bilməz. Həmçinin məhkəmə qərarında da qeyd olunduğu kimi, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci mad dəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Lakin məhkəmə qərarı ilə cavabdeh orqanın üzərinə 2023-cü ilin sentyabr və oktyabr ayları üzrə yardımın ödənilməsi öhdəliyinin qoyulması ailəyə 14 ay ödənişin həyata keçirilməsinə gətirib çıxaracaqdır ki, bu hal qanunvericiliyi qeyd olunan tələbinə ziddir. Analoii iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1383/2024 nömrəli qərarının 38-ci bəndində də qeyd olunmuşdur ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi, sosial yardım bir müraciət əsasında yalnız bir il m üddətinə təyin oluna bilər. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə

3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzv lərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə

10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraci ət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvaf iq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əmək haqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam mə lumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”

2. Sosial yardımın alınması üçün müraciət edilməsi 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dai rəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) X2 Sistemi və ya Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq VEMTAS-a altsisteminə (bundan sonra - VEMTAS) göndərir.

3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X2 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaş ı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqın da” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardı m üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrin i dinləməyə bocludur. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən ş əxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə

62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəs b edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 2023-cü ilin fevral ayında cavabdehə müraciəti əsasında ünvanlı sosial yardımın təyin edilməsindən imtinanın qanunsuz hesab edilməsi, ona 2023-cü ilin fevral, mart, aprel, may, sentyabr və oktyabr ayları üçün ünvanlı sosial yardımın ödənilməsindən ibarətdir.

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları y etərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı işin apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilkin olaraq 2023-cü ilin fevral ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş ilə ümumi i stifadəli sayğacın aşkar edilməsi və ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmaması əsası ilə imtina edilmişdir. İddiaçı tərəfindən qeyd olunan imtina mübahisələndirilməmiş, xx.xx.2023-cü il tarixdə yenidən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixindən ona ünvanlı sosial yardım təyin edilmiş və sentyabr ayına kimi ödənilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Təyinatdan sonra şəxsin əmək müqaviləsinə xitam verilərsə və növbəti 1 ay ərzində əmək müqaviləsi bağlanmazsa” səbəbi ilə dayandırılmışdır. Bununla da sentyabr və oktyabr ayları ərzində ünvanlı sosial yardım ödənilməmiş və noyabr ayından başlayaraq eyni məlumatlar əsasında ödəmə davam etdirilmişdir.

33. İddiaçının fevral, mart, aprel, may ayları üzrə sosial yardımın ödənilməsi tələbinə mü nasibətdə qeyd edilməlidir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq məbləğində ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş məlumatlar əsasında ünvanlı sosial yardım təyin edilmişdir.

34. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etsə də, müraciətin təmin edilməsindən imtina qərarını mübahisələndirməmiş, yəni həmin imtina qərarı ilə razılaşmış, daha sonra xx.xx.2023-cü il tarixdə yenidən cavabdeh orqana müraciət etmiş və həmin müraciət əsasında sosial yardımın təyin olunması qərara alınmışdır.

35. İddia tələbinin sosial yardımın dayandırıldığı vaxtdan ödənilməmiş sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, inzibati icraatla bağlı əsas qaydaları müəy yən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla həyata keçirilməlidir. Cavabdeh dayandırılmaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün səbəbləri aydın şəkildə göstərməli, onlara dair mövqeyini bildirməli və əsaslandırmalıdır. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir.

36. Habelə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək v ə qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

37. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğu n aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir

38. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan lazımi inzibati icraat aparmamış, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktı ləğv edərkən onun qanundan irəli gələn hüquqlarını pozmuşdur. 39. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İn zibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

40. Beləliklə, məhkəmə kollegiy asının qənaətinə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-319/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar