Məhkəmə qərarları › İş №2-1(102)-670/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-670/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-670/2021 31.03.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X6 cavabdeh Xaçmaz rayonu Xudat Bələdiyyəsinə (üçüncü şəxs X7 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin icarə və ya istifadə hüquqi ilə ayrılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı X5 cavabdeh Xaçmaz rayonu Xudat Bələdiyyəsinə (üçüncü şəxs X7 iştirakı ilə) qarşı 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüquqi ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-123/2021 nöm rəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Rüstəm Məmmədrəsul oğlu Yarammədov cavabdeh Xaçmaz rayonu Xudat Bələdiyyəsinə (üçüncü şəxs-X7 iştirakı ilə) qarşı 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüquqi ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xudat şəhəri, K.Zavod yeni yaşayış massivi T.İsmayılov küçəsi ünvanında daimi yaşayır. Bə ünvanda ona məxsus fərdi yaşayış evinin qarşısında, həyətindən çıxışının tə xminən 6 m məsafədə yerləşən 0.02 ha torpaq sahəsini 1998-ci ildən zibillikdən təmizləyərək abadlaşdırmış və istifadə etməyə başlamışdır. Bu torpaq sahəsində böyük meyvə ağacları əkmiş, tərəvəz məhsulları yetişdirmişdir. Həmin torpaq sahəsinin ona ayrılması ilə bağlı iddiaçı şifahi qaydada dəfələrlə cavabdeh bələdiyyəyə müraciət etmiş, bələdiyyə sədrləri hər dəfə torpağı hərraca çıxaracaqlarına dair vədlər vermişlər. Torpağın faktiki olaraq onun istifadəsində olması bələdiyyəyə məlum olmuşdur, dəfələrlə bələdiyyə tərəfindən həmin sahəyə baxış keçirilmişdir. Yeni bələdiyyə sədrigəldikdən sonra xx.xx.2017-ci il tarixli 82 saylı bildirişi ona göndərmiş, zəbt edilmiş torpaq sahəsini özbaşına zəbt olunuğunun bildirmiş və cinayət məsuliyyətiə cəlb olunacağı barədə xəbərdarlıq etmişdir. Bundan bi r həftə keçən kimi, yəni xx.xx.2017-ci il tarixdə bələdiyyə həmin torpağı ona bitişik torpaq sahəsi ilə birləşdirərək faktiki istifadə olunan torpaq sahəsi kimi X2. Halbuki, sözügedən 0.02 ha torpaq sahəsi 20 ildir iddiaçının istifadəsində olmuşdur. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-921/2020 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərardadı ilə İddiaçı Məmmədrəsul oğlunun cavabdehə qarşı imtinasının qanunsuz hesab edilməklə 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüquqi ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

4. Birinci instasiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 35.1-ci maddəsinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarına istinad etməklə, belə hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-921/2020 nömrəli qərardadının ləğv edilməsini və inzibati işin mahiyyəti üzrə araşdırılması üçün birinci instasiya məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-123/2021 n ömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)921/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının iddia tələbi onunla əsaslandırılmış dır ki, o, Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən 0.02 ha ölçüdə olan mübahisəli torpaq sahəsini 1998-ci ildən faktiki olaraq sahibkarlıq məqsədləri üçün istifadə etmiş həmin torpaq sahəsində təsərrüfatında olan xırda buynuzlu heyvanların otlaması üçün əkib becərmiş quşların yaşaması və yemlənməsi üçün zəruri olan əl damı tikmiş, habelə həmin sahədə meyvə ağacları əkərək həmin ağaclarda yetişən meyvələrin satışını həyata keçirmişdir. Sözügedən torpaq sahəsinin iş üzrə İddiaçı Məmmədrəsul oğlunun 1998-ci ildən faktiki istifadəsində olmasını iş materialarında olan Xaçmaz rayonu, Xudat İƏD-nin nümayəndəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 1352 saylı arayış eyni zamanda, Xudat rayonu, İƏD-nin aparıcı mütəxəssisi X11 iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktla təsdiq edilir. İddiaçı xx.xx.2012-ci ildən fərdi sahibkar kimi 3 saylı ərazi vergilər idarəsində vergi uçotuna götürülmüşdür(VÖEN **********).

9. Mübahisəli torpaq sahəsinin 1998-ci ildən iddiaçının faktiki istifadəsində olmasına və həmin sahədən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etməsinə və əvvəllər həmin sahədə mülkiyyətində olan diri quşların saxlanması üçün əl damının olmasına baxmayaraq Xaçmaz rayonu, Xudat Bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsi xx.xx.2017-ci il tarixli qərarla X8 ayrılmış və tərəflər xx.xx.2017-ci ildə 0614333saylı torpaq sahəsinin alqı satqı müqaviləsini bağlamışlar.

10. Sumqayıt Apelyasiya Məhkəməsi işin hallarını araşdırarkən mübahisəli torpaq sahəsinin 1998-ci ildən iddiaçının sahibkarlıq məqsədləri üçün faktiki istifadəsində olması məsələ sini araşdırmamış və beləliklədə iş üzrə yanlış nəticəyə gəlmişdir.

11. X4 Haqqında Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli qanunun 16.3-cü maddəsinə əsasən Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

12. Maddənin təhlili bizə onu göstərir ki, torpaq sahəsi aşağıdakı hallar olduqda qeyri-qanuni istifadə edən şəxsin mülkiyyətinə verilməlidir. Qeyri-qanuni istifadə qanun qüvvəyə minənəd ək yəni xx xxxx 2001-ci il tarixədək mövcud olmalıdır.

13. Həmin sahədən fərdi yaşayış evi, bağ evləri, qarajlar və ya sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi həyata keçirilməlidir. Sahənin alınması mümkünsüz olmalıdır.

14. İşin yuxarıda qeyd olunan faktiki hallarındanda göründüyü kimi mübahisəli sahə qanun qüvvəyə minənədək yəni 1998-ci ildən iddiaçının faktiki istifadəsində olmuş, həmin sahədən sahibkarlıq məqsədləri üçün diri quşların yaşaması məqsədilə əl damı tikmiş və sahənin alınması mümkünsüz olmuşdur. Belə ki, artıq uzun müddətdir ki, Bələdiyyə tərəfindəndə torpağın alınması mümkünsüz olduğu üçündə torpağın məqsədilə hər hansı tədbir görülməmişdir.

15. Yuxarıda qeyd edilən xüsusatlara Sumqayıt Apelyasiya Məhkəməsi əhəmiyyət verməmiş və işin hallarını tam araşdırmamışdır.

16. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-123/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mümkünlük şərtlərinin araşdırılması üçün işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

18. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişd ir. ( xx xxxx 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

22. Ali Məhkəmənin İnzibati Kollegiyası işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəz ərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq no rmalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

26. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

27. Belə ki, iddiaçı kasasiya şikayətində göstərir ki, onun mübahisə predmeti olan 0,02 ha torpaq sahəsindən istifadə etməsini Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhəri İƏD-nin nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışı və eyni tarixli həmin təşkilatın aparıcı mütəxəssisin tərtib etdiyi akt təsdiq edir.

28. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq ilk öncə qeyd edir ki, iddiaçı X6 Quba rayonu, Əlia ərazi dairəsi, Qriz kəndində qeydiyyatdadır, yəni onun Xaçmaz rayonunda qeydiyyatı yoxdur. İddia etdiyi torpaq sahəsi isə Xaçmaz rayonunda yerləşməklə, Xudat Bələdiyyəsinin mülkiyyətindədir, yəni dövlət mülkiyyətində deyil ki, Xaçmaz RİHB-nin Xudat şəhəri İƏD-nin nümayəndəliyinin sözügedən arayışında da, iddiaçının Xudat şəhəri, K.Zavod yeni yaşayış massivi T.İsmayılov küçəsində qeydiyyatsız yaşaması və fərdi yaşayış evinin qarşısında mövcud olan adıçəkilən 0.02 ha torpaq sahəsinin 1998-ci ildən bu günə qədər zəbt edərək istifadə etməsi bildirilir.

29. Yuxarıda göstərilmiş xx.xx.2018-ci il tarixli aktda isə göstərilir ki, ” həmin yaşadığı evin önündə həmin vətəndaşın iki sot 1998-ci ildən zəbt edib istifadə etdiyi torpaq sahəsi vardır ”.

30. Görün düyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən 1998-ci ildə zəbt edilməsi, yəni iddiaçının həmin torpaq sahəsinə heç bir sənədin olmaması faktı işin təkzibolunmaz faktıdır.

31. Eyni zamanda nə sözügedən arayışda nə də ki, aktda iddiaçının mübahisəli 0.02 ha torpaq sahəsində hər hansı bir tikintisinin (fərdi yaşayış evi, bağ evləri, qarajlar və ya sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin) olması qeyd edilməmiş, sadəcə olaraq aktda “müxtəlif meyvə ağacları əkib hal-hazıra kimi ağaclara qulluq edir” göstərilmişdir ki, bu da iddiaçının kasasiya şikayətində “X4 haqqında” Qanunun 16.3-cü maddəsinə istinad etməsi barədə dəlilinin əsassız olması anlamına gəlir.

32. Digər tərəfdən qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edi lmişdir ki, İddiaçı Məmmədrəsul oğlu məhkəmə iddia qaldıraraq torpaq sahəsinin X9 satılması barədə Xudat bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-688/2019 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş və ona hazırkı iddianı qaldırmağa əsas verən subyektiv hüququnun olması öz təsdiqini tapmır. Həmin qərardad Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır.

33. Həmçinin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iddiaçının hər hansı tikilisi mövcud deyildir. Bundan başqa mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyildir. Xaçmaz rayon Xudat bələdiyyəsi xx.xx.2017ci il tarixli 04 saylı qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan sahəyə dair sərəncam vermişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir.

34. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, məlum olduğu kimi İPM-nin 1.2ci maddəsi nə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

35. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

36. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən hüquq normalarını düzgün tətbiq etmişdir.

37. Belə ki, Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında deyilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu m əhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

39. Həmin qərarda göstərilmişdir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 04 saylı qərarı ilə X1 və iddiaçı həmin torpaq sahəsinə dair hər-hansı hüquq sahibi olmadığından, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instasiyası məhkəməsi inzibati kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(105)-123/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar