Məhkəmə qərarları › İş №2-1(102)-670/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-670/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-670/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 16 saylı Ucar Ərazi İdarəsinə qarşı üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.04.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “"Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əml akın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(107)-57/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-729A kod 40814028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.

2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" də göstərilən 0,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmiş və 29 iyun 2021-ci il tarixli **********72 nömrəli məktubla bildirmişdir ki, həmin JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi Ərazi İdarəsinin kadastr elektron baza məlumatlarında və DWG xəritəsində bələdiyyə torpağı kimi işarələnmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə ayrılmış 0,18 ha həy ətyanı torpaq sahəsinə dair verilmiş JN-729A nömrəli kod 40814028 olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı hesab edir ki, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi onun mülkiyyətində olduğuna görə onun mülkiyyət hüququ qeydiyyata alınmalıdır.

6. Cavabdeh iddianı qəbul etməmiş və 27 avqust 2021-ci il tarixli **********62 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmiş dir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranması üçün torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmalı, iddiaçının adı mülkiyyətinə həyətyanı torpaq sahəsi verilməli olan şəxslərin siyahısına daxil edilməli, bu siyahı aqrar islahat komissiyası tərəfindən təsdiq edilməli və aqrar islahat komissiyasının müvafiq qərarı qəbul edilməli idi. Yalnız bundan sonra torpağa mülkiyyət hüququ yarana bilərdi. İddiaçının adına olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" özü-özlüyündə mülkiyyət hüququ verə bilməz, o, yalnız artıq mövcud olan mülkiyyət hüququnu təsbit edə bilər. Ona görə də məhkəmə hesab edir ki, işdə olan JN729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin verilməsi üçün qanuni əsaslar olmamışdır.

9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X1 /sədrlik edən və məruzəçi/, X2 və X5) 27 yanvar 2022-ci il tarixli, 2-1(107)-57/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qayta rılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı islahatdan əvvəl də, islahatdan sonra da həmin torpaq sahəsində yaşamışdır, torpaq sahəsi hal-hazıradək onun istifadəsindədir. Hər hansısa bir məmurun səhvi ucbatından torpaq sahəsinin elektron bazaya işlənməməsi onun təqsiri deyildir. İcra Nümayəndəliyində yanğın olmuş və bunun nəticəsində kitablar yanmışdır, iddiaçının adının təsərrüfatbaşına kitabda olmamasının səbəbi kitabların nümayəndəlikdə baş verən yanğında yanması olmuşdur. Odur ki, onun təqsiri olmadığı halda istifadəsində olan torpağa sənəd verilməməsi hüquqlarının pozulmasıdır. 14. “İnzibati icraat haqqında” Qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19.1-ci maddəsində deyilir ki, inzibati icraat za manı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 15. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinin 5-ci abzasında göstərilmişdir ki, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Belə olan halda, məhkəmənin gəldiyi nəticə səhvdir, təqdim edilən sənədlər tam və hərtərəfli araşdırılmadan qərar qəbul edilmişdir. 1

6. İddiaçı Səki Apellyasiya Məhkəməsinə təqdim etdiyi izahat və ona əlavə edilmiş sənədlərə (kənd icra nümayəndəliyinin 6 dekabr 2021-ci il tarixli 56 saylı bildirişi, təhkim aktına imza etmiş komissiya üzvünün bildirişi, Ərəbcəbirli kənd bələdiyyəsinin 29 dekabr 2021-ci il tarixli 115 saylı bildirişi) hüquqi qiymət verilməmiş, məhkəmə iddiaçının izahatını və ona əlavə edilmiş yuxarıda göstərdiyi sənədlərdə qeyd edilən məlumatları araşdırmamışdır. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ 19. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdı rıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü mad dələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. İddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranması üçün torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istif adəsində olmalı, iddiaçının adı mülkiyyətinə həyətyanı torpaq sahəsi verilməli olan şəxslərin siyahısına daxil edilməli, bu siyahı aqrar islahat komissiyası tərəfindən təsdiq edilməli və aqrar islahat komissiyasının müvafiq qərarı qəbul edilməli idi. Yalnız bundan sonra torpağa mülkiyyət hüququ yarana bilərdi. İddiaçının adına olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" özü-özlüyündə mülkiyyət hüququ verə bilməz, o, yalnız artıq mövcud olan mülkiyyət hüququnu təsbit edə bilər. Ona görə də məhkəmə hesab edir ki, işdə olan JN-729A kod 40814028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsi üçün qanuni əsaslar olmamışdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarl a bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

26. Əvvəla, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı JN-729A kod 40814028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən etibarsız hesab edildiyinə, ləğv olunduğuna və ya hər hansı səbəbdən qüvvədən düşdüyünə dair işdə məlumat yoxdur.

27. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təqdim edilmiş, X3 tərəfindən 30 noyabr 2021-ci il tarixdə tərtib edilmiş məlumat üçün bildirişdə qeyd edilmişdir ki, Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsinin əhatə etdiyi 1ci Ərəbcəbirli kəndi ərazisində, kəndin “Qəbiristanlığın altı” adlanan ərazi ke çmiş S.Vurğun adına kolxoz tərəfindən 1991-1992-ci illərdə ayrı-ayrı vətəndaşlara həyatyanı torpaq sahəsi kimi paylanaraq verilmişdir. Hal-hazırda kənd yaşayış məntəqəsidir, həmin massivdə vətəndaşlara torpağın verilməsində F.Bədəlov özü də iştirak etmişdir. O cümlədən, kolxozda fəaliyyət göstərən iddiaçıya fərdi torpaq sahəsinin təhkim aktının verilməsi vaxtında təftiş komissiyasının üzvü, Göyçay rayon İcra Hakimiyyəti başçısının Şəadət kənd bölgəsi üzrə nümayəndəliyin müavini kimi təhkim aktını imzalamışdır.

28. Göyçay rayon İcra Hakimiyyəti başçısının ikinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib edilmiş 6 dekabr 2021-ci il tarixli məlumat üçün bildirişdə qeyd edilmişdir ki, nümayəndəliyin əhatə etdiyi Ərəbcəbirli kəndi ərazisindən, “Qəbiristanliğın a ltı” adlanan ərazisi keçmiş S.Vurğun adına kolxoz tərəfindən 1991- 1992ci illərdə ayrı-ayrı vətəndaşlara həyətyanı torpaq sahəsi kimi paylanaraq verilmişdir. Halhazırda kənd yaşayış məntəqəsi olmaqla vətəndaşlar öz fərdi həyətlərində çoxillik bağlar salmaqla, fərdi yaşayış evləri və köməkçi tikililər tikməklə istifadə edirlər. Ərazi qaz və işıq xətləri ilə təmin edilmişdir. Həmin ərazidə iddiaçının da qanuni istifadəsində 0,18 hektar həyətyanı torpaq sahəsi vardır ki, iddiaçı həyətinin yanlarını beton hasarla tutaraq həyətində çoxillik meyvə bağı salmaqla, həmçinin həyətində köməkçi tikililər tikməklə istifadə edir. Onun həyəti 3 tərəfdən fərdi həyətlərlə, digər tərəfdən yol ilə həmsərhəddir, naturada heç bir mübahisə yoxdur. Dövlət Əmlak Komitəsi tərəfindən ərazidə elektron uçot işləri ap arılarkən İddiaçı bu işlərin aparılmasından məlumatı olmadığından həyətdə ölçü işləri aparılmamış, onun həyəti elektron baza məlumatlarına daxil edilməmişdir. Bununla əlaqədar Ərəbcəbirli bələdiyyəsi tərəfindən hüquqmüəyyənedici sənəd əsasında vətəndaş iddiaçıya məxsus həyətinin elektron məlumat bazasında qeydə alınmasına köməklik göstərilməsi məqsədilə aidiyyəti təşkilatlara rəsmi məktub göndərilmişdir.

29. Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsi tərəfindən də 29 dekabr 2021-ci tarixli oxşar məzmunlu məlumat üçün bildiriş tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının həyəti elektron uçot işləri aparılması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Yanında Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin rəhbərliyinə bələdiyyə tərəfindən rəsmi məktub göndərilməklə (29 n oyabr 2021-ci il, №102) hüquqmüəyyənedici sənədin əsasında vətəndaş iddiaçıya məxsus həyətinin elektron məlumat bazasında qeydə alınmasına köməklik göstərilməsi xahiş edilmişdir.

30. Qeyd edilən sənədlərə görə (kənd icra nümayəndəliyinin 6 dekabr 2021-ci il tarixli bildirişi, təhkim aktına imza etmiş komissiya üzvünün bildirişi, Ərəbcəbirli kənd bələdiyyəsinin 29 dekabr 2021-ci il tarixli bildirişi), iddiaçı qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə uzun müddətdir həmin torpaq sahəsinə sahiblik edir, qonşuları və ya digər şəxslə bu torpaq sahəsi ilə bağlı mübahisəsi yoxdur.

31. Qeyd edilən sənədlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əlavə edildikləri, buradan, həmin sənədlərin sübutetmə vasitəsi kimi hazırkı işə aid olduqları nəzərə alındıqda, onlar apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmalı, digər sübutlarla birgə qiymətləndirilməli idilər. Hazırkı işdə bu, baş verməmiş, həmin sənədlərə hər hansı münasibət bildirilməmişdir.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci tarixli, 21(107)-57/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar