Məhkəmə qərarları › İş №2-1(102)-670/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-670/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-670/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birinci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2020-ci il tarixdən 1ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2022-ci il tarixli, 21(103)-2630/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2020-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 2020-ci il 16 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cav abdeh bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən, onun ümumi stajı 11 il olmaqla qanunla tələb olunan müddətdən (16 il) azdır. 25.8.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsinin və xx.xx.1998 - xx.xx.2005-ci (06 il 03 ay 22 gün) illər ərzində "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından sözügedən dövr iddiaçının sığorta stajına əlavə edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 18 fevral 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, birinci qrup gözdən əlilliyi nəzərə alınmaqla əmək pensiyası stajının düzgün hesablanaraq ona yaşa görə pensiya təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.

5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ilk cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi ilə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) əvəz olunmasını xahiş etmişdir.

6. Cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizəsi təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il təvəllüdlüdür. Ona əlillik təyin edildikdən sonra əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh bu ndan imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 11 il olmaqla (əmək kitabçasında qeyd olunmuş "xxxx" kiçik müəssisəsinin və "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab olunmur) qanunla nəzərdə tutulmuş müddətdən (16 il) azdır. Halbuki, onun xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Maştağa SRK-da əmtəəşünas, sonra xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək "xxxx" kiçik müəssisəsində baş mühasib vəzifələrində çalışdığı müddət nəzərə alınmamışdır. Həmin müəssisə hal-hazırda Əmlak Komitəsi tərəfindən yol genişləndirilməsi səbəbilə ləğv edildiyindən sənədləri itmişdir və arxivi mövcud deyil. Sənədlərin itməsi əsas kimi göstərilsə də, bu onun günahı deyil. Nəticədə 7 il 8 ay stajı əsassız yerə nəzərə alınmamışdır. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” (gözdən əlil) olmaqla müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş və o, əlillik statusu qazanmışdır. Daha sonra iddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununa müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) müvafiq şərtə uyğun gəlməsi tələb olunur: 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyət li yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq, iddiaçıya münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 63 il (yas) 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 48 il (əmək qabiliyyətli yaş dövrü), 2. 48 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 192 ay, 3. 192 ay: 12ay= 16 il. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 16 ildir. İş materiallarına əlavə edilən iddiaçıya məxsus ******* №li əmək kitabçasından göründüyü kimi, iddiaçının qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 25 il 09 ay 15 gündür. İddiaçının sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir:

1. İddiaçını 12.2.1975-3.3.1977, 9.3.1977-14.9.1979, 20.8.1980-7.10.1980, xx.xx.1980-1.10.1981, 1.10.1981-xx.xx.1982, xx.xx.198621.6.1991, 24.6.1991-22.8.1994-cü illər ərzində işlədiyi dövrlər. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 15 il 03 ay 08 gündür. İddiaçının sosial sığorta stajı ilə bağlı isin mübahisələndi rilən halları aşağıdakılardan ibarətdir: 1. iddiaçının xx.xx.1994-xx.xx.1998-ci (04 il 02 ay 15 gün) illər ərzində "xxxx" kiçik müəssisəsində işlədiyi dövr; 2. iddiaçının xx.xx.1998-xx.xx.2005-ci (06 il 03 ay 22 gün) illər ərzində "xxxx" MMC-də işlədiyi dövr. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 10 il 06 ay 07 gündür. İşin mübahisələndirilən halları ilə bağlı ilk növbədə qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 yanvar 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda "xxxx" kiçik müəssisəsi və "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, onun sözügedən müəssisələrdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Pensiya hüququnun yaranıb-yaranmadığı məs ələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qiymət verilməlidir. İddiaçı əlillik statusunu xx.xx.2020-ci il tarixində “qazanmışdır”. Belə ki, 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbi TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, cavabdehin İ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən imtinası əsaslı olmuşdur. İddiaçıya münasibətdə TSEK-in xx.xx.2020-ci il tarixli Qərarında, həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Ba kı İnzibati Məhkəməsinin (hakim: M.Qarayeva) 19 may 2022-ci il tarixli, 21(112)-662/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən İ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ümumilikdə 25 il 05 sığorta stajına malikdir. Belə ki, onun əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, iddiaçı tələbində haqlıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Qurbanov-sədrlik edən, V.M.Məmmədov və V.Ə.Baxışova) 1 noyabr 2022-ci il tarixli, 2-1(103)-2630/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri ilə iddia çının müraciətinə verilən imtinanın və iddia ərizəsinə qarşı verilmiş etiraz məzmunu eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 25.8.1994-xx.xx.1998-ci illərdə "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-4.03.2005-ci illərdə "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur. "xxxx" kiçik müəssisəsi ilk dəfə 2000-ci il tarixdə və "xxxx" MMC 2001-ci ildə qeydiyyatdan keçmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. 1-ci hissə: İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədl ərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apell yasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə cavabdehin imtina məktubunun və iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya İ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajı ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona İ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

29. Cavabdeh imtinasında bildirmişdir ki, iddiaçının əmək kitabçasında olan məlumatlara əsasən, onun ümumi stajı 11 il olmaqla, qanunla tələb olunan müddətdən (16 il) azdır. İddiaçının əmək kitabçasında qeyd edilən 25.8.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998 - xx.xx.2005-ci (06 il 03 ay 22 gün) illər ərzində "xxxx" MMC-də işləğdiyi müddət, həmin hüquqi şəxslərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından onun sığorta stajına hesablanmamışdır.

30. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçının 25.8.1994xx.xx.1998-ci illərdə "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-4.03.2005-ci illərdə "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur. Halbuki, "xxxx" kiçik müəssisəsi ilk dəfə 2000-ci ildə və "xxxx" MMC 2001-ci ildə qeydiyyatdan keçmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin bu dəlilini əsassız hesab edir.

32. Belə ki, iddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR-in Sənayə Tikinti Nazirliyinin İnformasiyaHesablayıcı Mərkəzdə operator ( 1 il 03 ay 02 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsi İşlər idarəsində mühasib (2 il 06 ay 06 gün), xx.xx.1980 – ci il tarixdən xx.xx.1980-ci il tarixədək Mərkəzi Univermaqda (02 ay 08 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Mərkəzi Univermaqa operator (10 ay 08 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Mərkəzi Univermaq nəzdində (1 il 27 gün), xx.xx.1986- ci il tarixdən xx.xx.1991-ci il tarixədək quş xəstəliklərin xüsusi laboratoriyasında mühasib (4 il 07 ay 22 gün) xx.xx.1991-ci il tarixdən xx.xx.1994-ci il tarixədək 35 saylı mağazada əmtəəşünas (3 il 01 ay 29 gün) xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “X1”ndə təchizat şöbəsinə anbardar (04 il 02 ay 16 gün), xx.xx.19 98-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də mühasib (06 il 03 ay 23 gün), xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində mühasib vəzifələrində (09 ay 14 gün), ümumilikdə 25 il 05 gün işləmişdir.

33. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının əmək kitabçasının mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən hallar da müəyyən edilməmişdir.

34. Həmçinin nəzərə almaq lazımdır ki, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən məhkəməyə əmək kitabçasının mötəbərliyi ilə bağlı onda olan şübhələrin əsaslı və ya həqiqətə uyğun olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, müvafiq araşdırma aparmadan, iddiaçıya pensiya təyinindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Odur ki, iddiaçının əmək kitabçasının mötəbər sayılmaması üçün əsaslar müəyyən olunmamışdır.

35. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən öz vəzifəsinin icrası ilə əlaqədar həmin müəssisələrin dövlət qeydiyyatına alınıb-alınmamasını yoxlamaq məqsədilə müvafiq sorğular verilmişdir. Həmin sorğuların cavabları ilə "xxxx" kiçik müəssisəsinin və "xxxx" MMC-nin dövlət qeydiyyatına alınması öz təsdqini tapmışdır. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********610900 saylı məktubu ilə "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2001-ci il tarixdə, xx.xx.2021-ci il tarixli **********27000 saylı məktubu ilə "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 24193 nömrə ilə dövlət qeydiyyatına alındığı bildirilmişdir. Bunları nəzərə alaraq, həmin müəssisələrin dövlət qeydiyyatına alındığı vaxta qədər iddiaçının işlədiyi müddət (3 il 04 ay 19 gün) nəzərə alınmasa belə, iddiaçı qanunla tələb olunan 16 ildən artıq iş stajı toplamış olur (25 il 05 gün – 3 il 04 ay 19 gün = 21 il 07 ay 16 gün).

36. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçıya İ dərəcəli əlilliyə görə əmək pens iyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin dispozisiya şərtləri tam ödənilir. Odur ki, cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə düzgündür.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2022-ci il tarixli, 2-1(103)-2630/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar