Məhkəmə qərarları › İş №2-1(102)-671/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-671/2019

05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-671/2019 05.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-587/2018 saylı iş üzrə 28 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 57/1926 saylı, 21 iyun 2018-ci il tarixli məktubu ilə İddiaçına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş əmək kitabçasında qeyd olunan 10.12.1975-ci il tarixdən 19.10.1988-ci il tarixədək Azərxalça İstehsalat Birliyində, 04.11.1988-ci il tarixdən 01.10.2001-ci il tarixədək İstehsalat-Texnoloji Komplektləşdirmə İdarəsində və 05.12.2001-ci il tarixdən 15.09.2004-cü il tarixədək 3 saylı üzən Tikinti Quraşdırma İdarəsində işləmə faktının qaydalara uyğun yoxlanılması mümkün deyildir. Əmək kitabçasında qeyd olunan müəssisələr hal-haz ırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyildir. Əmək kitabçasında qeyd edilən dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövr sosial sığorta stajına daxil edilmir. Eyni zamanda, 01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının əmək haqqı və ya orta aylıq əmək haqqı ilə hesablanması nəzərdə tutulmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 47 yaşı olan tarixdən təqdim olunmuş 2003-2004-cü illərin orta aylıq əmək haqqısı nəzərə alınmaqla həmin dövrdə qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensi yasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10.12.1975-ci il tarixdən 19.10.1988-ci il tarixədək Azərxalça İstehsalat Birliyində sarıyıcı, 04.11.1988-ci il tarixdən 01.10.2001-ci il tarixədək Metallurgiya Dövlət Şirkətinin Azərmetaltəmirtikinti İstehsalat Birliyinin İstehsalat-Texnoloji Komplektləşdirmə İdarəsində dəmir-pres sexində ştamplayıcı və 05.12.2001-ci il tarixdən 15.09.2004-cü il tarixədək 3 saylı Üzən Tikinti Quraşdırma İdarəsində gəmilərdə aşpaz işləmişdir. Metallurgiya istehsalında dəmir sexində ştamplayıcı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərl i və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na və iş stajı 10 ildən çoxdur. 01.01.2006-cı ilə qədər ümumi iş stajı isə 25 ildən çoxdur. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında ilkin olaraq müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilləri istinadla iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2-1(84)1213/2018 saylı (hakim – R.ƏA.Məcidov) qərarı ilə iddia tələbi qismən təmin edilmiş,cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 22.05.2015-ci il tarixdən “Əmək pensiyaları haqqında ” Qanunun 9.8-ci və 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 2003-2004-cü illərin orta aylıq əmək haqqısı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirməmişdir. Ona görə də, iddianın təmin edilməmiş hissəsində məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-587/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər – R.R.Rəfiev və M.R.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati- İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2-1(84)-1213/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki,təqdim edilmiş əmək kitabçasında qeyd olunan 10.12.1975-ci il tarixdən 19.10.1988-ci il tarixədək Azərxalça İstehsalat Birliyində, 04.11.1988-ci il tarixdən 01.10.2001-ci il tarixədək İstehsalatTexnoloji Komplektləşdirmə İdarəsində və 05.12.2001-ci il tarixdən 15.09.2004 -cü il tarixədək 3 saylı üzən Tikinti Quraşdırma İdarəsində işləmə faktının qaydalara uyğun yoxlanılması mümkün deyildir. Əmək kitabçasında qeyd olunan müəssisələr hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyildir. Əmək kitabçasında qeyd edilən dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövr sosial sığorta stajına daxil edilmir. Eyni zamanda, 01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının əmək haqqı və ya orta aylıq əmək haqqı ilə hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qərar verərkən “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini də aydınlaşdırmamışdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri ha qqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçü n əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbayc an Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tari xli 320 nömrəli Qərarı təsdiq edilmiş (1 nömrəli əlavə) «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Kollegiya hesab edir ki, qanunvericiliyin sadalanan normalarının tətbiqi ilə bağlı düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçının 45 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 7,6 il, ümumi iş stajı minimum 15 il olmalı; 3) 7,6 il xüsusi və 15 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından gör ünür ki, iddiaçı çalışığı 1 saylı Siyahının Ş.Metallurgiya istehsalatı bölməsinin

3. Yayma, təkəryayma, bandajyayma, vilyoyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları yarımbəndində 1030300a-13229 ştamplayıcı dəmirçilər peşəsi əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdir. Beləliklə, də iddiaçının 01.01.2006-cı il tarixədək 7,6 il xüsusi və 15 il ümumi iş stajına malik olduğu təsdiq olunduğundan onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Kollegiya hesab edir ki, təqdim edilmiş əmək kitabçasında qeyd olunan 10.12.1975-ci il tarixdən 19.10.1988-ci il tarixədək Azərxalça İstehsalat Birliyində, 04.11.1988-ci i l tarixdən 01.10.2001-ci il tarixədək İstehsalat-Texnoloji Komplektləşdirmə İdarəsində və 05.12.2001-ci il tarixdən 15.09.2004-cü il tarixədək 3 saylı Üzən Tikinti Quraşdırma İdarəsində işləmə faktının əmək kitabçasında qeyd edilən dövrlərin qarşılıqlı yoxlanılmasının mümkün olmadığına görə (əmək kitabçasında qeyd olunan müəssisələr hal-hazırda fəaliyyət göstərmədiyinə və arxiv sənədlərinin harada saxlanılması məlum olmadığına görə) həmin dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı ilə bağlı cavabdehin bildirdiyi dəlillər əsasızdır. Kollegiya qeyd edir ki, iddiaçının qeyd edilən illərdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunduğundan əmək kitabçasında mübahisələndirilən iş dövrünün qeyd edilməsi həmin dövrün yaşa görə əmək pensiyasının təyin edi lməsində sosial sığorta stajı kimi nəzərə alınmasına əsas verir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün ə mək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməni n 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş döv rü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 197 5-2004-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Kassasiya şikayətində göstərilmiş 01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının əmək haqqı və ya orta aylıq əmək haqqı ilə hesablanması nəzərdə tutulmadığına dair dəlil də əsassızdır. Belə ki, iddiaç ıya təyin edilməli olan pensiyanın hansı qaydada hesablanmalı olduğu məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, 01 yanvar 2010-cu il tarixdən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliklərə görə əmək pensiyalarının əmək haqqı və ya orta aylıq əmək haqqı ilə hesablanması artıq mümkün deyildir. Hazırkı mübahisənin halları baxımından aydınlaşdırılmalı məsələ 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə pensiya hesablamasının hansı qaydada aparılması ilə bağlıdır. İşin halları baxımından iddiaçının dəyişikliklərin edildiyi 01 yanvar 2010-cu il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etdiyi mübahisə doğurmur. Kollegiya hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 01 yanvar 2010-cu il tarixədək yarandığından ona təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin və 27-ci maddəsinin həmin tarixdə qüvvədə olan tələblərinə uyğun hesablanmalıdır. Çünki iddiaçı dəyişikliyin edildiyi 01 yanvar 2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunverici lik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı hesablama qaydası iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-c u maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilmir. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin bildirdiyi əmək pensiyalarının orta aylıq əmək haqqına görə hesablanmasının sosial sığorta prinsiplərinə uyğun olmadığı üçün 01.01.2010-cu il tarixdən Qanundan çıxarıldığına görə iddiaçının pensiyasının 2003-2004cü illərdə aldığı əmək haqqı nəzərə alınmaqla orta aylıq əmək haqqı üzrə hesablanmasının mümkün olmadığına dair dəlillərini əsassız hesab edir. Nəhayət, kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı ona 47 yaşından, yəni 12 mart 2005-ci il tarixdən pensiya tə yin edilməsini tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini qismən təmin edərək 22 may 2015-ci il tarixdən pensiyanın təyin edilməsinə dair qərar çıxarmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərarından şikayət vermədiyi üçün qərar həmin hissədə qanuni qüvvəyə minmişdir. Ona görə də, iddia tələbinin həmin hissəsi kassasiya baxışının predmetini təşkil etmir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-587/2018 saylı iş üzrə 28 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar