Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-671/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “X20 LTD” MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi hesablanması barədə qərarın ləğv Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X20 LTD” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 01.08.2017ci il tari xli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-11/2020 saylı, 17 avqust 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Vergilər Departamentinin 24.07.2015-ci il tarixli qərarına əsasən 2014cü ilin aprel ayından 2015-ci ilin iyun ayınadək növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 10.08.2015-ci ildə başlanılmış və 01.08.2016-cı il tarixdə başa çatdırılmışdır. 03.08.2016-cı il tarixdə tərtib edilmiş akt əsasında müəssisəyə 316.687,41 manat vergi b orcu və 158.383,71 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı tərəfindən verilmiş şikayətə əsasən Vergilər Nazirliyinin Apelyasiya Şurası 09.09.2016-cı il tarixdə qəbul etdiyi qərarla şikayəti təmin edərək 03.08.2016-cı il tarixli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün yenidən araşdırılması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddətinin 30 iş günü müəyyən edilməsi qərara alınmışdır. Bundan sonra ikinci dəfə Bakı Vergilər departamenti tərəfindən 28.10.2016-cı il tarixdə səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında müəssisəyə 551.419,45 manat vergi borcu və 275.789,74 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması 10.08.2015-ci il tarixdə başlamış və 25.10.2016-cı il tarixdə başa çatmışdır. Yoxlanılan dövr 2014-cü ilin aprel ayından 2015-ci ilin iyun ayınadək olan dövrü əhatə etmişdir. İddiaçı tərəfindən təkrarən Vergilər Nazirliyinin Apelyasiya Şurasına müraciət edilmiş və Bakı Vergilər Departamenti tərəfindən 13.12.2016-cı il tarixdə qərar qəbul edilərək səyyar vergi yoxlamasının keçirilməsi barədə 24.07.2015-ci il tarixli qərar və 28.10.2016-cı il tarixli səyyar vergi yoxlaması aktı ləğv edilmişdir.
2. Cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı MMC üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə 19 dekabr 2016-cı il tarixli qərar qəbul etmişdir. Qərara müvafiq olaraq iddiaçı müəssisədə 20.12.2016-cı il tarixdə səyyar vergi yoxlaması baş lanmış və 21.04.2017-ci il tarixdə başa çatmış, yoxlamanın nəticəsi olaraq 06.06.2017-ci il tarixli saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir.
3. Cavabdehin 01.08.2017-ci il tarixli qərarı ilə iddiaçı 2014-cü il ƏDV üzrə 320.778,65 manat vergi borcu və 160.389,33 manat maliyyə sanksiyası, 2015-ci il ƏDV üzrə 412.571,99 manat və 206.286,00 manat maliyyə sanksiyası, 2016-cı il ƏDV üzrə 1.920,75 manat və 960,38 manat maliyyə sanksiyası, 2014-cü il mənfəət vergisi üzrə 60.726,93 manat və 30.363,47 manat maliyyə sanksiyası, 2015-ci il mənfəət vergisi üzrə 75.254,76 manat və 37.627,38 manat maliyyə sanksiyası, cəmi 871.253,08 manat əlavə vergi borcu və 435.626,56 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instan siya məhkəməsindəki icraat
4. İddiaçı 9 avqust 2017-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 01.08.2017-ci il tarixli **********104790 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, müəssisə dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. Bakı Vergilər Departamentinin 24.07.2015-ci il tarixli qərarına əsasən 2014-cü ilin aprel ayından 2015-ci ilin iyun ayınadək növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 10.08.2015-ci ildə başlanılmış və 01.08.2016-cı il tarixdə başa çatdırılmışdır. 03.08.2016-cı il tarixdə tərtib edilmiş akt əsasında müəssisəyə 316.687,41 manat vergi borcu və 158.383,71 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı tərəfindən verilmiş şikayətə əsasən Vergilər Nazirliyinin Apelyasiya Şurası 09.09.2016-cı il tarixdə qəbul etdiyi qərarla şikayəti təmin edərək 03.08.2016-cı il tarixli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün yenidən araşdırılması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddətinin 30 iş günü müəyyən edilməsi qərara alınmışdır. Bundan sonra ikinci dəfə Bakı Vergilər departamenti tərəfindən 28.10.2016-cı il tarixdə səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında müəss isəyə 551.419,45 manat vergi borcu və 275.789,74 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması 10.08.2015-ci il tarixdə başlamış və 25.10.2016-cı il tarixdə başa çatmışdır. Yoxlanılan dövr 2014-cü ilin aprel ayından 2015-ci ilin iyun ayınadək olan dövrü əhatə etmişdir. İddiaçı tərəfindən təkrarən Vergilər Nazirliyinin Apelyasiya Şurasına müraciət edilmiş və Bakı Vergilər Departamenti tərəfindən 13.12.2016-cı il tarixdə qərar qəbul edilərək səyyar vergi yoxlamasının keçirilməsi barədə 24.07.2015-ci il tarixli qərar və 28.10.2016-cı il tarixli səyyar vergi yoxlaması aktı ləğv edilmişdir. Cavabdeh 19.12.2016-cı il tarixdə torpaq vergisi üzrə 20152016-cı il, mədən vergisi üzrə 2014-cü ilin may ayından 2016-cı ilin oktyabr ayınadək, əlavə dəyər vergisi üzrə 2014-cü ilin aprel ayından 2016-cı ilin oktyabr ayınadək, yol vergisi üzrə 2014-cü il, mənfəət vergisi üzrə 2014-2015-ci illər, aksiz vergisi üzrə 2014-cü ilin may ayından 2016-cı ilin oktyabr ayınadək, ödəmə mənbəyində tutulan vergi üzrə 2014-cü ilin İİ rübündən - 2016-cı ilin İİİ rübünədək, sadələşdirilmiş vergi üzrə 2014-cü ilin İİ rübündən 2016-cı ilin İİİ rübünədək, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2014-cü ildən 2016-cı ilin İİİ rübünədək, əmlak vergisi üzrə 2014-2015-ci illəri dövrləri əhatə edən növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etmişdir. Yoxlama 20.12.2016-cı il tarixdə başlamış və 21.04.2017-ci il tarixdə başa çatmışdır. X13 Departamentinin aşağıdakı qərarları ilə əsassız və qanunazidd olaraq müvəqqəti dayandırılmış və yoxlamanın müddəti uzadılm ışdır: 02.02.2017-ci il tarixli müvəqqəti dayandırma qərarına əsasən müddət 31 gün, 07.03.2016-cı il tarixli qərara əsasən 26 gün, 03.04.2017-ci il tarixli qərara əsasən 12 gün, 17.04.2017-ci il tarixli qərara əsasən 8 gün və 24.04.2017-ci il tarixli qərara əsasən 30 gün uzadılmışdır. Cavabdeh tərəfindən 06.06.2017-ci il tarixli **********072628 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında müəssisəyə 871.253,08 manat vergi borcu və 435.626,56 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdehin 01.08.2017-ci il tarixli **********104790 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə müəssisəyə 871.253,08 manat vergi borcu və 435.626,56 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarla 2014-cü il mənfəət vergisi üzrə 60.726,93 manat və 30.363,47 manat maliyyə sanksiyası, 2015-ci il mənfəət vergisi üzrə 75.254,76 manat və 37.627,38 manat maliyyə sanksiyası, 2014-cü il ƏDV üzrə 320778,65 manat və 160.389,33 manat maliyyə sanksiyası, 2015-ci il ƏDV üzrə 412.571,99 manat və 206.286,00 manat maliyyə sanksiyası, 2016-cı il ƏDV üzrə 1920,75 manat və 260,38 manat maliyyə sanksiyası, cəmi 871.253,08 manat vergi borcu və 435.626,56 manat maliyyə sanksiyası hesablanmışdır. Hesab edir ki, həmin qərar əsassızdır, vergi qanunvericiliyinə ziddir və ləğv edilməlidir. Eyni zamanda müəssisənin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyindən yoxlama ilə müəssisənin 2014 və 2015-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Nazirlər Kabinet inin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq şərti rentabellik səviyyəsini 20% götürülərək hesablanmışdır. Yoxlama ilə müəssisənin 2014-cü il üzrə vergiyə cəlb edilən mənfəət 372.562,14 manat məbləğində hesablanmışdır. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəlləsinin 121.1 maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərin gəlirlərdən artıq olan hissəsi beş ilədək davam edən sonraki dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəət hesabına kompensasiya edilir. Yoxlama ilə müəssisənin 2010-cu ili 68.927,47 manat zərərlə başa vurulduğu və həmin zərərlərin növbəti illərdə kompensasiya olunmadığı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq yoxlama ilə müəssisənin 2014-cü il üzrə keçmiş illərin zərəri nəzərə alınmaqla (2010-cu ilin zərəri) vergiyə cəlb edilən mənfəəti 303.634,67 manat müəyyən edilmiş və ondan 60.726,93 manat mənfəət vergisi hesablanmışdır.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(85)-150/2018 saylı iş) 26 yanvar 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 01.08.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X9 və X5, 2-1(105)231/2018 saylı iş) 29 may 2018-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 26 yanvar 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğinin hesablanması qaydasını Vergi Məcəlləsinin 67.1.1 - 67.1.9-cu maddələrə əsaslanaraq əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bu zaman vergi orqanının Vergi Məcəlləsinin 67.1.1 67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə etməklə verginin hesablaması hüququ olsa da, qey d edilən məsələ üzrə inzibati orqanın verginin məbləğinin Vergi Məcəlləsinin 67.1.1 - 67.1.9-cu maddələrə əsaslanaraq hesablaması vəzifəsidir. Belə ki, mövcud mübahisə üzrə inzibati orqanda VN-nin 67.1.1-ci maddəsində qeyd edilmiş - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri üzrə məlumatlar olmuş, həmçinin VN-nin 67.1.9-cu maddəsinə uyğun vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında mənfəəti hesablamaq vəzifəsi idi. Bundan əlavə,, əvəzləşdirilməyə qəbul edilməyən əməliyyatlar üzrə malın dəyəri və ƏDV məbləği tam şəkildə vergi ödəyicisi tərəfindən ödənilmiş, vergidən yayınma halı olmamış, yalnız bu zaman onun tərəfindən ödəniş forması səhv seçilmişdir ki, qeyd edilən hal, yəni ödəniş forma sının səhv seçilməsi vergi öhdəliyi yaratmır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X1-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və X6, 2-1(102)-22/2019 saylı iş) 30 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən əvəzləşdirilmiş ƏDV məbləğləri üzrə VM-nin 175.1-ci maddədə göstərilən şərtlərin yerinə yetiril ib-yetirilməməsinə qiymət verilməlidir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Təkrar apelyasiya baxışı zamanı iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli rəydə də hesablanmış ƏDV-nin məbləğinin düzgünlüyü ilə bağlı gəlinən nəticəyə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.09.2015-ci il tarixli Qərarı yalnız 03.09.2015-ci il tarixdən sonrakı münasibətlərə tətbiq edilməli olduğundan, iddiaçı tərəfindən əvəzləşdirmək hüququ olmadığı halda, əvəzləşdirilən ƏDV-nin məbləği cəmi 184.951, 82 manat (2015-ci ilin sentyabr ayı - 32.603,0 manat, oktyabr ayı - 8.500,0 manat, dekabr ayı - 141. 928,07 manat, 2016-cı ilin yanvar ayı üzrə isə 1.920,75 manat) müəyyən edilmiş, 2014-cü ilin aprel-dekabr, 2015-ci ilin yanvar-may, iyul-avqust ayları üzrə aparılmış cəmi 550.319,57 manat məbləğində əvəzləşdirmə isə həmin əməliyyatlar üzrə malların dəyəri nağd qaydada ödənilməsinə baxmayaraq qanuna müvafiq hesab edilmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3məruzəçi, X7 və X2, 2-1(105)-11/2020 saylı iş) 17 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar edilməklə iddia rədd edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəylərində gəlinən nəticənin əksin ə olaraq, təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.09.2015-ci il tarixli Qərarının qanuni qüvvəyə minməsindən sonra deyil, məhz Vergi Məcəlləsinin 175.1-ci maddəsinə 28.11.2003-cü il tarixdə edilmiş əlavə və dəyişiklikdən sonra imperativ xarakter almışdır.
16. İddiaçı 4 fevral 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
17. İddiaçı 2010-cu ildən zərərlə işlədiyindən hər hansı mənfəətin ya ranmasından və bununla bağlı sənədləşmənin aparılmasından söhbət gedə bilməz. Bununla yanaşı, cavabdeh sadalanan halların əksini sübut edə bilməmiş, habelə ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı şübhə mövcud deyildir.
18. Cavabdeh səyyar vergi yoxlaması aktında əsassız olaraq qeyd edir ki, guya müəssisə tərəfindən yoxlamaya ilkin sənədlər təqdim edilməmişdir. Müəssisə tərəfindən yoxlamaya xərc sənədləri tam təqdim edilmədiyindən (xammal və materialların alınması ilə bağlı sənədlər qismən təqdim edilmiş, istehsal olunan məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilməmişdir) yoxlama ilə 2014-2015-ci illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərlə əlaqədar, eyni zamanda müəssisənin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəy yən edilmədiyindən yoxlama ilə müəssisənin 2014 və 2015-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq şərti rentabellik səviyyəsini 20% götürülərək qanunsuz və əsassız olaraq mənfəət vergisi hesablanmışdır.
19. Səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcıya ilkin sənədlər təqdim edilmişdir. Müəssisə tərəfindən yoxlamaya xərc sənədləri tam təqdim edilmişdir, xammal və materialların alınması ilə bağlı sənədlər, istehsal olunan məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilmişdir. Yoxlayıcı və inzibati orqan isə həmin sənədləri heç bir səbəb olmadan nəzərə almamışdır. Yoxlama ilə 2014-2015-ci illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün idi. Ümumiyyətlə müəssisə 2014-2015-ci ili zərərlə başa vurmuş, bunu təsdiq edən sənədlər və hesabat yoxlayıcıya təqdim edilmişdir. Bundan əlavə yoxlayıcı istəsəydi və qanunauyğun yoxlama aparsaydı müəssisənin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edə bilərdi. Yoxlamanın müəssisənin 2014 və 2015-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq şərti rentabellik səviyyəsini 20% götürülərək mənfəət vergisi hesablaması Vergi Məcəlləsinə ziddir.
20. Vergi orqanı əsassız olaraq Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etmədən əsassız və qanunsuz olaraq şərti rentabellik tətbiq etmişdir. Halbuki bütün xərc sənədləri və dövriyyəyə aid bütün sənədlər vergi orqanına təqdim edilmişd ir. Bütün bunları nəzərə almayan 2 saylı Ərazi Vergilər Departamenti əsassız olaraq şərti rentabellik əsasında hesablama aparmışdır.
21. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.
22. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə görə, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.
23. Əməliyyatlar üzrə ƏDV-lər ƏDV depozit hesabı ilə dövlət büdcəsinə köçürülmüşdür və bu əməliyyatlardan dövlət büdcəsi heç bir ziyan görməmişdir. 24. “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotunun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 Dekabr 2007-ci il tarixli 219 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4 bəndində əsasən malları (işləri, xidmətləri) alan şəxs tərəfindən vergi hesab- fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə depozit hesabına köçürülməlidir.
25. Həmin qaydaların 1.4-cü bəndində şəxsin sözündən sonra “Bank” sözü 16 fevral 2008-ci il tarixli 47 N-li Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə çıxarılmışdır. Şəxsin hesabı dedikdə onun həm bank, həm də xəzinə hesabı onun hesabı deməkd ir.
26. Yəni qanunvericiliklə 2014-2015-ci illərdə iddiaçının əməliyyat apardığı müəssisələrin kassa hesabına nağd qaydada pul köçürməsi qanuni olmuşdur və həmin əməliyyatlar üzrə aparılan əvəzləşdirmələr də qanunidir.
27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.4-cü maddəsinə əsasən, ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qəbz və ya çek verilə bilər. Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən elektron vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləş dirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq aparılan əvəzləşdirilmə etibarsız hesab edilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
29. Vergi Məcəlləsi: Maddə 14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Maddə 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər ar asında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən ço x olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar ver gi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: (-); 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələ rin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edi lmiş qaydalar əsasında hesablanır. Maddə 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Maddə
153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir Mad də 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: (29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 175.1-ci (175.1.1 – 175.1.3-cü maddələr istisna olmaqla) maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 175.1 Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edilən bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:) 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməl idir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Maddə 183.1. Bu fəsildə başqa hallar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridirlər. Maddə 185.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur.
30. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.0 9.2015-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur.
2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.4-cü maddəsinin “nağd aparılan əməliyyatlar” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin istər ƏDV-siz dəyərinin, istərsə də ƏDV-nin məbləğinin nağd qaydada ödənildiyi əməliyyatları ehtiva edir. Bu zaman təqdim edilmiş malın, görülmüş işin və ya göstərilmiş xidmətin ƏDV-siz dəyəri və ya ƏDV-nin məbləği nağd qaydada ödənildikdə, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.
3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.
31. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliy yatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı: 1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. 1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra-alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra -satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. (16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127) ilə 1.4-cü bənddə “şəxsin (bundan sonra satıcı)” sözlərindən sonra “bank” sözü çıxarılmışdır. 1 dekabr 2020ci il tarixli 476 nömrəli qərarı ilə “vergi hesab fakturalarında” sözləri “elektron qaiməfakturalarda” sözləri ilə əvəz edilmişdir və həmin bənddə (bundan sonra satıcı) sözlərindən sonra “bank” sözü əlavə edilmişdir). (-). 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında ola n vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; (-). bunlarla
32. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş ha llarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya ge niş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
33. Mülki Prosessual Məcəllə: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar ü zrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
34. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
35. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
37. Bakı Vergilər Departamentinin 24.07.2015-ci il tarixli qərarına əsasən 2014cü ilin aprel ayından 2015-ci ilin iyun ayınadək növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 10.08.2015-ci ildə başlanılmış və 01.08.2016-cı il tarixdə başa çatdırılmışdır. 03.08.2016-cı il tarixdə tərtib edilmiş akt əsasında müəssisəyə 316.687,41 manat vergi borcu və 158.383,71 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı tərəfindən verilmiş şikayətə əsasən Vergilər Nazirliyinin Apelyasiya Şurası 09.09.2016-cı il tarixdə qəbul etdiyi qərarla şikayəti təmin edərək 03.08.2016-cı il tarixli səyyar ve rgi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün yenidən araşdırılması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddətinin 30 iş günü müəyyən edilməsi qərara alınmışdır. Bundan sonra ikinci dəfə Bakı Vergilər departamenti tərəfindən 28.10.2016-cı il tarixdə səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında müəssisəyə 551.419,45 manat vergi borcu və 275.789,74 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması 10.08.2015-ci il tarixdə başlamış və 25.10.2016-cı il tarixdə başa çatmışdır. Yoxlanılan dövr 2014-cü ilin aprel ayından 2015-ci ilin iyun ayınadək olan dövrü əhatə etmişdir. İddiaçı tərəfindən təkrarən Vergilər Nazirliyinin Apelyasiya Şurasına müraciət edilmiş və Bakı Vergilər Departamenti tərəfindən 13.12.2016-cı il tarixdə qərar qəbul edilərək səyyar vergi yoxlamasının keçirilməsi barədə 24.07..2015-ci il tarixli qərar və 28.10.2016-cı il tarixli səyyar vergi yoxlaması aktı ləğv edilmişdir.
38. Cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı MMC üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə 19 dekabr 2016-cı il tarixli qərar qəbul etmişdir.
39. Cavabdehin 01.08.2017-ci il tarixli qərarı ilə iddiaçı 2014-cü il ƏDV üzrə 320.778,65 manat vergi borcu və 160.389,33 manat maliyyə sanksiyası, 2015-ci il ƏDV üzrə 412.571,99 manat və 206.286,00 manat maliyyə sanksiyası, 2016-cı il ƏDV üzrə 1.920,75 manat və 960,38 manat maliyyə sanksiyası, 2014-cü il mənfəət vergisi üzrə 60.726, 93 manat və 30.363,47 manat maliyyə sanksiyası, 2015-ci il mənfəət vergisi üzrə 75.254,76 manat və 37.627,38 manat maliyyə sanksiyası, cəmi 871.253,08 manat əlavə vergi borcu və 435.626,56 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir.
40. Cavabdehin dəlillərinə görə 2014-2015-ci illər üzrə mənfəət vergisinin hesablanmasına əsas iddiaçı tərəfindən yoxlamaya xərc sənədlərinin təqdim edilməməsi olmuşdur. İddiaçı 2014-cü ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 2.235.372,85 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2.235.372,85 manat göstərməklə mənfəət vergisi hesablamamışdır. Bundan əlavə 2015-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəliri 2.257.642,81 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2.306.462,32 manat göstərməklə ili zərərlə başa vurmu şdur. Aparılmış səyyar vergi yoxlaması zamanı təqdim edilmiş mənfəət vergisinin düzgünlüyü yoxlanılarkən iddiaçı tərəfindən yoxlamaya xərc sənədləri qismən təqdim edilmiş və nəticədə vergi orqanı mənfəət vergisini VM-nin 83.9-cu maddəsinin tələbinə uyğun olaraq (şərti rentabellik norması əsasında) hesablamışdır.
41. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən 2014-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 2.235.372,85 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 2.235.372,85 manat, 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində isə ümumi gəlir 2.257.642,81 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 2.306.462,32 manat bəyan edildiyi halda, yoxlamaya xərcləri təsdiq edən sənədlər tam təqdim edilmədiyindən 2014-2015-ci illər üzrə iddiaçının mənfəətinin birbaşa müəyyən edilməsi mümkün olmamış, 2014-2015-ci illər üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması ”Qaydalarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır.
42. Məhkəmə kollegiyası vurğulayır ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə cavabdehin əlaqəli məlumatlardan istifadə etməklə verginin məbləğini hesablamaq hüququ vardır.
43. Həmçinin Vergi Məcəlləsinin 67.4-cü maddəsi nə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
44. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
45. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
46. İşdə olan sənədlərdən görünür ki, cavabdeh iddiaçının mənfəət vergisini müəyyən edərkə n Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadığı halda, vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanmasının mümkünsüzlüyünü bildirməmişdir.
47. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsinin əldə etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, yoxlama ilə hesablanmış mənfəət vergisinin hazırkı ekspertiza ilə müəyyən olunmamasının səbəbi müəssisənin 2014-2015-ci illərdə zərərlə işləməsi olmuşdur. Belə ki, iş materialları əsasında ekspertiza tədqi qati ilə müəyyən olundu ki, 2014-cü il ərzində müəssisəyə 2.249.905,01 manat (ƏDV-siz) və 404.982,73 manat (ƏDV-li) mal material, iş və xidmət təqdim edilmiş, ƏDV sub-uçot hesabı vasitəsi ilə 2014-cü il üzrə 398.911,84 manat ƏDV köçürülmüş və 2.216.176,89 manat (ƏDV-siz) alınmış malların dəyəri ödənilmişdir. Eyni zamanda, iş materialları əsasında ekspertiza tədqiqati ilə müəyyən olundu ki, 2015-ci il ərzində müəssisəyə 2.292.062,52 manat (ƏDV-siz) və 412.571,35 manat (ƏDV- li) mal material, iş və xidmət təqdim edilmiş, ƏDV sub-uçot hesabı vasitəsi ilə 2015-ci il üzrə 412.571,35 manat (ƏDV-siz) alınmış malların dəyəri ödənilmişdir. Yəni depozit hesabı və digər xərc sənədlərinə əsasən tədqiqatla 2014-2015-ci illər üzrə mənfəət müəyyən olunmadı.
48. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh 2014-2015-ci illər üzrə iddiaçının mənfəət vergisini Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl etməklə müəyyən etməmiş, ekspert rəyi ilə isə iddiaçının həmin illərdə mənfəətinin olmadığı müəyyən edilmişdir. 49. 2014-2015-ci illər üzrə iddiaçının mənfəət əldə etməsi Vergi Məcəlləsinin 67ci maddəsində müəyyən edilmiş qaydada sübuta yetmədiyindən, həmçinin cavabdeh iddiaçıya mənfəət vergisi hesablayarkən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan ardıcıllığa əməl etmədən birbaşa 20 faiz şərti rentabellik tətbiq etdiyindən, iddiaçıya mənfəət vergisi hesablamaqda cavabdeh haqlı olmamışdır. Odur ki, bu hissədə iddiaçının şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməli, cavabdehin 1 avqust 2017-ci il tarixli qərarı ləğv olunmalıdır.
50. Cavabdehin və onunla razılaşan apelyasiya məhkəməsinin mövqeyinə görə mübahisə olunan inzibati aktla iddiaçıya hesablanmış 2014-2016-cı illər üzrə ƏDV-nin hesablanmasına əsas iddiaçı tərəfindən 732.805,39 manat məbləğin əvəzləşdirilmə hüququnun olmadığı halda əvəzləşdirilməsi olmuşdur. Belə ki, iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan dövrdə alınmış vergi-hesab fakturaları üzrə malın dəyəri nağd qaydada mal göndərənlərin kassalarına və ya nağd qaydada onların bank hesablarına, ƏDV məbləğləri isə müəssisənin ƏDV depozit hesabından mal göndərən şəxslərin analoji hesablarına və ya malın dəyəri ilə birlikdə onların cari hesablarına ödənildiyi müəyyən edilmişdir.
51. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergi yə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 4.918.759,39 manat, ondan hesablanmış ƏDV 885.376,69 manat, əvəzləşdirilən ƏDV 892.523,50 manat və büdcədən ödənilməli ƏDV isə 7.146,81 manat məbləğində bəyan edilmişdir. Lakin yoxlama zamanı iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində 735.271,39 manat ƏDV-nin əvəzləşdirmə hüququ olmadığı halda əvəzləşdirildiyi müəyyən edilmişdir. İddiaçının həmin əməliyyatlar üzrə apardığı əvəzləşdirmələr etibarsız sayılaraq, yoxlanılan dövr üzrə əvəzləşdirilməsinə yol verilən ƏDV-nin məbləği 157.252,11 manat müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin 1 yanvar 2003-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturalar ı üzrə nağdsız qaydada ödənilmiş verginin məbləği sayılırdı. Bu zaman yalnız ƏDV hissəsinin nağdsız qaydada ödənilməsi tələb olunurdu və əməliyyatın ƏDV-siz dəyərinin hansı qaydada ödənilməsinə dair heç bir şərt mövcud deyildi. 53. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 28 noyabr tarixli 519-İİQD nömrəli Qanununa əsasən Vergi Məcəlləsinin 175.1-ci maddəsində “nağdsız qaydada ödənilmiş” sözləri “nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) aparılmış ödəmələrdə” sözləri ilə əvəz edilmişdir. Bu dəyişiklik nəticəsində əvəzləşdirilən ƏDV-nin məbləği nağdsız qaydada aparılmış ödəmələrdə verginin məbləği hesab olunmuşdur. Nəticədə, əməliyyatın hə m ƏDV-siz dəyərinin, həm də ƏDV hissəsinin nağdsız qaydada ödənilməsi həmin verginin əvəzləşdirilməsinə hüquq vermişdir. “Mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər” nağdsız qaydada aparılmış ödəmələrin tərkibinə aid edilməmişdir. Beləliklə, “mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər” aparıldığı halda ƏDV-nin ödənilmə formasından asılı olmayaraq həmin verginin əvəzləşdirilməsi istisna olunmuşdur”.
54. Hazırkı mübahisə 2014-2016-cı illəri əhatə edir.
55. Nəzərdən qaçırmaq olmaz ki, ƏDV-nin əvəzləşdirilməsi qaydası həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətl ərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir.
56. Qaydaların ilkin redaksiyada 1.4-cü bəndinə görə malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra-alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra-satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. 57. 16 fevral 2008-ci il tarixdə Qaydaların 1.4-cü bəndində “bank” sözü çıxarılmış, 1 dekabr 2020-ci il tarixdə “bank” sözü əlavə edilmişdir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 03.09.2015-ci il tarixli Qərarında hesab etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.
59. ƏDV ilə bağlı yoxlama dövrünün bir hissəsi Konstitusiya Məhkəməsi Plenumunun qəra rından əvvəlki, bir hissəsi isə sonrakı dövrə təsadüf etmişdir.
60. Məhkəmə kollegiyası hesab edir ki, 16 fevral 2008-ci il tarixdə Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndində “bank” sözü çıxarıldığından, bu səbəbdən Qaydalarda təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsə istənilən qaydada ödənilməsi istisna olunmadığından, bu barədə yalnız Konstitusiya Məhkəməsinin Plenumu 3 sentyabr 2015-ci il tarixli qərarında açıqlama verdiyindən, iddiaçıya münasibətdə 3 sentyabr 2015-ci ilə qədər ƏDV-nin əvəzləşdirilməsi qəbul edilməli, 3 sentyabr 2015-ci ildən sonra isə əməliyyatın ƏDV-siz dəyərinin nağdsız qaydada ödənilməsi halında hə min verginin əvəzləşdirilməsinə hüquq verilməlidir.
61. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sonuncu, 11 mart 2020-ci il tarixli rəydə də hesablanmış ƏDV-nin məbləğinin düzgünlüyü ilə bağlı gəlinən nəticəyə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.09.2015-ci il tarixli Qərarı yalnız 03.09.2015-ci il tarixdən sonrakı münasibətlərə tətbiq edilməli olduğundan, iddiaçı tərəfindən əvəzləşdirmək hüququ olmadığı halda, əvəzləşdirilən ƏDV-nin məbləği cəmi 184.951, 82 manat (2015-ci ilin sentyabr ayı - 32.603,0 manat, oktyabr ayı - 8.500,0 manat, dekabr ayı - 141.928,07 manat, 2016-cı ilin yanvar ayı üzrə isə 1.920,75 manat) müəyy ən edilmiş, 2014-cü ilin aprel-dekabr, 2015-ci ilin yanvar-may, iyul-avqust ayları üzrə aparılmış cəmi 550.319,57 manat məbləğində əvəzləşdirmə isə həmin əməliyyatlar üzrə malların dəyəri nağd qaydada ödənilməsinə baxmayaraq qanuna müvafiq hesab edilmişdir.
62. Cavabdeh 2015-ci ilin sentyabr ayından sonrakı dövr üçün iddiaçıya 184.951,82 manat ƏDV hesablamış, bunu 1 avqust 2017-ci il tarixli qərarında qeyd etmiş, iddiaçının 184.951,82 manat əlavə ƏDV ödəməli olması nəticəsinə gəlmişdir.
63. İşdə olan sənədlərdən, o cümlədən iddiaçının şəxsi hesab vərəqindən görünür ki, iddiaçı 184.951,82 manat ƏDV məbləğini cavabdeh onun barəsində 1 avqust 2017-ci il tarixli qərarı qüvvəyə minənədək ödəmişdir.
64. Odur ki, ümumilikdə səyyar vergi yoxlaması nəticəsində iddiaçıya ƏDV məbləği hesablamaqla cav abdeh haqlı olmadığından qəbul etdiyi 1 avqust 2017-ci il tarixli qərarı ləğv edilməlidir.
65. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməli, cavabdehin iddiaçı barəsində tərtib etdiyi 1 avqust 2017-ci il tarixli qərarı ləğv edilməlidir.
66. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-11/2020 saylı 17 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. 2 saylı Ərazi Vergilər Departamentinin iddiaçı “X20 LTD” MMC barəsində tərtib etdiyi vergi ödəyicisinin vergi qanunv ericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 1 avqust 2017-ci il tarixli qərarı ləğv edilsin. Qərar qətidir.