Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-671/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2631/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun məktubuna əsasən, iddiaçı sağ diz oynağının artrozu İİİ mərhələ əməliyyatının keçirilməsi ilə əlaqədar növbəyə götrülmüşdür.
2. Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan İddiaçı müayinə və müalicəsinin müvafiq qaydada təşkil edilməsi (Dz: sağ diz oynağının deformasiyaedici artrozu, diz oynağının sinoviti, dizaltı çuxurun Berger sisti. Sağ diz oynağının açıcıbükücü kontakturası, daimi ağrı sindromu ilə, hərəkətin pozulması), diaqnozda göstərilən kontrakturaların dərəcəsinin müəyyən edilməsi və sağlamlıq durumu barədə tibbi rəy verilməsi xahiş edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlara əsasən iddiaçıya xx.xx.2018-ci ildə, xx.xx.2019-cu ildə, xx.xx.2020-ci ildə əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina olunmuşdur, səbəbi müalicəyə ehtiyacın olması göstərilmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə yaradılmış komissiyanın iclasının xx.xx.2022-ci il tarixli protokoluna əsasən iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaç ı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildə ağır avtomobil qəzası keçirmişdir. Qəza nəticəsində sağ ayağı diz nahiyəsindən sınmış və uzun müddət xəstəxanada və 9 ay ev şəraitində müalicə olunmuşdur. 1989-cu ildən 1996-cı ilədək əmək fəaliyyəti ilə məşğul olsa da, daha sonra diz nahiyəsində problemlər və əmək fəaliyyətində qüsurlar yaranması səbəbi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixdə Suraxanı rayonu qaz istismarı idarəsində işə götürülsə də, elə həmin gün işdən azad edilmişdir. Səhhəti ilə bağlı 1997-ci ildən bu günə qədər heç bir yerdə işləməmiş və heç bir əmək fəaliyyəti olmamışdır. 2000-ci ildə ailə qurmuş, himay əsində 11 yaşında oğlu və ağır şəkər xəstəsi olan həyat yoldaşı vardır. Özü də uzun müddətdir ağır şəkər xəstəsidir. 2019-cu ilin noyabr ayından insulindən istifadə edir və heç bir yerdən gəliri yoxdur. Xəstəliyi ilə bağlı Suraxanı rayonu Hövsan qəsəbəsi 23 nömrəli şəhər poliklinikasının TSEK-ə əlilliyinin dərəcəsini müəyyən etmək məqsədilə müraciət etmiş, 4 dəfə ekspertizadan keçsə də, 4 dəfə də imtina sənədi almışdır. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş və Nazirlik tibbi xidmətin göstərilməsi ilə bağlı X2 və Ortopediya İnstitutuna məktub göndərmişdir. xx.xx.2019-cu ildə həmin institutda müayinə olunmuş və xx.xx.2019-cu ildə ona bildirilmişdir ki, əməliyyat edilməsi üçün 1373-cü şəxs olaraq qeydiyyata alınmışdır. 1988-ci ildən 23 nömrəli şəhər poliklinikasında xəstəlik kitabç ası olmuş, lakin müraciət etməsinə baxmayaraq ona məxsus kitabça tapılmamışdır. Həmin kitabçada onun dizində yaranmış xəstəlik və keçirdiyi müxtəlif xəstəliklərlə bağlı geniş məlumatlar əks olunmuşdur.
7. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2018-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Göndərişin təhlili göstərmişdir ki, xəstəlik xx.xx.1988-ci ildə başlamış və əsas diaqnoz kimi “Digər posttravmatik qonartrozlar”, sağ diz oynağının deformasiyaedici artozo-artriti, hetero tipik ossifikasiyası” xəstəliyi, ağırlaşma kimi isə “Oynaqların kontrakturası, sağ diz oynağının qarışıq tipli kontrakturası, oynaqda ağrı, sağ diz oynağında dai mi ağrı sindromu, yerişin pozulması ilə”, yanaşı xəstəlik kimi isə “Essentsial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ. Dizin sınığı, sağ diz qapağının bitişmiş sınığı” xəstəlikləri qeyd edilmişdir. Qeyd edilmiş travma və onun ağırlaşmaları Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin və dinamik müşahidələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişləri əsasında xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixlərdə qiymətləndirilmiş və hər bir halda göndərişdə qeyd edilən məlumatlar əsasında əl illik təyinatı aparmaq mümkün olmamışdır. Belə ki, hər üç göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları, eləcə də yanaşı xəstəliklər əlilliyin təyininə əsas vermir, travmadan sonra ətrafın funksional vəziyyəti müayinələrlə əsaslandırılmır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4900/2020 nömrəli, 1 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı İsgəndər oğlunu əyani tibbi-sosial ekspertiza müayinəsindən keçirərək, onda olan xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinə əsas verib-verilməməsi barədə rəy verilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ali Nəzarət Komissiyası) həvalə edilmişdir.
9. Cavabdehin məhkəməyə xx.xx.2020-ci il tarixli, 2-1(112)-4900/2020 nömrəli qərardadın icrası ilə bağlı təqdim etdiyi məktubunda qeyd edilmişdir ki, məhkəmə qərarının icrası məqsədi ilə İddiaçı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli və xx.xx.2021ci il tarixli ********** nömrəli məktubla inzibati icraatın yenidən tam və hərtərəfli həyata keçirilməsi məqsədi ilə əyani müayinəyə dəvət edilmişdir. Lakin iddiaçı bu günə qədər əyani müayinəyə gəlməmiş, həmçinin hər hansı aidiyyəti sənədləri də Agentliyə təqdim etməmişdir. Buna görə də, qərarın icrası məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi mümkün olmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1069/2021 nömrəli, 7.10.2022-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli rəyinə əsasən 1956-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir:
1. Vətəndaş İddiaçı adına tərtib edilmiş 0050003AACY6 nömrəli göndərişə (Forma 88) əsasən “sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma” diaqnozuna uyğun xəstəliklər aşkar olunur.
2. Bu diaqnoza uyğun xəstəlik və qüsurlar, xəstəliyinin əyani müayinəsinin nəticələrinə əsasən əlilliyə əsas verən patofunksional dəyişikliklər aşkar olunmadığına görə əlillik təyini üçün əsas vermir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112 )-262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki xəstəliklər (sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma - 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma) əlillik təyini üçün əsas vermir. Belə olan hallarda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdehin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2631/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli (hakimlər R.Qurbanov - sədrlik edən və məruzəçi, V.Məmmədov və V.Baxışova) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaç ı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə ekspert rəyini heç dəyərləndirməyib, digər sübutlarla yanaşı qiymətləndirməyib, bununla da MPM-nin 102-ci maddəsinin tələblərini pozub. Belə ki, məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarına baxsaq görərik ki, məhkəmə heç bir araşdırma aparmır, yardım edilməsi ilə bağlı qan unun onun üzərinə qoyduğu vəzifələrə əməl etmir, onun işi ümumiyyətlə araşdırılmır.
19. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi normasını da pozub. Belə ki, 103.1 Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2 Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qəbul edilmiş məhkəmə aktında əsaslandırılmalıdır. Ekspertin öz sahəsi üzrə bilgilərinin doğruluq təminatının nə qədər yüksək olmasından asılı olmayaraq, bu bilgilərə “özəl”, yaxud “seçilmiş” sübutlar kimi baxmaq olmaz. Hər hansı başqa sübut kimi bu sübutlarda məhkəmə üçün qabaqcadan bəlli olan qüvvəsi yoxdur. Ekspert rəyi başqa sübutlar kimi və onlarla birlikdə MPM-nin 88ci maddəsində göstərilən qaydada, yəni ob yektiv, qərəzsiz, tam araşdırıldıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına uyğun olaraq dəyərləndirilməlidir. O xx.xx.1988-ci ildə avtoqəza nəticəsində aldığı xəsarətlərdən uzun müddət əziyyət çəkmiş və qeydiyyatda olduğu, eləcə də ixtisaslaşdırılmış xəstəxanalarda dəfələrlə müayinə və müalicə olmuşdur. Bununla bağlı onun adına tibbi kitabçası olmuş və hər müayinə olunarkən həmin kitabçanı həkimlərə vermişdir. Buna baxmayaraq onun əlillik məsələsinə baxılarkən nədənsə onun tibbi kitabçası tapılmadı. Hesab edir ki, qərəzli şəkildə edilmiş və məhkəmə də nədənsə bu məsələyə diqqət yetirməmişdir. Bütün yuxarıda qeyd göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2631/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarın ı tamamilə ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar... məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir;... Maddə
6. Ekspertin müstəqilliyi Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və i şin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə
9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları... Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır:... rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq; məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək. Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır:... məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;... Maddə
21. Məhkəmə ekspertizasının aparılmasının əsasları Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir.... Maddə
25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. Məhkəmə ekspertizasının aparılm asında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər. Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər.... Maddə
37. Proses iştirakçılarının canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasında iştirakı Canlı şəxslər b arəsində aparılan məhkəmə ekspertizasında yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüququ olan proses iştirakçıları iştirak edə bilərlər. Digər şəxslərin iştirakına məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin, yaxud haqqında məhkəmə ekspertizası aparılan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə yol verilir. Haqqında məhkəmə ekspertizası aparılan şəxsin soyunması ilə müşayiət olunan tədqiqatlar həyata keçirilərkən yalnız eyni cinsdən olan şəxslər iştirak edə bilərlər. Bu məhdudiyyət həmin tədqiqatların aparılmasında iştirak edən həkimlərə və tibb işçilərinə aid edilmir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiy yətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.5.1 Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkə mə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti mümkündür. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial E kspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə əlilliyin təyin edilməsi ilə bağlı olan inzibati mübahisələr həll edildiyi zaman qanunun tələblərinin və obyektivliyin təmin edilməsi məqsədi ilə xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilməlidir, belə ki, ekspertin rəyi məhkəmə üçün məcburi olmasa və MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilsə də, (MPM-103.1-ci maddəsi), bu cür işlərdə ekspertiza rəyi iş üzrə qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsində çox mühüm və hətt a həlledici xarakter daşıyır.
27. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiasının rədd edilməsi nəticəsinə gələrkən, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2, 2.1, 2.2, 2.3, 2.4, 2.5, 3.7-ci maddələrinə istinad etməklə öz qərarında göstərmişdir ki, “qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, araşdırma zamanı şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaranırsa, TSERAS vasitəsilə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək, şəx sə bildirilərək TSERAS-a daxil edilir”.
28. Daha sonra apellyasiya instansiyası məhkəməsi qərarında yazmışdır ki, “İş materiallarından görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: “Əlavə müalicəyə ehtiyacın olması. Xəstənin əlavə stasionar müayinəyə və müalicəyə ehtiyacı var. Son 1 il ərzində aparılmış stasionar müayinə və müalicələrin müddəti azdır”.
29. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli rəyinə əsasən İddiaçı adına tərtib edilmiş 0050003AACY6 nömrəli göndərişə (Forma 88) əsasən “sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sind romu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma” diaqnozuna uyğun xəstəliklər aşkar olunur. Bu diaqnoza uyğun xəstəlik və qüsurlar, xəstəliyinin əyani müayinəsinin nəticələrinə əsasən əlilliyə əsas verən patofunksional dəyişikliklər aşkar olunmadığına görə əlillik təyini üçün əsas vermir”.
30. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud deyildir. Belə olan halda isə cavabdehin imtinası qanuni olmuşdur”.
31. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi üçün əsaslandığı həlledici və faktiki olaraq yeganə olan sübut – Az ərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli ekspertiza rəyi olmuşdur.
32. Ekspert rəyindən də görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi əməkdaşı iştirak etmiş və o da ekspert rəyini imzalamışdır. 33. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respublikasının prosessual qanunveric iliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.
34. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə əsasən, rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, məhkəmə ekspertizası idarəsi rəhbəri onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək Məhkəmə ekspertizası idarəs inin rəhbərinə qadağandır.
35. Həmin Qanunun 6-ci maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbayc an Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
36. Cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən iddianın rəddinin əsasını təşkil edən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməd iyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
37. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin ekspertiza rəyini vermiş sözügedən təşkilat tərəfindən hazırkı iş üzrə məhkəmə tibbi ekspertlərin tərkibinə (onlar 3 nəfər olmuş qeyd Ali Məhkəmənindir) cavabdehin, yəni işin həll olunmasında maraqlı olan şəxsin bir nəfər eksperti dəvət olunaraq ekspertizanın keçirilməsində iştirak etmiş və ekspert rəyini imzalamışdır.
38. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, T 28/2022 saylı ekspert rəyində yazılmışdır ki, (iş səh. 77) “18 yanvar 2022-ci il tarixdə Cəfərov X1 təkrar ekspertiza şöbəsində TSEK-in ekspertləri ilə birgə müayinədən keçirildi”.
39. Beləliklə sözügedən ekspertizanın keçirilməsində birbaşa cavabdehin, yəni işin həllində bi lavasitə marağı olan şəxslər (ekspertlər) iştirak etmişdir ki, bu da ekspertiza rəyinin, bitərəfli ekspertlər tərəfindən tərtib edilmiş sənəd qəbul edilməsi yolverilməzdir.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2631/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
41. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2631/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.