Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-672/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fövqəladə hallar orqanlarında hərbi xidmətə dair “məlumat vərəqəsinin” pensiya təyin edən orqana göndərilməsi; FHO-da xidmət edən şəxsin hərbi qulluqçulara və ya xüsusi rütbəli şəxslərə aid edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) X6, Cavabdehin nümayəndəsi X3, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı ““məlumat vərəqəsinin” Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)- 2575/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1976-cı ildə doğulmuşdur. O, 1999-cu ildə Azərbaycan Texniki Universitetini bitirmiş, 1998-ci ildə həmin Universitetin nəzdində hərbi hazırlıq kursu keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 1999-cu il 22 avqust tarixli əmri ilə ona “leytenant” hərbi rütbəsi verilmişdir. 2000-ci il 6 mart tarixdən Azərbaycan Respublikas ı Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 1182 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmiş, iddiaçının xidmətkeçməsinə 2018-ci il 1 avqust tarixdən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33.1.1ci maddəsinə (öz arzusuna görə) uyğun olaraq xitam verilmişdir. İddiaçı 2018-ci il 7 noyabr tarixdə ərizə ilə cavabdehə müraciət edərək 20 ildən artıq xidmət müddəti nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “məlumat vərəqəsi”nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hə rbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 5 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının 20 təqvim ili xidmət müddətinin olmaması göstərilmişdir. İddiaçı 2019-cu il 7 yanvar tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 20 il 4 ay 25 gün xidmət illərinə görə pensiya təyin edilməsi üçün “məlumat vərəqəsi”nin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olmuş və 1999-cu ildə həmin universiteti “Telekommunikasiya” ixtisası üzrə bitirmişdir. Təhsil aldığı dövrdə ATU-da hərbi kafedra fəaliyyət göstərdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin x nömrəli, x tarixli əmri ilə ona leytenant hərbi rütbəsi verilmişdir. Daha sonra o, 2000-ci il 6 mart tarixdə zabit kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanlarında xidmətə daxil olmuşdur. 2006-cı il 31 may tarixdən yanğından mühafizə orqanları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə xidmətə keçirilmiş və 2018-ci il 1 avqust tarixədək orda xidmət etmişdir. O, təqvim hesabı ilə 18 il 4 ay 25 gün zabit kimi hərbi xidmətdə olmuşdur. Beləliklə, onun (4 il təhsil müddəti iki xidmət ili k imi hesablanmaqla) 20 il 4 ay 25 gün xidmət illəri olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 fevral tarixli 2-1(81)868/2019 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 iyul tarixli 2-1(82)-1727/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 20 il 4 ay 25 gün xidmət illərinə görə pensiya təyin edilməsi üçün “məlumat vərəqəsi”nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xidmət ili qanunvericiliklə müəyyən edilmiş 20 təqvim ilindən çox olduğundan, onun yaşa görə əmək pensiyası hüququ yaranmış, bu səbəbdən iddia təmin edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2575/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Mə hkəmənin qərarı cavabdehə 2019-cu il 16 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 10 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.12-ci maddəsinə əsasən, yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. “Əmək Pensiyaları ha qqında ” Qanunun 9.7-2-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Normaların müddəalarından da göründüyü kimi pensiya hüququnun yaranması üçün 35 il xidmət ili lazımdır. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin kassasiya şikayətində istinad edilmiş “Fövqəladə hallar orqanlarınd a xidmətkeçmə haqqında” Qanunun 23.12-ci maddəsinin mübahisə edilən məsələ ilə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin norma “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.7-2-ci maddəsinə münasibətdə müəyyən edilmişdir. Həmin maddəyə görə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı mübahisə isə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsi ilə bağlıdır və həmin maddədə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ təsbit edilmişdir. İddiaçının isə təqvim hesabı ilə fövqəladə hallar orq anlarında 18 il 4 ay 25 gün zabit kimi hərbi xidmət müddəti, 2 il isə təhsil müddəti daxil olmaqla ümumilikdə 20 il 4 ay 25 gün xidmət illəri vardır. Cavabdeh tərəf nə birinci instansiya məhkəməsinə yazdığı etirazında, nə də apellyasiya və kassasiya şikayətlərində iddiaçının təhsil aldığı müddətin xidmət illərinə daxil edilməməsinin səbəblərini əsaslandıra bilməmişdir. Hərbi qulluqçuların pensiya təminatını tənzim edən heç bir normativ hüquqi aktda təhsil müddətinin yalnız 20 təqvim ili staja malik olan şəxslərin xidmət illərinin üzərinə hesablanması məsələsi təsbit olunmamışdır. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsasland ırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh 2018-ci il 5 dekabr tarixli məktubda müraciətin təmin olunmasından imtinanın əsası kimi iddiaçının 20 təqvim ili xidmət müddətinin olmamasını göstərmişdir. Cavabdeh, həmçinin iddia tələbinə qarşı etirazında da iddiaçının 20 təqvim ili xidmət mü ddətinin olmamasına istinad etmişdir. Lakin iddianın təmin edilməsi barədə məhkəmə qərarından verilən apellyasiya şikayətində cavabdeh “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.12-ci və “Əmək pensiyaları haqqında” Qanunun 9.72-ci maddələrinə istinad edərək iddiaçının pensiya hüququnun yaranması üçün fövqəladə hallar orqanlarında azı 35 il xidmətetmənin tələb olduğunu qeyd etmişdir. Eyni mövqe cavabdehin kassasiya şikayətində də ifadə edilmişdir. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadl ara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin iddia tələbi i lə əlaqəli olan və tərəflərin hüquq və vəzifələrinə bilavasitə təsir edə bilən hallara da aydınlıq gətirməlidir. İddiaçı öz tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə istinad etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;... “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunda aşağıdakılar təsbit olunmuşdur: Maddə
1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra ha kimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Maddə
2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları 2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə
3. Qanunun tətbiq sahəsi Bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumla rda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. (Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu” – Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatı. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar: X4 Xidməti...) Maddə
19. Fövqəladə hallar orqanlarında xidmətkeçmə ilə bağlı digər məsələlər 19.1. Fövqəla də hallar orqanlarında xidmət keçmiş şəxslər məhkəmə, prokurorluq və hüquq mühafizə orqanlarına xidmətə qəbul edilərkən onların fövqəladə hallar orqanlarında xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr nəzərə alınır. Həmin orqanlardan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş şəxslərin xidmət illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və daşıdıqları xüsusi (hərbi) rütbələr nəzərə alınır... Maddə
20. Xüsusi rütbələr 20.1. Fövqəladə hallar orqanlarının əməkdaşları üçün aşağıdakı xüsusi rütbələr müəyyən edilir: (...) 20.1.3. orta rəis heyəti vəzifələri üçün xüsusi rütbələr: (...) - daxili xidmət leytenantı;... 20.1.4. böyük rəis heyəti vəzifələri üçün xüsusi rütb ələr: - daxili xidmət mayoru;... 20.2. Fövqəladə hallar orqanlarının əməkdaşlarının xüsusi rütbələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Maddə
23. Fövqəladə hallar orqanları əməkdaşlarının sosial müdafiəsi (...) 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. (Məhkəmənin qeydi: “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikli klər edilməsi barədə 2018-ci il 6 mart tarixli 1023-VQD nömrəli Qanunla 23.12-ci maddədə “25 il xidmət keçmiş əməkdaşlar” sözləri “35 il xidmət stajı olan işçilər /xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla/” sözləri ilə əvəz edilmişdir). Maddə
24. Fövqəladə hallar orqanları əməkdaşlarının pensiya təminatı 24.1. Fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir... “Əmək pensiyaları haqqında” Qanunda aşağıdakılar təsbit olunmuşdur: 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə ha llar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; (Məhkəmənin qeydi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VDQ nömrəli Qanunu ilə 9.7-2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “işçilərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir). 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məh rum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla);... İddiaçıya məxsus hərbi biletin məlumatlarına görə, o, 1999-cu ildə Azərbaycan Texniki Universitetini bitirmiş, 1998-ci ildə həmin Universitetin nəzdində hərbi hazırlıq kursu keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 1999-cu il 22 avqust tarixli əmri ilə ona “leytenant” hərbi rütbəsi verilmişdir. Silahlı Qüvvələrdə hərbi xidmət keçməmişdir. 2000-ci il 6 mart tarixdən 2018-ci il 1 avqust tarixədək “FHN-də xidmət etmişdir”. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı 2000-ci il 6 mart tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 1182 nömrəli Sərəncamı ilə Azər baycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmiş, iddiaçının xidmətkeçməsinə 2018-ci il 1 avqust tarixdən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33.1.1-ci maddəsinə (öz arzusuna görə) uyğun olaraq xitam verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının yuxarıda istinad edilən hərbi biletə malik olması və həmin sənəddəki hərbi və ya xüsusi rütbələrə dair qeydlər iddiaçının fövqəladə hallar orqanlarında xidmət müddətində - onun iddia etdiyi kimi - fövqəladə hallar orqanlarının hərbi qulluqçusu statusuna malik olması və ya həmin müddətdə hərbi xidmət keçməsi nəticəsinə gəlməyə özü-özlüyündə əsas vermir. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun yuxarıda istinad edilən 1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunverici fövqəladə hallar orqanlarının hərbi qulluqçularını və xüsusi rütbəsi olan əməkdaşlarını (onların xüsusi rütbələrini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutmasına baxmayaraq /Qanunun 20.2-ci maddəsi/) fərqləndirir. Həmin Qanunun 20.1-ci maddəsi isə fövqəladə hallar orqanlarının əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi rütbələrin dairəsini müəyyən edir. Həmin normada “daxili xidmət mayoru” xüsusi rütbəsi böyük rəis heyətinə aid edilmişdir (20.1.4-cü maddə). İddiaçının hərbi biletinin məlumatlarına görə, ona “daxili xidmət mayoru” xüsusi rütbəsi verilmişdir. Bu isə, belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı fövqəladə hallar orqanlarının hərbi qulluqçusu deyil, xüsusi rütbəsi olan əməkdaşı olmuşdur. Digər tərəfdən, iddiaçının əmək (xidmət) fəaliyyəti barədə məlumatın əmək kitabçası ilə yanaşı, onun həm də hərbi biletində qeyd edilməsi vəziyyəti iddiaçının dəlillərinin xeyrinə dəyişmir. Belə ki, hərbi biletdəki həmin qeydlər iddiaçının xidmət keçdiyi fövqəladə hallar orqanı (buna qədər isə xidmət keçdiyi daxili işlər orqanı) tərəfindən deyil, onun hərbi qeydiyyatda olduğu yer üzrə, əvvəlcə hərbi komissarlıq, sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumu tərəfindən, həm də hərbi qanunvericiliklə müəyyən edilmiş hərbi uçotun və hərbi qeydiyyatın məqsədləri üçün icra edilmişdir. Bu qənaət, həmçinin ondan irəli gəlir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun yuxarıda qeyd edilən 20.2-ci maddə si fövqəladə hallar orqanlarının əməkdaşlarının xüsusi rütbələrini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutur. Beləliklə, iddiaçının fövqəladə hallar orqanında xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə tənzimlənmədiyindən (“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 2.2-ci maddəsi), iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsindən irəli gələn, hazırkı məzmunda tələb hüququ, cavabdehin isə həmin tələbi təmin etmək öhdəliyi yoxdur. İşin qeyd edilən faktiki halları və yuxarıda istinad edilən normaların tələblə ri apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işd ə mövcud olmadığından, işin təkrar apellyasiya baxışına göndərilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(103)-2575/2019 nömrəli qərarı ləğv edilir. İddia təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov