Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-672/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh XXXXnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh XXXXnə qarşı “şəhid və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(104)-470/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iş ə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə, X7 12-ci radiolokasiya bölüyünün maddi texniki təminat bölməsinin dizelçi-elektriki vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 282 nömrəli əmri ilə, X2 Tədris və Araşdırma Xəstəxanasında müayinə və müalicə olunmaq üçün 2019-cu il avqustun 7-dən müalicə müddəti bitənə qədər Türkiyə Respublikasının Ankara şəhərinə göndərilməsi əmr edilmişdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 235 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissənin 12-ci radiolokasiya bölüyünün maddi texniki təminat bölməsinin dizelçi elektriki Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma xəstəxanasında ( Ankara şəhəri) müalicədə olarkən xx.xx.2020-ci il tarixdə X7 “Septisemiya” nəticəsində vəfat etdiyindən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. 4. 23.07.2020-ci il tarixli, “Ölüm haqqında” şəhadətnamədə, X7 xx.xx.2020-ci il tarixdə “septisemiya” səbəbi ilə ölməsi qeyd edilmişdir.
5. İddiaçı onun oğlu, X6 şəhid statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 1090 nömrəli imtina məktubu ilə bildirmişdir ki, X5 ölüm səbəbi müvafiq olaraq “Septisemiya xəstəliyindən” olduğundan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən X5 “Şəhid”, onun ailəsinin “Şəhid ailəsi” hesab edilməsi barədə arayış verilməsi mümkün olmamışdır.
6. Azərbaycan Respublikasının Hərb i Prokurorluğu xx.xx.2023-cü il tarixli, 3-3-6/230-6651/23 saylı məktubuna əsasən, N nömrəli hərbi hissədə xidmət etmiş əsgər X5 xidmətdə olan zaman “T3 tipli kəskin limfoblast leykoz” xəstəliyinə düçar olması və həmin xəstəlikdən xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində müalicə aldığı Gülhanə Tədris və Araşdırma Xəstəxanasında ölməsi faktı ilə bağlı Lənkəran Hərbi Prokurorluğunda material araşdırılmış və toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X5 xidmətdə olan zaman elektrik vurması nəticəsində xəsarət alması barədə hər hansı məlumat qeydə alınmamış, bununla bağlı cinayət işi və mate rial araşdırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia tələbi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4nun şəhid kimi uçotunun aparılaraq, ona şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi оnunlа əsаslаndırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə X4na şəhid adının verilməsi üçün müraciət edilmiş, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş cavab məktubuna əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdi q edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” ilə tənzimlənməsi qeyd olunmaqla X5, yəni oğlunun xəstəlikdən vəfat etdiyi üçün “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının” tələblərinə əsasən ona şəhid, ailəsinə isə şəhid ailəsi statusu verilə bilməz deyə imtina edilmişdir. X4 xx.xx.2000- ci il tarixdə anadan olmuşdur. Ona Səfərbərlik və Hərbi Xidmət və Çağırış Dövlət Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə SX0475617 saylı hərbi bilet verilmişdir. Oğlu xx.xx.2020-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən də göründüyü kimi “septisemiya” xəstəliyindən Ankarada Türkiyə Respublikası Ankara Gülhanə Təhsil və Tədqiqat Xəstəxa nasında vəfat etmişdir. X4 hərbi xidmətdə olduğu zaman N nömrəli hissənin 12-ci radiolokasiya bölüyünün maddi texniki təminat bölməsinin dizelçi elektriki vəzifəsində işləmişdir. Xidmətdə olduğu zaman elektrik xətlərində nasazlığın aradan qaldırılması, elektrik şitinin bərpa edilməsi üçün çalışan zaman onu tok vurmuş və nəticədə xəstəliyə düçar olmuşdur. Həmin hadisə nəticəsində də onun məruz qaldığı xəstəlik Ankarada Müdafiə Nazirliyinin xətti ilə getdiyi Gülhanə xəstəxanasında vəfat etmişdir. Göründüyü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavab məktubunda qeyd etdiyi kimi Qaydaların 1.2.6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şəhid statusu verilir. Faktiki olaraq oğlu döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur.
9. Cavabdeh iddia dair imtina məktubuna uyğun etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin 15 mart 2023-cü tarixli, 2-1(114)-597/2023 nömrəli qərarı ilə (hakim G. Sevdimalıyeva) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. İş materiallarının göründüyü kimi mərhum X7 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, xəstəliklə əlaqədar vəfat etmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Gəncə Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(104)-470/2023 nömrəli qərarı ilə (hakimlər: A.Bayramov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdır N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 534 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X7 12-ci radiolokasiya bölüyünün maddi texniki təminat bölməsinin dizelçielektriki vəzifəsinə təyin edilmişdir. 12-ci radiolakasiya qovşağı Astara rayonu, Şahağacı kəndində dislokasiya olunmuşdur. 12-ci radiolakasiya q ovşağı döyüş şəraitində olan bölmə hesab edilmir.
15. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1 və 1.2-ci bəndlərinə istinad etmişdir.
16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişd ir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər şəhid hesab olunurlar. Qanunun tələbindən də görünür ki, şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunma sı arasında birbaşa səbəbli əlaqə olmalıdır. Maddi hüquq normalarındakı “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik pirinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yəni, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüşlərdə aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bu baxımdan Azərbaycan Respublikasının vətəndaşı kimi vətənə hərbi borcunu yerinə yetirərkən Azərbaycan Respublikasının suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslə, həmin döyüşlərdə ağır yaralanmış və sonradan aldığı yaralardan vəfat etmiş şəxsləri fərqləndirmək hüquqi müəyyənlik prinsipinin kriteriyalarına ziddir. Çünki hər iki halda – həlak olma və ya vəfat etmə – ölümlə onun baş verməsinin səbəbləri arasında (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər ) birbaşa əlaqə vardır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqın da” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkil atın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə
2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti or qanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ə razi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;[3] 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
2. Şəhid ailəsi 2.1. Şəhid ailə ü zvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxl anılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Hazırkı qərarın 19-20-ci bəndlərində qeyd oluna n hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.
31. Həmçinin qərarın 22-ci bəndində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxsləri n də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
32. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, oğlunun xidmət etdiyi hərbi hissə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissə olmuşdur və oğlu xidməti vəzifəsini icra edərkən elektrik vurması ilə bağlı qazanmış xəstəlik nəticəsində vəfat etmişdir.
33. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu xx.xx.2023-cü il tarixli, 3-3-6/2-30-6651/23 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət et miş əsgər X5 xidmətdə olan zaman “T3 tipli kəskin limfoblast leykoz” xəstəliyinə düçar olması və həmin xəstəlikdən xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində müalicə aldığı Gülhanə Tədris və Araşdırma Xəstəxanasında ölməsi faktı ilə bağlı Lənkəran Hərbi Prokurorluğunda material araşdırılmış və toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X5 xidmətdə olan zaman elektrik vurması nəticəsində xəsarət alması barədə hər hansı məlumat qeydə alınmamış, bununla bağlı cinayət işi və material araşdırılmamışdır.
34. Göründüyü kimi, mərhum X5 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapş ırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamışdır.
35. Həmçinin qeyd edilməlidir ki, iddiaçının oğlunun xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 534 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, X7 12-ci radiolokasiya bölüyünün maddi texniki təminat bölməsinin dizelçi-elektriki vəzifəsinə təyin edilmişdir. 12-ci radiolakasiya qovşağı Astara rayonu, Şahağacı kəndində dislokasiya olunmuşdur. 12-ci radiolakasiya qovşağı döyüş şəraitində olan bölmə hesab edilmir.
36. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qan uni və əsaslı olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 19-21(a) və 22-ci bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(104)-470/2023 nömrəli qərarı dəyi