Məhkəmə qərarları › İş №2-1(102)-673/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-673/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-673/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 01.12.2013-cü il tarixdəngüzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasında və arayışda öz əksini tapmış bütün iş illərinin, hərbi biletdəki həqiqi hərbi xidmət dövrünün iş stajına daxil edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “əmək kitabçasında və arayışda öz əksini tapmış bütün iş illərinin, habelə hərbi biletdəki həqiqi hərbi xidmət olduğu dövrün iş stajına daxil edilməklə, yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni 01.12.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2039/2019 saylı, 23 oktyabr 2019cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Əmək kitabçasına əsasən 11.09.1974-cü il tarixli, 110/k saylı əmrlə “Azneftximzavodtəmir” trestinin 1 saylı təmir tikinti idarəsinə xüsusi sahəyə 1-ci dərəcəli fəhlə qismində qəbul edilmiş və sovet ordusuna xidmətə çağırılması ilə əlaqədar 21.04.1975-ci il tarixli, 45/k saylı əmrlə işdən azad edilmiş (7 ay 10 gün ), 01.08.1977-ci il tarixli, 142 saylı əmrlə əkinçilik üzrə Azərbaycan ETİY təcrübə təsərrüfatına fəhlə qəbul edilmiş və 14.12.1977-ci il tarixli, 154 saylı əmrlə işdən azad edilmiş ( 4 ay 13 gün), 20.12.1977-ci il tarixli, 140/k saylı əmrlə “Azneftximzavodtəmir” trestinin 1 saylı TTİ xüsusi sahəyə odadavamlı materiallarla işləyə n 1 dərəcəli, 01.12.1978-ci ildən 2 dərəcəli, 01.08.1979-cu ildən 3 dərəcəli, 01.04.1981-ci ildən 4 dərəcəli fəhlə işləmiş, 01.09.1983cü il tarixli, 74/k saylı əmrlə xüsusi sahəyə usta öhdəliklərini yerinə yetirən keçirilmiş, 01.11.1983-cü il tarixli, 91/k saylı əmrlə xüsusi sahəyə usta təyin edilmiş, 01.03.1986-cı il tarixli, 13 saylı əmrlə xüsusi sahəyə prorab keçirilmiş, 01.01.1987-ci il tarixli, 114 saylı əmrlə həmin sahədə usta keçirilmiş və 29.12.1990-cı il tarixli, 324/k saylı əmrlə işdən azad edilmiş (13 il 9 gün), 02.01.1991-ci il tarixli, 1/k saylı əmrlə “İstilik” Kooperativi ANXZT trestinin 1 saylı TTİ-dən köçürülmə yolu ilə kooperativin sədri vəzifəsinə təyin edilmiş və 30.04.2001-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş (10 il 4 ay 1 gün), 02.07.2001-ci il tarixli, 09 saylı əmrlə Azərbaycan Respublikası İnşaat İstehsalat və təsərrüfat İdarəsinə rəis vəzifəsinə təyin edilmiş və 13.02.2002-ci il tarixli, 01/k saylı əmrlə işdən azad edilmiş ( 7 ay 11 gün), 12.03.2003-cü il tarixli, 1 saylı təsis protokolu ilə MC AKO MMC-yə direktor təyin edilmiş və hal-hazırkı vaxta kimi işləyir ( 28.02.2019 ilə 15 il 11 ay 16 gün). Hərbi biletə əsasən iddiaçı 05.05.1975-ci ildən 05.01.1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur (2 il). Xətai təmir tikinti-1 idarəsinin 12.10.2015-ci il tarixli, 07 saylı arayışa əsasən iddiaçı “Azneftkimya zavodlar Təmir Tikinti” trestinin 1 saylı Təmir Tikinti idarəsində 11.09.1974-cü ildən 29.12.1990-cı ilə kimi ixtisaslaşdırılmış xüsusi sahədə odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icraçısı vəzifəsinə çalışmışdır. 11.09.1 974-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, 21.04.1975-ci ildən sovet ordusuna xidmətlə əlaqədar 2 həftəlik məzuniyyət vermək şərti ilə işdən azad olunmuş, 05.05.1975-ci ildən 05.01.1977-ci ilə kimi sovet ordusunda hərbi xidmətə getmiş, 20.12.1977-ci ildən ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, 01.12.1978-ci ildə odadavamlı materiallarla işləyən 2-ci dərəcəli müəyyən olunmuş, 01.08.1979-cu ildən 3-cü dərəcə verilmiş, 01.04.1981-ci ildə 4-cü dərəcə təyin edilmiş, 01.09.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə usta əvəzedicisi işinə keçirilmiş, 01.11.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə usta təyin edilmiş, 03.01.1986-cı ildə ixtisaslaş dırılmış xüsusi sahəyə iş icraçısı keçirilmiş, 29.12.1990-cı il tarixdə köçürülmə yolu ilə 22-ci Qurultay adına Bakı Neftayırma zavodunun nəzdindəki “İstilik” kooperativinə köçürülmüş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 11.3-cü bəndi fəhlə, usta və iş icraçılarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin 11 mart 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxs lər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan ümumi və zərərli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı 11 iyun 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmət olduğu dövrün iş stajına daxil edilməklə, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni 01.12.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı AZNEFTKİMYA zavodları Təmir Tikinti trestinin 1 saylı Təmir Tikinti idarəsində 29.12.1990-cu il tarixə qədər odadavam lı materiallarla işləyən fəhlə, usta və iş icrası vəzifələrindən çalışmış, işlədiyi bütün vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək kitabçasında və işlədiyi müəssisə tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapmışdır. Pensiya yaşına çatdığına görə pensiya almaq üçün müvafiq sənədləri toplayaraq pensiya orqanına müraciət etmiş, ona imtina məktubu ilə bildirmişdir ki, guya ki, onun tələb olunan iş stajı olmadığı üçün pensiya təyin edilə bilməz. Lakin iş stajı rəsmi sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh imtina əsasında axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tər əfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların- kişilər - 60 yaşına çatdıqda pensiya hüququnun yarandığını göstərmişdir. Lakin, hal-hazırda qüvvədə olan qanunvericilik normalarını tətbiq etmişdir. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğu üçün konstitusion hüquq və azadlıqlarını pozur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimTağıyev Zaur Müzəffər oğlu, 21(82)-2488/2019 saylı iş)25 iyun 2019-cu il tarixliqərarı ilə iddia təmin edilərəkiddiaçıya məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmət olduğu dövrün iş stajına daxil edilməklə, 01.12.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin dəlilləri ilə razılaşmamış, mübahisəyə iddiaçının güzəştli şərtlərlə pensiya hüquqi yarandığı vaxt həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən qiymət verərək hesab etmişdir ki, iddiaçının güzəştli işlərdə əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə təsdiq olunduğundan, iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona həmin illər nəzərə alınmaqla əmək pensiyasının hesablanmasından cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 28.08.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh – cavabdeh DS MF-nin Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin25 iyun 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X5 və X2, 2-1(103)-2039/2019 saylı iş) 23 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 10 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunaraq iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi, 12,5 il güzəştli iş stajına malik olduğunu iddia edir və bu səbəbdən də 57 yaşdan pensiya təyin edilməli olduğunu tələb edir. İddia çı güzəştli iş stajı topladığını iddia etdiyi peşə “termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər” peşəsidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı güzəştli peşə üzrə stajı 1 yanvar 2006-cı ilədək topladığını iddia edir, deməli, məhkəmə Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 1 və 2 nömrəli siyahılardan birinə istinad edə bilərdi. İddiaçıya Xətai Təmir-tikinti tresti adlı hüquqi şəxs tərəfindən 12 oktyabr 2015-ci ildə A rayış verilib. Həmin arayışda iddiaçının “Azneftkimya” zavodları Təmir tikinti trestinin 1 saylı Təmir Tikinti idarəsində “odadavamlı materiallarla işləyən fəhlə” qismində çalışdığı qeyd edilib. Məhkəmənin istinad etdiyi peşə (“termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər”) ilə iddiaçının əmək kitabçasında qeyd edilən peşələrin adları fərqlidir. Digər tərəfdən, məhkəmənin istinad etdiyi peşə növü məlum Siyahının “Metal emalı” adlanan 11-ci bəndinin “Termiki emal” adlanan 11.3-cü yarımbəndi altında yerləşir. İddiaçı isə təmir-tikinti trestində işləyib. Məhkəmə bu ziddiyyətə də hüquqi qiymət verməyib. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı əmək kitabçasında və arayışda öz əksini tapm ış iş illərinin, habelə həqiqi hərbi xidmət dövrün iş stajına daxil edilməklə, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehə görə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləməmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 2 dekabr 1956-cı ildə doğulmuş, 1 dekabr 2013-cü ildə 57 yaşı tamam olmuşdur. İddiaçının 57 yaşı 2013-cü ildə tamam olduğundan 1 iyul 2017-ci ilə qədər yarandığından “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş normaları tətbiq edilməlidir. 1 iyun 2017-ci il tarixə kimi iddiaçının ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatd ıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Araşdırılmalı iddiaçının işlədiyi dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçın ın əmək kitabçası və arayışı ilə müəyyən edilir ki, onun 01.01.2006-cı il tarixə qədər 29 il 2 ay 2 gün ümumi, 13 il 9 gün güzəştli (20.12.1977-29.12.1990) iş stajı mövcuddur. İddiaçının 20.12.1977-29.12.1990cu illərdə xüsusi sahədə odadavamlı materiallarla işlədiyi peşələr Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “11.3. Termiki emal. termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər” bölməsində nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasından görünür ki, 20.12.1977-29.12.1990-cu illərdə “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir-Tikinti İdarəsində ocaqçı, xüsusi sahəyə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, icraçı işləmişdir. Apelyasiya məhkəməsinin istinad etdiyi bölmə Siyahıda 11-ci bölmə “Metal emalı” adlanır. 11.3-cü yarımbölmə isə Termiki emal adlanır və istinad edilən peşə Termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər adlanır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasında “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir-Tikinti İdarəsində ocaqçı, xüsusi sahəyə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, icraçı işlədiyi peşələrin Siyahıda “Metal emalı” bölməsində “Termiki emal” adlanan 11.3-cü yarımbölmədə olan Termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər peşəsi ilə üst-üstə düşməsi, həmin peşədə nəzərdə tutulan funksiyaları yerinə yetirməsi müəyyən edilməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddiaçının əmək kitabçasında olan peşələrin Siyahıda nəzərdə tutulan peşələrlə üst-üstə d üşməsi ilə bağlı araşdırma aparmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin e dilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2039/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar