Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-675/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qəzalı vəziyyətdə olan yataqxananın sökülməsi nəticəsində kompensasiya tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X8, X4 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “mənzilə görə dövlət vəsaiti hesabına birdəfəlik maddi yardımın ödənilməsi” tələbi nə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)347/2019 saylı, 6 noyabr 2019-cu il tarixli qərarından cavabdeh və üçüncü şəxsin verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 07.03.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 19.5 kv.m olan 1 otaqlı mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2820 nömrəli reyestr kitabının 263032 nömrəli vərəqində qeydiyyata alınmış, 06 mart 2018-ci il tarixdə mənzilin texniki pasportu tərtib edilmişdir; 121 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 17 mart 2018-ci il tarixli 341/1 saylı 2 saylı formalı arayışına əsasən iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 87, ünvanında yerləşən evin, 1 otaqlı 18,2 kv.metr sahəsi olan 85B saylı mənzilində yaşayır. Qeyd olunan mənzildə iddiaçı tək qeydiyyatdadır. Bakı şəhəri, Nizami rayon Polis İdarəsi tərəfindən 27 oktyabr 2015-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş iddiaçı Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən yataqxana binası qəzalı vəziyyətinə düşdüyünə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2018-ci il tarixli 1 71s nömrəli Sərəncamı ilə həmin binada yaşayan 84 ailənin köçürülməsi üçün hər bir ailəyə ailə üzvlərinin sayı 1 nəfər olduqda 30000 manat, 2 nəfər olduqda 35.000 manat, 3 nəfər və daha çox olduqda 40000 manat məbləğində birdəfəlik yardım verilməklə köçürülmələrini təmin etmək cavabdehə həvalə edilmişdir. Yataqxana binası Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğuna görə həmin binada yaşayan sakinlərin siyahısı həmin birliyin 121 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən tərtib edilmişdir. İddiaçının adına çıxarış sonradan təqdim edildiyi üçün ilkin tərtib edilən siyahıda adı qeyd olunmamışdır. Sonradan tərtib edilmiş siyahıda iddiaçının adı 36-cı bənddə qeyd edilmiş və siyahı cavabdehə tə qdim edilmişdir. Kompensasiya ilkin siyahı üzrə ödənildiyinə görə iddiaçıya ödənilməli olan birdəfəlik maddi yardım sonradan tərtib edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmədiyi səbəbindən ödənilməmiş qalmışdır. İddiaçıya müvafiq kompensasiyanın ödənilməməsi ilə bağlı cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və məlumat üçün iddiaçıya ünvanladığı 14 mart 2018-ci il tarixli məktubda aydınlıq gətirilərək bildirilmişdir ki, balanssaxlayıcı təşkilat olan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tərtib edilmiş, göstərilən binada kompensasiya ödənilməsi nəzərdə tutulan şəxslərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir. Həmin siyahıda 85B saylı mənzilin mülkiyyətçisi iddiaçının da adı olmuş, lakin sonradan naməlum səbəblərdən onun adı həmin sıyahıdan çıxarılmışdır. İddiaçı 28 mart 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən yataqxana binasının 85B saylı mənzilindən köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.03.2018-ci il tarixli, 171s saylı Sərəncamının 1.1-ci bəndinə uyğun olaraq dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım kimi müəyyən edilmiş 30.000 manat məbləğində vəsaitin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunl a əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2018-ci il tarixli, 171s saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 ünvanındakı yataqxana binasının qəza vəziyyətinə düşməsi ilə əlaqədar binada yaşayan sakinlərə kompensasiya ödənilməsi şərti ilə sökülməsi qərara alınmışdır. Həmin binada yerləşən 85B saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Digər sakinlər kimi onun da adı kompensasiya alacaq şəxslər siyahısına daxil edilsə də, sonradan ona məlum olmayan səbəblərdən adı kompensasiya almayacaq şəxslər sırasında daxil edilmişdir. Bununla razılaşmayan iddiaçının aidiyyəti orqanlara ünvanladığı şikayətlər nəticəsiz qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(82)-1947/2018 saylı iş) 23 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən yataqxana binasının 85B saylı mənzilindən köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.03.2018-ci il tarixli, 171s saylı Sərəncamının 1.1-ci bəndinə uyğun olaraq dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım kimi müəyyən edilmiş 30.000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının da 1 nəfər ailə üzvü kimi qeydiyyatda olduğu və adına verilmiş çıxarış əsasında mülkiyyətində olmuş 85B saylı mənzildən köçürülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2018-ci il tarixli 171s nömrəli Sərəncamının 1.1-ci bəndinə uyğun olaraq ona 30.000 manat məbləğində vəsaiti almaq hüququ yaranmışdır. Sərəncamının 1.1-ci bəndinə uyğun olaraq ona 30.000 manat məbləğində birdəfəlik yardım verilməlidir. İddiaçının təqsiri olmadan, adının ilkin və sonrakı siyahıya daxil edilibedilməməsi ona verilməli olan birdəfəlik yardımdan məhrum edə bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X10-məruzəçi, X9 və X13, 2-1(103)-347/2019 saylı iş) 6 noyabr 2019-cu il tarixli qərarla cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməs inin qərarını dəyişdirmədən saxlamışdır. Üçüncü şəxs 5 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 28 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 6 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 7 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətlərinin dəlilləri: Cavabdehin kasasiya şikayətinin əsaslarına görə Bakı şəhəri Nizami rayonu, Babək prospekti 87 ünvanında qəzalı vəziyyətə düşmüş yataqxana tipli yaşayış binası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğuna görə binada yaşayan sakinlərin s iyahısı (ilkin siyahı) da həmin qurum tərəfindən tərtib edilmiş və həmin siyahı Cavabdeh tərəfindən olduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. X1 da adı 5 nəfər ailə üzvü ilə birlikdə (iddiaçı da daxil olmaqla) qeyd edilmişdir. İddiaçı binanın söküləcəyini və buna görə onlara 40.000 manat birdəfəlik maddi yardım veriləcəyini bildikdən sonra Bakı şəhəri Nizami rayonu, Babək prospekti 87 ünvanında qəzalı vəziyyətə düşmüş yataqxana tipli yaşayış binasındakı 85 saylı mənzilin 1 otağını öz mülkiyyətinə keçirdiyindən və sənədləri balanssaxlayıcı təşkilata təqdim etdiyindən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən yenidən siyahı tərtib edilərək Nizami Rayon İcra Hakimiyyətinə tə qdim olunmuş və həmin siyahı da olduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir (surəti əlavə olunur). Lakin Məhkəmənin yuxarıda qeyd edilən qərarında guya birdəfəlik maddi yardımın həmin siyahının Rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə göndərilməməsi səbəbindən ödənilməməsi göstərilmişdir. Yeni siyahının göndərilməsinə baxmayaraq Nazirlər Kabineti tərəfindən ayrılan birdəfəlik maddi yardım hər bir ailə üçün nəzərdə tutulduğundan və İddiaçı da həmin ailənin tərkibinə daxil olduğundan onun üçün əlavə olaraq birdəfəlik maddi yardımın ödənilməsi təmin edilməmişdir. Nazirlər Kabinetinin adı çəkilən Sərəncamında birdəfəlik maddi yardımın hər mənzilə görə deyil, hər bir ailəyə verilməsi, konkret olaraq 84 ailənin və bunun üçün 3.135.000,0 (üç milyon bir y üz otuz beş min) manatın ayrıldığı qeyd edilmişdir. Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin müvafiq Sərəncamına və Faksoqrama uyğun hərəkət edərək onun tapşırıqlarını yerinə yetirmiş və göstərilən məbləğin 84 ailəyə verilməsini təmin etmişdir. Məhkəmə qərar qəbul edərkən Rayon İcra Hakimiyyətinin bu cür bina və qurğuların sökülməsinə və maliyyənin ayrılmasına səlahiyyətinin olmamasına və digər xüsusatlara diqqət yetirməmiş və 30.000 manat məbləğində birdəfəlik maddi yardımın iddiaçıya ödənilməsi vəzifəsini əsl cavabdehin üzərinə deyil, Rayon İcra Hakimiyyətinə həvalə etmişdir. Məhkəmə baxışı zamanı əsl cavabdehin müəyyən edilməsinə də diqqət yetirilməmişdir. Belə ki, Cavabdeh bu iş üzrə cavabdeh ola bilməz. Ona görə ki, binanın söküntüsü, birdəfəlik maddi yardımın miqdarı və verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.03.2018-ci il tarixli, 171s [nömrəli Sərəncamının 1.1-ci bəndinə uyğun olaraq həyata keçirilmişdir. Rayon İcra Hakimiyyəti bu işdə konkret olaraq adı çəkilən Sərəncamdan irəli gələn tapşırıqları yerinə yetirmiş, özbaşına heç bir hərəkət etməmiş və hər hansı bir başqa səlahiyyətə malik olmamışdır. Üçüncü şəxsin kasasiya şikayətinin əsaslarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə görə mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Bundan b aşqa “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyriyaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Göründüyü kimi, mövcud qanunvericilikdə qəza vəziyyətinə düşmüş mənzilin təmir və bərpa olunma öhdəliyi dövlətin deyil, mülkiyyətçinin üzərinə qoyulmuşdur. Bununla belə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin yataqxana binasında yaşayan 84 ailənin köçürülməsi üçün onların hər birinə ailə üzvlərinin sayından asılı olaraq dövlət vəsaiti hesabına müvafiq məbl əğdə maddi yardım ayrılması nəzərdə tutulmuşdur. Beləliklə, 12 mart 2018-ci il tarixli sərəncam qəbul edilərkən maddi yardımın mənzilə (mənzilin sayına, sahəsinə, təmir vəziyyətinə) görə deyil, binada məskunlaşmış ailələrə görə verilməsi nəzərdə tutulmuş və həmin ailələrin sayı və onlara ödəniləcək kompensasiyanın miqdarı konkret müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd olunan hüquqi aktın tələblərini nəzərə almamış, iddiaçının sözügedən qəzalı bina ilə əlaqədar maddi yardım alan digər şəxslərin ailə tərkibinə daxil edilib edilməməsini araşdırmamış, ona kompensasiya ödənilməsi barədə qərar qəbul etmişdir. Belə ki, adıçəkilən binanın balanssaxlayıcı olan 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə kompensasiya alan şəxslərin siyah ısında iddiaçının atası-X3 adı olsa da, məhkəmə iddiaçının həmin ailə üzrə kompensasiya alan şəxslərə daxil edilib edilməməsini dəqiqləşdirməmişdir. tərəflərin izahatları: İddiaçı kasasiya şikayətlərinə dair etiraz göndərərək şikayətlərin əsassız olduğunu, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətlərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasını n mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh və üçüncü şəxsin kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsinə görə maddi ziyan tələb edir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inziba ti aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2018-ci il tarixli, 171s saylı Sərəncamına əsasən Bakı şəhəri, Babək prospekti 87 nömrəli yataqxana tipli yaşayış binasının yaranmış qəzalı vəziyyəti ilə əlaqədar binada yaşayan sakinlərə kompensasiya ödənilməsi şərtilə sökülməsi qərara alınmışdır. Sərəncamda qeyd edilmişdir ki, yataqxanadan 84 ailənin köçürülməsi üçün hər bir ailəyə, ailə üzvlərinin sayı 1 nəfər olduqda-30.000 manat, 2 nəfər olduqda-35.000 manat, 3 nəfər və daha çox olduqda-40.000 manat hesabı ilə 3.135.000 manat birdəfəlik maddi yardım Nizami Rayon İcra Hakimiyyətinə ayrılsın. İddiaçının adı çəkilən yataqxanada yaşaması və qeydiyyat da olması mübahisə doğurmur. Bununla belə adı çəkilən sərəncamdan əvvəl, yəni 7 mart 2018-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən (sökülməli yataqxana) yaşayış sahəsi 19.5 kv.m olan 1 otaqlı mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış, 6 mart 2018-ci il tarixdə mənzilin texniki pasportu tərtib edilmişdir. Həmçinin aidiyyəti orqanların verdikləri arayışa görə iddiaçı mülkiyyətində olan mənzildə tək yaşayır və yalnız özü qeydiyyatdadır. Cavabdehin məlumatlarından görünür ki, qəzalı vəziyyətdə olan yataqxanada yaşayan ailələrin sayı barədə iki dəfə Nazirlər Kabinetinə məlumat göndərilmişdir. Birinci siyahı göndərilərkən iddiaçı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış təqdim edilmədiy indən iddiaçının adı qeyd edilməmişdir. İkinci siyahı göndərilərkən iddiaçının adı da ayrıca qeyd edilmiş və birinci siyahıda yazılmamasının səbəbi izah edilmişdir. Qeyd edilməlidir ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən yataqxanada yaşayan sakinlər haqqında siyahının 36-cı bəndində iddiaçının adı daxil edilmiş və siyahının qeyd hissəsində göstərilmişdir ki, iddiaçının adına çıxarış sonradan təqdim edildiyi üçün ilkin tərtib olunan məlumatlarda onun adı qeyd olunmamışdır. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən yataqxana binası qəzalı vəziyyətinə düşdüyünə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2018-ci il tarixli 171s nömrəli Sərəncamı ilə həmin binada yaşayan 84 ailənin köçürülməsi üçün hər bir ailəyə ailə üzvlərinin sayı 1 nəfər olduqda 30.000 manat, 2 nəfər olduqda 35.000 manat 3 nəfər və daha çox olduqda 40.000 manat məbləğində birdəfəlik yardım verilməklə köçürülmələrini təmin etmək Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yataqxana binası Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğuna görə həmin binada yaşayan sakinlərin siyahısı həmin birliyin 121 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən tərtib edilmişdir. İddiaçının adına çıxarış sonradan təqdim edildiyi üçün ilkin tərtib edilən siyahıda adı qeyd olunmamışdır. Sonradan tərtib edilmiş siyahıda iddiaçının adı 36-cı bənddə qeyd edilmiş və siyahı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Kompensasiya ilkin siyahı üzrə ödənildiyinə görə iddiaçıya ödənilməli olan birdəfəlik maddi yardım sonradan tərtib edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmədiyi səbəbindən ödənilməmiş qalmışdır. İddiaçıya müvafiq kompensasiyanın ödənilməməsi ilə bağlı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və məlumat üçün iddiaçıya ünvanladığı 14 mart 2018-ci il tarixli, İ-18-010 saylı məktubunda aydınlıq gətirilərək bildirilmişdir ki, balanssaxlayıcı təşkilat olan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tərtib edilmiş, göstərilən binada ko mpensasiya ödənilməsi nəzərdə tutulan şəxslərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir. Həmin siyahıda 85B saylı mənzilin mülkiyyətçisi iddiaçının da adı olmuş, lakin sonradan naməlum səbəblərdən onun adı həmin sıyahıdan çıxarılmışdır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, qəzalı vəziyyətdə olan yataqxanada birotaqlı mənzilin iddiaçının mülkiyyətində olması 7 mart 2018-ci il tarixli çıxarışla təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan m əlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamaml ığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hü quqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır”. İddiaçının da birotaqlı mənzilə hüququ dövlət orqanında qeydə alınmaqla hazırda mübahisə predmeti olmadığından iddiaçının bu hüququ qorunmalıdır. Nazirlər Kabineti tərəfindən yataqxananın sökülməsi və kompensasiyanın ödənilməsi barədə sərəncam iddiaçının mənzilə mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra, yəni 12 mart 2018-ci il tarixdə verilmişdir. Bu səbəbdən cavabdeh adı çəkilən sərəncamdan sonra yataqxanada yaşayan ailələrin sayı barədə məlumat verərkən iddiaçının adını həmin siyahıda göstərməyə haqlı idi. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1-ci maddə). Cavabdehdən zərərin ödənilməsinin tələb edilməsi üçün əsas şərtlərdən biri şəxsin təqsirli və hüquqazidd hərəkətinin törədilməsini müəyyən etməkdir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi tələb olunur. İddiaçının mülkiyyətində olan birotaqlı mənzilə görə tələb etdiyi 30.000 manat maddi ziyanda cavabdehin qanuna zidd hərəkəti sübuta yetirildiyindən müvafiq olaraq o, həmin məbləğə görə təqsirli şəxs kimi qəbul edilə bilər. Beləliklə, iddiaçının ona dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiyası şərtləri mövcud olduğundan həmin əsasın hüquqi nəticəsi də yaranmışdır. Üçüncü şəxs şikayətində bildirmişdir ki, iddiaçının atası da qəzalı vəziyyətdə olan yataqxanada yaşamış, iddiaçı atasının ailə tərkibində göstərilmişdir. Bu səbəbdən iddiaçıya ayrıca kompensasiya ödənilə bilməz. Əvvəlki siyahıda iddiaçı atasının ailə tərkibində 5 nəfər ailə üzvlərindən biri kimi qeyd edilsə də, cavabdeh özü etiraf etmişdir ki, mənzilə dair çıxarış təqdim edildikdən sonra iddiaçının adı ayrıca qeyd edilmiş və o, atasının ailə tərkibindən çıx arılmışdır. İddiaçının atasının ailə tərkibi yenilənmiş siyahıda 4 nəfər qeyd edilmişdir. Adı çəkilən yataqxanada iddiaçının mülkiyyətində birotaqlı mənzil olduğundan, onun adının atasının ailə tərkibindən çıxarılaraq yeni siyahıda ayrıca göstərildiyindən və iddiaçı mülkiyyətində olan əmlakından məhrum olduğundan şikayətin dəlili məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Bəhs olunanlara əsasən kasasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-347/2019 saylı, 6 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-675/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-675/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver