Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-675/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (vaqonların hərəkət sürətinin tənzimləyicisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşı tamam olduğu 20 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1841/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci tarixədək həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən tərxis ol duqdan sonra xx.xx.1982-ci il tarixdən hazırkı vaxtadək işləyir. 2. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir - xx.xx.2007-xx.xx.2017 - Bakı Yük Stansiyasında vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2017 - xx.xx.2019 - Yük daşımaları Departamentinin Bakı Yük Stansiyası vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2019 - xx.xx.2021 - İnfrastruktur Departamentinin Bakı Yük Stansiyası vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2021-ci il tarixdən - h al-hazıradək Yük Daşımaları Departamentinin X2 Xidmətinin Şimal Sahəsinin Sinifdənkənar Bakı Yük Stansiyası vaqonların hərəkət sürətinin tənzimləyicisi.
3. İddiaçı ona 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 07 sentyabr 2022-ci il tarixli, 09 dekabr 2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim edilmiş 31 avqust 1982-ci il tarixli əmək kitabçasında xx.xx.1991 - xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Cəbrayıl rayon X1 işləməsinə dair aparılmış qeyd həmin tarixdə qüvvədə olmayan Azərbaycan Respublikasının möhürü ilə, xx.xx.1993- xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Üzücü Tikinti-Quraşd ırma Dəstəsi”ndə işləməsinə dair aparılmış qeyd isə həmin dövrdə mövcud olmayan SSRİ X3 möhürü ilə təsdiqləndiyindən qeyd olunan dövrlər üzrə əmək stajına aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bu səbəblərdən iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Əlavə olaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşı tamam olduğu 20 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı nın tələbi hazırki qərarın 1-3-cü bəndlərində sadalanan işin faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubda qeyd olunanlar təşkil edir.
7. İşin məhkəmə araşdırması zamanı: 7.1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 08 sentyabr 2023-cü il tarixli 3-48-4/2-1899/2023 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”nin tam adı və tabeçiliyi göstərilmədiyinə görə, eləcə də, vətəndaşın əmək kitabçası əlavə olunmadığına görə, sözügedən idarə haqqında hər hansı bir məlumat verilməsi imkan xaricindədir. 7.2. Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon Dövlət Arxivinin 20 oktyabr 2023-cü il tarixli 11/59 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Cəbrayıl rayon Qələbə adına kolxozun Arxiv sənədlərinə baxış keçirərkən kolxozçuların stajı, qazancının uçot kitabının 1971-1993-cü illərə aid olan hissəsində, səhifə 152-də ata adı yazılmadığından həmin sənədin İddiaçı Həmid oğluna aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Uçot kitabının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin qeydlərdə iddiaçının kolxozda işlədiyi il ərzində əmək günü, adam günləri miqdarı, əmək günlərinin minimumu göstərilmişdir. 7.3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 19 oktyabr 2023-cü il tarixli 348-4/2-2188/2023 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, SSR Nəqliyyat Tikinti Nazirliyi 3 nömrəli “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialın a mühafizə üçün təhvil verilməmişdir. 7.4. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 31 oktyabr 2023-cü il tarixli 3-27/2-10178/2023 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının xx.xx.1993 - xx.xx.1994-cü illərdə işlədiyi SSRİ Nəqliyyat Tikinti Nazirliyi 3 nömrəli “Üzücü Tikinti - Quraşdırma Dəstəsi”nin şəxsi heyət üzrə sənədləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən, tələb olunan arxiv sənədlərinin verilməsi mümkün olmamışdır. 7.5. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-1/2-9739/2023 nömrəli məktubuna əsasən, iddiaçının xx.xx.2007-ci il tarixindən hal-hazıradək ADY-nin Sinifdənkənar Bakı Yük Stansiyasında işlədiyi “vaqonların hərəkət sürətinin tənzimləyicisi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 93-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 17-ci abzasında (Kod: 23001000-17863) göstərilən “vaqonların hərəkət sürətinin tənzimləyiciləri” peşəsinə uyğundur. 7.6. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-1/2-9298/2023 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2007-ci il tarixindən hal-hazıradək ADYnin Sinifdənkənar Bakı Yük Stansiyasında işlədiyi vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsi üzrə xx.xx.2020-ci il tarixində keçirilmiş iş yerlərinin son attestasiyasının nəticəsinə əsasən ə mək şəraitində həyati təhlükəli gərginlik amilinin yüksək olması, 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, işləyən zaman gövdənin əyilməsi, yüksək səs-küyün mövcud olması, havada tozun miqdarının sağlamlıq üçün yol verilə bilən normadan artıq olması, zərərli karbohidrogen maddələrlə təmas halında olması, habelə açıq hava şəraitində davamlı işlərin görülməsi kimi insan orqanizmi üçün təhlükəli və zərərli istehsal amillərinin təsirinə məruz qalmasına görə, sözügedən peşə üzrə əmək funksiyalarının icrası əmək şəraiti zərərli və ağır olan işlərdən hesab olunur. Bununla yanaşı, Sinifdənkənar Bakı Yük Stansiyasında qeyd edilmiş tarixdə aparılmış son attestasiyanın nəticəsində vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsi üzrə əmək haqqına 24 % əlavə zərərlilik ödənişi müəyyən edilmişdi r.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-13214/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətinin əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. İddiaçının mübahisəli dövrlər üzrə əmək kitabçasına möhürlərin onun işə qəbul edildiyi tarixdə deyil, sonradan işdən azad edildiyi tarixdə vurulması iddiaçının deyil, birba şa işəgötürənin təqsiri olduğundan, bu hal, onun hüquqlarını məhdudlaşdıran əsas kimi qiymətləndirilə bilməz. Bundan əlavə, həmin müəssisələrin arxiv sənədlərinin arxiv idarələrinə təhvil verilməməsi də, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Həmçinin, əmək kitabçasına nəzər yetirdikdə, həmin əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alacaq, qeydlərdə düzəliş edilməsi və s. hallara rast gəlinməmişdir. Bu səbəbdən də, həmin qeydlər mötəbər hesab edilməlidir. Göründüyü kimi, sözügedən dövrlər iddiaçının əmək stajına daxil edildikdə onun 60 yaşı tamamlandığı vaxt ümumi iş stajının 25 ildən artıq (01 noyabr 1979 - xx.xx.1980-ci ilədək (5 ay); 17 may 1980 - 08 iyun 1982 (2 il 22 gün) hərbi xidmət; xx.xx.1982 - xx.xx.1985 (2 il 6 ay 3 gün) təhsil mü ddəti; xx.xx.1985 - xx.xx.1991 (6 il 3 ay 10 gün); xx.xx.1991 xx.xx.1993 (1 il 10 ay 22 gün); xx.xx.1993 - xx.xx.1994 (10 ay 12 gün); xx.xx.2007 xx.xx.2017 (9 il 10 ay 21 gün); xx.xx.2017 - xx.xx.2019 (1 il 10 ay 2 gün); xx.xx.2019 xx.xx.2021 (1 il 9 ay 25 gün); xx.xx.2021 - xx.xx.2022 (7 ay 3 gün) olmaqla cəmi, 28 il 2 ay iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Hətta iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən işlədiyi dövrlər ((xx.xx.1991 -xx.xx.1993 (1 il 10 ay 21 gün); xx.xx.1993 - xx.xx.1994 (10 ay 10 gün)) sığorta stajına daxil edilməsə belə, onun ümumi iş stajı 25 il 2 ay 29 gün (28 il 2 ay - 2 il 9 ay 1 gün (1 il 10 ay 21 gün + 10 ay 10 gün)= 25 il 2 ay 29 gün) təşkil edəcəkdir ki, bu da, yenə iddiaçının ümumi iş stajının 25 ildən çox təşkil etdi yini göstərir. İddiaçının güzəştli iş stajı hazırkı mübahisənin predmetini təşkil etməsə belə, məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş, iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən verilmiş arayış onun güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayışda göstərilənlər mötəbər sübut kimi qiymətləndirilməlidir. Çünki həmin arayışda iddiaçının işlədiyi vəzifələrin xarakteristikası, xüsusi ilə zərərli əmək şəraitinə malik olması, zərərli əmək şəraitinə görə əlavələr alması, həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bənddə və Azərbaycan Respub likası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 17-ci abzasında (kod: 23001000-17863) öz əksini tapması göstərilmişdir. Beləliklə, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan çox təşkil etməsi işin mübahisəsiz halı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının digər əsası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi olmuşdur ki, məhkəmə həmin imtinanı hazırda qan unvericilikdə elə bir tələbin olmaması əsası ilə qanunsuz hesab etmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və X.A.Mərdanova) 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1841/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı “qərarın “qərara aldı” hissəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tarixi “xx.xx.2022-ci il” göstərilməklə” dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərə k, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaçının müraciətindən imtinada, etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Cavabdeh kassasiya şikayətində həmçinin, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu, işin hallarının hərtərəfli araşdırılıb hüquqi qiymət verilmədiyini qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.Azərbaycan Respublikasının Kons titusiyası: Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiy a kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsu silə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. …
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclud ur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gü ndən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilm əməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin q ərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveri ciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixdən qeyd olunan maddə yeni redaksiyada verilmiş və həmin maddədən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı tələb çıxarılmışdır.
26. İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin olunmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi də ona həmin vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Bu normanın dispozisiya şərtləri ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixədək iddiaçının 60 yaşı tamamlanmalı, həmçinin o, azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajına malik olmalıdır.
27. İşin mübahisələndirilməyən halı olsa da, iddiaçının 60 yaşı xx.xx.2022-ci ildə tamam olmuş, həmçinin o, xx.xx.2022-ci il tarixə qanunvericiliklə müəyyən edilmiş azı 12 il 6 ay güzəştli iş stajını da toplamışdır.
28. Cavabdeh iddiaçının ümumi iş stajının bir qismini, əmək kitabçasında qeyd edilən xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1994-cü illəri əhatə edən iş stajını mübahisələndirir. Belə ki, cavabdeh xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının Cəbrayıl rayon X1 işləməsinə dair aparılmış qeydlərin həmin tarixdə qüvvədə olmayan Azərbaycan Respublikasının möhürü ilə, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”ndə işləməsinə dair aparılmış qeydin isə həmin dövrdə mövcud olmayan SSRİ X3 möhürü ilə təsdiqləndiyini bildirmişdir.
29. İddiaçının mübahisəndirilən dövrlər üzrə əmək kitabçasına möhürlərin onun işə qəbul edilmə tarixində deyil, sonradan işdən azad edildiyi tarixdə vurulması iddiaçının deyil, birbaşa işəgötürənin təqsiri olduğundan, bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Bundan əlavə, həmin müəssisələrin arxiv sənədlərinin arxiv idarələrinə təhvil verilməməsi də, iddiaçının hüquqlarını məhdudlaşdı ran hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi illər onun sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının xx.xx.2022-ci il tarixə azı 25 il ümumi iş stajına malik olduğu sübuta yetirilir.
30. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (xx.xx.2022-ci il tarixdən qüvvədə olan) dispozisiya şərtlərinin iddiaçıya münasibətdə tam ödənildiyi sübuta yetirilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
31. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti veri lə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1841/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.