Məhkəmə qərarları › İş №2-1(102)-676/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-676/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-676/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh * saylı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı iş üzrə (Açar söz: soyadın dəyişdirilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İddiaçının vəkili iştirakı ilə, İddiaçı cavabdeh * saylı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı “qızının X tam adı ilə qeydə alınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2537/2019 saylı 27 noyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 mart 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 23 mart 2018-ci il tarixində qız övladı anadan olmuş, 31 mart 2018-ci il tarixində cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə uşağın doğumunun qeydə alınması və ona “X” adının və “X” soyadının verilməsi ilə bağlı müraciət etmiş, lakin qızına “X” soyadının verilməsinə dair xahişi təmin edilməmiş və ona istinad olunmuşdur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir, Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 02 mart 1993-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı oalraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. İddiaçı, cavabdeh * saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, * saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qızının “X” soyadı ilə və “X X Teymur qızı” tam adı ilə qeydə alınmasına dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, heç bir normativ-hüquqi aktda qızına “X” soyadının verilməsinə dair məhdudiyyət yoxdur və aşağıdakılara əsasən imtina əsassızdır: -Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsin də qeyd olunan “uşağın soyadının valideynlərin soyadı ilə müəyyən edilməsi” ifadəsi, uşağın soyadının valideynin soyadı ilə tamamilə eyni olması ilə deyil, məhz kökün saxlanması deməkdir. -cavabdeh “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 02 mart 1993-cü il tarixli qərarının 1-ci bəndinə əsaslansa da, həmin müddəa onun xahişinə tətbiq edilməməlidir. Çünki, həmin müddəa artıq soyad daşıyan və soyadının “-ov”, “-yev” sonluğu olan vətəndaşlara aiddir. Qızının isə hələ ki, ümumiyyətlə adı və soyadı rəsmiləşdirilməmişdir. -Azərbaycan Respublikası Milli Məclisinin qeyd olunan qərarının müvafiq müddəaları imperativ xarakter daşımır. -Azərbaycan Respublikası Milli Məclisinin qeyd olunan qərarından kə nara çıxmaq birmənalı şəkildə qadağan olunsaydı, müvafiq qeydiyyat şöbələri tərəfindən mövcud təcrübədə Milli Elmlər Akademiyasının tövsiyə etdiyi sonluqlar təklif edilməzdi və belə sonluqlarla yeni doğulmuş uşaqların soyadları qeydiyyata alınmazdı. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2-1(82)2202/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli 2-1(103)-2314/2018 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2-1(82)2202/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılm ışdır. Məhkəmə hesab etmişdir ki, uşağın soyadı bir qayda olaraq valideynlərinin (və ya onlardan birinin) soyadı ilə müəyyən edilir və mövcud qanunvericiliyin tələbinə əsasən vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-127/2019 nömrəli, 16 yanvar 2019-cu il tarixli qərarına əsasən, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli 2-1(103)-2314/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının sözügedən uşağın atası olması hər hansı bir qaydada müəyyən edilməmiş və bununla bağlı sübutlar təqdim edilməmişdir ki, bu hal da iddiaçının iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasının yoxlanılmasını zəruri etmişdir. Həmçinin, uşağın soyadı, bir qayda kimi, atanın və ya ananın soyadı ilə müəyyən edilir. Uşağın soyadının müəyyən edilməsi ilə bağlı valideynlər arasında razılıq olmalıdır. Uşağın soyadı ilə bağlı razılığın uşağın anası tərəfindən də verilməsi onun inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edir ki, aşağı instansiya məhkəmələri tərəfindən zəruri cəlbetmə ilə bağlı qiymətləndirilmə aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-716/2019 nömrəli, 14 mart 2019-cu il tarixli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2202/2018 saylı, 18 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçının “X” soyadındakı sözün kökü “Əli” olduğundan bu soyada həm “nəs”, həm də “li” hecaları əlavə edilərsə sözün kökü dəyişmiş olur. Belə olan halda uşağın soyadı valideynərinin soyadlarından yalnız sonluğu ilə deyil, həm də kökü ilə fərqlənmiş olur ki, bu da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə ziddir. Həmçinin, işə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş nikah haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə X q ızı arasında 23 aprel 2016-cı ildə nikah bağlanmış, nikahdan sonra qadına Xa soyadı verilmiş, bu sənədə əsasən iddiaçının X qızının 23 mart 2018-ci il tarixində doğulmuş qız övladının atası olduğu müəyyən edilmişdir. Qeyd olunan qərardan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-716/2019 nömrəli, 14 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1802/2019 nömrəli, 18 iyun 2019-cu il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(103)-716/2019 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəmə sinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarında göstərilən soyad sonluqlarının siyahısı, eləcə də soyadın sonluqsuz ifadə forması barədə müddəa məcburi xarakter daşımayaraq digər soyad sonluqlarının qeydiyyata alınmasının qarşısını almır. Həmçinin, sonluğun neçə hecadan və ya neçə hərfdən ibarət olması ilə bağlı mövcud qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2537/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2202/2018 nömrəli, 18 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Azə rbaycan Respublikası Milli Məclisinin yuxarıda sözügedən qərarında “yalnız” və yaxud “əvəz etməlidirlər” kimi məcburliyi ifadə edən imperativ normalar göstərilməsə belə, bu həmin normaların dispozitiv xarakterli olmasına dəlalət etmir və iddiaçının “Elmlər Akademiyasının tövsiyə etdiyi digər sonluqlarla qeydiyyata alınması” dəlilinə münasibətdə isə bildirmişdir ki, Milli Elmlər Akademiyasının tövsiyyəsi səlahiyyətli orqan tərəfindən qəbul edilmiş hər hansı hüquqi aktda öz əksini tapmayınca ümumməcburi xarakter daşımır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2537/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli qərarının ləğv edilib iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şi kayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi qanunvericiliyin normalarını düzgün tətbiq etməyərək iddiaçının arqumentlərinə dair tətbiq edilməli olan normativ-hüquqi aktın məhdudlaşdırıcı izahına yol vermişdir. Həmçinin, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 02 mart 1993-cü il tarixli Qərarının məqsədi Azərbaycan Respublikasının müstəqillik dövründə Azərbaycan Respublikasının vətəndaşlarının soyad sonluqlarının Azərbaycan dilinə və mədəniyyətinə uyğunlaşdırmaqdır. Bu baxımdan, iddiaçının əvvəlki müraciətlərində də qeyd edildiyi kimi “nəsli” sonluğu nəsil, kök, soy mənasını bildirən Azərbaycan dilinin sözüdür və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd deyil. Həmçinin, iddiaçı bildirmişdir ki, məhkəməni n qərarını əsaslandırdığı normalar dispozitiv xarakter daşıyır və soyadın “X” formasında müəyyən edilməsini qadağan etmir. Kassator Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2, 90.1, 90.3, 94, 96.9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 386, 402, 404.1.2, 417.1.4, 417.2, 418.1 və 418.2-ci maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin 2-1(03)-2537/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə b axmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2537/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 23 mart 2018-ci il tarixində doğulmuş uşağının doğumunun qeydə alınması və uşağa “X” soyadının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan uşağın soyadının bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edildiyinə istinad edərək məsələnin həlindən imtina etmişdir. Haızrki iddiasında iddiaçı uşağın soyadının sonluğunun d əyişdirilməsi məsələsini mübahisələndirir və kassasiya şikayətində də dəlillərinin əsasını belə bir dəyişikliyin qanunvericiliklə qadağan edilmədiyi təşkil edir. Ali Məhkəmə Kollegiyası hazırki işlə bağlı aşağıdakı normaların təhlilini zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyad ına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Yuxarıda göstərilən normalardan göründüyü kimi, qanunvericilikdə uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. Hazırki işdə valideynlərin soyadlarının eyni olduğunu nəzərə alan apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər iki soyadda sözün kökü “Əli“dir və uşağa verilməsi istənilən “X” soyadı “X” soyadından yalnız sonluğuna görə fərqləndiyindən mübahisəyə soyad sonluğunun dəyişdirilməsi qaydaları əsasında baxılmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsas ən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd edilən qərarında “yalnız”, “əvəz etməlidirlər” kimi ifadələr işlədilməmişdir və bu normalar imperativ xarakter daşımadığından həmin qərarda qeyd edilməyən digər sonluqların istifadə olunmasını qadağan etmir. Bununla bağlı Ali Məhkəmə Kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonlu ğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “yev” sonluqlu soyadların dəyişilməsi qaydası dəqiq formada müəyyənləşdirilmişdir. Hazırki iş üzrə valideynlərin soyadı “X” olduğundan göstərilən Qərarın müddəaları onlara da şamil edilir. Belə ki, valideynlərin soyadı “-yev” sonluğu ilə bitdiyindən, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan Qərarı həmin sonluğun “li”, “-zadə”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilməsinə imkan verir. Odur ki, qanunvericiliklə ”X” soyadının – “Əlili”, “Əlizadə”, “Əliqızı”, “Əli” ifadə formaları ilə əvəz edilmə imkanı nəzərdə tutulmuşdu r. Yuxarıda göstərilənlərdən aydın olur ki, sözügedən qərarda “yalnız”, “əvəz etməlidirlər” kimi ifadələr qeyd olunmasa da, onlar dispozitiv norma kimi başa düşülməməlidir. Belə ki, həmin Qərar sonluğun dəyişmə qaydasını müəyyən etmək üçün qəbul olunmuşdur və “-ov”, “-yev” sonluqlu soyadın bu Qanunda göstəriləndən başqa formada dəyişməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası m əhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı I ddiaçıkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2537/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar