Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-676/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsi) və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (ləğv edilib) qarşı (üçüncü şəxslər: X5, Masallı rayon Bədəlan Bələdiyyəsi) “X4 verilmiş xx.xx.2009-cu il tarixli, A 195152 nömrəli və xx.xx.2009-cu il tarixli, AA 002025 nömrəli torpaq sahəsinin kadastr planlarının (plan və ölçünün), xx.xx.2009-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli, A345287 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə məcbur edilməsi” tələbinə dair inzibati iş üzrə “yeni açılmış hallarla bağlı icraatın təzələn məsi barədə” ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli 21(106)-266/2022 nömrəli qərardadından üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 verilmiş xx.xx.2009-cu il tarixli, A195152 nömrəli və xx.xx.2009-cu il tarixli, AA 002025 nömrəli torpaq sahəsinin kadastr planlarının (plan və ölçünün), xx.xx.2009-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli, A345287 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin qeydiyyata alınm asının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə məcbur edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2012-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərarı və 29 avqust 2012-ci il tarixli əlavə qərarı ilə iddia qismən - iş üzrə üçüncü şəxs X3 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A195152 saylı plan və ölçü sənədinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, seriya MN ******* nömrəli reyestrdən çıxarışın və reyestr nömrəsi **********37 olan torpaq sahəsinin plan və ölçü sənədinin qismən, yəni İddiaçı məxsus 44 kv.metr hissədə ləğv edilməsi, İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, A345287 nömrəli torpaq sahəsinin plan və ölçüsünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ləğv edilməsinin qanunsuz hesab edilməsi və Masallı rayon Bədəlan Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı satılmış 0,05 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə həvalə edilməsi hissəsində təmin edilmiş, X3 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, seriya MN ******* nömrəli reyestrdən çıxarışın və reyestr nömrəsi * *********37 olan torpaq sahəsinin plan və ölçü sənədinin İddiaçı məxsus torpaq sahəsinə düşməyən 16 kv.metr hissəsinin ləğv edilməsi hissəsində təmin edilməmişdir.
3. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2012-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərarından iş üzrə üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2013-cü il tarixli, 2-1(106)- 10/2013 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
4. Şirvan Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2013-cü il tarixli, 2-1(106)-10/2013 saylı qərarından iş üzrə üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan R espublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2013-cü il tarixli, 2-2(102)-527/13 saylı qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İş üzrə üçüncü şəxs X5 13 aprel 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(86)94/2012 nömrəli inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizəçinin əsaslandırması:
6. Ərizənin əsaslarına görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən İddiaçı aid əraziyə tərtib edilmiş ekspert rəyinə istinad etmiş, həmin qərarı qüvvədə saxlaya n apellyasiya və kassasiya instansiyası məhkəmələri də eyni mövqedən çıxış etmiş, Masallı rayon Bədəlan bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli qərarı ilə X4 ayrılmış 60 kv.metr torpaq sahəsinin harada yerləşməsi araşdırılmamış, həmçinin, İddiaçı adına tərtib olunmuş plan və ölçünün ləğvini qanunsuz hesab edərkən də həmin sənədin ona bələdiyyə qərarı ilə ayrılmış əraziyə tərtib edilərək Gülər Fərzullayevaya aidiyyətinin olmaması qənaətinə gəlmişlər. Ərizəçi 10 yanvar 2022-ci il tarixli akta istinad edərək məhkəmə qərarı ilə ləğv edilmiş ona məxsus plan-ölçü sənədinin və çıxarışın bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsinə tərtib edildiyini və verildiyini, beləliklə, İddiaçı adına mövcud olmuş plan və ölçünün ərizəçiyə aid torpaq sahəsinə tərtib edildiyi üçün ləğvinin və hüquqları nın dövlət qeydiyyatına alınmasından imtinanın qanuni olması qənaətinə gəlməklə bu xüsusatların əvvəlki məhkəmə baxışında məlum olmadığını bildirir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(86)-94/202012 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, ərizədə və ona əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli aktda qeyd olunan 44 kv.metr torpaq sahəsinə 31 iyul 2012-ci il tarixli, 2-1(86)94/2012 saylı qərarda hüquqi qiymət verilmiş, həmin məhkəmə aktı apelyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Ərizəçinin ərizəsində qanuni qüvvəyə minmiş 31 iyul 2012-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərarın İddiaçı aid əraziyə tərtib edilmiş ekspert rəyinə istinadən qəbul edildiyini, bu zaman Masallı rayon Bədalan Bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli qərarı ilə X4 ayrılmış 60 kv.metr torpaq sahəsinin harada yerləşməsinin araşdırılmadığını iddia edir. Məhkəmə bu iddianı əsassız hesab edir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisə predmetinin əsasında duran 44 kv.metr torpaq sahəsinin bilavasitə İddiaçı məxsus olmasının təsdiq edilməsi, eyni zamanda həmin torpaq sahəsinin Bədəlan bələdiyyəsinin 20 aprel 2007-ci il tarixli qərarı ilə X1 60 kv.metr torpaq sahəsinə aid olmamasının da təsdiqidir. Bələdiyyə tərəfindən X1 60 kv.metr torpaq sahəsinin harada yerləşməsi isə mübahisə predmeti olmamışdır.
9. Məhkəmə, həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış 31 iyul 2012-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərar il ə iş materiallarına istinadən müəyyən olunmuşdur ki, Masallı rayon Bədəlan Bələdiyyəsi tərəfindən iddiaçıya və üçüncü şəxsə qonşu olmaqla ayrı-ayrı torpaq sahələri satılmış, İddiaçı adına verilmiş torpaq sahəsinin plan və ölçüsü ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsinə uyğun verilmiş, İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli A345287 nömrəli torpaq sahəsinin plan və ölçüsü bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinə uyğun verildiyindən həmin plan və ölçü sənədi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qanunsuz və əsassız olaraq ləğv edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə ərizədə və ona əlavə olunmuş 10 yanvar 2022-ci il tarixli aktda qeyd olunan xüsusatların iş üzrə yeni açılmış hal kimi qiymətləndirilməsini və bu xüsusatlara görə 2-1(86)-94/2012 saylı in zibati iş üzrə icraatın təzələnməsini mümkün hesab etmir.
10. X2 həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli 2-1(106)-266/2022 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, işə yenidən baxılması üçün əsas olan hallar bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsinin naturada göstərilməsi ilə bağlı 10 yanvar 2022-ci il tarixli aktdır ki, həmin aktın da tərtib edildiyi gündən ərizə ilə məhkəməyə müraciət etdiyi günədək üç aylıq müddət keçməmişdir. Bu yeni açılmış hal, yəni bələdiyyə qərarı ilə ona aid olan torpaq sahəsinə İddiaçı adına çıxarışla plan və ölçü sənədinin tərtib edilməsi, İddiaçı iddia tələbinin qismən təmin olunması, adına olan çıxarışla plan və ölçü sənədinin qismən ləğv edilməsi, İddiaçı adına olan plan və ölçü sənədinin ləğvinin qanunsuz hesab edilərək onun həmin əraziyə hüquqlarının qeydiyyatının cavabdehə həvalə ed ilməsi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-94/2012 saylı, 31 iyul 2012-ci il tarixli qərarının düzgün olmamasını göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həc mdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmı ş hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Buna görə də şikayət üzrə kassasiya mümkün hesab edilir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Apelly asiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, ərizə mümkünsüz hesab edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. İPM-in 103.2-ci maddəsinin tələbindən göründüyü kimi, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
21. İPM-in 103.3-cü maddəsinin tələbinə görə, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
22. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2012-ci il tarixli, 2-1(86)-94/2012 saylı qərarı 3 iyul 2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qərarda hər hansı ittih am hökmünə istinad olunmamışdır.
23. İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına isə yol verilmir. Belə olan halda, hazırkı ərizə üzrə icraat mümkünsüzdür.
24. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-266/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilir. X3 yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkünsüz sayılır. Kassasiya şikayəti təmin edilmir. Qərar qətidir.