Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-677/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı1, Iddiaçı2 və Iddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar söz: sərəncamların ləğv edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili iştirakı ilə, İddiaçılar Iddiaçı1, Iddiaçı2 və Iddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: “X.-İnşaat” Mənzil Tikinti Kooperativi) “sərəncamların ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2242/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali M əhkəmənin binasında 03 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar Iddiaçı1, Iddiaçı2 və Iddiaçı3 Ünvan yaşayış sahəsində yerləşən binalarda yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti başçısının 05 may 2016-cı il tarixli, *** saylı sərəncamı ilə Ünvan yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “X-inşaat” MTK-ya icazə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 06 dekabr 2016-cı il tarixli *** saylı sərəncamına əsasən isə Ünvan yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində «X-İNŞAAT» MTK-ya yaşayış binalarının tikintisinə icazə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən MTK-ya ayrılmış torpaq sahəsinin cizgisi və ko ordinatları dəqiq müəyyən edilmiş, Bakı şəhərinin Baş memarı tərəfindən təsdiq edilmişdir. Həmin sərəncamlardan narazı qalan iddiaçılar, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 06 dekabr 2016-cı il tarixli *** saylı və 05 may 2016-cı il tarixli *** saylı sərəncamlarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin iyul ayının sonundan Ünvan Y/S 12, 17 və 18-ci binalarının arasında yerləşən sahə “X-İNŞAAT” MTK adlanan tikinti şirkəti tərəfindən tutulmuşdur. Yuxarıda adları qeyd edilmiş qarşı-qarşıya dayanan binaların arasında uşaq meydançası fəaliyyət göstərmiş, həmin ərazidə sakinlərin asudə vaxtlarını səmə rəli keçirmək və yaşıllaşdırma zolağının salınması nəzərdə tutulmuşdur. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı sakinlərə vədlər verilməsinə baxmayaraq, heç bir tədbir görülməmiş, əksinə olaraq bina sakinləri tərəfindən salınmış yaşıllıqların məhv edilməsi üçün müvafiq şərait yaradılmışdır. İddiaçılara görə hal-hazırda həmin ərazidə aparılan tikinti işləri ilə bağlı sakinlər adından müxtəlif instansiyalara şikayətlər edilmiş, Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlanan sorğulardan sonra məlum olmuşdur ki,*** saylı və *** saylı sərəncamla tikintiyə icazə verilmişdir. İddiaçılar hesab edir ki, həmin sərəncamlar tikilinin aparıldığı ətraf binaların sakinlərinin iradəsinə zidd olaraq verildiyindən və şəhərsalma qaydalarının kobud surətdə pozulmasına gətirib çıxardığına görə ləğv edilməlidir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(82)47/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(82)47/2019 saylı qərarından iddiaçılar apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-1(103)-2242/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2-1(82)-47/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, “X-inşaat” MTK tərəfindən inşa edilən bina ilə Ünvanyaşayış sahəsi, 9 mərtəbəli binaların ara məsafəsi AzDTN-n in və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğundur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-1(103)-2242/2019 nömrəli qərarından iddiaçılar kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, iddiaçıların tələbi yetərincə araşdırılmamış, bilavasitə işin nəticəsi üçün vacib olan faktlara əhəmiyyət verməyərək qanunsuz qərar qəbul etmişdir. Belə ki, iddiaçıların tələblərinə baxmayaraq apellyasiya instansiya məhkəməsi təkrar ekspertiza təyin etməmiş, üçüncü şəxsin formal icazələrini sübut kimi qəbul edərək iddiaçıların sağlamlığı üçün yaranan təhlükəni nəzərə almamış, mübahisənin düzgün həll edilməsi üçün öz səlahiyyətlərindən istifadə etməmişdir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 90, 91, 92-ci, Azərbaycan Respublikası Konstitusiyasının 31 və 37-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-1(103)-2242/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-1(103)-2242/2019 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-1(103)-2242/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, 05.05.2016-cı il tarixində Bakı şəhər İcra Hakimiyyəti başçısının *** saylı sərəncama əsasən «X-İNŞAAT» Mənzil Tikinti Kooperativinin 26.04.2016-cı il tarixli, 03 saylı müraciəti nəzərə alınaraq, Ünvan yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilmiş, 06.12.2016-cı il tarixində Bakı şəhər İcra Hakimiyyəti başçısının *** saylı sərəncamına əsasən, «X-İNŞAAT» Mənzil-Tikinti Kooperativinin 30.11.2016-cı il tarixli, ** saylı müraciəti, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri və Bakı şəhər icra Hakimiyyəti başçısının 05.05.2016-cı il tarixli, *** saylı sərəncamı nəzərə alınaraq Ünvan yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində «X-İNŞAAT» MTK-ya yaşayış binalarının tikintisinə icazə verilmiş, Bakı şəhər İcra Hakimiyyətin in Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2016-cı ildə **** nömrəli ayrıc aktı tərtib edilmiş, həmin aktda «X-İNŞAAT» Mənzil-Tikinti Kooperativinə ayrılmış torpaq sahəsinin cizgisi və koordinatları dəqiq müəyyən edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2016-cı ildə *****saylı inşaat pasportu verilmiş, həmin pasportda Ünvan yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində «X-İNŞAAT» MTK tərəfindən inşa ediləcək yaşayış binalarının tikintisi ilə bağlı verilmiş sənədlərin və ayrı-ayrı təşkilatlar tərəfindən verilmiş razılaşdırmaların və texniki şərtlərin siyahısı, xüsusi şərtlər, sifarişçi qarşısında qoyulan tələblər və digər məlumatlar göstərilmiş, Bakı şəhərinin Baş memarı tərəfindən təsdiq edilmiş, eyni zamanda, Respublika Gi giyena və Epidemiologiya Mərkəzi ilə 17.05.2016-cı il tarixli razılaşmaya əsasən *****nömrəli texniki şərti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə 02.06.2016-cı il tarixli razılaşmaya əsasən *****saylı texniki şərti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 19.05.2016-cı il tarixli razılaşmaya əsasən *****saylı texniki şərti, Azərbaycan Respublikası “X” ASC ilə 01.06.2016-cı il tarixli razılaşmaya əsasən *****nömrəli texniki şərti, “X” ASC ilə 19.05.2016-cı il tarixli ***** saylı texniki şərti, Dövlət Neft Şirkəti “X” İB ilə 20.05.2016-cı il tarixli *** saylı texniki şərti, Azərbaycan Respublikası R və YTN “X” İB ilə 26.05.2016-cı il tarixli razılaşmaya əsasən BTRİB-TŞ***** saylı texniki ş ərti, “X” ASC ilə razılaşmaya uyğun olaraq isə 20.05.2016-cı il tarixli X nömrəli texniki şərti, yaşayış binasının tikintisi məqsədilə ayrılmış sahəninin seysmik balının dəqiqləşdirilməsi haqqında hesabat və digər sənədlər əlavə edilmişdir. Apellyasiya instansiya məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(82)678/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: “Ünvan yaşayış sahəsi, 12, 17 və 18 saylı binaların yaxınlığında“X-İNŞAAT” MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının layihələndirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğundurmu? və “X-İNŞAAT” MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binası ilə Ünvanyaşayış sahəsi, 12, 17 və 18 saylı binaların ara məsafəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5- ci maddəsinin tələblərinə uyğundurmu və hazırki vəziyyətdə aparılan tikinti işləri həmin binalara təhlükə yarada bilərmi?”. Ekspertizanın aparılması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 28.02.2019-cu il tarixli, **** nömrəli ekspert rəyi ilə X yaşayış sahəsi, 12, 17 və 18 saylı binaların yaxınlığında “X-İNŞAAT” MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının layihələndirməsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olduğu və “X-İNŞAAT” MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binası ilə Xyaşayış sahəsi, 12, 17 və 18 saylı binaların ara məsafəsinin AzDNT-nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olduğu müəyyən edilmişdir. Kassasiya şikayətində qeyd olunan “təkrar ekspertizanın keçirilməməsi” dəlilinə münasibətdə Ali Məhkəmə Kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkəmə iclasında iştirak edən tərəflərin iştirakı ilə mübahisələndirilən əraziyə baxış keçirərək müəyyən etmişdir ki, Ünvan yaşayış sahəsində inşa olunmuş yeni tikili ilə qarşıda yerləşən 9 mərtəbəli binaların arasında olan məsafə faktiki olaraq 1-ci binadan 37,6m, 2-ci binadan 31,2m təşkil edir, MTK tərəfindən inşa edilmiş yaşayış binasının fasad divarının hündürlüyü “0” səviyyəsindən 53,4 me tr nəzərdə tutulduğu müəyyən olunmuşdur ki, bunun da 0,6 hissəsi (53,4x0,6)= 32,0 metr təşkil edir. Yəni, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5 və 69.5.1 bəndlərinin tələblərinə əsasən hündürlüyü 53,4 metr olan yaşayış binalarda ara məsafəsi 32,0 metr müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılması nı başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın rəyi ilə apellyasiya instansiya məhkəməsinin keçirdiyi əraziyə baxış nəticələri eyni olduğundan, həmçinin ekspert reyinin əsassızlığı təsdiq olunmadığından təkrar ekspertiza keçirilməsinə ehtiyac yoxdur və apellyasiya instansiya məhkəməsinin bu məsələ ilə mövqeyi əsaslı olmuşdur. Kassasiya şikayətinin digər dəlili olan “üçüncü şəxsin formal icazələrini sübut kimi qəbul edərək iddiaçıların sağlamlığı üçün yaranan təhlükənin nəzərə alınmaması”na münasibətdə Ali Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçıların tələbi ehtimallara əsaslanır və məhkəmə iclasında tələblərini təsdiq edə biləcək heç bir sübut təqdim etməm işlər. Yuxarıda qeyd olunanlara əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçılar sözügedən sərəncamların ləğv edilməsini tələb edərkən həmin sərəncamların onların maraqlarına zidd olduğunu, binalar inşa edildikdən sonra onların sağlamlığına təhlükə yaradacağını bildirmiş, tələblərini heç bir mötəbər sübutla əsaslandırmamışlar. Apellyasiya instansiya məhkəməsi tərəfindən isə sözügedən binaların layihələri araşdırılaraq “Xinşaat“ MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının layihələndirilməsi, inşa edilən bina ilə Ünvanyaşayış sahəsi, 9 mərtəbəli binaların ara məsafəsinin AzDTNnin və AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edildiyi müəyyən edilmiş və iddiaçılar tərəfindən bunun əksini təsdiqləyən heç bir mötəbər sübut təqdim edilmədiyindən apelly asiya şikayəti haqlı olaraq təmin edilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmiş dir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçılar Iddiaçı1, Iddiaçı2və Iddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-1(103)-2242/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-677/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-677/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver