Məhkəmə qərarları › İş №2-1(102)-677/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-677/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-677/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: 018R8ZGT) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Da şınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(105)-3/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2 ayrılmış 0,56 ha torpaq sahəsinə dair Quba rayon Torpaq Şöbəsi tərəfindən sonuncunun adına 01 iyul 1998-ci il tarixli, JN-1000, KOD 30307018 qeydiyyat nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir.

2. Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işinin surətindən görünür ki, 29 iyun 2007-ci il tarixdə 4Ə/214 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən X5 mülkiyyətində olan 0,46 ha torpaq sahəsini iddiaçıya satmışdır

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0.46 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət h üquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş xx.xx.2007-ci il tarixli, 4-Ə/214 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanması üçün əsas olmuş JN-1000 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı cavabdehin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgisi İdarənin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 21 dekabr 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Quba rayon Dövlət Notariat Kontorunda 29 iyun 2007-ci il tarixdə 4Ə/214 reyestr nömrəsi ilə qeydə alınmaqla təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən DTXK-nin Quba rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş JN-1000 kod 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X2 məxsus Quba rayonu Amsar kəndində yerləşən 0,56 ha torpaq sahəsinin 0,46 ha hissəsinə iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və tor paq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Quba rayon Dövlət Notariat Kontorunda 29 iyun 2007-ci il tarixdə 4Ə/214 reyestr nömrəsi ilə qeydə alınmaqla təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən DTXK-nin Quba rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş JN1000 kod 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə satıcı X2 məxsus Quba rayonu Amsar kəndində yerləşən 0,56 ha torpaq sahəsinin 0,46 ha hissəsini 20.000 manata almışdır. X7 Quba rayonu Amsar kəndində yerləşən 0,56 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudla şdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” xx.xx.2007-ci il tarixli 2/2114 saylı arayışla rəsmiləşdirilmişdir. Quba rayonu Amsar kəndində yerləşən 0,46 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Qeyd edir ki, xx.xx.2007-ci il tarixli, 4Ə/214 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanması üçün əsas olmuş JN-1000 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı cavabdehin məlumat bazasında olan xəritədə öz əksini tapmadığı, o cümlədən ləğv edilmiş DTXKnin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığı, Dövlə t Aktında göstərilən torpaq sahəsi cavabdehin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyi halda cavabdeh tərəfindən alqısatqı predmeti olan 0,56 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2007-ci il tarixli 2/2114 saylı Arayış” ın niyə və hansı hüquqi sənədlərə və koordinatlara istinad olunmaqla verilməsi ilə bağlı sual yaranır. Cavabdeh orqan 2007ci ildə verdiyi sənədi 2018-ci ildə təkzib edir və bununla da vətəndaşın mülkiyyət hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etir azın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 5 mart 2019-cu il tarixli, 2-1(085)451/2019 nömrəli qərarı ilə (hakim: X3) iddia təmin edilmiş, Quba rayon Dövlət Notariat Kontorunda 29 iyun 2007-ci il tarixdə 4Ə/214 reyestrlə qeydə alınmaqla təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş JN-1000 kod 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə satıcı X2 məxsus Quba rayonu Amsar kəndində yerləşən 0,56 ha torpaq sahəsinin 0,46 ha hissəsinə İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torp aq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Belə ki, iddiaçı ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənmiş və notariat qaydasında təsdiqlənməklə müqavilələrin qanunauyğunluğu təsbit olunmuşdur. Qanunvericilik notariat qaydasında təsdiqlənən müqavilələrin qanunauyğunluğunun yoxlanılması vəzifəsini cavabdehin deyil, notariat orqanlarının vəzifəsi kimi müəyyən etmişdir. Həmçinin iş materiallarında olan 6 iyun 2007- ci il tarixli 2/2114 saylı “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların m əhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” Arayışın surətindən göründüyü kimi cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə adıçəkilən arayış verilmiş və həmin arayış əsasında X5 ilə iddiaçı arasında torpaq sahəsinin alqı-satqısı baş tutmuşdur

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2022ci il tarixli, 2-1(105)-3/2022 nömrəli qərarı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X10) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 5 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, - cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2/2114 saylı “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” arayışda qeyd edilmişdir ki, Quba rayonu Amsar kəndində yerləşən JN1000, KOD 30307018 qeydiyyat nömrəli Dövlət Aktına əsasən, 0,56 ha torpaq sahəsi barədə məlumat dövlət reyestrinə qəbul edilmiş və onun üzərində N.İ.Hüseynovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnaməyə əsasən torpa q üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. - Mübahisəsi gedən ərazidə koordinat sürüşmələrinin olması səbəbindən, iddiaçının alqı-satqı müqaviləsinə əsasən aldığı 0.46 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki istifadə vəz iyyəti arasında uyğunsuzluq yaranmış, faktiki istifadə vəziyyətinə görə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilkin mülkiyyətçiyə (satıcıya) məxsus JN-1000 KOD 30307018 saylı Dövlət Aktında qeyd edilən 0.56 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsə də, qeyd edilən torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin yerləşmə vəziyyətində yaranmış uyğunsuzluq iddiaçının iradəsindən asılı olmayaraq sürüşmə nəticəsində yarandığından və bunun nəticəsində digər şəxslərin hüquqları pozulmadığından bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddələrinin tələblərini pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və x itam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr,............;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. İnzibati Prosessual Məcəllə: a) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orq anın üzərinə düşür. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 20 16-cı il tarixli Fərmanı

19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məh kəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Həmçinin işin halları ilə müəyyən olunur ki, Quba rayon AİK-nin 3 may 1997ci il tarixli, 04 nömrəli iclas qərarı ilə X2 0,56 ha torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsinə dair adına JN-1000, KOD 30307018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. 29 iyun 2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən N.Hüseynov mülkiyyətində olan 0,56 ha torpaq sahəsinin 0,46 ha hissəsini notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq üzərində hüquqlara da ir dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının məsuliyyətindədir. Hazırkı halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır.

28. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-1000, KOD 30307018 qeydiyyat nömrəli Dövlət Aktının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur.

29. Nəzərə alınmalıdır ki, cavabdeh orqan daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparır. Başqa sözlə, cavabdeh orqan daşınmaz əmlak üzərində mövcud olan hüquqları qeydə alır (qanuni əsaslar olduğu halda).

30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsasən şəxsin əmlak üzərində hüquqlarının mövcudluğu qiymətləndirmiş, hüquqmüəyyənedici sənədləri hərtərəfli araşdırmış və əsaslı olaraq iddiaçının mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq cavabdeh tərəfindən mülkiyyət hüququnu qeydiyyata alınması üzrə verilmiş imtinanın əsassız sayılması barədə nəticəyə gəlmişdir.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi, JN-1000 KOD 30307018 saylı Dövlət Aktında qeyd edilən 0.46 ha torpaq sahəsinin döngə nöqtələrin in koordinatlarında sürüşmə nəticəsində dəyişiklik olduğundan, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyəti digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyindən, başqa sözlə hər hansı şəxsin hüquqlarını pozmadığından iddiaçının alqı-satqı müqaviləsinə əsasən aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində qeyd edildiyi kimi, yaranmış uyğunsuzluq yerquruluşu qaydasında aradan qaldırılmalıdır.

32. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamışdır. İddiaçının “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddələrindən irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

33. Hazırkı qərarın 17a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(105)-3/2022 nömrəli qərarı dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar