Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-677/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxnə (üçüncü cc) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; bələdiyyə qərarı, rayon torpaq şöbəsinin rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxnə qarşı (üçüncü şəxs cc) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)132/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Xanlar rayon Hacıməlik bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 67 nömrəli qərarı ilə İddiaçı Xanlar rayonu X1 kənd ərazisindəki yararsız torpaq sahəsindən 0.12 hektar ayrılıb fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2005-ci il tarixli aktından görünür ki, Xanlar rayonu X1 kənd ərazisindəki yararsız torpaq sahəsindən 0.12 hektar ayrılıb İddiaçı fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sa həsinin alğı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, 1050 nömrəli rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,12 ha olmaqla Hacıməlik bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.
4. Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli, 602 nömrəli aktdan görünür ki, iddiaçı 19 dekabr 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün bələdiyyəyə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Xanlar rayon Hacıməlik bələdiyyəsinin ərazisində 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 67 nömrəli qərar qəbul edilmişdir. Qeyd edilmiş akt rayon torpaq şöbəsinin müdiri tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Xanlar rayon “Kapital” Bankının ********* saylı hesabına əvvəlcədən 518232 manat haqq ödənilmişdir (qəbz №10, xx.xx.2006).
5. Həmin torpaq sahəsinə dair Xanlar rayon Hacıməlik bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmişdir.
6. İddiaçı cavabdeh orqana müraciət edərək, Gəncə şəhər Kəpəz rayonu Avtomobil zavodunun ətrafında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını o nunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin kompleks yerquruluşu xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşdiyi müəyyən edilmişdir.
7. Kəpəz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04/1990 nömrəli məktubundan görünür ki, X2 yerləşdiyi ərazi Gəncə şəhər Nizami bələdiyyəsinin inzibati ərazisinə aiddir. 8. xx tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hacıməlik bələdiyyəsi tərəfindən tərtib olunmuş cizgi planda şərti göstərilmiş sahənin yerləşdiyi ümumi ərazi və iddiaçı tərəfin naturada təqdim etdiyi 0.12 ha torpaq sahəsinin yerləşdiyi ümumi ərazi, 2004-cü ildə tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə və 2005-ci ildə tərtib olunmuş, bələdiyyə mülkiyyətinə verilmiş torpaqla rın yerquruluşu sxeminə əsasən, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, daşlı örüş sahəsidir. Naturada təqdim olunan torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd qeydə alınmamışdır və üzərində tikili mövcud deyildir. Cizgi planda göstərilən sahənin yerləşdiyi ümumi ərazi və naturada təqdim olunan sahənin yerləşdiyi ümumi ərazi hal-hazırda da, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, daşlı örüş sahəsidir. 9. xxnin 02 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS), AzCad məlumatl arı və ccnin xəritəsinin elektron məlumatlarına istinadən X2 yerləşdiyi ərazi ccnin ərazisidir. Lakin, elektron baza məlumatlarında mövcud olan, Göygöl rayonu Hacıməlik kəndi ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilmiş torpaqların planına istinadən X2 yerləşdiyi ərazi, Göygöl rayonu Hacıməlik bələdiyyəsinin ərazisi olaraq göstərilmişdir. Qeyd edək ki, Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Gğygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 3.2-ci bəndinə əsasən Göygöl rayonu Hacıməlik qəsəbəsinin ərazisindən 145.71 ha torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə və 3.3-cü bənd inə əsasən Göygöl rayonu Hacıməlik qəsəbəsinin ərazisindən 16,14 ha torpaq sahəsi Gəncə şəhər Kəpəz rayonunun inzibati ərazisinə verilmişdir. 10. xx tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.2023cü il tarixli mütəxəssis rəyindən görünür ki, naturada təqdim olunan sahənin faktiki ölçüsü 0.12 ha-dır. Faktiki təqdim olunan sahənin naturada yerləşmə vəziyyəti ilə, iş materiallarında mövcud olan, yerquruluşu planından çıxarışda şərti göstərilən sahə üstüstə düşmür. Qeyd olunan torpaq sahəsi, 2004-cü ildə tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə, 2005-ci ildə tərtib olunmuş, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbayca n Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. 2004-cü ildə tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə, 2005-ci ildə tərtib olunmuş, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə istinadən, qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, daşlı örüş sahəsidir. Bununla yanaşı, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, bələdiyyə xəritələrinin elektron baza materiallarına istinadən, qeyd olunan torpaq sa həsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir. Əraziyə baxış keçirilərkən, torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən Çıxarış sənədi qeydə alınmamışdır. Qeyd olunan torpaq sahəsi üzərində hər hansı kommunikasiya qurğusu və qovşağı, eyni zamanda torpaq sahəsinin hava məkanında elektrik xətti müşahidə olunmadı. İstifadəmizdə olan elektron baza materiallarına istinadən torpaq sahəsinin, mühafizə və sürüşmə zonasına düşmə halı aşkarlanmadı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdeh xxnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Kəpəz rayonu Avtomobil za vodunun ətrafında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövrət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 67 saylı qərarı ilə Göygöl rayon X1 kənd ərazisindəki yararsız torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün ona 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda Gəncə şəhər Kəpəz rayonu ərazisinə daxil olmaqla X2 ətrafinda yerləşir. Torpaq sahəsi 17 ildir fasiləsiz olaraq onun sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərə findən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri qanunidir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-992/2022 saylı qərarı ilə (hakim F.C.Hüseynov) İddiaçı cavabdeh xxnə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfin dən qorunur, eyni zamanda qanunvericiliklə bələdiyyə mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, cizgi planda göstərilən sahənin yerləşdiyi ümumi ərazi və naturada təqdim olunan sahənin yerləşdiyi sahə bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, daşlı örüş sahəsidir. Göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu halda bələdiyyə tərəfindən xüsusi mülkiyyətə verilmiş, bununla da qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmuşdur.
15. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl rayon Hacıməlik Bələdiyyəsinin və Gəncə şəhər Kəpəz bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə şəhər Nizami bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-132/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: R.Z.Mamedov, hakimlər: A.V.İsgəndərova və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnziba ti Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-992/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar rayon Hacıməlik bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli, 67 nömrəli qərarı ilə İddiaçı Xanlar rayonu X1 kənd ərazisindəki yararsız torpaq sahəsindən 0.12 hektar ayrılıb fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan faktiki torpaq sahəsinin kompleks yerquruluşu xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşdiyi müəyyən edilməsini əsas gətirərək iddiaçının müraciətinin icrasından imtina etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarının xüsusi mülkiyyətə verilə bilməsi istisna olunur. Mütəxəssis rəyilədə müəyyən olunur ki, hazırda mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kəndtəsərrüfatı təyinatlı torpaqlar kategoriyasına adi olmaqla daşlı örüş sahəsidir. Lakin buna baxmayaraq bələdiyyə tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, həmin torpaq sahəsi iddiaçıya verilmişdir.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyaının xx.xx.2023-cü il tarixli, 2-1(104)-132/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin ed ilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər kəsin mülkiyyət hüququ vardır. Göründüyü kimi Konstitusiya ən birinci növbə kimi vətəndaşların mülkiyyət hüququnu tanıyır. Lakin cavabdeh orqan və məhkəmələr qeyd olunan hüququnu tanımaq istəmir. Hansı ki, iş materiallarından görünür ki, bələdiyyədən alqı-satqı edərək torpaq sahəsini almış. Həmin vaxt keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi (hansı ki hazırda imtina vermiş orqan onun hüquqi varisidir) tərəfindən arayış və rəy tərtib edilərək bələdiyyəyə təqdim edilmişdir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi Hacıməlik Bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı- satqı predmetidir, kənd təsərrüfatına yararsızdır və satılması məqsədəmüvafiqdir. O qeyd olunan orqanın verdiyi hüquqi sənədlərə inanaraq torpaq sahəsini alqı-satqı etmişdir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. O yuxarıda qeyd etdiyi kimi cavabdeh orqanın verdiyi hüquqi sənədlərə inanaraq alqı-satqı etmişdir. Ona görə də hazırda mülkiyyət hüququnun tanınmasını tələb edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan to rpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (y üklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası nın Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uy ğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Maddə 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)...
2. Müəyyən edilsin ki:... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının me marlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi b axımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gör ə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apelyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunm alı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
32. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Xanlar rayon Hacıməlik bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 67 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış Xanlar rayonu X1 kənd ərazisindəki 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından ibarətdir.
33. Aşağı instansiya məhkəmələri hesab etmişlər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi üçün satılmış torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsi olduğundan həmin torpaq xüsusi mülkiyyətə verilə bilməz.
34. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən xx.xx.20 23-cü il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Qeyd edilən rəydə göstərilmişdir ki, 2004-cü ildə tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə, 2005-ci ildə tərtib olunmuş, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə istinadən, qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, daşlı örüş sahəsidir.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, 1050 nömrəli rəyində torpaq sahəsinin kənd təsərrüfatına yararsız bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan olduğu qeyd edilmişdir.
36. Bu rəy torpaq sahəsi ayrılan zaman səlahi yyətli orqan tərəfindən verilmişdir.
37. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 38. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanla rı” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
39. Yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir.
40. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd təsərrüfatına yarar sız olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur.
41. Odur ki, 2005 və 2006-cı illərdə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz.
42. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odu r ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malikdir.
43. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 20 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur.
44. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, xx xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada təqdim olunan sahənin faktiki ölçüsü 0.12 ha-dır. Faktiki təqdim olunan sahənin naturada yerləşmə vəziyyəti ilə, iş materiallarında mövcud olan, yerquruluşu planından çıxarışda şərti göstərilən sahə üst-üstə düşmür.
45. Göründüyü kimi hazırkı işin halları ilə faktiki təqdim olunan sahənin naturada yerləşmə vəziyyəti ilə, iş materiallarında mövcud olan, yerquruluşu planından çıxarışda şərti göstərilən sahə üst-üstə düşməsi müəyyən edilmir.
46. İddiaçının fa kitiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
47. Odur ki, işə yenidən baxarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən Xanlar rayon Hacıməlik bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 67 nömrəli qərarı ilə İddiaçı ayrılan torpaq sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi məsələsi aydınlaşdırılmalıdır. Bundan sonra iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması barədə qərar qəbul edilə bilər.
48. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması ü çün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmağa zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-132/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.