Məhkəmə qərarları › İş №2-1(102)-677/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-677/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-677/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti verilməsi müddətinin üzrsüz səbəbdən ötürülməsi; şikayət üzrə apelyasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “X1 adına verilmiş xx.xx.2013cü il tarixi RX seriyalı ******* nömrəli çıxarışın və ona əsas olan qeydin ləğvi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3578/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına verilmiş xx.xx.2013-cü il tarixi RX seriyalı ******* nömrəli çıxarışın və ona əsas olan qeydin ləğvi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx. 2024-cü il tarixli 2-1(112)-4000/2024 nömrəli qərardadı ilə X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 22 may 2024-cü il tarixli, 21(112)-4000/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Qərardad 23 may 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə iddiaçıya elektron kabinet vasitəsilə çatdırılmışdır.

5. İddiaçı 02 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edib qərardadı almadığını bildirərək, qərardadın surətinin verilməsini xahiş etmiş, həmçinin məhkəmə aktının surətinin təkrar təqdim edilməsinə görə 10 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi ərizəyə əlavə etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 05 av qust 2024-cü il tarixli məktubu ilə qərardadın surəti iddiaçıya təkrar təqdim edilmişdir.

7. İddiaçı 09 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. a) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova, C.A.Yusifov) 18 sentyabr 2024-cü il tarixli, 21(103)-3578/2024 nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 9.1.Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərardadı 23 may 2024-cü il tarixdə iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə (şəxsi kabinetdə qeydiyyat tarixi və istifadəçi adı: xx.xx.2023 18:28:20 xxxxxxx) yerləşdirilmiş, lakin apellyasiya şikayəti məhkəməyə 09 avqust 2024-cü il tarixdə daxil olmuşdur və bununla bağlı prosessual müddətin bərpası barədə ərizə təqdim edilərək buraxılmış müddətin üzrlü hesab edilməsi xahiş olunmuşdur. Ərizədə qeyd edilmişdir ki, məhkəmə qərardadı həmişə poçtla göndərilirdi və ya SMS-lə 050 ***-**-** əl telefonuna göndərilirdi. Məhkəmə prosesində və ondan sonra ona 22 may 2024-cü il tarixli qərardadın elektron kabinetdə yerləşdiriləcəyi bildirilməmişdir. Asan imzası ilə “Elektron məhkəmə” informasiya sisteminə girə bilmir. O, si stemi bilən şəxs vasitəsi ilə Pin 1 və Pin 2 vasitəsi ilə məhkəməyə daxil ola bilir. Bakı İnzibati Məhkəməsi öncədən ona SMS göndərməli idi. Məhkəmələr tərəfindən Qərardad və digər sənədləri həmişə Elektron ünvan yollayırdılar. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4000/2024 nömrəli iş üzrə xx.xx.2024 qərardadını almadığına görə məhkəməyə müraciət etmiş, qərardadı 05 avqust 2024-cü il tarixində almış və apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 9.2.Göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının əsas səbəbləri odur ki, mübahisələndirilən məhkəmə aktı ona göndərilməmişdir, bununla bağlı ailəsində baş vermiş hadisə (anasının ağır xəstəliyi və ölümü, dəfn və yas mərasimlərində iştirakı) ilə bağlı Beyləqan rayonunda olmuşdur. İddiaçı hesab edir ki, qeyd olunan bu səbəblər hər biri ayrı-ayrılıqda, həmçinin onların məcmusu buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün kifayət qədər əsas verir. 9.3. İş materiallarından aydın görünür ki, məhkəmə aktı iddiaçının elektron kabinetinə məhz xx.xx.2024-cü il tarixdə yüklənmişdir və bu da o anlama gəlməyə əsas verir ki, həmin anda artıq iddiaçının elektron kabineti elektron məhkəmə sistemində mövcud olmuşdur. Bundan əlavə, iddiaçı xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinin sədrinə 40 vərəqdən ibarət etiraz əriz əsi yazaraq ünvanlamış və həmin etiraz ərizəsində 22 may 2024-cü il tarixli aktın qanunsuz hesab edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş edilmişdir. İddiaçı sözügedən 22 may 2024-cü il tarixli məhkəmə aktını əldə etmədiyini bildirsə də, həmin etiraz ərizəsinin məzmunundan aydın olur ki, iş üzrə çıxarılmış məhkəmə aktından məlumatlı olmuşdur. 9.4. Həmçinin, hətta iddiaçının həmin qərardadı əldə etmədiyi fərz edilsə belə, iş materiallarından görünür ki, barəsində xx.xx.2024-cü il tarixli etiraz ərizəsində məlumatlı olduğu məhkəmə qərardadının yalnız xx.xx.2024-cü il tarixdə ərizə yazaraq yenidən ona təqdim olunmasını xahiş etmiş, müvafiq dövlət rüsumunun ödəniş qəbzi təqdim edildikdən sonra məhkəmə aktı təkrarən xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. 9.5. Göründüyü ki mi, iddiaçı apellyasiya baxışı zamanı da həmin etiraz ərizəsi ünvanladığı vaxtdan məhkəmə aktının mövcudluğundan xəbərdar olduğunu bildirmiş, lakin məhkəmə aktının ona təqdim edilməsini yalnız 2 aydan sonra tələb etmişdir. Qeyd edilən məqamlar da ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas verə bilməz

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunması və apellyasiya şikayətinin qəbul edilməsi ilə bağlı yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

10. Kassasiya şikayətinin bütün dəlilləri apellyasiya şikayətinin və müddətin bərpası barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

81. Apellyasiya şikayəti vermək hüququ... 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.... Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etsə də, iş materialları ilə müəyyən olunur ki, kassasiya şikayəti vaxtında verilmiş, şikayət vermə müddəti buraxılmamış, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilməlidir. Həmçinin qe yd edilməlidir ki, kassasiya şikayəti vaxtında verildiyi üçün məhkəmə kollegiyası müddət bərpasına dair vəsatətə qiymət verilməsinə lüzum görmür.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılan zaman hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi m əsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi, gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

18. Obyekt iv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

19. Bu qayda eynilə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

20. Apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsin də müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi apellyasiyanın mümkünlüyü əsaslarına aiddir.

21. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən edilmişdir.

22. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

23. Hazırkı işdə iddiaçı tərəfindən məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair mötəbər sübut təqdim edi lməmişdir. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər.

24. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, kassasiya şikayəti t əmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3578/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar