Məhkəmə qərarları › İş №2-1(102)-678/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-678/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-678/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X8 Xüsusi X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmət dövründə qazınılmış xəstəliklə əlaqədar əlillik, xəstəliyin/travmanın səbəb əlaqəsi, əlilliyin yaranma vaxtı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X8 Xüsusi X2rşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli 2-1(103)2232/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 1999-cu il 3 yanvar tarixdən ümumi əsaslarla İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2016-cı il 23 fevral tarixindən iddiaçının əlilliyinin səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” ilə dəyişdirildiyindən həmin vaxtdan cavabdeh tərəfindən ona müharibə əlili kimi pensiya təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 1999-cu il 3 yanvar tarixdən 2016-cı il 23 fevral tarixə qədər olan dövr üzrə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 26 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əlilliyinin səbəbli əlaqəsi 2016-cı il 23 fevral tarixdən dəyişdirilərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” olmuşdur. Bununla əlaqədar olaraq həmin tarixdən onun əmək pensiyası təminat xərcliyinin 80 faizi miqdarında yenidən hesablanmışdır. Qanunvericiliyə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının təyin olunduğu tarixdən hesablanır. İddiaçı 2019-cu il 2 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1999-cu il 3 yanvar tarixdən 2016-cı il 23 fevral tarixə qədər onun əmək pensiyasının yenidən hesablanması və qalıq hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət X8 Hərbi Qulluqçular və X7 İş Departamentinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh Dövlət X8 Hərbi Qulluqçular və X7 İş Departamentinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət X8 X6 İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1993-cü ilin iyul ayında döyüş əməliyyatlarında fəal iştirak edən N saylı hərbi hissədə xidmət etmiş, hərbi hissənin tərkibində Ağdərə, Tərtər, Goranboy istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə yaralanmış, 1999-cu il 3 yanvar tarixdən ona hərbi qulluqçu kimi “Hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Dövl ət X11 və Reabilitasiya Xidməti tərəfindən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək 2016-cı il 23 fevral tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmuş və ona İİ qrup əlillik dərəcəsi müəyyən edilmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 28-ci maddələrinə əsasən hesab edir ki, onun əmək pensiyası yenidən hesablanmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 iyun tarixli 21(81)2261/2019 nömrəli qərar ı ilə iddia təmin edilmiş, iddiaçının 1999-cu il 3 yanvar tarixdən 2016-cı il 23 fevral tarixə qədər olan dövr üzrə əmək pensiyasının yenidən hesablanması və alınan qalıq hissəsinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əvvəllər təyin edilmiş əlilliyi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” səbəbli əlaqəsi ilə dəyişdirildiyindən iddiaçı malik olduğu əlilliyin səbəb əlaqəsinə müvafiq olaraq iddia tələbində haqlıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 oktyabr tarixli 2- 1(103)-2232/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2016-cı il 23 fevral tarixindən iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müəyyən olunaraq, həmin vaxtdan cavabdeh tərəfindən ona müharibə əlili kimi pensiya təyin edilmişdir. TSEK-in 2016-cı il 23 fevral tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qey d edilmişdir ki, iddiaçıya aydın olmayan səbəbdən TSEK-in 1999-cu il 3 yanvar tarixdə verdiyi qərarda əlilliyinin səbəbi kimi onun xidmət dövründə alınması kimi qeyd olunması onun hüquqlarını pozmuş, onun hüquqi savadsızlığı nəticəsində TSEK-in 1999-cu il 3 yanvar tarixli qərarında qeyd olunmuş əlillik səbəbini mübahisələndirməmişdir. Əlilliyin səbəbinin düzgün göstərilməməsi həmin sənədi tərtib edən vəzifəli şəxslərin səhvi və Qarabağ müharibəsi əlili kimi iddiaçının hüquqlarına laqeyd yanaşmanın nəticəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblə r göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya instansiyası məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xa hiş etdilər. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçıya əlilliyin təyin edildiyi 2016-cı ildə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haq qında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. T ibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Normanın məzmunundan göründüyü kimi, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini təsdiq edən rəsmi sənəddir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin xəsarət (yaralanma, travma, kontuziya) alması özü-özlüyündə, həm də xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı vaxtdan dərhal sonra əlil olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin tibbi göstəriş (element) onun yaratdığı (onunla səbəbli əlaqədə olan, ondan doğan) sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə qiymətləndirildikdən sonra şəxs əlil hesab edilə bilər (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 2-ci maddəsi). Digər tərəfdən, iddiaçıya 1999-cu və 2016-cı illərdə təyin edilmiş əlilliklər fərqli diaqnozlar, fərqli səbəb əlaqələri və onların yaratdıqları sosial nəticələr əsasında təyin edilmişdir (1997-ci il 12 iyun tarixli 1369 №-li “Xəstəlik haqqında Şəhadətnaməyə əsasən: xəstəlik - “ağ ciyərin infiltrativ vərəmi”, xəstəliyin səbəb əlaqəsi - “hərbi xidmət dövründə alınmışdır”; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2015-ci il 25 dekabr tarixli, 1273 №-li Qərarına əsasən: “Sol bud sümüyünün boyunun qapalı sınığı. Kontuziya.”, səbəb əlaqə si – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.). Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2015-ci il 25 dekabr tarixli, 1273 №-li Qərarı ilə müəyyən edilmiş səbəb əlaqəsinə və bundan irəli gələn sosial nəticələrinə görə, məhz 2016-cı ildə təyin edilmiş əlillik “Azərbaycan Respublikasının müdafiəsi ilə” əlaqəli olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, şikayətin və iddianın təmin olunması üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 019-cu il 1 oktyabr tarixli 2-1(103)-2232/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar