Məhkəmə qərarları › İş №2-1(102)-678/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-678/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-678/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, cavabdehin vəkili Vəkil iştiraki ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-473/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1958-ci ildə Ağdaş rayonunda anadan olmuşdur.

2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə mərh um əri X3 xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək Ağdaş rayon İstehsal-İstehlak Kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o 1978-ci ildən 1989-cu ilədək Ağdaş rayon Dövlət bankında ekonomis vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsi nə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün bütün sənədləri toplayaraq ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə müraciət etmi ş, lakin ona bildirilmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən Ağdaş rayon İstehsalİstehlak Kooperativinin əməkhaqqı cədvəllərini yoxlamaq mümkün olmadığı, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək olan dövrdə DSMF ilə qarşılıqlı hesablaşma aparmadığı üçün 1992-2003-cü illəri əhatə edən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil.

5. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək mərhum əri X2 xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək Ağdaş rayon İstehsal-İstehlak Kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını x ahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

6. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-990/2020 nömrəli qərarı ilə (hаkim İlqar Cabbarov) iddia tələbinin təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinin üzərinə İddiaçı mərhum əri X2 xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək Ağdaş rayon X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələrinə, “Əmək pensiyalar ı haqqında” Qanunun 7,14.1.2.,17.1,-ci maddələrinə, “İnzibati İcraat Haqqında” Qanunun 19.1.,46.3-cü maddələrinə, İnzibati Prosessual Məcəlləsinin 14.3.,34.1.,52-ci maddəllərinə istinad edərək belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-473/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxx xx 2020-ci il tаrixli, 2-1(116)-990/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə, belə hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

11. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt- işlədiyi həmin dövr üçün (1992-2002-ci illər üçün) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir.

12. İddiaçı mərhum əri X2 xx.xx.1992-ci ildən xx.x x.2002-ci il tarixədək Ağdaş rayon İstehsal-İstehlak Kooperativində işlədiyi müddətin həmin idarənin əməkhaqqı cədvəllərinə əsasən yoxlanılması mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajı kimi hesablanaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliyə ziddir.

13. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)473/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Tərəflərin izahatı:

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

16. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edil məməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

20. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində yazdıqlarından müəyyən etmişdir ki, onun yeganə dəlili ondan ibarətdir ki, özünündə kasasiya şikayətində göstərdiyi kimi, “İddiaçı mərhum əri X2 xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək Ağdaş rayon İstehsal-İstehlak Kooperativində işlədiyi müddətin həmin idarənin əməkhaqqı cədvəllərinə əsasən yoxlanılması mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajı kimi hesablanaraq iddiaçıya ailə başçısını itirməyə gör ə əmək pensiyası təyin edilməsi qanunvericiliyə ziddir”.

21. Yeri gəlmişkən, qeyd edilməlidir ki, cavabdehin apelyasiya şikayətində də eyni ilə yuxarıda göstərilmiş dəlilərə istinad edilmişdir.

22. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırkı inzibati mübahisəsinin yaranmasına səbəb olmuş sözügedən yeganə dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılaraq, işin hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, bunun nəticəsində də iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilmişdir.

23. Belə ki, məhkəmə kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəməyə ünvanlandığı xx xxxx 2020-ci il tarixli, **********7 saylı məktubunda göstərilmişdir ki, “mübahisələndirilən sosial s ığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü ilədək 11 il 4 ay və 8401.49 manat pensiya kapitalı təşkil edən Ağdaş İstehsal-İstehlak Kooperativində işlədiyi dövrdür ki, həmin illərin əməkhaqqı cədvəlləri yoxlama zamanı aşkarlanmamışdır. İddiaçının mərhum həyat yoldaşı X2 mübahisələndirilən sosial sığorta stajı təsdiq edildiyi halda 22 il 10 ay sosial sığorta stajı və 16926.52 manat pensiya kapitalı təşkil edəcək və “Əmək Pensiyaları” Haqqında Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsini rəhbər tutaraq xx.xx.2020-ci ildən ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququ yaranacaqdır”.

24. Digər tərəfdən cavabdehin özünün tərtib etdiyi xx xxx 2020-ci il tarixli aktda(iş səh.17) göstərilmişdir ki, “mərhum vətəndaş X4 xx.xx.1983-cü ildə sərəncam №13/5 satıcı müdir v əzifəsinə daxil olmuş, xx.xx.2003-cü ildə sərəncam №07/1 əsasən Azərittifaqın xx.xx.2003-cü il tarixli 65 nömrəli qərarına əsasən həmin mağaza binası Aqrokopun balansına əvəzsiz olaraq verildiyi üçün mağaza fəaliyyətini dayandırmış və işdən azad olunmuşdur. Əməkhaqqı cədvəllərin yoxlamaq mümkün olmamışdır.

25. Beləliklə cavabdehin hüquqi mövqeyi faktiki olaraq iddiaçının hüquqi mövqeyi ilə üst üstə düşür.

26. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən, müəyyən edilmişdir ki, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir, X4 ilə İddiaçı arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmışdır.

27. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə olunan dövrdə iddiaçının işləməsi onun əmək kitabçası ilə təsdiq edilir.

28. Yu xarıda artıq göstərildiyi kimi apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir.

29. Belə ki, iddiaçının işlədiyi 1988-1991-ci illərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalarının 117-ci maddəsinin a) bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 30. 1992-1994-cü illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

31. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qəra rı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 32. 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzi fəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

33. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

35. Belə olan halda apelyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə d oğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının mərhum ərinin sosial sığorta stajına tələb olunan müddətdə daxil edilməlidir.

36. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

37. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəa liyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

38. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

40. Apelyasiya instansiyası məhkəməsi tərəfindən, müəyyən edilmişdir ki, mübahisə predmeti olan dövr (xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə təsadüf edir.

41. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müvafiq olaraq həmin dövrün iddiaçıya pensiya hüququ verən sosial sığorta stajına daxil edilməli olub olmadığın a da məhz həmin Qanunun tələblərinə əsasən qiymət verilməlidir. Çünki mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları rəhbər tutulmalıdır (İPM-in 1.2-ci maddəsi və MPM-in 217.2-ci maddəsi). Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti gös tərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

42. Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq vurğulamışdır ki, bu normadan hərəkətlə iddiaçının əmək kitabçasında göstərilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur.

43. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təm inatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

44. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

46. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

47. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiy a məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının mərhum əri xx.xx.1960-cı ildə anadan olduğundan və xx.xx.2015-ci ildə vəfat etdiyindən onun vəfat etdiyi günə 55 yaşı olmuşdur. Mərhumun əmək qabiliyyətli dövrün 15 yaşdan başladığını nəzərə alıb həmin illəri çıxdıqda onun 40 il əmək qabiliyyətli dövrü olmuş olur və həmin illərin hər ilinə görə 4 ay sığorta stajı hesablandıqda 13 il 4 ay sığorta stajı olmuş olur. İddiaçının mərhum ərinin qanunun yuxarıda qeyd edilən müddəasında tələb ediləndən artıq (21 il 5 ay ) sığorta stajı mövcud olur. 48. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbl əğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

49. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

50. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan onun xx.xx.2020-ci il tarixdə qadınlar üçün tələb edilən 61 yaş 06 ay pensiya yaşı olmuşdur.

51. Belə olan halda apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ona əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir.

52. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(107)-473/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar