Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-678/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (iddianın geri götürülməsi, iddia üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-216/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə il məhkəməyə müraciət edərək, “xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Şirvan İnzibati Məhkəməsinin (hakim S.F.Həsənov) 19 may 2022-cı il tarixli, 21(120)-523/2022 saylı qərarı ilə iddia təmin edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: O.N. İsmayılov, hakimlər: Z.M. Allahyarov və M.K. Həsənov) 2-1(106)-216/2022 nömrəli iş üzrə 17 noyabr 2022-ci il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 19 may 2022-cı il tarixli, 2-1(120)-523/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5 İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. İddiaçı 24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə göndərərək, iddiadan imtina etdiyini, iddiadan imtinanın İPM-in 55.4-cü maddəsində göstərilən hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidirdir.
10. Belə ki, İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə... məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin... bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir.
11. İddiaçı ərizəsində iddiadan imtinanın İPM-in 55.4-cü maddəsində göstərilən hüquqi nəticə lərinin ona aydın olduğunu bildirsə də, ona bir daha izah edilir ki, hazırkı cavabdehə qarşı, hazırkı predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanı istisna edilir.
12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə icraata qəbul edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin.