Məhkəmə qərarları › İş №2-1(102)-678/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-678/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-678/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı cavabdeh xxxnə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2023cü il tarixli, 2-1(104)-371/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X1 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-247/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2-1(104)-371/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-247/2023 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti, eləcə də ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsinə dair ərizə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və s ənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qə rara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

8. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

9. Məhkəmə koll egiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 30 avqust 2023-cü il tarixli qərardadı iddiaçı tərəfindən 2 oktyabr 2023cü il tarixdə əldə edilmişdir. Lakin həmin qərardaddan kassasiya şikayəti 13 noyabr 2023cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 (on) gün müddəti keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.

10. İddiaçının vəkili Vəkil müddətin bərpası barədə ərizədə bildirmişdir ki, mübahisələndirilən qərardaddan elektron məhkəmə sistemində olan elektron kabinetdə yaranan nasazlıq və texniki xəta səbəbindən kassasiya şikayətini elektron məhkəmə sistemi ilə verə bilməmişdir.

11. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

12. Hazırkı mübahisəyə münasibətdə iddiaçının vəkili tərəfindən ərizədə göstərilənlər ilə bağlı qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəlləsində kassasiya şikayətinin elektron kabinet vasitəsi ilə verilməsinə dair imperativ tələb nəzərdə tutulmamışdır. İddiaçının kassasiya şikayətini poçt vasitəsi ilə verilməsi üçün kifayət qədər zamanı olmuşdur.

13. Belə olan halda, iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, onun ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra v ə ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz.

14. Beləliklə, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzrlü səbəblər kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası barədə ərizə rədd edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2-1(104)-371/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar