Məhkəmə qərarları › İş №2-1(102)-679/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-679/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-679/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxxxin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: (müddət bərpasından imtina, kassasiyanın mümkünsüzlüyü) GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçı xxxxin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tə rəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: xxxx (bundan sonra iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xidmətin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, ona müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)2135/2019 saylı qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia təmin edilməmişdir. M əhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2135/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından iddiaçının vəkili, eyni zamanda nümayəndəsi olan Vəkil tərəfindən kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, kassasiya mümkünsüz sayılmalı və şikayətin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli qərarının surəti xx xxxxxxxx 2019- il tarixdə iddiaçıya poçt vasitəsi ilə göndərilmiş, SS608177022AZ saylı poçt xəbərnaməsinə əsasən həmin qərar xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçıya təqdim olunmuşdur. Lakin həmin qərardan verilən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət 2 aydan artıq vaxt keçdikdən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddətin ötürülməsi mübahisəsizdir. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçının vəkili və nümayəndəsi müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarının surəti ona gec təqdim olunmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu dəlilini əsassız sayır və hesab edir ki, müddətin üzürlü səbəblərdən ötürülməsi qənaətinə gəlmək üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Həmçinin qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından müddətlərin mühüm əhəmiyyət kəsb etməsini bir sıra qərarlarında vurğulamışdır. Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və ş ikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia çının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda, iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakıl ara əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İPM-nin 96.2, 96.3-cü Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar