Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-679/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-508/20 21 nömrəli iş üzrə 10.02.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 31 mart 2021-cil il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı, cavabdehin İQ-64/4 saylı 02.04.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 10.01.2020-ci il tarixli vəsatətinin təmin edilərək, ona və ailə üzvlərinə qaçqın statusu verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 dekabr 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycan Respubl ikasına gəlmişdir. 10 yanvar 2020-ci il tarixdə iddiaçı sığınacaq vəsatəti ilə hazırkı cavabdehə müraciət etmişdir. Vəsatət 04-2020 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin onunla apardığı müsahibə zamanı iddiaçı bildirmişdir ki, milliyyətcə həzara, dini etiqadına görə müsəlmandır. X2 vilayətinin Kolexis kəndində doğulmuşdur. 1994-cü ildə məktəbin 1-ci sinifinə getmiş, 2004-cü ildə orta təhsilini bitirmişdir. 2007-ci ildə Kabulda ingilis dili kurslarına getmiş, 2014 – 2016-cı illərdə “Razi” özəl Universitetini feldşer ixtisası üzrə bitirmiş və xəstəxanada işləmişdir. X3 isə, 3 yanvar 1995-ci il tarixdə doğulmuş, maddi imkanı olmadığından ali təhsil ala bilməmiş, xalça toxuculuğu ilə məşğul olmuş, işsizlik və Əfqanıstanda qeyri-stabillik vəziyyətindən, baş verən partlayışlardan təhlükəsi zliyini təmin etmək üçün ailəsi ilə birlikdə Azərbaycana gəlmişlər və bir daha Əfqanıstana qayıtmaq istəmirlər. 2 aprel 2020-ci il tarixdə AR Dövlət Miqrasiya Xidməti İQ64/4 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd etmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) 8 dekabr 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası / 1967-ci il Protokoluna qoşulmuşdur (12 fevral 1993-cü il tarixdən qüvvədədir). Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi və prosessual hüquq normalarına bölünür. Hesab olunur ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbulundan imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nə ticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında fundamental səhvlərə yol verilmişdir. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin həzara olması və ölkədə işsizlik olduğundan, tez-tez partlayışlar baş verdiyi üçün təhlükəsizliyini təmin edə bilməməsidir. Cavabdeh Dövlət Miqrasiya Xidməti iddiaçının əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiym ətləndirilməsidir. İş üzrə mühüm fakt ərizəçinin milliyyətcə həzara olması, ölkədə işsizlik olduğundan və tez-tez partlayışlar baş verdiyindən həyatı təhlükəyə məruz qalmasıdır. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. Hüquq müəyyənedən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə, güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatları ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məğbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, in andırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən müvafiq amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki,ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: ər izəçinin dini əqidəsini dəyişərək xristianlığı qəbul etməsini, xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina etdiyi üçün cəzalandırılacağı ilə hədələnməsi, təqibə məruz qalması. Ərizəçinin işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir, buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmş fakt kimi qəbul edilməlidir. Ərizəçi həzaradır, işsizliyin və tez-tez partlayışların baş verməsi onun və ailə üzvlərinin ölkənin himayəsindən istifadə edə bilməyən şəxs olmasıdır. Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Bundan əlavə AR Dövlət Miqrasiya Xidməti «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19, 45-ci maddələrinin pozuntusuna yol vermişdir. Belə ki, Xidmət ərizəçinin izahatlarına qarşı ağlabatan əkssübutlar təqdim edilmədiyi halda, izahatları mötəbərlik prezumsiyasına uyğun qiymətləndirməmişdir. Bununla da, həmin Qanunun 19-cu maddəsinin pozuntusuna yol vermişdir. Bundan əlavə, ərizəçinin izahatları həmin Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməmiş və araşdırılmamışdır. Eləcə də, Dövlət Miqrasiya Xidməti ərizəçinin müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməmişdir. Bununla da, sözügedən Qanunun 10 və 26-cı maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Həmçinin, Xidmət ərizəçiyə lazımi hüquqi məsləhətləri verməmişdir. Dövlət Miqrasiya Xidmətinin qərarı yazılı akt olmasına baxmayaraq, həmin Qanunun 61-ci maddəsinə uyğun şəkildə əsaslandırılmamışdır. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu hall arı təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat:
3. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 20 oktyabr 2020-ci il tarixli 2-1(112)-5892/2020 nömrəli, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə qaçqın statusunun verilməsi tələbinin rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60,69-cu maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 2.0.6, 10.1, 58.1-ci maddələrinə, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxs lərin) statusu haqqında» Qanunun 1, 9-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «”qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1,3,8,13-cü maddələrinə, X1 14.3, 68, 73.1-ci maddələrinə istinad etməklə, belə hesab etmişdirki cavabdehin 02.04.2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. İddia tələbi qanuni və əsaslıdır.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10 fevral 2021-ci il tarixli, 2-1(103)-508/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qararını dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddı hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, DMX-nin qərarı qanuni və əsaslı deyil. Həmin qərarda fundamental səhvlə rə yol verilib, belə ki, DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin milliyətcə həzara olması və ölkədə işsizlik olduğu üçün, tez-tez partlayışlar baş verdiyi üçün təhlükəsizliyini təmin edə bilməməsidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib.
9. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlarıdır.
10. Hüquq tətbiq edən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir.
11. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatla rı ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib:Ərizəçinin milliyətcə həzarə olması, ölkədə işsizlik olduğuğundan və tez-tez partlayışlar baş verdiyindən həyatının təhlükəyə məruz qaldığı üçün təqibə məruz qalmasıdır.
12. Mənşə Ölkəsi barədə ictimaiyyətə açıq olan məlumatlara əsasən Əfqanistanda tez-tez partlayışların olması, həzarələrə qarşı ayrı-seçkiliyə məruz qalması, dövlət tərəfindən təhlükəsizliyin təmin oluna bilməməsidir.
13. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatı MÖM-lə təstiq edilir. Başqa sözlə, əri zəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatı xarici mötəbərliyin tələbatını da ödəyir.
14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-1(103)508/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Tərəflərin izahatı:
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual h üquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
18. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır Əsaslandırıcı hissə
20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessua l Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
23. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 10 fevral 2021-ci il tarixli, 2-1(103)-508/2021 nömrəli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər əsassizdır, belə ki, apelyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir.
24. Belə ki, iddiaçı kasasiya şikayətində yazır ki, “DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin milliyətcə həzarə olması və ölkədə işsizlik olduğu üçün, tez-tez partlayışlar baş verdiyi üçün təhlükəsizliyini təmin edə bilməməsidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib.
25. Daha sonra iddiaçı kasasiya şikayətində göstəribki, “iş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlarıdır.”
26. Məhkəmə kollegiyası hesab edirki, iddiaçının bu dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı olan 3 iyul 1988-ci il tarixdə doğulmuş hazırkı İddiaçı ona və ailə üzvlərinə 10 yanvar 2020-ci il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və 04-2020 nömrəli şəxsi iş açılmış, iddiaçı və arvad ı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə həzara olduğunu, olduğu ölkədə təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 2 aprel 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddiaçı ilə keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ökədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, özü və ailə üzvlərinin həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı nın müəyyən edildiyi göstərilmişdir. İddiaçının qərardan verdiyi inzibati şikayət də təmin olunmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edirki, iddiaçının kasasiya şikayətində yazdığı digər dəlillər yuxarıda göstərilmiş dəlillərin faktiki olaraq təkrarı olduğundan əsassızdır.
28. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsin də tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
29. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.
30. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5 -ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.
31. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.
32. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.
33. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gü n müddətində yazılı bildiriş göndərsin.
34. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq, birinci instansiya məhkəməsinin qənaətinə əsaslanmaqla qeyd etmişdir ki, İddiaçı ona və ailə üzvlərinə “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də İddiaçı vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlıq sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir.
35. Buna görədə cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin İddiaçı ailə üzvləri ilə birlikdə “qaçqın” statusunun verilməsindən imtina olunması barədə 2 aprel 20 20-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz.
36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati 10 fevral 2021-ci il tarixli, 2-1(103)508/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.