Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-679/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Quliyev Zakir Müslüm oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə dəymiş kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-4 56/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.15 sentyabr 2014-cü il tarixli, 138 saylı torpaq icarəsi müqaviləsinə əsasən, Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ümumi sahəsi 45 kv m olan torpaq sahəsini kommersiya məqsədilə 24 iyul 2039-cu il tarixədək, 25 yanvar 2018ci il tarixli, 11 saylı torpaq icarəsi müqaviləsinə əsasən isə, Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən ümumi sahəsi 1200 kv m olan torpaq sahəsi sahibkarlıq məqsədilə 18 yanvar 2067-ci il tarixədək İddiaçı icarəsinə vermişdir. RX №1210481 seriyalı hüquqların dövlət qeydiyyatı haqqında 29.01.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrdən çıx arışa əsasən, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki 0,12 ha torpaq sahəsi üzərində icarə hüququ 18.01.2067-ci il tarixədək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 12.03.2015ci il tarixli Q-11 saylı məktubuna Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəyə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilməmişdir.
3. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış icarə hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 0,12 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tərəfindən inşa edilmiş 1200 kv.metr sahəsi olan tikilinin Sumqayıt şəhər İcr a Hakimiyyəti tərəfindən qanunsuz sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 200000 ABŞ dolları, dəymiş mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 02 dekabr 2019-cu il tarixli məktubla cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində olan 0,12 ha torpaq sahəsində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü barədə inzibati akt qəbul edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı və Sumqayıt Bələdiyyəsi arasında 25 yanvar 2018ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında 0,12 ha torpaq sahəsi icarə qaydasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən 29 yanvar 2018-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları tam təfsilatı ilə öz əksini tapmışdır. Qeyd olunan çıxarışa əsasən həmin müddətdən sonra iddiaçı tərəfindən tikinti niyyəti barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmamışdır.
5. Sumqayıt şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının 30 dekabr 2019-cu il tarixli 06 nömrəli məktubu ilə cavabdehə bildirilmişdir ki, Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən torpaq sahəsindəki yarımtikilinin sökülməsi nəticəsində dəymiş mənəvi və maddi ziyanın ödənilməsi ilə bağlı müraciətinizə Şurada araçdırılmşdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasına təqdim olunan sənədlərə əsasən məl um olmuşdur ki, vətəndaş İddiaçı və Sumqayıt Bələdiyyəsi arasında 25.01.2018-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən həyat yoldaşınız və nümayəndəsi olduğunuz İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən 29.01.2018-ci il tarixli ******* nömrəli çıxarış təqdim olunmuşdur. Qeyd olunan müddətdən sonra sözügedən ərazidə tikinti işləri aparılmasına icazə verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 200.000 ABŞ dolları məbləğində və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100.000 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əssaslandırmışdır ki, Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən 0,12 ha torpaq sahəsi icarə hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 1200 kv.m sahəsi olan tikili inşa etmişdir. Tikilinin inşası üçün iddiaçı və həyat yoldaşı Moskva şəhərində yerləşən mənzillərini 100000 ABŞ dollarına satmışlar, "xxxx" ASC-dən 100000 ABŞ dolları məbləğində külli miqdarda kredit vəsaiti götürmüşlər. Lakin həmin tikili inşasının başa çatmasına az qalmış 2016-cı ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən polis əməkdaşlarının və xüsusi texnikanın cəlb edilməsi ilə qan unsuz sökülmüş, nəticədə ona 200000 ABŞ dolları məbləğində maddi və 100.000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 02.12.2019-cu il tarixli cavab məktubunda ərizəsində qaldırdığı məsələyə aidiyyəti olmayan cavab verilərək müraciəti təmin olunmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası iddiaçının şikayəti ilə əlaqədar hər hansı bir hərəkət etmədən, şikayətçi qismində iddiaçını Şuranın iclasına dəvət edərək dinləmədən, şikayəti üzrə Azərbaycan Respublikasının Konstitusiyasının, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fər manı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə uyğun qaydada araşdırma aparmadan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 02.12.2019-cu il tarixli məktubunda göstərilənlərlə eyni məzmunda 30 dekabr 2019-cu il tarixli, 06 saylı cavab məktubu ilə guya şikayətə cavab vermiş, bununla da vətəndaş və sahibkar kimi bir sıra hüquqları pozulmuşdur. Beləliklə, cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi və mənəvi zərərin ödənilməsindən imtina etdiyinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı i mtina məktubunda göstərilənlər təşkil edir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddianın rədd edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının obyektinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsi müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçıya tələb olunan məbləğdə ziyanın vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş və sait barədə hər hansı bir sənəd təqdim etməmişdir.
11. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-456/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: R.Ə.Ağayev və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(118)-127/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti ve rərək apelyasiya instansiyası məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Həmin Qanunun 89.2-ci maddəsinə müvafiq olaraq maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Maddənin tələblərinə əsasən ona məxsus qeyri-y aşayış sahəsini qanunsuz olaraq sökmüş cavabdeh orqan məsuliyyət daşıyırdı. Lakin apellyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmiş, hətta əksinə, cavabdehin məsuliyyətinin olmadığını, onun tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini sübut etməyə çalışmışdır. Məhkəmə əsaslanır ki, cavabdeh tərəfindən söküntüyə dair rəsmi qərar qəbul edilməmişdir. Halbuki, iddiaçının cavabdehin qanunsuz hərəkətlərindən şikayət etdiyi nəzərə almır. Məhkəmə cavabdeh tərəfindən söküntünün aparılmasına dair heç bir sübutun olmadığını bildirir. Halbuki, söküntünün başqa şəxs tərəfindən aparılması mümkün deyildir. Söküntünün aparılması yalnız cavabdehin maraqlarında idi. Məhkəmə cavabdehin sözləri ilə süküntünün güya ki, iddiaçı tərəfindən aparıldığını əsaslandırmağa çalışır. Bu hal məhkəmən in işə obyektiv baxmadığını tam təsdiq edir. Məhkəmə hal-hazırda da icarəsində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən maneələrin olmasına heç bir münasibət bildirmir. Halbuki, bu hal cavabdehin qərəzli davrandığını və söküntünün onun maraqlarında olduğunu təsdiq edir. Məhkəmə formal olaraq torpaq sahəsinin ona məxsus olubolmamasını, tikintiyə icazənin olub olmamasını araşdırmaq ilə öz işinin bitdiyini düşünmüşdür. Amma söküntünün kim tərəfindən aparılması, ona hansı məbləğdə ziyanın dəyməsinə dair heç bir araşdırma aparmağa cəhd belə göstərməmişdir. Bütün yuxarıda göstərilənlərə əsaəsn iddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıq dan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1 apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2 a pellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9 Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi hazırkı inzibati mübahisə cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın (maddi və mənəvi) ödənilməsi ilə bağlıdır, halbuki cavabdeh birmənalı şəkildə bildirir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsinə dair hər hansı bir qərar qəbul edilməmiş və cavabdeh tərəfindən heç bir söküntü işləri aparılmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsinin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 15 sentyabr 2014-cü il tarixli, 138 saylı torpaq icarəsi müqaviləsinə əsasə n Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ümumi sahəsi 45 kv.metr olan torpaq sahəsini kommersiya məqsədilə 24 iyul 2039-cu il tarixədək, 25 yanvar 2018-ci il tarixli, 11 saylı torpaq icarəsi müqaviləsinə əsasən isə, Sumqayıt şəhəri. Çerkassi küçəsində yerləşən ümumi sahəsi 1200 kv.metr olan torpaq sahəsi sahibkarlq məqsədilə 18 yanvar 2067-ci il tarixədək İddiaçı icarəsinə vermişdir.
22. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, RX № ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında 29.01.2018-ci il tarixli daşnmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki 0,12 ha torpaq sahəsi üzərində icarə hüququ 18.01.2067-ci il tarixədək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə a lınmışdır.
23. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, beləliklə yuxarıda göstərilmiş hər iki icarə müqaviləsi üzrə icarə müddətləri bitməmiş, yəni hər iki icarə müqaviləsi hal hazırda da qüvvədədir.
24. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 12.03.2015-ci il tarixli Q-11 saylı məktubuna əsasən Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəyə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilməmişdir.
25. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsinin qərarının “işin faktiki halları” adlanan hissəsində apellyasiya məhkəməsi tərəfindən yazılmışdır ki, “İddiaçı Daşınmaz Əm lakın Dövlət Reyestrində qeydiyyata alınmış icarə hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 0,12 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tərəfindən inşa edilmiş 1200 kv.metr sahəsi olan tikilinin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 200000 (iki yüz min) ABŞ dolları, dəymiş mənəvi ziyanın əvəzi olaraq 100000 (yüz min) manat məbləğində pulun ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir”.
26. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qərarında göstərmişdir ki, “İşin birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçının icarəyə götürdüy ü 1200 kv m torpaq sahəsində ərizədə qeyd etdiyi kimi sahəsi 1200 kv m olan tikili inşa etməsi, həmin tikintinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halın sübutu kimi fotoşəkillər təqdim etsə də, həmin fotoşəkillər söküntünün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən və ya İcra Hakimiyyətinin göstərişi ilə sökülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz”.
27. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qərarında yazır ki, “Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısını n 3 saylı İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi X1 ifadəsində bildirmişdr ki, iddia ərizəsində göstərilən obyektin bünövrəsi qoyulmuş, lakin tikintisi tam başa çatmamışdır. Söküntü ilə bağlı iddiaçı tərəflə onun arasında heç bir söhbət olmamış, icra hakimiyyətindən bununla bağlı hər hansı göstəriş verilməmişdir. Söküntünün kim tərəfindən aparılması ona məlum deyildir. Söküntüdən sonra tikinti materiallarını iddiaçı tərəf özü aparmışdır. Texnikanın kim tərəfindən həmin əraziyə gətirdiyindən xəbəri olmamışdır. Şahidin ifadəsi ilə yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən yalnız söküldüyü iddia edilən tikilinin bünövrəsinin qoyulduğu görünür”.
28. Apellyasiya instansiyası məhkəməsi yekunda belə qənaət gəlmişdir ki, hazırkı iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində i ddiaçıya ziyan vurulması, 0.12 ha torpaq sahəsində iddiaçı tərəfindən sahəsi 1200 kv m olan obyektin tikilməsi və ən əsası həmin obyektin cavabdeh tərəfindən sökülməsi sübuta yetirilmədiyindən iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
29. Bununla əlaqədar olaraq məhkəmə kolllegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, işin həqiqi hallarının və işdəki sübutların araşdırılmasına səthi və formal yanaşmış, faktiki olaraq birinci instansiya məhkəmsinin apardığı ziddiyyətli araşdırmanın nəticələri ilə kifayətlənmişdir.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda artıq göstərildiyi kimi, qərarında yazmışdır ki, “iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən yalnız söküldüyü iddia edilən tikilinin bünö vrəsinin qoyulduğu görünür”.
31. Beləliklə, birinci instansiya məhkəməsindən fərqli olaraq xatırladırıq ki birinci instansiya məhkəməsi fotoşəkilləri mötəbər sübut kimi qiymətləndirməmişdir), sözügedən fotoşəkilləri mötəbər sübut kimi qəbul edir, sadəcə olaraq hesab edir ki, həmin fotoşəkillərdən iddia edilən tikilinin bünövrəsinin qoyulduğu görünür.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan 17 fotoşəkillərdən ən azı 8 fotoşəkillərdə iki (2) nəfər polis işçisinin və digər bir neçə mülki geyimli şəxslərin fotoları aşkar surətdə görünür, lakin apellyasiya məhkəməsi həmin şəxslərin kimlər olmasını müəyyən etməmiş və onların iddiaçıya məxsus ərazidə nə etmələrini araşdırmamışdır.
33. Həmçinin qeyd edilməlidir ki, işdə olan ən azı beş (5) fotoşəkildə ekskavatorun və yük av tomobillərinin artıq sökülmüş sözügedən ərazidə olması açıq-aydın görünür, lakin apellyasiya instansiyası məhkəməsi həmin texnikanı idarə edən şəxslərin müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamış, nəticə etibarı ilə sözügedən texnikanın hansı məqsədlə və kim tərəfindən iddiaçıya məxsus əraziyə göndərilməsi məsələsi yoxlanılmamışdır.
34. Digər tərəfdən tikintilərə nəzarət edən dövlət orqanlarının (Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Bələdiyyəyə iddiaçıya aid tikilinin (karkas və ya yarımçıq tikili olsa belə) kim tərəfindən və hansı əsasla söküldüyünün araşdırılması məqsədi ilə sorğular göndərilməmiş, bu istiqamətdə ümumiyyətlə məhkəmə araşdırılması aparılmamışdır.
35. Halbuki iddiaçıda "xxxx" MMC tərəfindən hazırlanmış və tikilinin eskiz layihəsi və cavabdehi n memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 12.03.2015-ci il tarixli Q-11 saylı verilmiş həmin eskiz-lahiyəsinin razılaşdırılması da mövcuddur.
36. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən həmin məsələ üzrə “İnzibati icraat haqqında” Qanuna uyğun şəkildə müvafiq inzibati icraatın aparılıbaparılmaması da apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 15.12.2021-ci il tarixli 2-1(105)-456/2021 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.12.2021-ci il tarixli 21(105)-456/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.