Məhkəmə qərarları › İş №2-1(102)-679/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-679/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-679/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxs X5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evində yaşamama əsası ilə pasport qeydiyyatından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxs: X5) qarşı “üçüncü şəxsin ünvan 1 ünvanında yerləşən yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqus t 2023-cü il tarixli, 2-1(107)-352/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X2 08 oktyabr 2021-ci il tarixli etibarnamə əsasında X4 və X3 (hazırki iş üzrə üçüncü şəxs) birgə mülkiyyətlərində olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçıya satmış və tərəflər arasında 08 oktyabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. 2. ünvan 1 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, adına ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarış hazırlanmışdır. 3. 15.11.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə q eydiyyat haqqında arayışdan göründüyü kimi, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır.

4. İddiaçı üçüncü şəxsin, mülkiyyətində olan fərdi yaşayış evinin qeydiyyatından çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qo yulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Üçüncü şəxs həmin evdə yaşamır. Bu hal mülkiyyətçi kimi onun mənafeyinə toxunur və bir sıra sosial hüquqlarını (prosedurları) bu səbəbdən həyata keçirə bilmir. Cavabdehnə müraciət etməsinə baxmayaraq, həmin şəxs qeydiyyatdan çıxarılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir.

8. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 27 oktyabr 2022-ci il tarixli 21(116)-2447/2022 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

9. Üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə F.Həsənova etibarna mə vermiş, lakin 21 gün sonra, xx.xx.2021-ci il tarixdə etibarnaməni ləğv etmişdir. Buna baxmayaraq, etibarnamə ləğv olunduqdan 2-3 ay sonra qeyri-qanuni şəkildə Bərdə Asan Xidmət Mərkəzində yerləşən Notariat Kontoru vasitəsilə hüquqi qüvvəsi olmayan etibarnamə əsasında alqı-satqı müqaviləsi bağlanaraq ona məxsus ev mənimsənilmişdir və qanunsuz olaraq evdə söküntü-tikinti işləri aparılır. Bununla əlaqədar prokurorluq orqanlarına müraciət etmişdir. Bu səbəbdən prokurorluq orqanlarında şikayətinə baxılanadək hazırki işə baxılmasının dayandırılmasını xahiş etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 29 mart 2023-cü il tarixli 21(116)-524/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhd əliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırma zamanı müəyyən edildiyi kimi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır, həmin yaşayış sahəsində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Üçüncü şəxs iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericiliyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüququ yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamır. İddiaçının isə həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda mə hkəmə hesab etmişdir ki, üçüncü şəxsin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir.

12. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, E.Ş.Hüseynov və G.İ.Cavadova) 17 avqust 2023-cü il tarixli, 21(107)-352/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-524/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, üçüncü şəxsin mənzildən istifadə hüququ vardır. Belə ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçənədək istifadə hüququndan imtina barədə notariat qaydada təsdiqlənmiş öhdəlik vermədiyindən, həmin mənzilə mülkiyyət hüququnun iddiaçıya keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Mənzilin alqı-satqı müqaviləsi Yevlax rayon Prokurorluğunda və Ədliyyə Nazirliyində araşdırılmanın predmeti olsa da, məhkəmə həmin araşdırmanın nəticəsini gözləmədən iddianı mahiyyəti üzrə həll etmişdir. Onun qeydiyyatda olduğu ünvanda yaşamaması onun iradə ifadəsi ilə bağlı deyil, cəza çəkməsi ilə əlaqədardır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Azərbayca n Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əm laka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşl ığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə

5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9.1. Müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəl lənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı qətidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus fərdi yaşayış evindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından ibarətdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 18-23-cü bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, üçüncü şəxsin iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

29. İşin hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X5 və X1 birgə mülkiyyətində olmaqla, onlar tərəfindən verilmiş etibarnamə əsasında X2 08 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin əmlakı iddiaçıya satmışdır.

30. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, hazırda kassasiya şikayəti verən iş üzrə üçüncü şəxs Adil Babayev xx.xx.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

31. Üçüncü şəxs mülkiyyətində olan daşınmaz əmlakı satmaqla bağlı hərəkəti ilə həmin əmlak üzərində istifadə, sahiblik və sərəncam hüququnu itirdiyindən, habelə alqısatqı müqaviləsinin 13-cü maddəsinə əsasən qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyündən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir.

32. Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı vəziyyətdə mübahisə predmeti olan fərdi yaşayış evi üzrə iddiaçının adına aparılmış dövlət qeydiyyatı mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, başqa sözlə, iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, üçüncü şəxsin həmin evdən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır.

33. Üçüncü şəxsin əsas dəlili ondan ibarətdir ki, onun verdiyi etibarnamə ləğv edildikdən sonra adından alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilə əsasında evə mülkiyyət hüququ əldə etmişdir.

34. Məhkəmə kollegiyası üçüncü şəxsin bu dəlilinə münasibətdə qeyd edir ki, üçüncü şəxs alqı-satqı müqaviləsini mübahisələndirdiyi halda həmin dəlilə istinad edə bilər. Hazırda isə həmin alqı-satqı müqaviləsi və onun əsasında iddiaçının adına verilmiş mülkiyyət hüququna dair çıxarış qüvvədədir.

35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 21(107)-352/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar