Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-68/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-68/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il 18.02.2020 Açar sözlər: gömrük orqanlarında xidmətə xitam verilməsi barədə əmrin ləğvi, iddianın müddətlə bağlı mümkünlük şərtinin yoxlanılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və onun vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi xxx1un və vəkili Heydər A buzərovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1628/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gömrük orqanlarından xaric olunmasına və xidmətinə xitam verilməsinə dair cavabdehin xx xxxx 2016-cı il tarixli, 100/707ş saylı əmrinin ləğv edilməsi və onun gömrük orqanlarında xidmətə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 2013-cü il tarixdə Azə rbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postuna inspektor vəzifəsinə işə qəbul olunmuş, xx xxxx 2016-cı il tarixdə həmin idarənin “Şirvanovka” gömrük postuna eyni vəzifəyə keçirilmişdir. Həmin ilin iyun ayında onun tərəfindən xidməti intizam hadisəsi törədilməsi əsası ilə araşdırma başlanılmışdır. Obyektiv olmayan araşdırmanın nəticələrinə görə törətdiyi xidməti pozuntuya uyğun gəlməyən intizam tədbiri ilə cəzalandırılmış və cavabdehin xx xxxx 2016-cı il tarixli, 100/707ş saylı əmrilə işdən azad edilmişdir. İşdən azad edilməsinə baxmayaraq həmin əmrin surəti və əmək kitabçası iddiaçıya təqdim olunmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən xidməti intizam qaydalarının tələbləri kobu d şəkildə pozulduğu üçün o, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq intizam məsuliyyətinə cəlb edilmiş və müvafiq əmrlə işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsi barədə məlumatlı olmasına və xx xxxxxx 2016-cı il tarixli məktubla işə bərpa olunmasını xahiş etməsinə baxmayaraq, bundan 2 il 7 ay keçdikdən sonra, yəni qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmə qarşısında iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)1113/2019 saylı qərarı ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən xidməti intizam qaydaları kobud şəkildə pozulduğundan, onun işdən azad edilməsinə və gömrük orqanlarında xidmətinə xitam verilmiş, cavabdehin mübahisələndirilən əmri əsaslı və qanuni, iddia tələbi isə əsassız olmuşdur. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1628/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli əmri maddihüquqi baxımdan qanuni olmuş, qanunvericiliyin həmin əmrin qəbul edildiyi normalarının tələblərinə riayət olunmuş, habelə iddiaçının gömrük orqanlarında xidmətdən xaric edilməsini zəruri edən fa ktiki şərtlərin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır. İddia tələbi əmrin ləğv olunması hissəsində əsassız olduğundan, iddiaçının işə bərpa tələbinə dair hissədə də müzakirə edilmədən rədd edilməlidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X1”nin 3.1, 3.12, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 2, 69, 120, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 72, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58, 61-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olun muş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və əlavə olaraq bildirmişdir ki, məhkəmənin cavabdehin mübahisəli əmrinin formal-hüquqi və maddi-hüquqi baxımdan qanuni olmasına dair gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, mübahisəli əmrdə cavabdeh gömrük orqanlarında xidmətə xitam verilməni nəzərdə tutan qaydaya istinad etmişdir. Halbuki, əmrdə istinad olunan hüquq norması gömrük orqanlarından xaric olunmanın hüquqi əsasını təşkil etmir. Mübahisələndirilən əmrdə gömrük orqanlarından xaric olunmanın əsasını təşkil edən hüquq normasına istinad edilmədiyindən, əmr formal-hüquqi baxımdan qanuni olmamışdır. Digər dəlil kimi bildirilmişdir ki, onun tərəfindən xidmət zamanı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş k obud pozuntuya yol verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, təsdiqlənmiş iş qrafikinə uyğun olaraq iddiaçı tərəfindən kobud pozuntuya yol verildiyinin göstərildiyi xx xxxx 2016-cı il tarixdə iddiaçı xidmətdə olmalı deyildi. Cavabdeh tərəfindən iddiaçının həmin gün işə 10:30 radələrində gəlməsinin xidməti pozuntu kimi qiymətləndirməməsi də bunu təsdiq edir. Bundan başqa, cavabdeh tərəfindən istinad olunan həkim arayışında iddiaçının “orta dərəcəli sərxoş” olması qeyd olunmuşdur ki, göstərilən pozuntu əmək qanunvericiliyində kobud pozuntu kimi nəzərdə tutulmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72, 84-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə etiraz Cavabdeh tərəfindən kassasiya şikayətinə etir az təqdim edilərək, apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş olunmuşdur. Cavabdeh etirazda işin halları barədə bildirmiş və göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi əmrin qəbul edilməsi üçün hüquqi əsaslar qanunvericilikdə nəzərdə tutulmuş və apellyasiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslı olmuşdur. İddiaçı kassasiya şikayətində işin hallarını təkzib edən hər-hansı mötəbər sübut əlavə etməmiş, habelə şikayətin dəlillərində apellyasiya instnasiya məhkəməsi tərəfindən qərar çıxarılarkən hansı maddi və prosessual normalarının düzgün tətbiq edilməməsi mübahisələndirilməmişdir. Kassasiya şikayətinə etirazda göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X1”nin 3.1, 3.12, “Gömrük orqanla rında xidmət haqqında Əsasnamə”nin 2, 69, 120, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 72-ci maddələrinə əsaslanmışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdehin xx xxxx 2016-cı il tarixl i, 100/707ş nömrəli əmrindən görünür ki, Xaçmaz Gömrük İdarəsi “Şirvanovka” gömrük postunun inspektoru olan iddiaçı "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Xaçmaz Gömrük İdarəsinin rəisi tərəfindən Dövlət Gömrük Komitəsinin sədrinə raport yazılaraq bildirilmişdir ki, Xaçmaz Gömrük İdarəsi “Şirvanovka” gömrük postunun inspektoru olan iddaçı xx xxxx 2016-cı il tarixdə həmin postda növbədə olarkən saat 10:30 radələrində özünü qəribə və həmişəkindən fərqli şəkildə apardığı üçün kənardan qeyriadekvat təsir bağışlamış və onun spirtli içki qəbul etdiyi şübhəsi yaratmışdır. Ona görə də iddiaçı Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçirilmiş v ə qanında 0,65 P.O. miqdarda spirtin olduğu müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı xx xxxxx 2016-cı il tarixdə idarə etdiyi **-ZZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomaşınla Tovuz Gömrük İdarəsinin “Şıxlı” gömrük postundan keçməklə Gürcüstan Respublikasına getmiş və bu barədə idarə və post rəhbərliyini məlumatlandırmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Xaçmaz Gömrük İdarəsinin rəisinin xx xxxx 2016-cı il tarixli, 160-11/xx-xx/000867 saylı raportunun araşdırılmasına dair arayışla xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Xaçmaz Gömrük İdarəsi “Şirvanovka” gömrük postunun inspektoru olan iddiaçının “Gömrük orqa nlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir. İddiaçı Xaçmaz Gömrük İdarəsinin rəisinə yazdığı izahatında göstərmişdir ki, xx xxx 2016-cı il tarixdə saat 21:00-da saat 24:00-dək dostunun ad günü məclisində iştirak etmiş və həmin məclisdə spirtli içki qəbul etmişdir. İntizam tənbehi verilməmişdən əvvəl iddiaçının yazılı izahatı alınmış, izahatında göstərdiyi məlumatların yoxlanılması həyata keçirilmiş və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilmişdir; iddiaçının Gürcüstan Respublikasına gedərkən post rəisindən icazə alması heç bir mötəbər sübutla təsdiq olunmur; xx xxxx 2016-cı il tarixdə iddiaçının xidmət yerində yüngül dərəcəli sərxoş olması rəsmi sənədlə sübuta yetir; işin 54-cü vərəqində olan təsdiqlən miş növbəlik cədvəlindən görünür ki, iddiaçı xx xxxx 2016cı il tarixdə iş qrafikinə uyğun olaraq xidmətdə olmalı idi, onun irəli sürdüyü kimi, səhər saat 10:30 radələrində işə gəldiyi halda intizam məsuliyyətinə cəlb edilməməsi bu faktı təkzib etmir; Əmək Məcəlləsinin 72-ci maddəsinin "b" bəndində işçinin sərxoş vəziyyətdə olması məhz əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiya sı həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, cavabdeh tərəfindən iddianın müddətlə bağlı mümkünlük şərti mübahisələndirilmiş, lakin aşağı instansiya məhkəmələri məsələyə hər hansı bir qaydada qiymət verməmişdirlər. İddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozul duğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəaların tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmam ası, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Müb ahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı tərəfindən xx xxxx 2016-cı il tarixli əmr mübahisələndirilmişdir. Həmin əmrdən şikayət onun təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, əmrin surəti ona təqdim olunmamış, əmək kitabçası xx xxxxxx 2019-cu il tarixində ona verilmiş və bundan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının bu mövqeyi ni mübahisələndirən cavabdehin dəlillərinə görə, iddiaçı xx xxxx 2016-cı il tarixli əmrdən məlumatlı olmuş və bu hal onun cavabdehə ünvanladığı xx xxxxxx 2016-cı il tarixində qeydiyyatdan keçmiş xx xxxxxx 2016-cı il tarixli işə bərpa barədə ərizəsi ilə təsdiq olunmuşdur. İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsindən təxminən 2 il 7 ay keçməsindən sonra məhkəməyə müraciət etməklə, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məsələyə qiymət verərəkən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 74-ci bəndinə əsasən, intizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir. “İnzibati icr aat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı alma dığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi və ya elan edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş qaydadan fərqli olaraq “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də əmrin elan olunması və bu barədə imza edilməsi tələbi əks olunmuşdur. Qeyd edilmiş müddəaların tətbiqi ilə bağlı iddiaçının dəlilləri və onlara qarşı verilmiş cavabdehin etirazları üzrə məhkəmələr tərəfindən faktiki əsaslar araşdırılmamış və iddianın müddətlə bağlı mümkünlük şərtinə hüquqi qiymət verilməmişdir. Halbuki, yuxarıda əks olunmuş müddəalarla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarında məsələ aşağıdakı qaydada qiymət verilmişdir: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddianın müddətlə bağlı mümükünlük şərtinin yoxlanılması üçün iş yenidən apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tu taraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1628/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-68/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-68/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver