Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-68/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, peşələrin uyğunluğu) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı na qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2-1(103)-1480/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı Kamil qızı 01 yanvar 2006-cı ilədək 20 ildən artıq ümumi iş stajına və 10 ildən çox xüsusi-zərərli iş stajına malik olduğunu nəzərə almaqla ona 52 yaşının tamam olduğu 16 oktyabr 2012-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair tələblə cavabdehdə müraciət etmişdir. 2.Cavabdeh **********0 saylı 21 noyabr 2019-cu il tarixli imtina məktubunda bildirmişdir ki, 29 avqust 1978-ci il tarixli əmək kitabç asının 26-27-ci səhifələrində onun 06.08.1996-22.12.2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər 26 saylı “TəmirTikinti Tresti”nin 1 nömrəli sahəsində işlədiyi qeyd olunmuşdur. İdarə tərəfindən qeyd olunan dövrdə əmək stajının dəqiqləşdirilməsi məqsədi ilə araşdırma aparılaraq həmin müəssisəsinin 19 oktyabr 2004-cü il tarixində Vergi orqanlarında qeydiyyatdan keçərək VÖEN aldığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı məhkəməyə müraciət edərək ona 52 yaşının tamam olduğu 16.10.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbi ni belə əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixində doğulmuşdur. 21.10.1978-ci ildən 05.11.1979-cu ilə qədər Qazax rayonu İ Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə, 10.04.1980-cı ildən 06.11.1993-cü ilə qədər “Azərtelektromaş” EİB-də dolaqçı, yığıcı, rəngsaz, anbardar, nəzarətçi, 01.12.1993-cü ildən 15.07.1996-cı ilə qədər Yenidənqurma və Əsaslı Təmir Trestinin 130 N-li Təmir Tikinti Quraşdırma idarəsində şöbə rəisi, 06.08.1996-cı ildən 22.12.2005-ci ilə qədər 26 saylı Təmir Tikinti Trestinin 1 N-li sahəsində iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad etmişdir. 5.Cavabdeh iddiaya qarşı etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinad etmişdir. 6.Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2-1(112)-1110/2020 saylı qərarı (hakim – E.Ə.Əliyev) ilə iddia təmin edilməmişdir. 7.Məhkəmənin mövqeyinə əsasən iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olması, həmçinin 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmadığından, ona münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. 8.İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş et mişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 9.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)-1893/2020 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – V.A.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2-1(112)-1110/2020 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı Kamil qızına 16.10.2012-ci ildən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 10.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi, Azərbayca n Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısı”nda təkcə 2 peşə üzrə (XXVİİ-ci bölmə, 2290100a—13450 saylı kod rəngsaz, 2290100b—24441 saylı kod iş icraçısı) peşələrində işləməklə 10 il güzəştli iş stajının olmasını, eyni zamanda 16.10.2012-ci ildə iddiaçının 52 yaşının tamam olmasını nəzərə almadan, iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. 11.Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsi ndəki birinci icraat
12. Ali Məhkəmənin İnzibati Kollegiyasının 03 mart 2021-ci il tarixli 2-1(102)549/2021 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim - Z.Quliyev, hakimlər R.Nəbizadə və İ.Şəfiyev) apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 13.Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının çalışdığı iş yerlərinə sorğular göndərilib onun çalışdığı vəzifələrin formal adlarını nəinki öyrənməklə, hətta həmin vəzifələrdə çalışmış iddiaçının praktiki funksional səlahiyyətlərinin nədən ibarət olduğunu dəqiqləşdirərək araşdırmamış, onlara hüquqi qiymət verməmiş, nəticə etibarı ilə də iş üzrə yanlış məhkəmə qərarı qəbul edilmişdir. d. apellyasiya instansiyası məh kəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2-1(103)-1480/2021 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2-1(112)-1110/2020 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya 52 yaşından güzətli şərtlərlə pensiya təyin edilmiş və müraciət etdiyi 29.07.2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni 29.07.2016-cı il tarixdən, pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 15.Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş et mişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının əmək kitabçasından və arayışlardan görünür ki, iddiaçının işləmiş olduğu peşənin adı “dolaqçı şagirdi” və “dolaqçı” olmuşdur. Ona görə də, iddiaçının işlədiyi peşələr ilə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının müvafiq bölməsindəki peşələr üstüstə düşmür.
17. Cavabdehin digər dəlilinə görə Bakı şəhəri 26 saylı Təmir Tikinti Tresti 02.01.2004-cü il tarixdə qeydiyyatdan keçdiyindən, müvafiq arxiv məlumatları mövcud olmadığından, iddiaçının həmin müəssisədə 06.08.1996-cı il tarixdən 22.12.2005-ci il tarixədək olan iş stajı onun ümumi iş stajına daxil edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd etmiş dir ki, İnternet Vergi İdarəsində olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Bakı şəhər 26 saylı Təmir-Tikinti Tresti 14.04.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
18. Halbuki iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti trestinin tərtib etdiyi blanklı arayışında trestin VÖEN-i ********** kimi qeyd edilsə də, məhkəmənin sorğularına verilmiş cavablardan görünür ki, həmin VÖEN-lə Bakı şəhəri 26 saylı Təmir Tikinti Tresti 02.01.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir.
19. Digər tərəfdən, İnterneti Vergi İdarəsinin məlumatlarında Bakı şəhəri 26 saylı Təmir Tikinti Trestinin rəisinin X1, hüquqi ünvanının isə ünvan 2i arayışda isə Trestin rəisinin K.Bayramov, hüquqi ünvanının isə Alı Mustafayev 15/ 34 olduğu göstərilmişdir. 20.Göründüyü kimi, Bakı şəhəri 26 saylı Təmir Tikinti Tresti ilə Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti Trestinin eyni, yoxsa fərqli hüquqi şəxslər olduğu bəlli deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və mü raciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə qadınlar – qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, iş lərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 21600000 – XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin 2160000a—15034 kodu - məftil və tros dolayanlar. 22900000 -- XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000b—24441 kodu - iş icraçıları.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmə nin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatların a əsasən müəyyən edilə bilər.
29. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunun ümumi və xüsusi staja malik olduğu məsələsi üzrə tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etmişdir. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin bununla bağlı qərarında göstərilənlərlə və tətbiq edilən hüquqla razılaşır və onların yenidən təkrarlanmasına lüzum görmür. Düzgün olaraq müəyyən olunmuşdur ki, iddiaçının 15.07.1996-cı il tarixinə qeydə alınan 17 il 2 ay 10 gün (+ 9 il 4 ay 16) iş stajı da nəzərə alınmaqla, onun 01.01.2006-cı ilə qədər 26 il 6 ay 26 gün ümumi iş stajı toplanır ki, həmin stajın da 10 ildən də çoxunu (Bakı elektrik maşınları zavodunda dolaqçı kimi 1 il 5 ay 14 gün + Bakı şəhər 26 saylı Təmir- Tikinti Trestində iş icraçısı kimi 9 il 4 ay 16 gün) o, güzəştli pensiya hüququ verən peşə və vəzifədə çalışmışdır.
30. Cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının 06.08.1996-cı il tarixdən 22.12.2005-ci il tarixədək olan iş stajının onun ümumi iş stajına daxil edilməsinin mümkün olmaması ilə bağlıdır.
31. Bununla bağlı olaraq da məhkəmə tərkibi apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinin (VÖEN**********) işə əlavə olunmuş 19 dekabr 2019-cu il tarixli arayışndan görünür ki, həmin Birliyin tabeliyində olan 26 saylı Təmir-tikinti tresti 14 aprel 1993-cü ildə yaradılmışdır (İş vərəq 13). Eyni zamanda, işə əlavə olunmuş Kommersiya qurumlarının dövlət reyestri məlumatları ndan çıxarışa əsasən də müəyyən olunur ki, Bakı şəhər 26 saylı Təmir-Tikinti Tresti 14.04.1993-cü il tarixdə (VÖEN **********) dövlət qeydiyyatına alınmışdır (İş vərəqi 91). Göründüyü kimi, Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinin qeyd olunan arayışında və Kommersiya qurumlarının dövlət reyestrində təsbit olunan məlumatlar biri-biri ilə üst-üstə düşür. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin işə əlavə olunmuş 04.03.2020-ci il tarixli məktubunda (İş vərəqi 40) həmin trestə 19.10.2004-cü il tarixdə vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi verildiyinin təsbit olunmasına gəldikdə isə nəzərə alınmaladır ki, bu halda məlumat “Lokal Gəlirlər” idarəsininin 04.03.2020-ci il tarixli baza məlumatlarına əsaslanı və eyniləşdirmə nömərsinin verilməsindən danışılır. Tr estin qeyd alındığı 14.04.1993-cü il tarixində vergi sistemində, ümumiyyətlə baza məlumatları mövcud olmamış, VÖEN sistemi hələ tam formalaşmamışdır. Vergi sistemində qediyyatların sonrakı tarixlərdə aparılması əvvəllər mövcud olmuş və başqa dövlət orqanları tərəfindən aparılmış qeydiyyatların hüquqi qüvvəsini şübhə altına ala bilməz. Hazırkı işdə də belə bir vəziyyət vardır. Konkret halda, Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən aparılan kommersiya qurumlarının reyestrində Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestinin 14.04.1993-cü il tarixində təsbit olunan dövlət qeydiyyatına dair hər hansı bir reyestrə etiraz daxil olmayıb, həmin qeydiyyatın həqiqi və düzgün hesab edilməlidir. Qeyd olunanlar baxımdan, iddiaçının 06.08.1996 - 22.12.20 05-ci illərdə (9 il 4ay 16 gün) Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestinin 1 nömrəli sahəsində iş icraçısı kimi çalışdığı dövrün cavabdeh tərəfindən iş stajı kimi qəbul edilməsindən imtina olunması əsassız hesab olunmalıdır.
32. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 21(103)-1480/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.