Məhkəmə qərarları › İş №2-1(102)-680/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-680/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-680/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan, 28.10.2017-ciil tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin ödənilməsi, işlədiyi dövrlərin güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınması, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşənin müvafiq siyahıya sonradan daxil edilməsi və əvvəlki illərə tətbiqi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “ona 06.05.1981-ci ildən 18.12.1981-ci ilə qədər və 16.09.1982-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 28.10.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi v əzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2752/2019 saylı, 3 dekabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1960-cı ildə Laçın rayonunda doğulmuşdur. İddiaçı hərbi biletə əsasən 21.10.1978-ci ildən 18.12.1980-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, əmək kitabçasına əsasən 06.03.1981-ci ildən 06.05.1981-ci ilə qədər “xxxx”nda doker-mexanizator şagirdi, 06.05.1981-ci ildən 18.12.1981-ci ilə qədər doker-mexanizator, 19.02.1982-ci ildən 06.08.1982-ci ilə qədər “Azərelektromaş” İB-də, 16.09.1982-ci il dən 28.01.2016-cı ilə qədər “xxxx”nda dokermexanizator, 28.01.2016-cı ildən 11.10.2018-ci ilə qədər “xxxx” MMC-də dokermexanizator vəzifəsində işləmiş, 27.11.2018-ci ildən hazırki vaxta qədər isə “xxxx”nda kran operatoru vəzifəsində işləyir. “xxxx” QSC-dən verilmiş arayışa əsasən iddiaçının güzəştli əmək pensiyasına çıxması üçün stajı 34 il 7 ay olmaqla, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “duru yanacaqla işləyən gəmi ocaqçıları, bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağa əsas verir. İddiaçı ərizə ilə 22.05.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə 22.07.2019-cu il tarixli məktub ünvanlanmış, imtinaya səbəb kimi iddiaçının işlədiyi dokermexanizatorları peşəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısında olmaması qeyd olunmuşdur. İddiaçı 16 avqust 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 06.05.1981-ci ildən 18.12.1981-ci ilə qədər və 16.09.1982-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 57 yaşının tamam olduğu tarixdən, yəni 28.10.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, onun işlədiyi işlər zərərli iş şəraitində aparılan işlərə aiddir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahı üzrə 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-3627/2019 saylı iş)26 sentyabr 2019-cu il tarixliqərarı ilə iddia təmin edilərək iddiaçıya 06.05.1981-ci ildən 18.12.1981-ci ilə qədər və 16.09.1982-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 28.10.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 26 il 8 ay 13 gün ümumi və 23 il 10 ay 27 gün güzəştli iş stajı mövcuddur. İddiaçının işlədiyi “doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı”nda qeyd olunmasa da, Nazirlər Kabinetinin 06.10.2008ci il tarixli 236 №-li qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “C” yarımbəndinə əlavə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin26 sentyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X4 və X2, 2-1(103)-2752/2019 saylı iş) 3 dekabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 26 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçının ona güzəştli şərtlərlə pensiya hüququ verdiyini iddia etdiyi “4-cü dərəcəli doker-mexanizator”, “3-cü dərəcəli doker-mexanizator”, “2-ci dərəcəli doker- mexanizator” və “doker-mexanizator” peşələrinin heç biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əlavə olunmuş 1 və 2 saylı Siyahıların (bundan sonra Siyahı) heç birində yoxdur. İddiaçının yaşı və güzəştli şərtlərlə pensiya hüququ ve rən əmək stajı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərinə uyğun deyildir. Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan, işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayım həmin işlərdə, qadınlar - (55yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pe nsiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı xx xxxxxxx 1960-cı il tarixdə doğulmuş və 57 yaşı 28 oktyabr 2017-ci ildə tamam olmuşdur. İddiaçı 06.05.1981-ci ildən 18.12.1981-ci ilə qədər və 16.09.1982-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdehə görə iddiaçının güzəştli pensiya hüququ verən stajı 2 saylı Siyahıda olmadığından onun güzəştli şərtlə pensiya hüququ olmamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia ya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatd ıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli s iyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajına malik olmuşdur. İddiaçı, həmçinin 1981-ci ildə n 27 noyabr 2018-ci ilə qədər “doker-mexanizator” vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının çalışdığı “doker-mexanizator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahılarda nəzərdə tutulmamışdır, lakin həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na 2008-ci il 6 oktyabr tarixli 12 nömrəli qərara əsasən daxil edilmişdir. Göründüyü kimi, qanunvericinin iradəsini həyata keçirən səlahiyyətli dövlət orqanı (“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasə n müvafiq icra hakimiyyəti orqanı) 2008-ci il 6 oktyabr tarixli Qərarı ilə həmin vaxtadək də mövcud olmuş “dokermexanizator” peşəsinin əmək şəraiti xüsusilə zərərli və ağır iş olduğunu tanımış və təsdiq etmişdir. İddiaçı da həmin qəraradək “doker-mexanizator” peşəsində 12 il 6 aydan artıq işləmişdir. Həmin peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil edildiyi 2008-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərə findən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 iyun 1997-ci il tarixli Qanunla “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırıldığından, yuxarıda qeyd edilən stajlar 1 yanvar 2006-cı ilə qədər mövcud olduğundan iddiaçının 57 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı həmin tarixə azı 25 il sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağ ır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmış, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasında təsbit olunmuş sığorta stajlarına dair şərtləri ödəməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən haqlı olaraq Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə istinad etmişdir. Əsas Qanunun həmin normasına görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanu nunun 87.2-ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-572/2020 saylı 25 fevral 2020-ci il tarixli qərarında da qeyd etmişdir ki, iddiaçının çalışdığı “doker-mexanizator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahılarda nəz ərdə tutulmamışdır, lakin həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na 2008-ci il 6 oktyabr tarixli 12 nömrəli qərara əsasən daxil edilmişdir. Qanunvericinin iradəsini həyata keçirən səlahiyyətli dövlət orqanı (“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı) 2008-ci il 6 oktyabr tarixli Qərarı ilə həmin vaxtadək də mövcud olmuş “doker-mexanizator” peşəsinin əmək şəraiti xüsusilə zərərli və ağır iş olduğunu tanımış və təsdiq etmişdir. Odur ki, bu peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə kimi qəbul edilmişdir. Bəhs olunanlara əsasən kasasi ya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2752/2019 saylı, 3 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar