Məhkəmə qərarları › İş №2-1(102)-680/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-680/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-680/2021 20.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; cavabdeh iddiaya cavab verməli şəxs deyil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə “ünvanlı sosial yardı mın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 2-1(103)-1850/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, son iki il ərzində 2018-ci ilin fevral ayının 1-dən ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın məbləğinin məhkəmə yolu ilə yenidən hesablanması və düzgün hesablanmayan məbləğin ailəsinə ödənilməsinin cavabdehə həvalə edilməsi və 2020-ci ilin fevral ayının 1-dən ailəsinə təyi n olunacaq ünvanlı dövlət sosial yardımın adı çəkilən VEMTAS tərəfindən deyil, məhkəmə yolu ilə hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3752/2020 saylı 15.09.2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh kimi DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin müdiri X1 qeyd etmişdir. Halbuki, həmin şəxs inzibati orqan deyildir. İddiaçı ilə DSMF-nin Bakı şəhər Nizami rayon şöbəsinin müdiri arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin iddia çının irəli sürdüyü tələb üzrə DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi və ya onun müdiri cavabdehlik daşımamışdır.

4. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3752/2020 saylı 15.09.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması xahiş edilmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 21(103)-1850/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Elmira Nağıyev a və Vidadi Məmmədov) Bakı İnzibati Məhkəməsinin 2-1(112)3752/2020 saylı 15.09.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, sonuncu yenə də iddiaya cavab verməli olan şəxs deyil.

8. Məhkəmə qərardadı iddiaçıya 26.11.2020-ci il tarixində təqdim edilmişdir.

9. İddiaçı 18.11.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək ona dövlət hesabına vəkil təyin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli 2-1(103)-1850/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, 12.02.2021-ci il tarixində isə ona vəkil təyin edilmişdir.

10. İddiaçı 22.02.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 2-1(103)1850/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı hüquqi savadı olmadığından iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmişdir. Məhkəmə iddianın yanlış cavabdehə qarşı qaldırıldığı qənaətinə gəlmişdirsə özü i ddia tələbini dəqiqləşdirməli idi.

12. Həmçinin, iddiaçı iddianın qaldırılması ilə bağlı İPM-in 45-46-cı maddələrində göstərilən bütün tələblərə əməl etmişdir. Digər tərəfdən iddiaçının mübahisəsi olan inzibati orqan – hazırkı iddia tələbi üzrə cavabdeh DSMF-nin Nizami rayon şöbəsidir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü də işə cəlb edilməklə iddiaya baxıla bilərdi. Həmçinin, DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi iddiaçının tələblərini icra etmək səlahiyyətində olmaması və buna yalnız Nazirliyin səlahiyyətli olması və müvafiq müraciətlə həmin quruma müraciət edilməli olması barədə aydın şəkildə izah edilmiş məktub verilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılar ının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati-Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklə rin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolelgiyasının 22.12.2020ci il tarixli, 2-1(102)-2253/2020 nömrəli qərarında qeyd olunmuşdur ki, “34. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəfindən yoxlanılmalıdır.

35. Bundan başqa, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbindən də görünür ki, iddiaçı, onun arzuladığı inzibati aktın qəbulundan cavabdeh imtina etdiyi hallarda məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət edə bilər.

36. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi müəyyən edilməsi üçün məhkəmə ətraflı araşdırma aparmalıdır”.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də n əzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. İddiaçıya 12.02.2021-ci il tarixində vəkil təyin edilmiş, kassasiya şikayəti isə 22.02.2021-ci il tarixində verilmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə qərardadından kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddətini ötürməmişdir.

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələnd irildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, hazırkı qərarın 18-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

24. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır.

25. Belə ki, iddiaçı ünvanlı sosial yardım verilməsi məqsədilə etdiyi müraciətə cavab olaraq DSMF tərəfindən qeyd olunmuşdur ki, ünvanlı dövlət sosial yardı mın alınması üçün müraciətlərə X5 və X8 tərəfindən baxılır. Lakin iddiaçı ünvanlı sosial yardım verilməsi məqsədilə müvafiq məlumatları X5 və X6 elektron müraciət qaydasında təqdim etmədən birbaşa hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır.

26. İstər İPM-in 35.1-ci maddəsinin tələbinə, istərsə də oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı hüquqi mövqeyə (bax: hazırkı qərarın 17-ci bəndi) əsasən qeyd edilməlidir ki, hazırkı tələblə bağlı iddiaçının cavabdeh orqana ilkin müraciəti olmadığından iddia tələbi mümkün sayıla bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 21(103)-1850/2020 nömrəli qərardadı dəyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar