Məhkəmə qərarları › İş №2-1(102)-680/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-680/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-680/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəhid statusunun verilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı “şəhid statusunun verilməsi” tələ binə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(104)457/N0N3 nömrəli, 19 sentyabr N0N3-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X14 qismən səfərbərliklə əlaqədar olaraq səfərbərliyə cəlb olunmuş və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilə qədər N saylı hərbi hissədə, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilə qədər N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. N. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasının xx.xx.N0N0-ci il tarixli, 90N3 saylı arayışı ilə müəyyən edilir ki, X9 “Barotravma (xx.xx.N0N0), soltərəfli kəskin tubootit” diaqnozu qoyulmuş və hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir.

3. X3 nazirinin xx.xx.N0N0-ci il tarixli, N46 nömrəli əmri əsasında Azərbaycan Respublikası SHXÇDX-nın Ağdam rayon şöbə rəisinin sərəncamına göndərilmişdir.

4. X14 Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N1-ci il tarixli, N716 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli, N369 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli, N36N nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N1-ci il tarixli, N7N4 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

5. X14 xx.xx.N0N1-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında N0N1-ci ilin iyul ayının 0N günündə N79 nömrə ilə qeyd edilmişdir.

6. X7 özünü asaraq intihar etməsi ilə bağlı toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.N0N1-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla cinayət işinin başlanması rədd edilmişdir.

7. İddiaçı oğlu X7 şəhid hesab edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.N0NN-ci il tarixli məktubla X7 şəhid hesab edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmamasını əsas gətirərək müraciətinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin A ğdam rayon şöbəsinə qarşı məhkəməyə müraciət edərək, X10 şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.N0NN-ci il tarixli, N47N nömrəli arayışından və 4737 nömrəli təyinat vərəqəsindən görünür ki, iddiaçının oğlu X15 qismən səfərbərliklə əlaqədar səfərbərliyə cəlb olunmuş və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N saylı hərbi hissədə, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyi N nömrəli hərbi hissə k omandirinin xx.xx.N0N0-ci il tarixli, 4715 saylı travma haqqında arayışından görünür ki, oğlu Şəmil xx.xx.N0N0-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən yaralanmış və ona “Barotravma, soltərəfli kəskin tubootit” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Hərbi poliklinikasının xx.xx.N0N0-ci il tarixli, 90N3 saylı arayışından görünür ki, oğlu Şəmil Dadaşovun Azərbaycan Respublikasının müdafiəsi zamanı “soltərəli kəskin tubootit” diaqnozu ilə xəsarət alması təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hərbi poliklinikasının xx.xx.N0N1-ci il tarixli, 5708 saylı arayışından görünür ki, oğlu Şəmilin müayinəsi zamanı boyunun arxa səthinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr) aşkar edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.N0N1-ci il tarixli məktubundan və v əsiqə surətlərindən görünür ki, oğlu Şəmil döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, ”Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olumuşdur. Ağdam rayon Prokurorluğunun xx.xx.N0N1-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, oğlu Şəmil Dadaşov xx.xx.N0N1-ci il tarixdə yaşadığı evin həyətində yerləşən hamamın giriş otağında özünü asaraq intihar etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, oğlu Şəmil Dadaşovun ölümünə səbəb “boğazın əzilməsi Astrirsiya” olmuşdur. Həkimlərin deməsinə görə oğlu Şəmil Dadaşovun boyun nahiyəsində olan qəlpələr sinir damarları üzərind ə olduğundan onları əməliyyat yolu ilə götürmək risk tələb edirdi, hətta xəstənin iflici ilə nəticələnəcəyini bildirirdilər. Bu səbəbdən onu əməliyyat etməkdən çəkinirdilər. Belə olduqda sinir damarları üzərində olan qəlpələr çox şiddətli ağılar verirdi. Oğlu dəfələrlə bu ağrılara dözə bilmədiyini bildirərək intihar edəcəyini deyirdi. Beləliklə yuxarıda sadalanan faktlar təsdiq edir ki, oğlu Şəmil Dadaşovun intihar etməsinə səbəb Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı çoxsaylı qəlpə yarası alması və hələ də bədənində olan və əməliyyat yolu ilə götürülməsi mümkün olmayan bu qəlpələrin şiddətli ağrı verməsi səbəb olmuşdur. Göründüyü kimi, işin faktiki halları ölümün baş verməsi ilə nəticə arasında səbəbli əlaqə mövcudluğunu tam təsdiq edir. Bu səbəb döyüş zamanı alınmış qəlpə yarasıdır ki, sonda bu xəsarətlər oğlu Şəmil Dadaşovun neçə vaxtdır ki, bədənində gəzdirdiyi qəlpə yaralarının verdiyi şiddətli ağrılardan qurtarmaq üçün özünü asaraq intihar etməsi ilə nəticələnmişdir. İddiaçı oğluna şəhid statusunun verilməsi ilə bağlı müraciət etsə də, müsbət həll edilməmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin 09 mart N0N3-cü tarixli, N-1(114)-1NN8/N0N3 saylı qərarı ilə (hakim X17) iddia təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mərhum X14 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, özünü asaraq intihar etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur. 1N. İddiaçı apelyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(104)-457/N0N3 nömrəli iş üzrə 19 sentyabr N0N3-ci il tarixli qərarı ilə (hakimlər X16 (məruzəçi), X5 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 09 mart N0N3-cü tarixli, N-1(114)-1NN8/N0N3 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Ka ssasiya şikayətində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, X15 xidməti dövründə yaralanmış və aldığı qəlpə yaralarından şiddətli ağrılarla əziyyət çəkmişdir. Bu ağrılar dözülməz hala gəldiyindən bu hadisə baş vermişdir. Apellyasiya məhkəməsi qərarında şəhid adı verilməsi üçün şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərə aid etsə də, X1 döyüş yolunu və buna gö rə dəfələrlə təltif olunduğunu nəzərə almamışdır. Onun döyüşlərdən sağalmaz qəlpə yaraları ilə qayıtması, sağlamlığını hərbi əməliyyatlar dövründə özünə qəsd edəcək qədər itirdiyi və normal həyata qayıtmaq mümkün olmadığını, yəni sağlamlığının bərpa olunmayacağını qəbul edərək özünə qəsd etmişdir. Hərbi əməliyyatlarda aldığı yaralara qədər onun ürəyi yaşamaq eşqi ilə döyünüb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilm iş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə

8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları":

1. Şəhid anlayışı 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.N. Aşağıdakılar şəhid hesab edilirlər: 1.N.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.N.N. 11 dekab r 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.N.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.N.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.N.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə dö yüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi h issənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və XN Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərb i qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və XN Xidməti, X4 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara mü vafiq surətdə arayış verməlidir. 4.N. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. N0. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olu nduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N1. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. NN. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N3. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübah isəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N4. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). N5. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. N6. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. N7. Hazırki işdə iddiaçının tələbi məhrum oğlu X10 şəhid statusu verilməsindən ibarətdir. Hesab edilir ki, iddiaçının oğlu intihar etsə də, baş vermiş hadisə mərhumun müharibə dövründə almış travmaları ilə birbaşa bağlıdır. Bu səbəbdən də iddiaçının oğluna şəhid statusu verilm əlidir. N8. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normativ hüquqi aktlara istinad edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nda şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. N9. Bundan başqa, Qaydaların 1.N-ci bəndində şəhid hesab edilən şəxslər göstər ilmişdir. Lakin iddiaçının oğlu həmin kateqoriya şəxslərin statusuna malik olmamışdır. Yəni iddiaçının oğlunun şəhid hesab edilməsi üçün Qaydaların 1.N-ci bəndində olan halların hər hansı biri mövcud olmamışdır.

30. İş materiallarında olan sənədlərlə məlum olur ki, mərhum X7 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamışdır. Onun ölüm səbəbi tərxis olunduqdan sonra özünü asaraq intihar etməsi olmuşdur (Ölüm haqqında şəhadətnamə iş vər 15).

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl ed ilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 3N. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(104)-457/N0N3 nömrəli, 19 sentyabr N0N3-cü il qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar