Məhkəmə qərarları › İş №2-1(102)-681/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-681/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-681/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı “əmrin ləğv edilməsi və iddiaçının xidmətini davam etdirmək üçün başqa işə keçirilməsi” tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-1(103)-438/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı cavabdehin 2019-cu il 3 iyun tarixli, 71 ş/h nömrəli əmrinin ləğv edilməsi, iddiaçının xidmətini davam etdirmək üçün daha yüngül işə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Xidmətdə olarkən sağlamlığımın pozulması nəticəsində 17.04.2019-cu il tarixdən Azərbaycan Respublikasi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicə almışam və sağalmağımla əlaqədar 30.05.2019 -cu il tarixdə evə yazılmışdır. Müalicədən sonra xidmət yerinə qayıdarkən onun işdən azad olunduğu bildirilmişdir. Onun işdən azad olunması barədə əmri qanunsuz və əsassız hesab edir. O, həmçinin bildirir ki, AR XDMX-nin ünvan 1 ünvanda dislokasiya olunmuş Milli Qvardiyasının nəzdində avtotexniki, yeməkxana, rabitə, geyim-əşya və digər təsərrüfatyönlü xidmətlərdən ibarət X2 fəaliyyət göstərir. Həmin Taborda xidmət "sıradankənar hərbi xidmət" hesab olunur. 2005-ci ilin oktyabr ayından 2007-ci ilin aprel ayına qədər, 1 il 7 ay müddətdə o, həmin Taborda həqiqi hərbi xidmət keçmişdir. Baş Klinik Hospitaldan verilmiş xəstəlik tarixindən çıxarış epikrizinə əsasən, o, sıradankənar hərbi xidmətə yararlı hesab edilmişdir. Cavabdehin etirazları:

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə dair iddialar mübahisələndirmə haqqında iddia hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsində isə göstərilir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsində iddiaçı özü də təsdiq etmişdir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə ona cari ilin iyun ayının əvvəllərində məlumat verilmiş və XDMX rəis inin 2019-cu il 03 iyun tarixli, 71 ş/h saylı əmrinin surəti təqdim olunmuşdur. Bununla belə, iddiaçı tərəfindən yuxarıda adıçəkilən Məcəllədə müəyyən edilən prosessual qayda pozulmuş və iddia müddəti bitdikdən sonra iddia tələbi irəli sürülmüşdür.

4. Həmçinin, iddiaçı bundan əvvəl də eyni iddia tələbi üzrə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Belə ki, 2019-cu il 31 iyul tarixli iddia ərizəsi əsasında inzibati mübahisəyə hakim Rauf Daşdəmirov tərəfindən baxılaraq 2019-cu il 01 oktyabr tarixli qərardad qəbul edilmişdir. Həmin qərardadda göstərilmişdir ki, 2019cu il 30 sentyabr tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə isə id diadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 oktyabr tarixli, 2-1(112)-4353/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın mübahisələndirilən inzibati aktın təqdim (elan) olunmasından 30 günlük iddia müddəti ərzində qaldırılmasını nəzərdə tutur. Hazırkı iddia ərizəsi isə məhkəməyə iddiaçı tərəfindən 2020-ci il 28 aprel tarixdə, yəni mübahisələndirilən aktın qəbulundan 10 aydan çox vaxt keçdikdən sonra təqdim olunmuşdur. Mübahisə predmeti olan 2019-cu il 03 iyun tarixli inzibati akt (əm r) xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Həmçinin, əvvəlki vəzifəsini icra etmədiyi halda, xidməti münasibətlərdə digər nəticələrin (o cümlədən, xidmət yerinə gəlməməyə görə, lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur. Halbuki, belə nəticələrdən heç biri olmamışdır. Buraxılmış prosessual müddəti bərpasına gəldikdə isə, iddiaçının bu xüsusatlarla bağlı heç bir dəlili olmadığından, məhkəmə müvafiq vəsatət verilməsinin iddiaçıya tövsiyə olunmasını məqsədəmüvafiq saymamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 yanvar tari xli, 2-1(103)-438/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri

11. Kassasiya şikayətində və ona edilmiş əlavədə qeyd edilmişdir ki, iddiaçı iddia qaldırdığı vaxtda belə, cavabdeh tərəfindən əmrin surəti və digər sənədlər verilməmişdir. Həmin sənədlərin məhkəmə tərəfindən təqdim edilməsi təmin edilmişdir. İş üzrə ərizə geri götürüldükdə isə yenidən daxil edilərsə müddət axımı dayanır. Bu səbəbdən də qərardad ləğv edilməlidir. Belə ki, iddiaçı müalicə alan müddətdə o, işdən çıxarılmışdır. Ona bu barədə məlumat yalnız iddiaçının maaş kartına cavabdeh tərəfindən pul vəsaiti daxil olduqdan sonra məlumat almışdır. Bu məlumatdan iki gün sonra isə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan da iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində həmin əmri mübahisələndirmiş, hazırda isə belə hüququnu da itirməmişdir. Odur ki, məhkəmə kollegiyasının gəldiyi nəticə ilə razılaşmaq olmaz, hazırki iş üzrə iddiaçı 2019-cu il 03 iyun tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmədiyindən və məhkəməyə müraciət etdiyindən, iddia mümkün sayılmalıdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasında təmsi l olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM/-in 62.3-cü maddəsi).

13. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyiş dirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

18. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçı 2019-cu il 03 iyun tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilik də müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

19. Apellyasiya icraatı zamanı təqdim olunmuş və araşdırılmış sənədlərdən görünür ki, iddiaçının ilkin olaraq cavabdehə qarşı “03.06.2019-cu il tarixli 71ş/h saylı əmrin və həmin əmrin verilməsinə əsas olan sənədlərin məhkəmə qaydasında tələb olunaraq alınmasına və məhkəmə araşdırması nəticəsində xidmətdən azad olunmağının qanuna zidd olduğu müəyyənləşdirildiyi halda, əvvəlki işinə qaytarılması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər 2019-cu il 29 iyul tarixdə ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə geri qaytarılmış, daha sonra iddiaçının cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı “iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndi ilə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə cavabdehin 03.06.2019-cu il tarixli, 71 ş/h saylı əmrinin əsassız və qanunsuz olması səbəbi ilə ləğv edilməsi və xidmətini davam etdirmək üçün Cavabdeh Milli Qvardiyasının nəzdində fəaliyyət göstərən X1 “sıradankənar hərbi xidmətə”, yəni daha yüngül işə keçirilməyi“ tələbinə dair iddiası iddiaçının 2019-cu il 30 sentyabr tarixli ərizəsi əsasında 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2019-cu il 01 oktyabr tarixli qərardadı ilə geri götürülmüş hesab edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir.

20. İddiaçı şikayətində də təsdiq edir ki, əmrin ona təqdim olunması məhkəmə tərəfindən təmin edilmişdir.

21. Beləliklə, istinad edilən məhkəmə aktlarının qəbulu tarixləri (2019-cu il 29 iyul və 2019-cu il 01 oktyabr) və əsasları, hazırkı iddianın 2020-ci il 28 aprel tarixdə verildiyi nəzərə alındıqda, iddiaçı tərəfindən prosessual müddətin ötürüldüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-1(103)-438/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar