Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-681/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əsaslandırılmamış inzibati akt) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2144/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçıya 15 iyul 2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub ünvanlanmış, məktubda qeyd edilmişdir ki, iddiaçının qeydiyyatında olduğu dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrində 308-ci sətir üzrə, yəni əldə edilmiş elektron vergi hesab fakturalarına əvəzləsdirilən dövriyyə məbləğlərinin (ƏDV-siz) cəmi 1.088.366,03 manat təşkil etməsinə baxmayaraq, bəyannamələrin 305-ci sətirlərində dövriyyə məbləği (ƏDV-siz) cəmi 359.878,45 manat əks etdirilmişdir ki, nəticədə də ƏDV hesablanmalı dövriyyədə 728.487,58 manat məbləğində fərq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya 5 iş günü müddətində dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, yazılı izahat və sənədlərin təqdim edilməsi tələb olunmuşdur.
2. Cavabdehin 22 avqust 2019-cu il tarixli **********318500 saylı qərarı ilə 2018ci ilin oktyabr ayı ƏDV üzrə iddiaçı müəssisəyə 33047,99 manat vergi hesablanmışdır.
3. İddiaçı 22 avqust 2019-cu il tarixli **********318500 saylı qərarın ləğvi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə inzibati şikayət vermiş, nazirliyin 4 dekabr 2019-cu il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmiş, 22 avqust 2019-cu il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ B irinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin 22.08.2019cu il tarixli, **********318500 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, müəssisədə binanın təhviltəslimindən, yəni 2013-cü ilin 1 yanvarından heç bir vaxt mal qalığı olmamış, müəssisənin anbarı mövcud olmamış və hazırda da yoxdur. Bu fakt iddiaçı tərəfindən 2012-ci ildən bu günədək təqdim edilmiş rəsmi hesabatlarda da öz əksini tapmışdır. 187.544,94 manat əvvəlki illərdə vergi orqanına təqdim olunmuş balanslarda keçmiş illərə aid zərərlərin cəmi məbləğidir və həmin balanslarda “mallar qrafası” isə “0” göstərilmişdir. Həmin zərər məbləği (187.544,94 manat) isə təsisçinin o illərdə müəssisəyə qoyduğu şəxsi vəsaiti hesabına işçilərə ödənilmiş əmək haqqı, işıq pulu, su pulu, və s. xərclərdən yaranmışdır və bu haqda dəfələrlə Vergilər İdarəsinə rəsmi qaydada bildirilmişdir.
6. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı MTK tərəfindən təqdim olunmuş 2018-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsində ƏDV qeydiyyatında olduğu dövr ərzində təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannamələr”i üzrə əldə edilmiş elektron vergi hesab-fakturalarına və yük-gömrük bəyannamələrinə əsasən bəyannamənin 308, 310, 311 və 316-cı sətrləri üzrə əvəzləşdirilən dövriyyə məbləğlərinin (ƏDV-siz) cəmi məbləği 1.088.366,03 manat təşkil etməsinə baxmayaraq, bəyannamələrin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətrlərinin “Dövriyyə məbləği (ƏDV-siz)” xanalarında cəmi 359.878,45 manat dövriyyə məbləği əks etdirilmişdir ki, nəticədə də ƏDV hesablanmalı minimum dövriyyədə 728.487,58 manat məbləğində fərqin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq vergi ödəyicisinə 15.07.2019-cu il tarixli **********778200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi 2018ci ilin oktyabr ayı üçün əlavə dəyər vergisi üzrə təqdim etdiyi ləğvin dəqiqləşmişi bəyannaməsində 710,10 manat dövriyyə göstərərək, qeyd olunan uyğunsuzluq vergi ödəyicisi tərəfindən aradan qaldırılmamışdır. Bununla əlaqədar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavə sində digər aktivlər sətri üzrə 187544,94 manat qalıq məbləği əsas götürülərək, 2018-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ləğvin dəqiqləşmiş bəyannaməsi üzrə 186.834,84 manat məbləğində dövriyyə əlavə dəyər vergisinə cəlb olunaraq, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması 33047,99 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 22.08.2020-ci il tarixli **********318500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrə əlavəsində digər aktivlər sətri üzrə 187.544,94 manat qalıq məbləği əsas götürülərək, 2018-ci ilin oktyabr ayı üçün təqdim edilmiş ləğvin dəqiqləşmiş bəyannaməsi üzrə 186.834,84 manat məbləğində dövriyyə əl avə dəyər vergisinə cəlb olunaraq, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması 33.047,99 manat əlavə vergi məbləği hesablanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-777/2021 nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddia tələbi təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 22 avqust 2019-cu il tarixli, **********318500 saylı qərarı ləğv edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçıya kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən əlavə dəyər vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materialları əsasında iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2144/2021 nömrəli qərarı ilə (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov ) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-77 7/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, kameral yoxlama qanunla müəyyən edilmiş müddətdə keçirilməmişdir.
12. Cavabdeh kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin əsaslandırılmışdır. kassasiya şikayəti iddia tələbinə qarşı etiraza uyğun Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuş, etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya dəyişdirilmədən saxlanıl ması xahiş edilmişdir. instansiya məhkəməsinin qərarının TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə 159.6. Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə
61. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştira kçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1 Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, m əhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə mübahisələndirilən qərar qəbul edilməmişdən əvvəl, cavabdeh tərəfindən iddiaçıya 15 iyul 2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub ünvanlanmış və məktubda qeyd edilmişdir ki, iddiaçının qeydiyyatında olduğu dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrində 308-ci sətir üzrə, yəni əldə edilmiş elektron vergi hesab faktu ralarına əvəzləsdirilən dövriyyə məbləğlərinin (ƏDV-siz) cəmi 1.088.366,03 manat təşkil etməsinə baxmayaraq, bəyannamələrin 305-ci sətirlərində dövriyyə məbləği (ƏDVsiz) cəmi 359.878,45 manat əks etdirilmişdir ki, nəticədə də ƏDV hesablanmalı dövriyyədə 728.487,58 manat məbləğində fərq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya 5 iş günü müddətində dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, yazılı izahat və sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra cavabdeh 22 avqust 2020-ci il tarixdə 2018-ci ilin oktyabr ayı üzrə ƏDV hesablamış və qərarın məzmunu kameral uyğunsuzluq məktubuna uyğun əsaslandırılmışdır.
22. Lakin, göründüyü kimi, mübahisələndirilən qərarın əsaslandırılmasında ƏDV hesablanmalı dövriyyədə 728.487,58 manat məbləğində fərq müəyyən edildiyi qeyd edilsə də, iddiaçıya 33.047,99 manat vergi hesablanmışdır. Halbuki, 728.487,58 manat məbləğində fərqin ƏDV-si 33.047,99 manatdan daha çoxdur (728.487,58*18%= 131.127,76). Məhz, birinci instansiya məhkəməsinə təqdim olunan iddia ərizəsinə qarşı verilmiş etirazdan (o cümlədən, kassasiya şikayətinin dəlillərindən) məlum olur ki, vergi ödəyicisi 2018-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergisi üzrə təqdim etdiyi bəyannamədə 710,10 manat dövriyyə göstərdiyi halda (iddiaçının həmin ay ƏDV qeydiyyatı ləğv edilmişdir), 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində digər aktivlər sətri üzrə 187544,94 manat dəyərində mal qalığı bəyan etmiş, vergi orqanı bu halı Vergi Məcəlləsinin 159.6-cı maddənin tələbinə uyğun hesab etməyərək, 187544,94 manata (mal qalığının dəyərinə) münasibətdə vergi he sablamışdır.
23. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən inzibati icraatın prinsiplərinə əməl edilməmişdir. Belə ki, inzibati orqan kimi cavabdeh öz təşəbbüsü ilə başladığı inzibati icraatı (kameral vergi yoxlamasını) “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürülməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi.
24. Lakin, hazırkı iş üzrə cavabdeh iddiaçıya ünvanlandığı məktubda tamamilə başqa əsaslar göstərmiş, digər əsaslarla b ağlı iddiaçıdan izahat və sənəd tələb etmiş, iddiaçıya oktyabr ayının ƏDV bəyannaməsindəki dövriyyə məbləği ilə 2018-ci ilin mənfəət vergisi bəyannaməsində əks etdirilmiş mal qalığı ilə bağlı yaranmış ziddiyyətli məqamla əlaqədar məlumat verməmiş, iddiaçıya iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmamışdır. Bununla yanaşı, qəbul etdiyi inzibati aktı səhv əsaslandırmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən inzibati akt əsaslandırılmalıdır və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
25. Beləliklə, cavabdeh orqan inzi bati icraat haqqında normaların, prinsiplərin və vergi qanunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.
26. İPM-in 96.7-ci maddəsinə görə mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
27. Apelyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan, məhkəmə tərkibi şikayəti təmin etmir.
28. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 21(103)-2144/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.