Məhkəmə qərarları › İş №2-1(102)-681/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-681/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-681/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınara q daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2483/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, elektron baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi və həyət tikililəri digər şəxs in adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən, qonşular arasında notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xid mətinin xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********84-10301 olan çıxarışla iddiaçının xüsusi mülkiyyətidir. Sözügedən fərdi yaşayış evi qəzalı vəziyyətdədir. Fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması və bu barədə rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə müraciət etmişdir. İstifadəsində olan torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubla müraciət etmişdir. Müraciət ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ona xx.x x.2021-ci il tarixli, **********7 nömrəli daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş imtina məktubu göndərmişdir. Bildiriş imtina məktubunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi və həyət tikililəri digər şəxslərin (yəni "xxxx" ASC-nin) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üstüstə düşməsi səbəbindən imtina edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi paylı mülkiyyət deyil. Fərdi yaşayış evinin ona təqdim edilmiş texniki pasportda qeyd edilən ərazilər hal-hazırda onun istifadəsindədir. Heç bir paylı və ya digər şəxs ona məxsus olan evdə nə yaşamır, nə də istifadə etmir. Sözügedən şəxsin ona məxsus olan fərdi yaşayış evinin hansı sahəsinə sahiblənməsi qeyri-mümkün bi r haldır. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə münasibətdə imtina məktubuna uyğun etiraz təqdim etmiş, əlavə olaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X5 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1mk-263/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi İdarə tərəfindən icra edilərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi, 19/17 saylı fərdi yaşayış evi ilə bağlı Kərimova Xanım-Sultan qızının pay hissəsi digər hissələrdən təcrid edilərək ayrılmışdır. Lakin məhkəmə qətnaməsində torpaq sahəsinə münasibət bildirilməmişdir. Kərimova Xanım-Sultan qızına məxsus fərdi yaşayış evi alqı-satqı müqavilələri əsasında X4, daha sonra X1. Hərracın nəticələrinə dair yekun protoko l əsasında fərdi yaşayış evi "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda sonuncunun mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Üçüncü şəxsin etirazları:

6. Üçüncü şəxs məhkəməyə yazılı etiraz təqd im edərək bildirilmişdir ki, "xxxx" QSC və "xxxx" Firması arasında xx.xx.2014-cü il tarixli, 140053 nömrəli kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsi bağlanmış və sözügedən müqavilə üzrə öhdəliklərin icrasının əsas təminatı məqsədi ilə xx.xx.2014-cü il tarixli, 140054 nömrəli ipoteka müqaviləsi üzrə X2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13649/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 AZN əsas borc və 5.800,00 AZN cərimə məbləğin tutulması, tutmanın ipoteka predmeti olan X2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsə bəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3854/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə uyğun olaraq "xxxx" QSC tərəfindən alınmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və protokol tərtib edilmişdir. Hərracın nəticələri haqqında protokol Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən təsdiq edilmişdir. Hərracın nəticələri haqqında proto kola əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi "xxxx" QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2020-ci il tarixli elektron çıxarış vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 7 Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-639/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı ilə yanaşı "xxxx" QSC-nin adına mülkiyyət hüquqlarının daşınma z əmlakında qeydiyyata alınmış qeydlər mövcuddur, üçüncü şəxsin adına olan qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş, qeydlərin qeyridəqiqliyi sübuta yetirilməmiş, bu barədə məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcud olmadığından, həmin qeydlərin mötəbərliyi və tamamlığı prezumpsiyası qüvvədədir, belə olan halda cavabdehin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vahid əmlak olaraq iddiaçının adına qeydiyyata almasından imtina etməsi qanunazidd hesab edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, "xxxx" QSC-yə aid mövcud əmlakın texniki pasportunun əldə edilməsi və ya onun adına verilmiş həmin əmlakın söküldüyü iddia edildiyi halda əmlaka dair qeydlərin mübahisələndirilməsi ilə bağlı məsələlər hazırkı inzibati məhkəmə icraatında öz həllini tapa biləcək məsə lələr deyildir. Başqa sözlə, hazırkı hüquqi vəziyyət cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təminindən imtina etməsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2483/2022 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-639/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ona məxsus torpaq sahəsinin koordinatları müəyyən edilsə də, "xxxx" QSC-nin mülkiyyətində olan 71,20 kv.m daşınmaz əmlakın koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin mütəxəssis rəyi ilə iddiaçıya məxsus torpaq sahəsi və tikililərin "xxxx" QSC-yə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsini, eləcə də həmin fərdi yaşayış evi ilə "xxxx" QSC-nə məxsus fərdi yaşayış evinin yerləşmə vəziyyətlərini də müəyyən etmək mümkün olmamışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra "xxxx" QSC-nin əməkdaşları tərəfindən mülkiyyətində olan ünvan 4 ünvanındakı fərdi yaşayış evinin bir hissəsi zəbt edilmişdir. Ona görə də məhkəmənin qəbul etdiyi qərarda qeyd edilən ünvandakı fərdi yaşayış evinin və torpaq sahəsinin bir hissəsinə "xxxx" QSC-nin faktiki istifadəsində olması barədə gəldiyi qənaət də tamamilə əsassızdır.

14. İddiaçı, həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cü maddəsinin 1-ci və 3-cü bəndləri və Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbləri pozularaq onun mülkiyyət hüququ pozulmuşdur. b) kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fakt iki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Apellyasiya məhkəməsi iddianın predmeti ilə bağlı məsələni lazımi qaydada araşdırmış, istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Məhkəmə kollegiyası, həmçinin apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, fərdi yaşayış evi ilə bağlı iddiaçı i lə yanaşı üçüncü şəxs "xxxx" QSC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakında qeydiyyata alınmış qeydlər mövcuddur, üçüncü şəxsin adına olan qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş, qeydlərin qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, həmin qeydlərin mötəbərliyi və tamlığı prezumpsiyası qüvvədədir.

24. Bu səbəbdən cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hesab edilir.

25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2483/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar