Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-681/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyası, pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-556/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus diploma, eləcə də əmək kitabçasına əsasən o, xx.xx.1975xx.xx.1980-cı illərdə ali təhsil almış, xx.xx.1995-xx.xx.2000-ci illərdə X2 əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. Bundan başqa Azərbaycan Respublika sı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon Bölməsinin xx.xx.2022-ci il tarixli 192 nömrəli arayışında iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdərə rayonu istiqamətində olan döyüşlərdə iştirak etdiyi müəyyən edilir.
4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 16 sentyabr 2022-ci il tarixli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əmək pensiyasının bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1974-cü ilin 1 noyabrından əmək fəaliyyətinə başlamış, 1974-cü ildə 2 ay, 1975-ci ildə 6 ay işləmiş, 8 ay kolxozçular üçün əmək günlərini yerinə yetirmişdir. 8 ay üçün 136 əmək günü tələb olunduğu halda, iddiaçı 159 əmək günü qazanmışdır. 1975-ci ilin iyul ayında işlədiyi “Qələbə” kolxozunun göndərişi ilə Azərbaycan Kənd Təsərrüfatı institutunda təhsil almağa göndərilmiş, 1975-ci ilin sentyabrından 1980-ci ilin sentyabr ayına kimi təhsil almışdır. 1980-ci ilin may ayının axırında diplom müdafiə etmiş, institutda hərbi kafedra olduğuna görə diplom müdafiəsindən sonra iy ul-avqust aylarında təlimdə olmuş və imtahan verərək leytenant rütbəsi almışdır. 6 iyul 1980-cı il tarixdə hərbi and içmişdir. Buna görə də Kənd Təsərrüfatı institutunda təhsil müddəti 5 (beş) il hesablanmalıdır. 1980-ci il sentyabr ayında təyinatla təhsil almağa göndərildiyi kolxoza işləməyə gəlmişdir. 1981-ci ilin yanvar ayından təhsil almağa göndərildiyi "‘Qələbə” kolxozunda zootexnik, baş zootexnik işləmişdir. Sonra Nəsimi adına kolxozda, X2 2000-ci ilin aprel ayının 15-inə kimi fasiləsiz işləmişdir. Arxiv sənədləri alarkən 1999-2000-ci ilin əmək haqqı cədvəllərinin təsərrüfatdan arxivə verilmədiyi məlum olmuşdur. 1993-cü il dekabrın əvvəlindən könüllü olaraq Qarabağ müharibəsinə qatılmışdır. xx.xx.1998-xx.xx.1994-cü illərdə Ağdərə-Tərtər uğrunda döyüşlərdə iştirak etmişdir. Bu 9 ay ya rımlıq döyüş dövrü 1 günə 3 gün hesabı ilə hesablanaraq əmək stajına daxil edilməlidir. Ölkədə torpaq islahatı getdikdən sonra fərdi təsərrüfatla məşğul olmuş, torpağa görə vergiləri vermişdir. 2005-ci il avqust ayının 12-də Qax rayon Sosial Müdafiə idarəsinə 2002, 2003, 2004, və 2005-ci illər üçün 183500 manat və 2006-cı ildə 18.21 manat pensiya fonduna pul ödəmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fonduna dəfələrlə rəsmi müraciət etmiş və iş stajının düzgün hesablanmadığını bildirmişdir. Ona ödənişlərin sistemdə görünmədiyi bildirilmişdir. Ödədiyi vəsaitin təsdiqedici qəbzlərini də saxlamışdır. Sentyabr ayında olan müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək stajı 23 il, 10 ay, 5 gündür. Arxivdən yeni sənədlər almış və həmin sənədlərə görə əmək stajı 1 il artırılmalı idi. Sonuncu dəf ə cavabdehə 2022-ci ilin oktyabr ayının 27-də müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hesab edir ki, iş stajı aşağıdakı kimi hesablanmalıdır: - 1974-cü ildə - 2 ay, 1975-ci ildə 6 ay həmin dövrdə kolxozçular üçün minimum iş gününü ödəmişdir. Minimum iş günü 17 gündür. 09.19751980-ci ilin sentyabr ayınadək Azərbaycan KT inistitunda 5 il tələbə, 01 yanvar 1981-ci ildən, 15 aprel 2000-ci ilə kimi zootexnik - 19 il 3 ay 15 gün, müharibə dövrü 9,5x 2= 19 ay1 il 7 ay. Ödənişlərsiz stajı 26 il 6 ay, 15 gün edir. Ona verilən qəbzlərdə göstərilir ki, pul ödənilən vətəndaşın iş stajına daxil edilir. Onun pul ödədiyi dövr 5 ilə bərabərdir. Beləliklə onun əmək stajı 26 il,6 ay, 15 gün + 5 il = 31 il 6 ay 15 gün.
7. Daha sonra iddiaçı cavabdeh orqanı dəqiqləşdirərək DSMF PHŞ-nin Sosial Ö dənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd etmiş və “yaşa görə əmək pensiyasının təyin edilməsi” öhdəliyinin həmin inzibati orqan üzərinə qoyulmasını xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2746/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
10. Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(116)-747/2023 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının pensiya hüququnun olmasına baxmayaraq cavabdeh tərəfindən verilmiş imtina qanunsuz olmuşdur. Belə ki, iş materiallarında olan sübutlarla iddiaçının 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir.
12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-556/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X6 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(116)747/2023 saylı qərarı dəyişdir ilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1, 25, 22-1.1-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
17. Kassator bildirmişdir ki, iddiaçının təqdim etdiyi 2002-2005 və 2006-cı illər üzrə ödəniş qəbzlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sı ğorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 1 yanvar 2006-cı il tarixdən başlandığı üçün 1 yanvar 2005-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların verilməsi Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən mümkün olmamışdır.
18. Daha sonra qeyd edilmişdir ki, iddiaçının Qax Rayon Dövlət Arxivinin xx.xx.2022ci il tarixli 175 nömrəli arxiv arayışında qeyd olunan digər dövrlər kolxozçunun əmək kitabçasında əks olunmamışdır. Təqdim edilən s ənədlərə əsasən adıçəkilən şəxs əmək kitabçasında qeyd olunan 01.01,1999-cu il tarixdən 04.01,2000-ci il tarixədək olan dövrlər üzrə əməkhaqqı almamışdır. Qeyd olunan səbəblərdən həmin dövrlərin mübahisələndirilən dövr kimi sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizli yə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək p ensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 200 6-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 221.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməs i və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Ə mək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
32. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Cavabdehə görə iddiaçı 25 il ümumi stajı toplamamışdır.
33. Cavabdeh qeyd edir ki, Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 175 nömrəli arxiv arayışında göstərilən dövrlər əmək kitabçasında əks olunmamışdır.
34. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçının işlədiyinə dair qeydlərin əmək kitabçasında öz əksini tapmaması ona pensiya təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
35. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qan unun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.
36. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabi neti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.
37. İddiaçı Qax rayonu Qax-Muğal kənd “Qəbələ” kolxozunda və Qax rayonu İngiloy Kötüklü kəndi “Nəsimi” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmasına dair Qax rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 175 və 176 nömrəli arayışları, Qax rayonu X2 əmək fəaliyyəti ilə məşğul olmasına dair Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 274 nömrəli arxiv arayışını təqdim etmiş, işə baxan aşağı instansiya məhkəmələri arxiv ar ayışlarını sübut kimi qəbul edərək, həmin müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi nəticəsinə gəlmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, həmin arayışlara əsasən iddiaçının Qax rayonu Qax-Muğal kənd “Qəbələ” kolxozunda işlədiyi müddətin cəmi 2 il 8 ay 22 günə, Qax rayonu İngiloy Kötüklü kəndi “Nəsimi” adına kolxozda işlədiyi müddətin cəmi 10 il 9 ay 27 günə, X2 işlədiyi müddətin cəmi 4 il 6 ay 11 günə bərabərdir.
39. Şikayətdə həmçinin qeyd edilir ki, iddiaçının təqdim etdiyi 2002-2005 və 2006-cı illər üzrə ödəniş qəbzlərinin araşdırılması ilə bağlı Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktuba cavab olaraq bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statist ika” bölümündə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir.
40. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin kassasiya şikayətində qeyd etdiyi bu arqumentin heç bir hüquqi əsası yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qa nunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
41. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X11) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
42. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
44. Odur ki, 1 yanvar 2005-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların olmaması həmin müddətin staja daxil edilməməsi üçün əsas deyildir.
45. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası iddiaçıya münasibətdə avtomatlaşdırılmış pensiya məsələsinə də aydınlıq gətirilməsini məqsədə müvafiq hesab edir.
46. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 4
7. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;
48. İstinad olunan normalardan görünür ki, avtomatlaşdırılmış qaydada pensiya təyini 2006-cı il yanvarın 1-dək olan sığorta stajı yetərli olmayan şəxslərə təyin olunur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici avtomatlaşdırılmış qaydada pensiya təyini üçün müəyyən məhdudiyyətlər qoymuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu i l yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
50. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, bu da 2019-cu ilin yanvarın 1-dən sonra baş vermişdir. Bu səbəbdən də iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinin şərti mövcud olmamışdır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən iddiaçının pensiya hüququ yaranmışdır.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası m əhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-556/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.