Məhkəmə qərarları › İş №2-1(102)-681/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-681/2025

10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-681/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.04.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxs X9) qarşı “mənzilin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(104)-621/2024 nömrəli, 3 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 433 nömrəli arayışından görünür ki, əsgər X11 xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2021-ci il tarixdən X11 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir.

2. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 348 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəhid ailəsi İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

3. Gəncə-ASAN xidmət mərkəzi Notariat Ofisinin xx.xx.2021-ci tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi anası İddiaçıdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 005567 nömrəli, xx.xx.2021-ci il tarixli “Şəhid: ailəsi üzvünün vəsiqəsi”indən görünür ki, həmin vəsiqə İddiaçı məxsusdur.

5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2899/2023 nömrəli, xx.xx.2023-cü il tar ixli qərarından görünür ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

6. Göygöl rayon İcra Hakimiyyətinin 23 may 2024-cü il tarixli, 5-47-4/2-15-353/2024 nömrəli məktub və ona əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 may 2024-cü il tarixli, 5-47-10/2-16106/2024 nömrəli məktubundan müəyyən olunur ki, nümayəndəlikdə mövcud olan 42 nömrəli ev təsərrüfatların uçotu kitabının 61-ci səhifəsində olan 4078 nömrəli şəxsi hesabına əsasən ünvan 3 ünvanda təsərrüfat başçısı kimi X9 və həmin şəxsi hesabda Təsərrüfatın xüsusi mülkiyyətində və istifadəsində olan tikililər bölməsində evin 1988-c i ildə tikildiyi qeyd edilmişdir.

7. Göygöl rayon İcra Hakimiyyətinin 23 iyun 2023-cü il tarixli, 125 nömrəli sərəncamı əsasında Göygöl rayonunda yaşayan və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsi İddiaçı uçotdan çıxarılmış və uçot sənədləri baxılması üçün hazırkı yaşayış yeri üzrə Gəncə şəhər İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır.

8. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli, 348 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Hal-hazırda uçot siyahısında 348-ci sıradadır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-15818/2024 nömrəli etiraz ərizəsindən görünür ki, İddiaçı 18 avqust 2023-cü il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə dayanmışdır. İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun baxılacaqdır.

10. Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-833/2016 nömrəli qətnaməsindən görünür ki, X1 Elnarə Fərman qızı arasında olan Göygöl (Xanlar) rayon VVAQ şöbəsində qeyd edilmiş 02 oktyabr 1998-ci il tarixli, 76 saylı nikah akt qeydinin pozulması, xx.xx.1998-ci ildə anadan olmuş X8 və 01 yanvar 2000-ci ildə anadan olmuş X4 ataları X3 yanında qalmaları qət edilmişdir. 11. 21.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanınd a yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı ½ hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3142/2017 nömrəli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 saylı evə köçürülməsi qət edilmişdir.

13. Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli aktının surətindən müəyyən olunur ki, İddiaçı ünvan 4 saylı evə köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış mənzilinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid ail əsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından sonra cavabdeh təşkilatın nümayəndələri ilə görüş keçirilmiş və ona Gəncə şəhərində yeni inşa edilmiş “MİDA” adlanan binalardan birindən mənzil veriləcəyi bildirilmiş, lakin bir müddət sonra cavabdehin nümayəndəsi ona mənzilin verilməməsi barədə şifahi məlumat verilmişdir.

16. Birinci instansiya məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilməsinə dair X3 ərizəsi təmin edilmiş və o, məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-1787/2024 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi nə qarşı mənzilin verilməsi tələbinə dair iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası mehkemesində icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(104)-621/2024 nömrəli, 3 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Bayramov sədrlik edən və məruzəçi, Ə.Abdullayev və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinə müsbət cavab verməsə də, müraciətin təmin edilməsindən imtinasını heç b ir əsasla əsaslandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam ləğv edilməmiş, etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sərəncamlara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. Öz növbəsində iddiaçının şəxsin güzəştli mənzil növbəsindən çıxarılması barədə hər hansı bir qərar qəbul edilməmişdir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsin i və İddiaçı Cavabdeh-nə qarşı “mənzil ” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşu nun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020 – 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir.

23. Sərəncamın mahiyyətindən də göründüyü kimi şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulsa da, həmin şəxslərə ayrı-ayrılıqda deyil, bir mənzilin ayrılması nəzərdə tutulmuşdur.

24. Çünki mənzil və ya fərdi ev bir şəhidə görə verilir.

25. Hazırkı mübahisə çərçivəsində verilən təminat mənzildir və ayrı-ayrılıqda mənzil verilməsi mümkün olmadığından X2, həmçinin X3 uçota götürülmələri haqqında Sərəncamları hər iki tərəfin tək bir mənzil ilə təmin olunması məsələsini özündə ehtiva edir. Lakin məhkəmə qərar qəbul edərkən üçüncü şəxs kimi cəlb olunmuş X3 şəhid ailəsi üzvü kimi maraqlarını nəzərə almamış və qərarın mənzillə təmin edilməsi ilə bağlı hissəsində öz əksini tapmamışdır.

26. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və İddiaçı Cavabdeh-nə qarşı “mənzil ” tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəril mişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(104)-621/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “... iddiaçı mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olan şəxs hesab olunur və o, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum olunmamalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinin tələblərindən də göründüyü kimi, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinin mənzillə təmin edilməsi şəxsin şəhid olması faktından irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasından sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Digər tərəfdən, onun yaşayış sahəsi ilə təmin edilməsi cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi kimi digər şəxslərin hüquqlarının həçminə təsir etmir və onun realizə edilməsinə mane olmur...”

31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlə r haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

32. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. 34. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəra itinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.

35. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və k onstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüy ünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanının 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məl umatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzər də tutulmuşdur.

37. Beləliklə hazırkı qanunvericilik aşağıdakı kateqoriyadan olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 2. şəhid ailələri;

3. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 4. xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər; 5. xx.xx.2021-ci il tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları.

38. Qeyd edilən normalardan görünür ki, həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir.

39. Həmçinin iş materiallarından görünür ki, iddiaçı və üçüncü şəxsin birgə nikahdan olan övladları mərhum X11 xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. Belə ki, əsgər X11 xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.x x.2021-ci il tarixdən X11 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Bundan sonra şəhid X4 qanun üzrə vərəsəsi anası İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətində, digər qanun üzrə vərəsəsi X9 isə xx.xx.2021-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvi kimi güzəştli mənzil növbəsinə qəbul edilmişlər. Həmin sərəncamlar hazırda qüvvədədir, ləğv edilməmişdir. 40. 005567 nömrəli, xx.xx.2021-ci il tarixli “Şəhid: ailəsi üzvünün vəsiqəsi”indən görünür ki, həmin vəsiqə İddiaçı məxsusdur.

41. Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-833/2016 nömrəli qətnaməsindən görünür ki, X1 Elnarə Fərman qızı arasında olan Göygöl (Xanlar) rayon VVAQ şöbəsində qeyd edilmiş 02 oktyabr 1998-ci il tarixli, 76 saylı nikah akt qeydinin pozulması, xx.xx. 1998-ci ildə anadan olmuş X8 və 01 yanvar 2000-ci ildə anadan olmuş X4 ataları X3 yanında qalmaları qət edilmişdir. 42. 21.06.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı ½ hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

43. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3142/2017 nömrəli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 saylı evə köçürülməsi qət edilmişdir.

44. Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli aktının surətindən müəyyən olunur ki, İddiaçı ünvan 4 saylı evə köçürülmüşdür.

45. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X9 bildir di ki, şəhid Salman Musayevin atasıdır. Göygöl Rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinə əsasən iddiaçı ilə nikahları pozularkən şəhid övladını himayəsində saxlayan, tərbiyə edən və böyüdən valideyn olduğunu vurğulamıç, Göygöl Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alındığını bildirərək qeyd etdi ki, keçmiş həyat yoldaşı İddiaçı şəhid olan övladına baxmamış, uşaqlar onun himayəsində böyümüşlər. Həmçinin göstərdi ki, şəhid ailəsinin üzvü kimi özü və İddiaçı mənzil növbəsinə alınmışlar. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, İddiaçı mənzil verilməsinə etirazı yoxdur. Ancaq onlara bir ev verilərsə orada İddiaçı ilə yaşaması qeyri-mümkündür. Bu səbəbdən də onun özünə də ayrıca mənzil verilməsini xahiş etdi.

46. Lakin yuxarıda göst ərilmiş maddi hüquq normalarından göründüyü kimi, şəhid olmuş bir şəxsin ailəsinə yalnız bir güzəştli şəkildə mənzil verilə bilər.

47. Cavabdehin həmin məsələdə mövqeyi belədir ki, “Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliyi siyahısında İddiaçı xx.xx.2023-cü il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə dayanmış və onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun baxılacaqdır.”

48. Lakin məlum olduğu kimi, şəhid olmuş X7, onun hüquqi varisi olan atası da var.

49. Bu baxımdan apellyasiya məhkəməsinin hazırkı inzibati mübahisə üzrə “ya şayış sahəsi ilə təmin edilməsi digər şəxslərin hüquqlarının həcminə təsir etmir və onun realizə edilməsinə mane olmur” kimi qənaəti əsaslı sayıla bilməz.

50. Belə ki, şəhidin atası apellyasiya məhkəməsində vermiş olduğu yuxarıda göstərilən mövqeyini bildirsə də, adıçəkilən maddi hüquq normalarından göründüyü kimi şəhid X5 ailəsinə yalnız bir mənzil ayrılmalıdır.

51. Lakin apellyasiya məhkəməsi bunu nəzərə alsa da, İPM-in 13-cü maddəsinin maddələrini tətbiq etməmiş və şəhidin atasına hazırkı iddiaya qoşulmaq təklifi istiqamətində yardım etməmiş, onun bu məsələyə rəyini öyrənməmiş, bununla da şəhidin atasının hüquqlarını pozmuşdur.

52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılma sı üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)621/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar