Məhkəmə qərarları › İş №2-1(102)-682/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-682/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-682/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: prosessual müddətin bərpasına dair ərizənin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 avqust tarixli 2-1(103)1456/2019 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizəni və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x massivində yerləşən x nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 fevral tarixli 21(82)721/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 avqust tarixli 2-1(103)-1456/2 019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020ci il 03 mart tarixli 2-1(102)-682/2020 nömrəli qərardadı ilə şikayət üzrə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. İddiaçı 2019-cu il 02 sentyabr tarixdə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 avqust tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin dəlilləri: İddiaçı prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 2019-cu il 14 avqust tarixli qərarı iddiaçıya poçt rabitəsi vasitəsi ilə rəsmi şəkildə qəbul edildiyi gündən gec gəlib çatmışdır. Belə ki, məhkəmə aktı 2019-cu il 29 avqust tarixdə qəbul edilsə də, iddiaçıya bu barədə gec məlumat verilmişdir. Bu səbəbdən, qərardan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçının vəkili ərizədə göstərilənləri müdafiə edərək şikayət üzrə kasasiyanın mümkün sayılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Prosessual müddətin bərpasına dair ərizə aşağıdakı səbəblərə görə mümkün sayılmamalı, ərizənin qəbulundan imtina olunmalıdır. İşdən göründüyü kimi, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 avqust tarixli 2-1(103)-1456/2019 nömrəli qərarından xx xxxxxx 2019-cu il tarixdə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 06 fevral tarixli 2-1(102)682/2020 nömrəli bildirişi ilə iddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, işin materiallarına görə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 019-cu il 14 avqust tarixli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2019-cu il 29 avqust tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2019-cu il 14 noyabr tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuşdur. Lakin prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də, Azərb aycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 03 mart tarixli 2-1(102)-682/2020 nömrəli qərardadı ilə şikayət üzrə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. İPM-in 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırkı halda, prosessual müddətin bərpasına dair ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 03 mart tarixli 2-1(102)-682/2020 nömrəli qərardadı qəbul edilənədək təqdim olunması imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aş kar kənara çıxan hər hansı hala dair məlumat yoxdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 avqust tarixli 2-1(103)-1456/2019 nömrəli qərarından iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə dair icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 03 mart tarixli 2-1(102)-682/2020 nömrəli qərardadı ilə başa çatdığından, prosessual müddətin bərpasına dair hazırkı məzmunda ərizənin mümkün sayılması və baxılması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 24, 90, 96-cı maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpasına dair ərizə mümkün sayılmır, ərizənin qəbulundan imtina edilir. Sədrlik edən: Ha kimlər: imza imza İ.K.Hüseynov X.S.Məmmədov imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar