Məhkəmə qərarları › İş №2-1(102)-682/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-682/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-682/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması; qiyabi bakalavr təhsili; mənfi rəy; xarici ölkədə olma müddətinin az olması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli 2- 1(103)-2533/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (№ *******; fin xxxxxxx) xxxx tarixində ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı 14 noyabr 2014-cü il tarixindən 30 iyun 2018-ci il tarixinədək Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində “Turizm” hazırlığı istiqaməti üzrə qiyabi formada təhsil almış, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında B18 seriyalı, 212653 nömrəli bakalavr diplomu verilmiş, diplom 24 iyul 2019-cu il tarixində apostil olunmuşdur.

3. İddiaçı B18 saylı 212653 nömrəli diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 17 senty abr 2020-ci il tarixində ona imtina cavabı verərək müraciəti təmin etməmişdir. Cavabdeh imtinanın səbəbi kimi iddiaçının Ukrayna Respublikası ərazisində qısa müddətdə olmaqla ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət etmədiyini göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən iddiaçıya verilmiş B18 saylı 212653 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınmasından imtina barədə cavabdehin qərarının qanunsuz hesab edilməsi və həmin diplom üzrə ixtisasın tanınması vəzifəsini n cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bütün dövlət universitetlərində olduğu kimi iddiaçının da bitirdiyi universitetdə qiyabi formada təhsil alan tələbəyə növbəti sessiyaya hazırlaşması üçün müvafiq şərait yaradılmışdır. Bu məqsədlə universitet tərəfindən hazırlanmış onlayn şəxsi təhsil sistemi vasitəsilə tələbəyə hazırlaşması üçün materiallar göndərilir və müvafiq məsləhətlər verilirdi. Bütün bunlardan istifadə edərək sessiya zamanı universitetdə olma müddəti qısa olsa da, imtahan və məqbulları bütünlüklə vaxtlı-vaxtında vermiş, tam tədris proqramını mənimsəyərək tədris planını uğurla yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. İddiaçının təhsil aldığı universitetin verdiyi biliklər dünya standartlarına tam uyğundur. Onun rus dilini mükəmməl bilməsi də, bu imkanlardan yararlanmasını asanlaşdırmışdır. Qeyd edilənlərlə əlaqədar arayışlar universitet tərəfindən iddiaçıya göndərilsə də, o, arayışların heç birini elektron müraciətinə əlavə etməmiş, cavabdeh orqan da iddiaçıdan tələb etməmişdir. Cavabdeh iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina etməklə Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin müddəalarını kobud surətdə pozmuşdur.

6. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Na zirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun deyil. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur ( İ il – 12 gün, İİ il – 14 gün, İİİ – il 10 gün, İV – il 16 gün). Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.

7. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-3128/2021 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia rədd edilmişdi r.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayan müddətdə Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir. İddiaçı Ukrayna Respublikası ərazisində 1-ci il 12 gün, 2-ci il 14 gün, 3-cü il 10 gün, 4-cü gün 16 gün olmaqla, təhsilin normativ müddəti tələbinə əməl etməmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 9 dekabr 2021-ci il tarixli 2-1(103)-2533/2021 nömrəli qərarı ilə ( hakimlər: A.Hüseyn - sədrlik edən, A. Hüseynov və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021ci il tarixli, 2-1(112)-3128/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli 2-1(103)-2533/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qey d olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəyin verilməsi əsasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndində əks olunmuşdur. Cavabdeh isə mənfi rəyi həmin əsaslara uyğun olaraq deyil, iddiaçının illər üzrə tədris aldığı ölkədə qısa müddətdə olması ilə əsaslandırmışdır. Halbuki, mənfi rəy iddiaçının illər üzrə təhsil aldığı ölkədə az müddətdə olması ilə əlaqədar verilə bilməzdi. Çünki, normada belə bir hal nəzərdə tutulmamışdır.

14. Cavabdehin etirazının əsası başqa hal olsa da, məhkəmə qərarını iddiaçın ın xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçı qiyabi təhsil aldığı ölkədə 5 il olması ilə bağlı sənədləri (müvafiq arayışların və pasportunun təsdiq edilmiş surətini) birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin məhkəmələr həmin sənədləri nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilmə si (nostrifikasiya) Qaydaları” Bənd 1.1. Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respubli kasının Təhsil Nazirliyi tərəfindən verilir. Bənd 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə ü zrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

17. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş: Maddə

5. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili dava m etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: Bənd 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəy yənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımd an lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından məlumdur ki, idd iaçı Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında bakalavr diplomu verilmiş, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçı Ukrayna Respublikası ərazisində qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri mümkündür. Beləliklə, iddiaçıya münasibətdə ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir.

24. Bununla razılaşmayan kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının illər üzrə tədris aldığı ölkədə qısa müddətdə olması onun ixtisasının tanınması barədə mənfi rəy verilməsinə əsas ola bilməz. Aşağıda qeyd olunanlara əsasən məhkəmə tərkibi kassatorun dəlillərini əsassız hesab edir.

25. Hazırkı qərarın 16-18-ci bəndlərində qeyd edilən normaların məzmunundan görünür ki, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması mənfi rəy verilməsi üçün əsasdır.

26. İşin araşdırılmış hallarında da məlum olduğu kimi, iddiaçı Ukrayna Respublikası ərazisində İ il – 12 gün, İİ il – 14 gün, İİİ il – 10 gün, İV il – 16 gün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən isə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sesiyası) ibarətdir.

27. Göründüyü kimi, iddiaçının Ukrayna Respublikası ərazisində olduğu müddət qanunvericilikdə göstərilən təhsilin normativ müddətindən azdır. İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş müddət ərzində Ukrayna Respublikasının Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir.

28. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli 2-1(103)-2533/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli 21(103)-2533/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar