Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-682/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və rütbənin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-3413/20 22 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 0122 nömrəli əmri ilə iddiaçının hərbi rütbəsi Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq bir pillə aşağı endirilmiş, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılması üçün müvafiq sənədlərin hazırlanması qərara alınmışdır.
2. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 934 ş/h nömrəli əmri ilə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
3. Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə X2 şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinin sabiq hərbi qulluqçusu 2-ci dərəcəli kapitan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq ona Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmr elan olunmuş və əmrlə tanış olması üçün Sahil Mühafizəsinə dəvət edilmişdir. 2-ci dərəcəli kapitan İddiaçı xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinə gəlmiş və Sahil Mühafizəsinin nəzarət buraxılış məntəqəsində kontradmiral X3 tərəfindən təyinat vərəqəsi ona təqdim olunmuşdur. Onun tərəfindən bu barədə təyinat kitabına imza edilmişdir. O, sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İd arəsinə göndərilməsini xahiş etmişdir. Onun sənədləri SHXÇDX-nin Nərimanov rayon İdarəsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı 15 noyabr 2021-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun kapitan rütbəsinə endirilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli 0122 nömrəli əmrinin ləğv edilməsi və onun 1-ci dərəcəli kapitan rütbəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində uzun müddət xidmət etmişdir. Göstərdiyi xidmət ərzində dəfələrlə müxtəlif mükafatlar almış, 1-ci dərəcə li kapitan dərəcəsinə qədər yüksəlmişdir. 16 iyun 2021-ci il tarixdə növbəti məzuniyyətə buraxılmışdır. Məzuniyyətdə olduğu vaxt, yəni 15 iyun 2021-ci il tarixdə ona məlum olmuşdur ki, Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixində onun rütbəsi 1-ci dərəcəli kapitan rütbəsindən 2-ci dərəcəli kapitan rütbəsinə endirilmişdir. Bundan sonra cavabdeh onu 13 sentyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarmaqla silahlı qüvvələrin ehtiyatına buraxmışdır (əmr xx.xx.2021-ci il). O, qüsursuz xidmətə görə müxtəlif medallarla təltif edilmişdir. Qarabağ müharibəsi veteranıdır. Lakin cavabdeh heç bir əsas olmadan, hətta ona xəbər vermədən, qeyri-qanuni olaraq onun rütbəsini aşağı salmışdır. Hərbi xidmətdən ehtiyata buraxılmağından yalnız 2021-ci ilin iyun ayının 15-də növbəti məzuniyyətdə o larkən xəbərdar olmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisinin bu barədə xx.xx.2021-ci il tarixli əmri ona elan edilməmiş və həmin əmrin surəti ona verilməmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli, 2-1(112)-3781/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 0122 nömrəli əmri xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi tarixdə məlum olmuşdur. Eyni zamanda, iddiaçı iddia ərizəsində rütbəsinin endirildiyinin ona xx.xx.2021-ci il tarixdə məlum olduğunu və daha sonra xx.xx.2021- ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla silahlı qüvvələrin ehtiyatına buraxıldığını qeyd etmişdir. Bundan başqa, iddiaçının qeydiyyat kitabına xx.xx.2021-ci il tarixdə imza etməklə qəbul etdiyi təyinat vərəqəsində də 2-ci dərəcəli kapitan hərbi rütbəsində olması qeyd edilmişdir.
9. İddiaçının dəlillərinə münasibətdə məhkəmə göstərmişdir ki, intizam cəzası verilmiş şəxslərə bu barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edi lməsi və işə mahiyyəti üzrə baxmaqla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-3413/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli, 2-1(112)-3781/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxmaqla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları kassasiya şikayətində sadalamış və əlavə olaraq göstərmişdir ki, o, nəinki cinayət törətmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Dəfələrlə orden və medallarla təltif edilmiş, Qarabağ müharibəsi veteranıdır. Lakin məhkəmə işə baxarkən bütün bu qeyd edilənlərin heç birini nəzərə almamışdır. O işi birtərəfli araşdırmaqla yalnız cavabdehin göstərdiyi əsassız və qeyri-qanuni mülahizələrə əsaslanaraq qərardad qəbul etmişdir.
15. Məhkəmə qərardad qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 24, 25 və 127-ci maddələrində nəzərdə tutulmuş qanun və məhkəmə qarşısında bərabərlik, dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətdə hər kəsin bərabər hüqu qlarının təmin edilməsi və insan ləyaqətinin qorunması və ona hörmət edilməsi məsələsinin konstitusion hüquq olmasına diqqət yetirməmişdir.
16. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Lakin məhkəmə yalnız cavabdeh tərəfin ifadəsini nəzərə almışdır. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə qərardad qəbul etdiyi ərəfədə zalda bildirmişdir ki, “Onsuz da bizim dediyimiz kimi olacaq, heç bir iddia tələbiniz təmin olunmayacaq. Nə fərqi vardır ki, onsuz da İ dərəcəli kapitan rütbəsi ilə İİ dərəcəli kapitan rütbəsi arasındakı fərq 1,50 manat təşkil edir”. Bu səbəbdən məhkəmənin hansı qənaətə gələcəyinin tərəflərə qeyri-rəsmi olaraq elan edil diyini hesab edir.
17. İstinad etdikləri halları sübuta yetirməmişlər. Tərəfindən təqdim edilmiş sübutlara məhkəmə hüquqi qiymət verməmiş və bu səbəbdən əsaslandırılmamış qərardad çıxarmışdır. İddiaçının xahişinə baxmayaraq məhkəmə mübahisələndirilən əmrin dəfələrlə xahiş etmələri əsasında cavabdeh tərəfindən təqdim olunmamasına diqqət yetirməmiş, nə vaxt, hansı şəraitdə həmin əmrlə tanış olmasını cavabdehdən soruşmamışdır. Məhkəmə mövcud mübahisəni düzgün araşdırmamış, yalnız cavabdehin qanunauyğun olmayan mülahizələrinə istinad etməklə qərardad çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmi ş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya məhkəməsi iddianın mümkünlük şərtlərini lazımi qaydada araşdırmışdır.
25. İşdə olan xx.xx.2021-ci il tarixli akta əsasən, sabiq hərbi qulluqçu olan iddiaçının tərxis olunması ilə bağlı əmr 16 iyun 2021-ci il tarixində mobil telefonu vasitəsi ilə elan olunmuş və əmrlə tanış olması üçün Sahil Mühafizəsinə dəvət edilmişdir. İddiaçı Sahil Mühafizəsinə gəlmiş və Sahil Mühafizəsinin nəzarət buraxılış məntəqəsində kontr-admiral X3 tərəfindən təyinat vərəqəsi ona təqdim olunmuşdur. Onun tərəfindən bu barədə təyinat kitabına imza edilmişdir. İddiaçı sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinə göndərilməsini xahiş etdiyindən onun sənədləri həmin İdarəyə göndərilmişdir.
26. Bundan əlavə, iddiaçı iddia ərizəsində rütbəsinin endirildiyinin ona xx.xx.2021-ci il tarixdə məlum olduğunu və daha sonra xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla silahlı qüvvələrin ehtiyatına buraxıldığını qeyd etmişdir. Bundan başqa, iddiaçının qeydiyyat kitabına xx.xx.2021-ci il tarixdə imza etməklə qəbul etdiyi təyinat vərəqəsində də 2-ci dərəcəli kapitan hərbi rütbəsində olması qeyd edilmişdir.
27. Beləliklə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı sözügedən əmri İ PM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 21(103)-3413/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.