Məhkəmə qərarları › İş №2-1(102)-682/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-682/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-682/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş təqaüd məbləğinin geri qaytarılması barədə inzibati aktın mübahisələndirilməsi; inzibati icraat qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1984-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filia lına qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2282/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik müəyyən edildiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü təyin edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlə rə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir.

3. Müəyyən edilmişdir ki, iddiaçıya müharibə əlillərinə verilən Prezident təqaüdü ödənilməsi davam etməsinə baxmayaraq, həm də xx.xx.2019-cü il tarixdən müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmiş və ödənilməyə başlanılmışdır.

4. Aparılmış araşdırma zamanı iddiaçıya sözügedən təqaüdlərin eyni vaxtda ödənildiyi və bunun qanunvericiliyin tələblərinə zidd olması səbəbilə iddiaçıya müharibə veteranlarına verilən Prezident təqaüdünün ödənilməsi dayandırılmışdır. 5. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya müharibə veteranı kimi verilmiş 2720 (iki min yeddi yüz iyirmi) manatın artıq ödənildiyi müəyyən edilmişd ir. 6.İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı DOST Mərkəzinə müraciət edərək müharibə əlili kimi ona təyin edilmiş Prezident təqaüdündən tutulma barədə məlumat verilməsini xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iddiaçının İİ dərəcə əlilliyi müəyyən edildiyindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda, xx.xx.2019-cu il tarixdən ona müharibə veteranı kimi Prezident təqaüdü təyin edilmiş, araşdırma zamanı xx.xx.2022-ci il tarixində təqaüdün ödənişi dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentini n “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il 641 nömrəli Fərmanına əsasən müharibə veteranlarına təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 19411945-ci illər X2 iştirakçılarına, X1 dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarda işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, Leninqradın mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir. Qeyd olunanlara əsasən bildirilir ki, ona müharibə əlillərinə verilən Prezident təqaüdü ödənildiyi halda, xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən müharibə veteranlarına verilən Prezident təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixində dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022- ci il tarixinədək 2720 manat (müharibə veteranı kimi ödənilmiş Prezident təqaüdü) Prezident təqaüdünün artıq ödənildiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ca vabdehin ondan xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 2720 manatın tutulmasına dair hərəkətlərinin qanunsuz sayılmasına dair qərar qəbul edilməsin xahiş etmişdir.

9. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbini “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması:

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 2017-ci ildə Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək xidmətə yararsız təyin olunub ordu sıralarından ehtiyata buraxılmış və həmin ildən Tibbi Sosial Ekspert Komissiy ası tərəfindən Azərbaycan Respublikasının müdafiəsi və Konstitusiyanın qorunması ilə əlaqədar olaraq ona 2-ci qrup əlillik təyin olunub.

11. Azərbaycan Respublikasının Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün” təsis edilməsi haqqında xx.xx.2019-cu il 641 nömrəli fərmanına əsasən müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün və müharibə ilə əlaqədar olaraq əlilliyi olan şəxslərə, Azərbaycan Respublikasının təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan təqaüdlərdən yalnız biri - ən yüksəyi verilir.

12. İddiaçıya veteranlığına görə Prezidentin təqaüdü 2016-cı ildə və müharibə əlilliyinə görə Prezidentin təqaüdü 2017-ci ildə təyin olunub. O, xx.xx.2019-cu il fərmanından nə məlumatlı olmuş, nə də onu bu barədə heç bir qurum məlumatlandırmıyıb.

13. Bu səbəbdən veteranlıq təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmış və cavabdeh tərəfindən ondan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilən 2720 manat məbləğində pulun tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı hesab edir ki, həmin qərar qanunsuzdur. İddia tələbinə cavabdehin etirazı:

14. Cavabdehin etirazının dəlillərinin göstərilənlər təşkil edir. əsasını iddiaçıya cavab məktubunda Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2096/2023 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.20 22-ci il tarixədək olan dövr üçün ödənilmiş 2720 manatın tutulması barədə xx.xx.2022-ci il tarixli 6054 nömrəli qərarı ləğv edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

17. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. 18.Şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan və ya müavinətdən tutmaya dair hərəkətlərin aparılm ası qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının müvafiq razılığının olduğu müəyyən edilmir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2282/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-2096/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 21.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv e dilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

23. İddianın təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müharibə veteranlarına Azərbaycan Respublikası prezidentinin təqaüdünün təsis edilməsi haqqında xx.xx.2019-cu il tarixli 641 nömrəli fərmanına əsasən müharibə veteranlarına təsis edilən təqaüd həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən Prezident təqaüdü şəxsə eyni vaxta verilə bilməz. Həmin təqaüdlərdən yalnız biri (ən yüksəyi) verili r.

24. Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "inzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri 25.Kass asiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətl ərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati or qan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnziba ti orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

27. İnzibati Prosessual Məcəllə: Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nətic əsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətin də müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSAS İYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya ş ikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 34. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, inziba ti akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

35. Hazırkı halda, iddiaçıya təqaüd təyin edilməsi barədə inzibati aktın geri çağırıldığına, ləğv edildiyinə, dəyişdir ildiyinə, qüvvədə olma müddətinin qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair işdə heç bir məlumat yoxdur. Cavabdeh tərəfindən də məhkəməyə bu barədə, eləcə də təqaüd məbləğinin artıq ödənilməsinin məhz təqaüdçünün təqsiri üzündən baş verdiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, müvafiq əlverişli inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, hər hansı digər səbəbə görə qüvvədən düşmüş hesab edilmədən ödənilmiş təqaüd məbləğinin geri qaytarılmasının tələb olunması qanuni və əsaslı sayıla bilməz. Belə ki, qaytarılması tələb olunan həmin ödənişin əsasında məhz həmin əlverişli inzibati akt dayanır.

36. Bilavasitə mübahisələndirilən xx.xx.2022-ci il tarixli inzibati akta gəldikdə, həmin akt “İnzibati icraat haqqında” Qanunun 21- ci və 28-ci maddələrinin tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuzdur. Belə ki, həmin normaların müddəalarının tələbinə görə, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli, işdə onun iştirakını təmin etməlidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur (21.1, 21.2-ci maddələr). Hazırkı işdə bu, nəinki baş verməmişdir, cavabdeh mübahisələndirilən inzibati aktın qəbulu üçün “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla (hazırkı halda, 28.1.2. inzibati orqanın təşəbbü sü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;) icraat başlamamışdır. Belə ki, Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır (28.3-cü maddə).

37. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İddia tələbi üzrə müsbət bir qərarın qəbulu (inzibati aktın ləğvi) üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcuddur. 38.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2282/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar