Məhkəmə qərarları › İş №2-1(102)-683/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-683/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-683/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: təhsil müddətinin və işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Fərid Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Qubadlı rayon Şöbəsinə qarşı təhsil müddətinin və işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoylması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-695/2019 saylı iş üzrə xx.xx.2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıxx.xx.1955-ci il tarixdə Qubadlı rayon Qəzyan kəndə anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cava bdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsinə qarşı təhsil müddətinin və işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Qubadlı rayon Hal kənd orta məktəbində müəllim işlədiyindən və işlədiyi dövrlər əmək kitabçasında qeyd edildiyindən, 1972-ci ildən 1976-cı ilə qədər Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsil aldığından həmin dövrlər onun sosial sığorta stajı kimi nəzərə al ınmaqla onun pensiyası yenidən hesablanmalıdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-1210/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 19721976-cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı müddət və xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Qubadlı rayon Hal kənd orta məktəbində müəllim işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanaraq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə yen i qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(105)-695/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Vidadi Cəfərov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı cavabdehə müraciət edərək ona təhsil müddətinin və işlədiyi müddətlərin sosial siğorta stajına daxil edilməsini xahiş etmiş, sonuncunun cavabı ilə ərizəçinin xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixə qədər işlədiyi Qubadlı rayon Hal kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından onun sosial sığorta stajını yoxlamağın mümkün olmadığı bildirilmişdir. Hesab edilir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)695/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Abdullayev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzə çi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı cavabdehə müraciət edərək ona təhsil müddətinin və işlədiyi müddətlərin sosial siğorta stajına daxil edilməsini xahiş etmiş, sonuncu cavabında ərizəçinin xx.xx.1976-cı il tarixdən - xx.xx.1993-cü il tarixə qədər işlədiyi Qubadlı rayon Hal kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından onun sosial sığorta stajını yoxlamağın mümkün olmadığını bildirmişdir. Hesab edi lir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçının əmək kitabçasından onun xx.xx.1976-cı ildən - xx.xx.1993-cü ilə qədərQubadlı rayon Hal kənd orta məktəbində müəllim işləməsi qeyd edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosialsığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və yadigər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığortahaqları ödə mək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil ediləndigər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Qanununa əsasən əməkpensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünəkeçirilməsi və ödəniməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarınbirinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınmasıüçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinəəsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əməkfəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyipeşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. G öründüyü kimi,əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək işstajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavadeh inzibati orqanın iddiaçının iddia olunan həmin dövrlərə aid sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması halı, özü-özlüyündə iddiaçının qanunla qorunan hüquqularının həyata keçirilməsinin qarşısını ala bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 v ə 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-695/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar