Məhkəmə qərarları › İş №2-1(102)-683/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-683/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-683/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı QƏRARİ Açar sözlər: “qərarın, protokolun ləğv edilməsi və növbəti təlim mərhələsinə buraxılması” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “qərarın, protokolun ləğv edilməsi və növbəti təlim mərhələsinə buraxılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103 )2484/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı 16 fevral 2021-ci il tarixdə keçirilmiş ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş və ona ünvanlanan suallara vermiş olduğu cavablar “qeyriməqbul” qiymətləndirildiyi üçün İxtisas Komissiyası tərəfindən növbəti mərhələyə keçməsi ilə bağlı rəy verilməmişdir.

2. Bundan narazı qalan iddiaçı Azərbaycan Respublikası Vəkillər X1 ərizə ilə müraciət edərək, qeyd olunan tarixdə keçirilmiş şifahi müsahibə mərhələsinin nəticələrinin yenidən qiymətləndirilməsini xahiş etmişdir.

3. Müraciətə Vəkillər X2 10 mart 2021-ci il tarixli iclasında baxılmış və şifahi müsahibə mərhələsinin nəticələrinin yenidən qiymətləndirilməsi üçün əsas olmadığından müraciət təmin edilməmişdir. Qeyd olunan iclasda qəbul edilmiş qərar barəsində iddiaçıya 324 saylı, 11 mart 2021 tarixli məktubla məlumat verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər X2 10 mart 2021-ci il tarixli qərarının, Vəkillər Kollegiyası İxtisas Komissiyasının 18 fevral 2021-ci il tarixli 6 saylı “qeyri məqbul” qeyd olunmuş iclas protokolunun ləğv edilməsini və Vəkillər X2 üzərinə onun növbəti mərhələyə, yəni icbari təli mə buraxılması vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1979-cu ildən hüquq sahəsində çalışır. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, ilk illər polisdə, daha sonra isə müxtəlif idarə və müəssisələrdə hüquqşünas işləmişdir. 2017ci ilə qədər 300- dən çox istər mülki, istərsə də cinayət işləri üzrə istintaq və məhkəmə orqanlarında nümayəndə qismində iştirak etmiş, 2006-cı ildən bu fəaliyyətinə görə vergi ödəyir. 5 il «Vəkilin səsi» ictimai-siyasi hüquq qəzetinin baş redaktoru işləmişdir. Eyni zamanda həm də «Azadlıq Radiosu» vasitəsi ilə əhalinin hüquqi maarifləndirilməsində aktiv çıxış etmiş, ən əsası isə vəkillərin problemlərini işıqlandırmışdır. Hüquq üzrə yüzdən çox məqalə müəllifid ir, 10-15 dəfə tele-radio məkanlarında insanlara canlı hüquq məsləhətlər vermişdir. Artıq neçə ildir Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbul olunmaq üçün sənəd verir. Bir neçə dəfə test imtahanlarından keçsə də, hər dəfə şifahi müsahibə mərhələsində onu müxtəlif əsaslarla kənarlaşdırırlar. Bunun səbəbi isə onun son vaxtlar mətbuat səhifələrində Vəkillər Kollegiyasını əsaslı tənqid etməsi olmuşdur. Sonuncu dəfə 31 oktyabr 2019-cu ildə o, test imtahanından uğurla keçərək şifahi müsahibə mərhələsinə buraxılmış, 16 fevral 2021 ci il tarixdə şifahi müsahibə baş tutmuşdur. Şifahi müsahibə zamanı ona verilmiş beş sualın hər birini cavablandırmış, müsahibənin nəticələri müvafiq Qaydalarda göstərilən tələblərə uyğun olaraq həmin günün sonu ona elan olunmalı olduğu halda, elan o lunmamış, müsahibədən üç gün sonra cavabdeh qurumun internet saytında şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı dərc olunmuşdur. Həmin siyahıda onun adı olmuş, lakin 10-15 dəqiqədən sonra siyahı yeniləndikdə ikinci siyahıdan onun adı silinmişdir. Məlumatı dəqiqləşdirmək üçün cavabdehə məktub yazaraq imtahan nəticələrini və yazılı rəyin surətini istəmiş, həmin məktuba cavab gəlmədiyi üçün o, cavabdehə yeni məktub ünvanlamış, imtahanın ona aid hissədə etibarsız hesab edilməsini xahiş etmişdir. Çünki imtahan nəticələrinin ona həmin gün elan olunmaması, yəni gizlədilməsi qanun pozuntusudur. Nəhayət, ərizə və şikayətlərindən sonra ona cavab məktubu təqdim olunmuş, həmin məktuba Komissiyanın iclas protokolundan Çıxarışın təsdiq edilmiş surəti əlavə ed ilmişdir. Orada onun verdiyi cavabların məqbul kimi qiymətləndirildiyi qeyd olunmuşdur. Məhkəməyə müraciət edəndən sonra ona məktub yazılaraq protokolda səhvə yol verdikləri bildirilmiş, həmin məktuba onda olan protokola oxşar, lakin əsli ilə düzdür ştampı olmayan cavablarının qeyri-məqbul qiymətləndirilməsi qeyd olunan başqa bir protokol əlavə edilmişdir. Halbuki, ona təqdim edilmiş beş sualın hər birini düzgün cavablandırdığına görə Komissiya üzvləri qiymətləndirmə cədvəllərində onun cavablarını məqbul qymətləndirmişdirlər. Daha sonra həmin qiymətləndirmə cədvəlləri və protokol X4 tərəfindən saxtalaşdırılmışdır. Cavabdehin etirazları:

6. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, ixtisas imtahanının şifahi müsahibə mərhələsində iddiaçı barəsində müsbət rəy verilmədiyi ü çün iddiaçının “şifahi müsahibə imtahanından sonrakı növbəti mərhələyə buraxılması” barədə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu və bütün bu şərtlər ödənildikdən sonra həmin tarixə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ və İİ hissəsindən irəli gələn vəkil statusunu əldə etməsini istisna edən hallar mövcud olmadıqda namizəd üzv qəbul edilir. Belə olan halda, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə verməsi və müvafiq rəy faktiki və həqiqi olaraq mövcud olmadığı halda namizədin icbari təlimə buraxılması vəzifəsinin cavabdehin üzə rinə qoyulması tələb edilə bilməz. İddiaçının tələbini əsaslandırdığı 18 fevral 2021ci il tarixli 6 saylı iclas protokolundan texniki səhv nəticəsində ona təqdim olunmuş “Çıxarış”ı faktiki olaraq Vəkillərin İxtisas Komissiyası tərəfindən İddiaçı şifahi müsahibədə suallara verdiyi cavabların “məqbul” kimi qiymətləndirilməsi hesab edilə bilməz. Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fik ir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə, kollegial fəaliyyət göstərən bu tip imtahan (qimətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskresion səciyyə daşıması mübahisəsizdir. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır, Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının hər hansı bir müddəasını pozmamışdır. İddiaçının iddia ərizəsində istinad etdiyi faktlar mülahizə, fərziyyə və ehtimal xarakterli olduğundan, iddia çı irəli sürdüyü tələblərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla təsdiq edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin (hakim X3) 2-1(112)-4999/2021 nömrəli, 6 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğunluğu və peşə hazırlığı İxtisas Komissiyası tərəfindən müəyyən edilir, namizədin cavabları Komissiya tərəfindən qiymətləndirilir və müvafiq nəticəyə gəlinir və bu barədə Vəkillər X1 müvafiq rəy təqdim edilir. İnzibati prosessual qanunvericilik inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümk ünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur ki, İPM-in istinad edilən 73.3.2-ci maddəsi bu istinadlardan biridir. Belə ki, normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bir qayda olaraq, bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məslələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə v ə biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilib-edilməməsi baxımından həyata keçirir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarına əsasən həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymə tləndirmə azadlığı vermişdir. Bu isə məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir.

9. İddia ərizəsində iddiaçı şifahi müsahibənin 30 dəqiqədən az çəkməsini, komissiya üzvlərinin ona heç bir sual verməməsini, yalnız qarşısına qoyulmuş 5 yazılı sualı cavablandırdığını bildirsə də, məhkəmə iclasında müsahibənin gedişi ilə bağlı hər hansı bir etirazının olmadığını, müsahibənin qaydalara uyğun keçirildiyini (nəticələrin elan olunması istisna olmaqla) bildirmişdir. Göründüyü kimi, iddiaçı imtahanın gedişatı zamanı digər namizədlərə münasibətdə ona hər hansı əlavə təsir və müdaxilənin olmasını, əlverişsiz şərait yaradılmasını, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın b ilavasitə ona münasibətdə (və onun zərərinə) dəyişdirilməsini bildirməmişdir. İddiaçının imtahanın keçirilməsi zamanı pozuntuya yol verilməsi ilə bağlı əsas dəlili imtahan nəticələrinin həmin gün ona elan olunmamasıdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. Şifahi müsahibənin nəticələrinin dərhal elan edilməsi imperativ şərt kimi nəzərdə tutulmamışdır. İşdən aydın olur ki, Vəkillərin İxtisas Komissiyasının 13 oktyabr 2020-18 fevral 2021-ci il ta rixlərdə keçirdiyi ixtisas imtahanlarının yekun nəticələri 19 fevral 2021-ci il tarixdə cavabdehin rəsmi internet səhifəsində dərc edilmişdir ki, bu da Qaydaların yuxarıda istinad olunan normasına uyğundur.

10. Bundan əlavə, hazırkı iş üzrə iddiaçının əsas dəlili ona təqdim edilən protokoldan çıxarışda cavablarının “məqbul” kimi qiymətləndirilməsi, onun barəsində rəyin Vəkillər Kollegiyası Reyasət Heyətinə təqdim edilməsinə baxmayaraq onun həmin qurum tərəfindən növbəti mərhələyə buraxılmamasıdır. Lakin iş materiallarında olan və məhkəmə iclasında əsillərinə baxış keçirilmiş 18 fevral 2020-ci il tarixli 6 saylı iclas protokolundan və qiymətləndirmə cədvəllərindən görünür ki, İxtisas Komissiyasının üzvləri tərəfindən iddiaçının 5 sual üzrə verdiyi cavablar qeyri-məqbul qiymətləndirilmişdi r. İddiaçının bu qənaətə gələrkən istinad etdiyi protokoldan çıxarışa gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə edilmiş müraciətlərinə cavab olaraq cavabdeh tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 324 nömrəli məktubla iddiaçının şifahi müsahibə mərhələsində verdiyi cavabların qeyri-məqbul qiymətləndirildiyi üçün İxtisas Komissiyası tərəfindən Vəkillər Kollegiyasının Reyasət Heyətinə rəy verilmədiyi, onun növbəti mərhələyə büraxılmadığı bildirilmişdir. Məktubda həmçinin imtahan nəticələrinə yenidən baxıldığı və əsas olmadığıdan Reyasət Heyətinin 10 mart 2021-ci il tarixli qərarı ilə müraciətinin təmin edilmədiyi göstərilmiş və sorğusuna əsasən İxtisas Komissiyasının iclas protokolundan çıxarış iddiaçıya göndərilmişdir. Həmin protokoldan çıxarışda Vəkillərin İxtisas Komissi yasının 13 oktyabr 2020-18 fevral 2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş iddiaçının cavablarını “məqbul” qiymətləndirdiyi göstərilsə də, bunun yazı səhvi olması müşayiət məktubundan açıq-aşkar bəlli olmuşdur. Digər tərəfdən, cavabdeh 12 mart 2021-ci il tarixdə İddiaçıya yenidən məktub ünvanlayaraq 11 mart 2021-ci il tarixli 324 nömrəli məktuba əlavə olunmuş Vəkillərin İxtisas Komissiyasının 18 mart.2021-ci il tarixli 6 saylı iclas protokolundan çıxarışda “qeyri-məqbul” sözü əvəzinə “məqbul” sözünün yazıldığını bildirmiş, düzəliş edilmiş protokoldan çıxarış iddiaçıya təqdim edilmişdir. İxtisas Komissiyası namizədin cavablarını “məqbul” qiymətləndirdikdən sonra onun vəkil peşəsinə yararlı olubolmamasını da qiymətləndirir və yalnız bu müsbət həll olunduqda onun barəsində yazılı rəy tərtib edib Vəkillər X1 təqdim edir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. Hazırkı halda isə bu prosesin birinci mərhələsində, yəni cavabların qiymətləndirilməsi zamanı “qeyri-məqbul” nəticəsinə gəlindiyindən iddiaçı barəsində rəy tərtib edilməmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5 – sədrlik edən, X7 və X6) 2-1(103)-2484/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 6 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinnin dəlillərini əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən maddi və prosessual hüquq pozuntularına yol verilərək sübutlar araşdırılmamış və tərəfindən təq dim olunmuş vəsatətlər təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etirazın dəlillərinin əsasını iddia tələbinə qarşı verilən etirazda göstərilənlər təşkil edir. Tətbiq edilən hüquq 17. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... Maddə

11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti (...) İİİ. Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəa liyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; (...) İxtisas Komissiyasına üzvlər təyin edir; (...) ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; (...) Maddə

13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (...) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquq i və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X1 müvafiq rəy təqdim edir. (...) Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. 18. “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”: 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəy yən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkil lər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: (...) Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;...

20. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. (...) Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. (...) Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (...) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” iş i üzrə).

25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Məhkəmə kollegiyası cavabdehin qərarının yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 27. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir.

28. Məhkəmə kollegiyası razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. 29. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kol legiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi).

30. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır.

31. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsind ə təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir.

32. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Qanun məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir.

33. Həm də nəzərə alınmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci m addəsinin İ hissəsinin tələbinə görə, hətta Ali Məhkəmənin sabiq hakimi (əvvəllər Ali Məhkəmənin sədri işləmiş hakim istisna edilməklə) şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır.

34. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın V əkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir.

35. Yuxarıda qeyd edildiyi kimi, Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

36. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası cavabdehin etirazında bu dəlillərlə bağlı göstərilənlərlə razılaşaraq qeyd edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir.

37. Digər tərəfdən, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal da müəyyən edilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 noyabr tarixli, 2-1(103)-2484/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar