Məhkəmə qərarları › İş №2-1(102)-683/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-683/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-683/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizənin rədd edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı hərəkətsizlikdən şikayət barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından kasasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkilə təmin olunması barədə ərizənin r ədd edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsində icraat

1. İddiaçı Talatovna cavabdeh Bakı şəhəri Cavabdehna qarşı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 6(006)90/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının icra olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılm amışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2678/22 saylı 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərardadından kasasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına pulsuz vəkillə təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-2678/2022 nömrəli qərardadı ilə (hakimlər C.Yusifov - sədrlik edən və m əruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) İddiaçı Talatovnanın dövlət hesabına vəkillə təmin olunmasına dair ərizəsi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda maddi cəhətdən imkansız olan işdə iştirak edən şəxslərə hüquqi yardım dövlət büdcəsinin vəsaiti hesabına göstərirlir. Konkret halda, iddiaçının ərizəsindən göründüyü kimi, o, AR ƏƏSMN 1 saylı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışını da əlavə etməklə, işləmədiyini və pensiya almadığını əsas gətirməklə, vəkillə təmin olunmasını məhkəmədən xahiş edir.İddiaçının dəfələrlə digər məhkəmə mübahisələrində də istifadə etdiyi və hazırda da məhkəməyə təqdim olunmuş DOST Mərkəzinin arayışında onun «Əmək mü qaviləsi altsistemi»ndə adına əmək müqaviləsi pensiya və digər sosial ödənişlərin aşkar edilməməsi barədə məlumatların təsbit olunması heç də onu deməyə əsas vermir ki, onun heç bir qazancı yoxdur və o, maddi cəhətdən imkansızdır. Çünki, onun qeyri-rəsmi qazanc mənbəyinin mövcud olması da istisna edilmir. Ən azından, yaşaması, kommunal xərclər ödəməsi, məhkəmələrə çoxlu sayda ərizə və şikayətləri üzrə işlərə baxılması və onun bütün məhkəmə proseslərinə gəlib-getməsi və buna görə nəqliyyat və sair xərclərə məruz qalması bütün bu hallar onun maddi cəhətdən imkansız olmadığını deməyə əsas verir. Digər tərəfdən, onun çoxlu sayda iddia ərizələrinin məhkəmənin icraatına daxıl olması məhkəmə aktları ilə həmin iddialarının inzibati məhkəmə icraatının mümkün sayılmaması və hər dəfə apellyasiya in stansiyası məhkəməsinin aktlarından aşkar surətdə uğursuz olacağı görünən kassasiya şikayətləri verməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi - həm kassasiya şikayətlərinin vəkillər tərəfindən tərtib edilməsi və onun həmin şikayətlərinə məhkəmələrdə baxılması ilə nəticələnir ki, bütün bunlar da əsassız olaraq xeyli miqdarda büdcə xərclərinə gətirib çıxarır. Bu baxımdan, yəni, mümkünlük şərtləri yerinə yetirilməyən iddiaları üzrə qəbul edimiş məhkəmə aktlarından şikayət vermək üçün onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını istisna edir.

8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və dövlət vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayətində müdafiə hüququnun həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə bağlı kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkilə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 43.1 Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 52.1 Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

12. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

13. Mülki Prosessual Məcəllə Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi ya rdım almaq hüququna malikdirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsin ə ödənilə bilər. 14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Maddə 20.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun Maddə 1.0.5 və 1.0.6. Aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım)-aztəminatlı ailələrə dö vlət tərəfindən göstərilən pul yardımıdır. Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya mə hkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki ha lları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı q iymətləndirməsi ilə də razılaşır.

23. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmla ka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər.

25. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından iddiaçıya münasibətdə yuxarıda qeyd olunan tələblərin ödənildiyi görünmür. İddiaçı tərəfindən də onun həmin tələblərə cavab verdiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

26. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını tələb etməkdə iddi açı haqlı sayıla bilməz.

27. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olduğundan iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2678/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar