Məhkəmə qərarları › İş №2-1(102)-683/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-683/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-683/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-3534/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Abşeron Rayon Dövlət Arxivinin 06 saylı 17 fevral 2000-ci il tarixli çıxarışından görünür ki, 0,06 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmışdır.

2. Yerləşmə cizgisindən görünür ki, həmin cizgi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə təsdiq edilmişdir.

3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmış və istifadəsindədir.

4. Cavabdehin məhkəmənin iddia olunan torpaq sahəsinin ətrafında yerləşən dövlət reyestrindən qeydiyyatdan keçmiş əmlaka dair müvafiq sənədlərin təqdim edilməsinə dair sorğuya cavab məktubundan görünür ki, iddia olunan torpaq sahəsinin ətrafında, məhz X7 X3 tərəfindən həmin sərəncam əsasında, qeyd olunan 17 fevral 2000-ci il tarixli 06 saylı əmrdən çıxarış əsasında ayrılmış torpaq sahələrinə dair başqa şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

5. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş xəritə məlumatından görünür ki, iddia olunan ərazi Sovxozun Bakı şəhəri İcra Hakimiyyəti İdarəçiliyinə qaytarılmış ərazisinin səhrədləri daxilində yerləşir. 6. “X5 və Ekspertiza Mərkəzi” MMC-nin vermiş olduğu rəydə qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu, Raman a qəsəbəsində yerləşən torpaq sahəsi S.Əliyev adına südlük-maldarlıq üzrə X7 X4 ayrılmış (ayrıc aktına əsasən) ərazinin hüdudları daxilində yerləşmir. İddiaçı istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, ölçüsü 600 kv.m-dir. Məktuba əlavə edilmiş çıxarışlara torpaq sahəsinin planı və ölçüsü sənədləri əlavə edilmədiyindən həmin (mübahisələndirilən) torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. İş üzrə mübahisələndirilən torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir. 7. "xxxx" MMC tərəfindən verilmiş 30 may 2023-cü il tarixli rəydə qeyd edilir ki, İddiaçı istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş yerləşmə cizgisi nəzərə alındıqda S.Əliyev adına südlük-maldarlıq üzrə X7 X4 ayrılmış (ayrıc aktına əsasən) ərazinin hüdudları daxilində olması və yerləşmə cizgisinə uyğun olmağı müəyyən edilmişdir.

8. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi S.Əliyev adına südlükmaldarlıq üzrə X7 X2 ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir. Həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməyib. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Ey ni zamanda, torpaq sahəsinin ayrılmasına dair S.Əliyev adına südlükmaldarlıq üzrə X7 X1 direktorun əmrinin əsli təqdim edilməlidir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı sərəncamına və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X7 X1 06 saylı əmrindən çıxarışa əsasən, Abşeron rayon İcra Hakimiyyətinin 17 fevral 2000-ci il tarixli sərəncamı ilə ona verilmi ş və Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı nəzərə alınmaqla 17 fevral 2000-ci il tarixdə fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi iddiaçıya ayrılmış, yerləşmə cizgisi yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsi hasara alınmaqla istifadədədir. Həmin torpaq sahəsi h al-hazırda Bakı şəhəri ərazi hüdudlarındadır. Cavabdehə çıxarışın verilməsi ilə bağlı müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, ətrafındakı torpaq sahələri vətəndaşların istifadəsindədir və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

11. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, ayrılmış torpaq sahəsi X7 X2 ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, cizgidə dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Bundan əlavə, direktorun əmr inin əsli təqdim edilməmişdir və torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(112)-1870/2023 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, X7 X1 05 saylı 17 fevral 2000-ci il tarixli əmri əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçıya verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair yerli icra hakimiyyətinin sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair Müəssisənin əmrinin həmin sənədlərdən biri olması cavabdeh tərəfindən də mübahisə doğurmur. Cavabdeh tərəfindən mübahisələndirilən məsələlər başqadır ki, onlardan biri məhz torpaq sahəsinin ayrıc aktından kənar olması ilə bağlıdır. Cavabdeh ümumiyyətlə torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edə bilməmiş, iş materialları ilə də müəyyən edilmişdir ki, ümumiyyətlə torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin balansına qaytarılarkən iddia olunan torpaq sahəsi məhz müəssisənin torpaq sahəsi hüdudları daxilində q aytarılmışdır. Bundan əlavə, məhkəmə sorğusuna əsasən iki mütəxəssis rəyi arasında ayrıc aktı daxilində yerləşib-yerləşməyə münasibətdə də ziddiyyətli mövqe nümayiş etdirilmişdir ki, ayrıc aktı daxilində yerləşmə barədə ziddiyyət rəyin tərtib edilmə xüsusiyyətləri də nəzərə alınmaqla iddiaçının xeyrinə həll edilməlidir. Belə ki, işin digər halları da bunu tələb edir. Belə ki, ümumiyyətlə cavabdeh ayrıc aktının kağız nüsxəsini və onun verilməsinə əsas olmuş heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir ki, ayrıc aktının tərtibatına əsas olan sənəd və onun kağız nüsxəsi mövcud olmadan ayrıc aktından kənar olma formasında mövqeyin cavabdeh tərəfindən əsaslandırılması yolverilməzdir və təkcə elektron məlumatlara istinad edilməklə mülkiyyət hüququnun realizəsinin məhdudlaşdırılması qəbuledilm əzdir. Nəzərə alınmalıdır ki, ayrıc aktından kənarlaşma sübut edilmir, hətta sübut edilsə belə həmin hal üzrə təqsiri iddiaçının yox, torpaq ayırma zamanı texniki xətalara yol vermiş müəssisə və buna nəzarət etməyən yerli icra hakimiyyəti orqanı və aidiyyəti digər orqanların təqsiridir. Həmin qurumlar təqsirli olduğu halda, həmin təqsirin hüquqi nəticəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi iddiaçının mülkiyyət hüququnun pozulması deməkdir.

14. Həmçinin qeyd edilmişdir ki, ümumiyyətlə əmrdən çıxarış mövcud olduğu halda, əmrin əslinin tələb edilməsi inzibati icraatla bağlı qanunvericiliyin tələblərinin kobud pozuntusudur. Perimetrik ölçü və faktiki vəziyyət fərqi və yerləşmə cizgisində dəqiq istinad və məsafələrlə bağlı hər hansı uyğunsuzluq da məhkəmə hesab edir ki, iddiaçının ziyanı na şərh edilə bilməz. Belə ki, həmin yerləşmə cizgisi səlahiyyətli olan qurum yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Həmin yerləşmə cizgisində hər hansı səhvin mövcudluğu aydındır ki, bütünlükdə dövlətin səhvi hesab edilməlidir ki, dövlət orqanının birinin səhvinin digər dövlət orqanı tərəfindən aşkar edilməsi və bunun iddiaçının ziyanına şərh edilməsi işin hallarına, o cümlədən etimad hüququna dair tələblərə uyğun hesab edilməməlidir. Hazırkı iş üzrə torpaq sahəsinə verilmiş yerləşmə cizgisi hər hansı qurum tərəfindən ləğv edilməmiş, qüvvədən salınmamışdır. Eyni zamanda, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış torpaq sahələrinə dair verilmiş əmr də ləğv edilməmiş, qüvvədən salınmamış, yerli icra hakimiyyəti orqanı tərəfindən həmin əmrə dair hər ha nsı irad daxil olmamışdır. Bu səbəbdəndir ki, həmin sərəncama əsaslanmaqla verilmiş əmr və həmin əmrə istinad edilməklə iddia olunan torpaq sahəsinə dair verilmiş yerləşmə cizgisi mötəbərdir və həmin sahəyə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməlidir.

15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və A.P.Oruczadə) 2-1(103)-3534/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(112)-1870/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair ilkin yerləşmə cizgisi olan təhkim aktı təqdim edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgisi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sonradan tərtib edilmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən iddia olunan torpaq sahəsi S.Əliyev adına südlükmaldarlıq üzrə X7 X2 ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir. Həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş və torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfat təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Eyni zamanda bildiririk ki, torpaq sahəsinin ayrılmasına dair S.Əliyev adına südlük-maldarlıq üzrə X7 X1 direktorunun əmrinin əsli təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində və yuxarıda qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzrəində hüququn əmələ gəlməsi üçün əsas sayılır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı bar ədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Bənd 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri həmin əmlaklar üzərində hüquqların əldə edildməsini təsdiq edən sənədlər hesab olunur.

23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyab r 2015-ci il tarixli 664 №-li Fərmanı Bənd

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qər ara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil e dir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X7 X1 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə 0,06 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmışdır. Abşeron RİHnin baş memarı tərəfindən təsdiq olunmuş mübahisəli ərazin in sxematik planından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpağın sxematik xəritəsində iddiaçıya ayrılmış həmin torpaq sahəsinin ölçüləri (30x20) yerləşdiyi yerin planı göstərilmişdir.

33. Hazırda da, torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmış və istifadəsindədir.

34. Kollegiya qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı əsasında iddiaçıya “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə X6 Müəssisəsinin direktorunun əmrinin arxiv çıxarışı, eyni zamanda, Abşeron Rayon İcra hakimiyyətinin memarı tərəfindən imzanıb icra hakimiyyyətinin möhürü ilə təsdiq olunmuş həmin torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən plan-sxemin mövcudluğu nəzərə alınmaqla, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınm az əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslar mövcuddur.

35. Odur ki, məhkəmə kollegiyası cavabdehin kasassiya şikayətinin qeyd olunan əmrin əslinin təqdim edilmədiyini, torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyini və yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilmədiyini göstərən dəlillərini əsasız sayır.

36. Cavabdehin şikayətinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin ayrıc aktından kənarda dövlət mülkiyyətində olmasını mübahisələndirən dəlilləri də əsassızdır. Çünki, Abşeron RİHB-nın sərəncamı əsasında X6 Müəssisəsinin direktorunun əmri ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaşlara ayrılana qədər həmin torpaq sahəsi, dövlət müəssisəsinə məxsus olsa da, sözügedən sərəncam və əmr əsasında sovxozda işləyən və orada yaşayan vətənd aşlara, o cümlədən iddiaçıya ayrılmışdır. Digər tərəfdən, ayrıc aktının verilməsinə əsas olan sənəd, həmçinin ayrıc aktının kağız nüsxəsi cavabdehdə mövcud olmamış, yalnız ayrıc aktının elektron xəritəsi mövcud olmuşdur. Həmin dövrə aid müvafiq məlumatların isə elektron kadastr məlumatlarına yerləşdirilməməsi iddiaçının hüquqlarını məhdudlaşdırılan hal kimi nəzərə alına bilməz.

37. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3534/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar