Məhkəmə qərarları › İş №2-1(102)-683/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-683/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-683/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi; Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması tələbinin şamil edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə v eteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2-1(105)-1089/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1989-cu ildə həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1991-ci ildə tərxis edilmişdir.

2. Bundan sonra, Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən təkrarən hərbi xidmətə çağırılaraq, Qubadlı rayonunun ərazisində dislokasiya olunan N () saylı hərbi hissəyə xx.xx.1992-ci ildə atıcı vəzifəsinə təyin olunmuşdur.

3. Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)-1259/2016 nömrəli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi ilə İddiaçı döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1992-ci il tarixli 440 №-li arayışında qeyd edilmişdir ki, N saylı hərbi hissənin sıravisi, 1971-ci il təvəllüdlü İddiaçı hərbi xidmət keçdiyi müddətdə, yəni xx.xx.1992-ci il tarixdə yüngül yaralanmış, diaqnoz “sağ ayaq və sağ əmgək nahiyəsinin yumşaq toxumalarının odlu silahdan dəlib keçən yarası” olaraq müəyyən edilmişdir. Bununla bağlı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək RKX-da müalicədə olmuşdur.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həki m Komissiyasının xx.xx.2017-ci il tarixli 1051 nömrəli qərarı ilə iddiaçı “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.

6. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 0246003AAB1C nömrəli arayışa əsasən, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə əlaqədar verilmişdir.

7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

8. Cavabdeh 17 oktyabr 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtinada cavabdeh Azərbaycan Respublikası Müdafiə nazirinin K atibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 1409 nömrəli arayışına və təqdim olunmuş digər sənədlərə əsasən N nömrəli hərbi hissə komandirinin iyun-noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti və yaralanmağı barədə məlumat olmaması, N nömrəli hərbi hissə komandirinin iyun-noyabr 1992-ci il tarixli əmrinin arxiv çıxarışında xidməti vəzifələrini yerinə yetirmədiyinə görə və Müdafiə nazirinin könüllülər haqda əmrinə müvafiq olaraq xx.xx.1992-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi halına istinad etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-1991-ci illərdə keçmiş SSRİ ordusunda həqiqi hərbi xidməti başa vuraraq ehtiyata buraxılmışdır. Dağlıq Qarabağ hadisəsi ilə əlaqədar olaraq əvvəllər qüvvədə olan Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən təkrarən hərbi xidmətə çağırılaraq, Qubadlı rayonunun ərazisində dislokasiya olunan N () saylı hərbi hissəyə xx.xx.1992-ci ildə aqtıcı vəzifəsinə təyin olunmuşdur. Həmin hərbi hissənin tərkibində Qubadlı, Laçın rayonları ətrafında gedən taktiki döyüşlərdə iştirak edib, xx.xx.1992-ci il tarixdə Laçın rayonunun Qızartı, Suarası ətrafında gedən ağır döyüşlərdə ermənilərin əks-həmlə hücumlarının qarşısını alarkən böyük itkilərə məruz qalmışlar. Nəticədə bir sovetlikdən (inzibati ərazi dairəsin dən) 11 nəfər hərbçi şəhid olmuş, 3 nəfər sağ qalmış və 4 nəfər hərbçi yoldaşlar da ağır yaralanmışdır. Yaralandıqdan sonra helekopter vasitəsi ilə Bakı şəhərində yerləşən hospitala təxriyyə olunaraq orada xx.xx.1992-ci il tarixdən xx.xx.1992- ci il tarixədək stasionar şəraitdə müalicədə olub. Həmin dövrdə baş vermiş böyük itkilərlə əlaqədar olaraq rayon əhalisi arasında və orduda ruh düşkünlüyü yaranmışdır. Bu səbəbdən müalicəsini yarımçıq qoyaraq hərbi hissəyə qayıdaraq düşməndən qisas almaq üçün xidmətini davam etdirmək niyyətində olmuşdur. Lakin səhhətinin ağırlığı ilə əlaqədar olaraq xidmətini davam etdirə bilməyib, komandanlıq tərəfindən müalicəsini davam etdirməyə görə evə buraxılıb və bir daha hərbi hissəyə qayıda bilməmişdir. Hərbi xidmət keçməyini dəqiqləşdirmək üçün müdafiə Nazi rliyinin Mərkəzi arxivinə çoxsaylı müraciət etməyinə baxmayaraq, oradan cavab ala bilməmişdir. Ona məxsus hərbi biletində xidmət keçməyi və yaralanmağı barədə də heç bir qeydlər aparılmamışdır. Göstərilənləri nəzərə alaraq, ərizəçi onun döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçmə faktının müəyyən edilməsi ilə bağlı Qubadlı rayon Məhkəməsinə müraciət etmişdir. Qubadlı rayon Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli, 2(028)-1259/2016 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. 26 oktyabr 201 7-ci il tarixdə ona ikinci qrup ümumi səbəbdən, daha sonra isə hərbi xidmət zamanı aldığı xəsarətlərlə bağlı ikinci qrup lilliyə görə pensiya təyin edilmiş və 2022-ci il tarixdə müddətin başa çatması ilə əlaqədar pensiyası dayandırılmışdır. Pensiya aldığına görə müharibə veteranı vəsiqəsi almağa səy göstərməmiş, lakin pensiyası dayandırılandan sonra müharibə veteranı vəsiqəsi almağa qərar vermişdir.

11. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilm əsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi, Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəy işiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 429 nömrəli arayışına əsasən xidməti vəzifəsini yerinə yetirmədiyinə görə İİİ taborun könüllü hərbi xidmətçisi İddiaçı Müdafiə nazirinin könüllülər haqqında əmrinə müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 35 nömrəli əmrilə xx.xx.1992-ci il tarixdən tutduğu vəzifədən azad edilərək, xidmətdə olmadığına görə əmək haqqısı xx.xx.1992- ci il tarixədək ödənilməklə lazımi sənədlərlə təmin olunaraq qeydiyyat üçün Rayon Hərbi Komissarlığına göndərilmişdir. Bundan başqa Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin iyun-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamış və N nömrəli hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veter anı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fər manının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(1 02)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissə sinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar.

12. Sumqayıt İnzibati Məhkəməsinin 9 avqust 2024-cü il tarixli 2-1(118)-2090/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilərək “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və yaralanması iş materiallarında sadalanan Qubadlı rayon Məhkəməsinin 2(028)-1259/2016 saylı, 27 dekabr 2016-cı il tarixli qiyabi qətnaməsi, həmçinin Mərkəzi Hərbi Həki m Komissiyasının 1051 saylı, 10 iyun 2017-ci il tarixli qərarı ilə də təsdiq olunur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2-1(105)-1089/2024 nömrəli qərarı ilə (hakimlər: V.Hacıyev - sədrlik edən və məruzəçi, H.Babayeva və T.Axundov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 9 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi tarixlərdə N () saylı hərbi hissədə xidmət etməsi barədə məlumat hərbi biletdə əks olunmasa da, Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)-1259/2016 nömrəli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi ilə onun döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Həmçinin, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1051 nömrəli qərarı ilə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərək, ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu təyin edilmişdir və bundan sonra TSEK tərəfindən xx.xx.2017-ci il tarixli 0246003AAB1C nömrəli arayışla İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikası nın müdafiəsi zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir. DSMF-nin HQXRŞİİ tərəfindən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 2-ci qrup əlil olmasına görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 351,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Bununla da iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsində bilavasitə iştirak etməsi halının müəyyən edilməsi mümkün olmuşdur.

17. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən «Veteranlar haqqında» Qanunun 3, 7-ci maddələrinə, eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsas namənin 1-ci bəndinə istinad etmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı il tarixdən başlamış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilmişlər. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çaqrılmıs hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı fərman ı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı isə 29 sentyabr 1996-cı il tarixdə qəbul edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2-1(105)-1089/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasinin Konstitusiyasi: Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Maddə

127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəq ildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. 22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digə r hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilm əsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərk ibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hə rbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Qeyd.

1. Bu qayda Azərbay can Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiklə ri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şik ayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmaların ı yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı iş üzrə id diaçının hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtinasında Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 1409 nömrəli arayışına və təqdim olunmuş digər sənədlərə əsasən N nömrəli hərbi hissə komandirinin iyun-noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti və yaralanmağı barədə məlumat olmamasına, N nömrəli hərbi hissə komandirinin iyun-noyabr 1992-ci il tarixli əmrinin arxiv çıxarışında xidməti vəzifələrini yerinə yetirmədiyinə görə və Müdafiə nazirinin könüllülər haqda əmrinə müvafiq olaraq xx.xx.1992-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi halına istinad etmişdir.

32. Məhkəmə kollegiyası cav abdehin imtinası ilə bağlı qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı hərbi xidmətdən tərxis olunandan sonra Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən təkrarən hərbi xidmətə çağırılaraq, Qubadlı rayonunun ərazisində dislokasiya olunan N () saylı hərbi hissəyə xx.xx.1992-ci ildə atıcı vəzifəsinə təyin olunmuşdur.

33. İddiaçının qeyd edilən tarixlərdə N () saylı hərbi hissədə xidmət etməsi barədə məlumat hərbi biletdə əks olunmasa da, Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)-1259/2016 nömrəli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi ilə onun döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir.

34. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017- ci il tarixli 1051 nömrəli qərarı ilə müəyyən olundu ki, iddiaçı Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış və döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı xəsarət nəticəsində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ak. Mir-Qasımov adına Respublika Kliniki xəstəxanasında müayinə və müalicə olunmuş, diaqnoz: “Başın və sağ daban nahiyyəsinin odlu güllə yaralanması, sümüklərin zədələnməməsi ilə” və xx.xx.1992-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Sağ daban nahiyyəsinin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanması nəticələri və sağ təpə nahiyyəsinin sağalmayan yarası” (Azərbaycan Res publikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin xx.xx.2017-ci il tarixli 509 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 112 nömrəli göndərişi, Ak. Mir-Qasımov adına Respublika Kliniki xəstəxanasından verilmiş xx.xx.1992ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1992-ci il tarixli 440 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

35. Bundan əlavə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 0246003AAB1C nömrəli arayışa əsasən, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik Azərbaycan Respublikasının ər azi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə əlaqədar verilmişdir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının N () nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından və hospitalda müalicə aldığına görə N nömrəli hərbi hissənin komandirinin xx.xx.1992-ci il tarixli 35 nömrəli əmri ilə tutduğu vəzifədən azad edildiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr vete ranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

38. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual normaların tələblərinə uyğun olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2-1(105)-1089/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar