Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-684/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə çıxarış verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ə razi İdarəsinə qarşı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-555/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən və iddiaçının istifadəsində olan 1.02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə çıxarış verilməsi öhdəli yinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx xxxxxx 2018-ci il tarixli 2307 nömrəli arxiv arayışına əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən və sahəsi 1,02 ha olan torpaq sahəsi dövlətin qərarı ilə iddiaçının atası Balaəmi Seyidverdi oğluna verilmişdir. Atası xx xxxxxxxx 1986-cı ildə ölmüşdür. Atasının ölümündən sonra həmin torpaq sahəsini yeganə vərəsə kimi iddiaçı qoruyub saxlamış və 1939-cu ildən ailəsinin, 1986-cı ildən hazıradək isə iddiaçının istifadəsindədir. İddiaçı həmin torpağı əkib-becərir, qoruyub saxlayır və bütün camaat, icra nümayəndəliyi və bəl ədiyyə də bilir ki, həmin torpaq sahəsi iddiaçıya məxsusdur. İddiaçı vərəsəlik barədə ərizə vermiş və Abşeron rayon 1 saylı notariat kontoru 2017-ci ildə 114 nömrəli vərəsəlik işi açmışdır. Lakin müraciət etsə də notarius bu işi iddiaçıya verməkdən imtina etmişdir. Təkrar müraciətindən sonra Abşeron rayonu 1 saylı Notariat Kontorunun notariusu Bahadur İslamov xx xxxxxx 2018-ci il tarixdə iddiaçıya rəsmi imtina vermişdir. İddiaçı cavabdehə çıxarışın verilməsi barədə ərizə vermiş, cavabdeh xx xxxxxx 2018-ci il tarixli bildirişlə çıxarış verməkdən imtina etmiş və belə əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi başqa şəxslərə şəhadətnamə ilə verilmişdir. Həmin Şəhadətnamələrin kimə verilməsi barədə yenidən vəkil sorğusu göndərilmiş və idarə xx xxxxxxxx 2018-ci ildə belə bir cavab vermişdir ki, “Balami Seyidverdi oğlunun adına daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədədaşınmaz əmlakın dövlət reyestrində keçmiş Tİ-nə MHQ İdarələrinin arxiv məlumatlarında ƏMDK və keçmiş ƏTXK tərəfindən təqdim edilmiş tam olmayan elektron bazada halhazırda 4 saylı Abşeron Ərazi İdarəsində məlumat yoxdur”. Həmin cavabı rəsmi olaraq xx xxxxxxx 2018-ci ildə almışdır. Göründüyü kimi cavabdeh iddiaçının haqlı tələbinə yarımçıq, qanunazidd və başdan sovdu cavab verməklə onun hüquqlarını tamam pozmuşdur. Həmin torpaq sahəsi 1939-cu ildən iddiaçının və onun ailəsinin istifadəsindədir. Atası 1986-cı ildə öldükdən sonra yeganə vərəsə kimi iddiaçı həmin torpağı əkib-becərir, qoruyub saxlayır. Novxanı qəsəbə ərazi nümayəndəliyi və Novxanı qəsəbə bələdiyyəsi də təsdiq edir ki, həmin torpaq sahəsi i ddiaçıya məxsusdur və pay torpağı kimi heç kimə verilməmişdir. Həmçinin bu günə kimi heç kim həmin torpağa iddia etməmişdir. Belə bir vəziyyətdə cavabdeh iddiaçının müraciətindən imtina etməsi qanuna ziddir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-530/2019 nömrəli (sədrlik edən hakim Z.Pirverdiyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixliqərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixl i, 2-1(105)-555/2019 nömrəli (hakimlər N.Nəsibov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və V.Cəfərov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi,birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı ərizəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx xxxxxx 2018-ci il tarixli 2307 nömrəli arxiv arayışına əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən və sahəsi 1,02 hektar olan torpaq sahəsi dövlətin qərarı ilə atası Balaəmi Seyidverdi oğluna verilmişdir. Atası xx xxxxxxxx 1986-cı ildə vəfat etmiş, o, atasının ölümündən sonra həmin torpaq sahəsini yeganə vərəsə kimi qoruyub saxlamış və 1939-cu ildən ailəsini, 1986 -cı ildən hazıradək isə onun istifadəsindədir. Həmin torpağı əkib-becərir, qoruyub-saxlayır və bütün camaat, icra nümayəndəliyi və bələdiyyə də bilir ki, həmin torpaq sahəsi ona məxsusdur. O, cavabdehə çıxarışın verilməsi barədə ərizə vermiş, cavabdeh xx xxxxxx 2018-ci il tarixli bildirişlə çıxarış verməkdən imtina etmiş və belə əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi başqa şəxslərə şəhadətnamə ilə verilmişdir. Həmin şəhadətnamələrin kimə verilməsi barədə vəkil sorğusu göndərilmiş və idarə xx xxxxxxxx 2018-ci ildə belə bir cavab vermişdir ki, Balami Seyidverdi oğlunun adına daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində əmlak üzərində hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində keçmiş Tİ-nə MHQ idarələrinin arxiv məlumatl arında ƏMDK və keçmiş ƏTXK tərəfindən təqdim edilmiş tam olmayan elektron bazada hal-hazırda 4 saylı Abşeron Ərazi İdarəsində məlumat yoxdur. «Həmin cavabı rəsmi olaraq xx xxxxxxx 2018-ci ildə aldığını onun haqlı tələbi yarımçıq, qanunazidd və başdansovdu cavab verməklə onun hüquqlarını tamam pozmuşdur. Həmin torpaq sahəsi 1939-cu ildən onun və ailəsinin istifadəsindədir. Atası 1986-cı ildə öldükdən sonra yeganə vərəsə kimi həmin torpağı əkib-becərir, qoruyub-saxlayır. Həmçinin bu günə kimi heç kim həmin torpağa iddia etməmişdir. Belə bir vəziyyətdə cavabdehin onun müraciətindən imtina etməsi qanunaziddir. Məhkəmə iddianı rədd edərkən Novxanı bələdiyyəsinin belə bir cavabına əsaslanmışdır ki, məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Abşeron rayonu, Novxanı Bələdiyyəsinin xx xxx 2019-cu il tarixli 53 saylı məktubundan görünür ki, Novxanı kənd sakini İddiaçı Baləmi oğlunun Novxanı kəndi ərazisində iddia etdiyi 1,02 hektar torpaq sahəsi Novxanı bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. Məktubda 1,02 hektar torpaq sahəsinin İddiaçı Baləmi oğlunun istifadəsində olduğu qeyd olunur. Lakin həmin torpaq sahəsi onun istifadəsində deyildir, vətəndaş torpaq sahəsində hər hansı bir tikinti (hasar), abadlıq işləri və heç bir zaman əkin-biçin işləri görməmişdir. Qeyd olunan torpaq sahəsi Novxanı kəndinin Aşağıbaş adlanan hissəsində yerləşir. Həmin ərazi vaxtilə qəzalı (subasma) ərazi olduğu üçün kəndin əhalisinin həmin hissədən yuxarı hissəyə köçürülərək, hər bir ailəyə yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Novxanı kəndində mövcud olan kolxoz, sonradan isə sovxoz təsərrüfatlarının mülkiyyətində olmuşdur. 1996cı ildən ölkədə gedən aqrar islahat nəticəsində Novxanı Üzümçülük-Maldarlıq Sovxozu ləğv olunmuş və sovxozun mülkiyyətində olan torpaqlar xüsusi, dövlət və bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin ərazidə yaşayış evlərinin və perspektiv inkişafa ayrılmış torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin və yeni salınmış yaşayış massivini nəzərə alaraq həmin torpaq sahəsi infrastruktur (məktəb, uşaq bağçası, idman meydançası, iaşə obyektləri və s) üçün nəzərdə tutulmuşdur. İddiaçı Baləmi oğlu halhazırda yaşadığı fərdi yaşayış evi 0,25 hektar torpaq sahəsində yerləşir, həmçinin evinin arxasında atasından qalma 0,25 hektar torpaq sahəsini də istifadə edir. Bu cür torpaq sahələrinin statusunun müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci və 2015-ci il tarixli sərəncamları mövcuddur və sərəncamlar həm 4 saylı Ərazi İdarəsi, həm Novxanı bələdiyyəsi və həm də məhkəmə tərəfindən ciddi şəkildə pozulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019- cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirak ı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublika sı İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli, 2-1(105)-555/2019 saylı qərarla, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını dəyişiklik edilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 2.1, 2.2-ci maddələrinə, «Torpaq islahatı haqqında» xx xxxx 1996-cı il tarixdə qüvvədə olmuş qanuna istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarı səhv olaraq «xahiş edirik» hissəsində xx xxxx 2019-cu il tarixli, 2-1(085)-532/2019 saylı qərar olaraq qeyd etmiş, əslində isə həmin qərarın tarixi – xx xxxxxx 2019-cu il, nömrəsi isə 2-1(105)-555/2019 olur. Kasasiya şikayətində iddiaçının göstərdiyi dəlillərə gəlincə isə, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, məlum olduğu kimi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən və onun istifadəsində olan 1,02 hektar torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, iddiaçının iddiasının əsaslandırılması kasasiya şikayətində onun göstərdiyi dəlillərlə eynilik təşkil edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ИЖ seriyalı, 175333 saylı doğum haqqında şəhadətnaməyə əsasən Balaəmi Seyidverdi oğlu, iddiaçının atasıdır. AZ-1 seriyalı, 891194 saylı ölüm haqqında şəhadətnaməyə görə Balaəmi Seyidverdi oğlu xx xxx xxxxx 1986-cı ildə ölmüşdür. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxxxx 2018-ci il tarixli, 2307 saylı arxiv arayışına əsasən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Xırdalan, Novxanı kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə xx xxx 1939-cu il tarixli aktlar kitabında SSRİ X1 «Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri» haqqındakı qərarına əsasən, kolxozçuların, tək təsərrüfatçıların və kolxoz üzvləri olmayanların Azərbaycan SSR kənd təsərrüfatı kolxozçuları həyətyanı uçastokların ölçülərinin aparılması barədə tərtib olunmuş kitabın 319-cu saxlama vahidinin 10-cu səhifənin 102-ci sıra sa yında Balaəmi Seyidverdi oğluna ayrılmış torpağın ümumi sahəsi 1,02, o cümlədən yaşayış binaları altında 0,01 olmaqla evin yanında uzunluğu 28, eni 105, sahəsi 0,03, qeyri yerlərdə uzunluğu 159,5, eni 27,5 sahəsi 0,44, artıq 0,71 olması barədə qeydiyyatlar vardır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli 4735 saylı notariat hərəkəti aparılmasından imtina edilməsinə dair qərarına əsasən iddiaçıya mərhum atası ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin yerində tədqiqi və müayinəsi zamanı torpaq sahəsinin Abşeron rayonu, Novxanı Bələdiyyəsinin mülkiyyətində olması torpaq sahəsinin b ecərilməməsi, istifadəsiz qalması müəyyən olunmuşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayonu, Novxanı Bələdiyyəsinin xx xxx 2019-cu il tarixli, 53 saylı məktubuna əsasən, Novxanı kənd sakini İddiaçı Baləmi oğlunun Novxanı kəndi ərazisində iddia etdiyi 1,02 hektar torpaq sahəsi Novxanı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Məktubda 1,02 hektar torpaq sahəsinin İddiaçı Baləmi oğlunun istifadəsində olduğu qeyd olunur. Lakin həmin torpaq sahəsi onun istifadəsində deyildir, iddiaçı torpaq sahəsində hər hansı bir tikinti (hasar), abadlıq işləri və əkin-biçin işləri görməmişdir. Qeyd olunan torpaq sahəsi Novxanı kəndinin Aşağıbaş adlanan hissəsində yerləşir. Həmin ərazi vaxtilə qəzalı (subasma) ərazi olduğu üçün kəndin əhalisi həm in hissədən yuxarı hissəyə köçürülərək, hər bir ailəyə yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Novxanı kəndində mövcud olan kolxoz, sonradan isə sovxoz təsərrüfatlarının mülkiyyətində olmuşdur. 1996-cı ildən ölkədə gedən aqrar islahatı nəticəsində Novxanı ÜzümçülükMaldarlıq sovxozu ləğv olunmuş və sovxozun mülkiyyətində olan torpaqlar xüsusi, dövlət və bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi isə aqrar islahatı zamanı bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin ərazidə yaşayış evlərinin və perspektiv inkişafa ayrılmış torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin olduğunu və yeni salınmış yaşayış massivini nəzərə alaraq, həmin torpaq sahəsi infrastruktur (məktəb, uşaq bağçası, idman meydançası, iaşə obyektləri və s.) üçün nəzərdə tutulmuşdur. İddiaçı Baləmi oğlunun hazırda yaşadığı fərdi yaşayış evi 0,25 hektar torpaq sahəsində yerləşir, həmçinin evinin arxasında atasından qalma 0,25 hektar torpaq sahəsindən də istifadə edir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli 02 saylı Qərarının 13-cü bəndinə əsasən keçmiş torpaq mülkiyyətçilərinin, habelə onların vərəsələrinin torpaq sahələri üzərind ə hüquqlarının restitusiyasına yol verilmir. Lakin müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları başqalarının hüquqlarını pozmamaq şərti ilə konkret torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada onların mülkiyyətinə, istifadəsinə və yaxud icarəsinə verilməsi barədə fiziki və hüquqi şəxslərin arzusunu nəzərə ala bilər. Bu hallarda da torpaq sahəsi Torpaq Məcəlləsinin 48ci maddəsinin müddəalarına əməl olunmaqla, həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilməlidir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ g əlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti isə təmin edilməməlidir. Eyni zamanda iddiaçının nəzərinə çatdırılmalıdır ki, mərhum atası ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə aldığı halda, məhkəməy ə yenidən iddia ilə müraciət etmək hüququna malikdir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-555/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-684/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-684/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver