Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-685/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Fərid Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqay ıt şəhər şöbəsinə qarşı xx.xx.1979-cu ildən - xx.xx.2002-ci ilə qədər işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi üzərinə vəzifə olaraq qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-724/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (Abbasova) xx.xx.1958-ci il tarixdə Xanlar şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İ ddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı xx.xx.1979-cu ildən - xx.xx.2002-ci ilə qədər işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi üzərinə vəzifə olaraq qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildən xx.xx.2002ci ilə qədər Zaqatala rayon 18 saylı tibb texnikası və optika mağazasında işləmişdir. Həmin idarədə işləməsi əmək kitabçasında qeyd edilmiş, lakin idarənin sənədləri arxivə təhvil verilməmişdir. İdarənin müdiri yaşlanmış, sənədləri arxivə təh vil verməmiş, özündə saxlamışdır. Onun Zaqatala rayonunda optika mağazasında işləməsini hər kəs bilir, hətta onu optika mağazasında işləyən İradə kimi tanıyırdılar. xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilə qədər 18 saylı tibb texnikası və optika mağazasında işlədiyindən və işlədiyi dövrlər əmək kitabçasında qeyd edildiyindən, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edildiyindən, həmçinin şahid ifadəsi ilə də təsdiq edildiyindən həmin dövrlər onun sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-1222/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1979cu ildən - xx.xx.2002-ci ilə qədər işlədiyi dövrün sosial sığorta stajına daxil edi lməsi və ona xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(105)-724/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Vidadi Cəfərov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya ş ikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı cavabdehə müraciət edərək ona ərizəsində qeyd edilən müddətinin sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, sonuncu ərizəçinin xx.xx.1979-cu il tarixidən xx.xx.2002-ci il tarixədək işlədiyi müddətin yoxlanılması üçün müvafiq qaydada sorğu göndərmiş, lakin müəssisənin arxiv sənədləri saxlanılmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmadığından onun müraciətindən imtina edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-724/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Abdullayev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiy a şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qə rarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı cavabdehə müraciət edərək ona ərizəsində qeyd edilən müddətinin sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, sonuncu tərəfindən ərizəçinin xx.xx.1979-cu il tarixidən xx.xx.2002-ci il tarixədək işlədiyi müddətin yoxlanılması üçün müvafiq qaydada sorğu göndərilmiş, lakin müəssisənin arxiv sənədləri saxlanılmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmadığından onun müraciətindən imtina edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının xx.xx. 1979-cu ildən xx.xx.2002-ci ilə qədər 18 saylı tibb texnikası və optika mağazasında iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur. İddiaçı xx.xx.1979-cu ildən - xx.xx.2002- ci ilə qədər Zaqatala rayonu 18 saylı tibb texnikası və optika mağazasında işləməsi ilə bağlı ona aid sənədləri həmin müəssisənin rəhbərindən əldə etmiş və həmin sənədlər iş materiallarına əlavə edilmiş və iddiaçının Zaqatala rayonu 18 saylı tibb texnikası və optika mağazasında işləməsi faktı işdə olan vətəndaş X1 şahid ifadələrində öz əksini tapmışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın ə sası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasında da xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilə qədər 18 saylı tibb texnikası və optika mağazasında işləməsi öz əksini tapmışdır. İddiaçının həmin dövrlərə aid sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına im kan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1958-ci il təvəllüdlü olduğundan xx.xx.1979-cu ildən - xx.xx.2002-ci ilə qədər 18 saylı tibb texnikası və optika mağazasında işlədiyi dövrlərdə nəzərə alındıqda onun xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyası hüq uqu yaranmışdır ki, cavabdeh inzibati orqanın imtinasının əsassız olması faktı öz təsdiqini iş materiallarında tapmışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-724/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-685/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-685/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver