Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-685/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-cil il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşm ə verərək, ona 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1976-cı il tarixdən xx xxxx 1978-ci il tarixə qədər X1 malların qəbulu peşəsində işləmişdir. xx xxxx 1978-ci il tarixdən x xxxxxxxx 1979- cu il tarixə qədər Stepanakerd Elektrik zavodunda mexaniki təchizatda yükləyici işləmişdir. xx xxxxxxx 1979-cu il tarixdən xx xxxxxxx 1980-ci il tarixə qədər Özəl Təhlükəsizlik Xidmətində mühafizədə işləmiş, x xxxxxx 1980-ci il tarixdən xx xxxxxx 1982-ci il tarixə qədər Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Bütün bunları iş materiallarına əlavə olunan MT-İ № ******* nömrəli əmək kitabçası sübut edir. İş materiallarına əlavə olunan xx xxxxxx 2019-cu il tarixli Arayışdan da görünür ki, 0, xx xxxxxx 1983-cü il tarixdə 1 saylı Tikinti Quraşdırma idarəsində 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxxxx 1987-ci il tarixdə həmin müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx xxxxxxx 1987-ci il tarixdə KZOT müəssisəsində vəzifədən azad edilmiş, xx xxxxxxx 1987-ci il tarixdə Xüsusi idarəetmə Mərkəzi PTR-6 əl ilə 4- cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx x xxxxx 1988-ci il tarixdə həmin müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş və xx xxxxx 1988-ci il tarixdə başqa işə köçürülməyi ilə əlaqədar olaraq işdən azad edilmişdir.xx xxxxx 1988-ci il tarixdə Bakı şəhəri Boruçəkmə idarəsinə 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx xxxx 1989- cu il tarixdə həmin idarədə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş və xx xxxxx 1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.Əmək kitabçasından da göründüyü kimi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxx 2000-ci il tarixə qədər 1 saylı Körpütikinti qatarının Yevlax sahəsində qaynaqçı işləmiş, xx xxxxx 2000-ci il tarixdən xx xxxxxx 2002-ci il tarixə qədər Füzuli rayon 6 nömrəli Tədarük istehsalat Kontorunda təchizatçı işləmişdir. İş materiall arına əlavə olunan xx xxxxxx 2019-cu il tarixli arayışdan və əmək kitabçasından da göründüyü kimi xx xxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixə qədər "Xəzərdənzineftqaztikinti" trestinin 4 saylı ixtisalaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı peşəsində işləmişdir. "Xəzərdənzineftqaztikinti" tresti SOCAR-ın xx xxxx 2007-ci il tarixli əmrinə əsasən "Neftqaztikinti"tresti adlandırılaraq SOCAR-ın xx xxxx 2007-ci il tarixli əmrinə əsasən 4 saylı Tikinti Quraşdırma idarəsi adlandırılmışdır.Bundan başqa iddiaçı xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixə qədər 3 saylı Tikinti Quraşdırma idarəsində əl ilə qaynaqda elektrik qaynaqçısı işləmişdir (Əmək stajı 9 ay təşkil edir). xx xxxxxx 2015ci il tarixdə "Neftqaztikinti" trestinin 3 saylı Tikinti Quraş dırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir. Əmək stajı 4 il 2 ay 29 gün təşkil etmişdir. Ümumiyyətlə buradan göründüyü kimi elə təkcə bu arayışa əsasən elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 17 il 2 ay 16 gün təşkil etmişdir. Qeyd olunmalıdır ki, bu günə qədər də iddiaçı həmin idarədə elektrik qaynaqçısı olaraq işləyir. Bütün bunları qeyd edərək və sənədləri təqdim edərək iddiaçı güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etsə də, Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə imtina məktubu göndərilərək bildirildi ki, əmək kitabçasında qeyd edilmiş xx xxxxxxx 1976-cı il tarixdən xx xxxxxx 2002ci il tarixə qədərki dövr arxiv arayışları ilə təsdiq edilmir. Qanunvericiliyə əsasən bu iş stajı əmək kitabçası ilə sübuta yetirilir. Bu səbəbdən, cavabdeh inzibati orqanın imtinası əsassız hesab olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat:
3. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli 2-1(112)- 2556/2020 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı pensiya hüququ yarandığı gün yəni, 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır
4. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə, “X6” Qanunun 9.8-ci maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə, Nazirlər Kabinetinin xx xxxx 1993- cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1.,68.2-ci maddələrinə istinadən, belə hesab etmişdirki iddia tələbi qanuni və əsaslıdır.
5. Cava bdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1953/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qararını dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən birinci instansiya məhkəməsinin də tətbiq etdiyi maddi hüquq normalarına istinad edərək, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətlərini və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixli bir arayışa istinad edərək güzəştli iş stajının olduğunu iddia edir. Halbuki həmin arayışın mötəbərliyi şübhə altındadır. İlk öncə, arayışı imzalayan şəxsin “Azərborukəmərtikinti” icarə müəssisəsində tutduğu vəzifə bəlli deyil. İnternet Vergi İdarəsində əlda olunan çıxarışla “Azərborukəmərtikinti” icarə müəssisəsinin(VÖEN **********) qanuni təmsilşisi X5 olduğu təstiqlənir.
9. İkincisi “Mülkiyyət” qazetinin xx xxxx 2019-cu ildə çap edilmiş 30-cu sayında bu məzmunda elan verilib: “Azərborukəmərtikinti” icarə müəssisəsində və “Azərborukəmərtikinti” Trestinin 4 nömrəli Tikinti Quraşdırma müəssəsinin hüquqi sənədlərinin (nizamnamə,şəhadətnamə və VÖEN), o cümlədən möhür və ştamplarının itdiyi üçün etibarsız hesab edilsin.” Bu hal, Arayışa vurulmuş möhürün mötəbərliyini şübhə altına alır.
10. İddiaçı, iddia etdiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması barədə güzəştli arayışı təqdim edə bilməyib. Halbuki ƏƏSMN-nin Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təstiqlənmiş “X6” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nin 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təstiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli əlavadə göstərilir ki, müraciət edən şəxs X6” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
11. İddiaçı xx xxxxxx 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilmir.Ona görə də, “X6” Qanunun 9.8-ci naddəsi ona şamil edilə bilməz.
12. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1953/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edil məsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Tərəflərin izahatı:
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
15. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və ye ri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır Əsaslandırıcı hissə
18. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib -edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 2-1(103)-1953/2020 nömrəli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlilllər əsassizdır.
22. Belə ki, cavabdeh kasasiya şikayətində yazır ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixli bir arayışa istinad edərək güzəştli iş stajının olduğunu iddia edir. Halbuki həmin arayışın mötəbərliyi şübhə altındadır. İlk öncə, arayışı imzalayan şəxsin “Azərborukəmərtikinti” icarə müəssisəsində tutduğu vəzifə bəlli deyil. İnternet Vergi İdarəsində əlda olunan çıxarışla “Azərborukəmərtikinti” icarə müəssisəsinin(VÖEN **********) qanuni təmsilşisi X5 olduğu təstiqlənir.”
23. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işdə olan (iş səh. 59) birinci instansiya məhkəməsinə ünvanlanmış 17 avqust 2020-ci il tarixli məktubdan görünür ki, “Azərborukəmərtikinti” icarə müəssisəsi deyil, hal hazırda “xxxx” MMC kimi fəaliyyət göstərir və MMC-nin direktoru V.M.Orucovdur, xx.xx.2019-cu il tarixə qədər isə X2 olmuşdur.
24. Cavabdehin isə kasasiya şikayətində istinad etdiyi müəssisənin qanuni təmsilçilsi olduğu X4, o cümlədən müəssisənin dövlət qeydiyyat ına alındığı tarix xx.xx.1992-ci ildir.
25. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı “Azərborukəmərtikinti İcarə Müəssisəsi” tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə (əmr No 23 OT xx.xx.1983-cü il) 1 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. xx.xx.1987-ci il tarixdə (əmr No 130 OT xx.xx.1987-ci il) həmin müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə verilib. xx.xx.1987-ci il (əmr No 139 OT xx.xx.1987-ci il) KZOT müəssisəsində vəzifəsindən azad edilir. xx.xx.1987-ci il (əmr № 91 OT xx.xx.1987-ci il) Xüsusi İdarəetmə Mərkəzi PTR-6 əl ilə 4-cü dərəcəli elektrik qaynaqçısı vəz ifəsinə işə qəbul edilib. xx.xx.1988-ci il (əmr № 9k OT xx.xx.1988-ci il) həmin müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilib. xx.xx.1988-ci il (əmr №28 OT xx.xx.1988ci il) başqa işə (5 st 29 k 30 saylı əmr RSFSR) köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilir.xx.xx.1988-ci il (əmr №51 OTxx.xx.1988-ci il) SMY №1 Bakı şəhəri Boruçəkmə İdarəsinə 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. xx.xx.1989-cu il (əmr № 32 OT xx.xx.1989-cu il) həmin idarədə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilib.xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib.
26. Cavabdehin kasasiya şikayətindəki digər bir dəlili isə ondan ibarətdir ki, “Mülkiyyət” qazetinin xx xxxx 2019-cu ildə çap e dilmiş 30-cu sayında sözügedən müəssəsinin sənədlərinin, o cümlədən möhür və ştamplarının itdiyi üçün etibarsız hesab edilməsi elanıdır ki, bu cavabdehin qənaətinə görə arayışa vurulmuş möhürün mötəbərliyini də şübhə altına alır.
27. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, əvvəla müəssisənin həmin atributlarının itən kimi, sonradan tapıla da bilərdi ki, bu da möhürün mötəbərliyinin şübhə altına alınması əsas sayılması anlamına gəlmir, digər tərəfdən iddiaçının adıçəkilən müəssisədə işləməsi, vəzifələrdə konkret göstərilməklə etibarlığı şübhə altına alınmayan əmək kitabçası ilə də təsdiq olunur.
28. Nəhayət cavabdeh kasasiya şikayətində yazır ki, “iddiaçı, iddia etdiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması barədə güzəştli arayışı təqdim edə bilməyib. İddiaçı xx xxxxxx 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilmir”.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, işdə (iş səh 59,60,61,62,63) sözügedən arayışlar mövcuddur.
30. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ıddiaçı xx.xx.1976-cı ildən Barama dolama avtomatı sexinə barama qaynadan şagirdi qismində işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə barama qaynadan vəzifəsinəkeçirilmiş, xx.xx.1978-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1978-ci il tarixdən xx xxxxxxxx 1979-cu il tarixədək Stepanakert elektrik texniki zavodunda maditexniki təminat şöbəsinə yükvuran fəhlə qismində fəaliyyət göstərmiş; xx.xx.1979-cu il ta rixdən xx.xx.1980-ci il tarixədək DQMV Dİİ idarədən kənar mühafizə şöbəsinə qarovulçu qismində qəbul edilmiş; xx.xx.1980-xx.xx.1982-ci il tarixədək Sovet ordusunun sıralarında xidmət etmiş, 01.0.1983-cü il tarixdən TQİ “Azərbaycan boru-kəmər tikinti”də 3-cu dərəcəli çilingər qismində işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli izolyasiyaçı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə kurs bitdikdən sonra 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş və xx.xx.1987-ci il tarixdə işdən azad edilmiş; xx.xx.1987-ci il tarixdən İxtisaslaşdırılmış STTİ-6 MİMPS trestində 4-cü dərəcəli əl qaynağı elektrik qaynaqçısı vəzifəsinə köçürülmə ilə qəbul olunmuş, xx.xx.1988-ci il tarixdə əl ilə qaynaq e lektrik qaynaqçısı 5-ci dərəcəsi verilmiş və xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş; xx.xx.1988-ci il tarixdən TQİ №1 “Azərbaycan boru-kəmər tikinti”də ixtisaslaşdırılmış STTİ6 MİMPS trestindən köçürülmə ilə 5-ci dərəcəli əl ilə qaynaq elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu ildə əl ilə qaynaq elektik qaynaqçısı 6-cı dərəcəsi verilmiş və xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1998-ci il tarixində 1 saylı KTQnin Yevlax sahəsinə qaynaqçı qəbul edilmiş, xx.xx.1998-ci il tarixində 1 saylı KTQ-nin ləğvinə görə 3 saylı X7ynaqçı qəbul edilmiş,xx.xx.2000-ci il tarixində idarənin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.2000-ci il tarixində Fizuli 6 №li X3 Təhcizatçı təyin edilmiş, xx.xx.2002-ci il tarixində işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdən “Xəzərdənizneftqaztikinti” tresitinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialının 1 saylı sahəsinə 5-ci dərəcə ilə əl qaynaqçısı, xx.xx.2002-ci il tarixdən həmin peşə üzrə 3 saylı sahəyə keçirilmiş, xx.xx.2003-cü il tarixdə elektik-qaynaqçı kimi 6-cı dərəcə verilmiş və xx.xx.2014-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2014-cü il tarixdən “Nefqaztikinti “ trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci il tarixində işdən azad edilmiş, xx.xx.2015-ci il tarixdə SOCAR-ın Neftqaztikinti tresti 3 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, halhazıradək həmin peşədə işləyir.
31. Həmçinin apelyasiya instans iyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxx 2020-ci il tarixli, 472 saylı məktubuna əsasən, “Azərborukəmərtikinti” İcarə müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
32. Belə olan halda məhkəmə kollegiyası belə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına “X6” Azərbaycan Respublikası Qanununun 9, 23.2-ci, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr ed ilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndini, “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin e dilməməli apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-1953/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.