Məhkəmə qərarları › İş №2-1(102)-685/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-685/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-685/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X15 Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X15 Baş Gömrük İdarəsinə qarşı ““gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat məbləğində gömrük ödənişinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 21(103)-1157/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (ş/v - 16466011; FİN kodu – 1K1CEBH) ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçı 19 mart 2020-ci il tarixdə mühərrik gücü 1998 m3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN - JHMCR6F3XHC008204) 3548 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X3 keçirilmiş açıq hərracda satın almış və avtomobilin karqo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1945 ABŞ dolları yol xərci ödəmişdir. Avtomobilin Azərbaycana gətirilməsinin cəmi dəyəri 5493 USD təşkil et mişdir. Bundan sonra iddiaçı avtomobilin hərrac vasitəsilə alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan tərəfindən isə gömrük dəyəri 9000 ABŞ dolları olması əsas götürülərək iddiaçıdan 8.533 manat gömrük rüsumu tələb edilmişdir.

3. İddiaçı 7 iyul 2020-ci il tarixdə cavabdehə müraciət edərək ödənilmiş 8533 manat rüsumun (məbləğin) hansı əsasla və qaydada hesablanması barədə (qanunvericilik göstərilməklə əsaslandırılmış formada) məlumatların qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada ona göndərilməsini, eyni zamanda əlavə ödənilmiş 1188 manat məbləğin ona geri qaytarılmasını xahiş etmiş, lakin onun müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 10 avqust 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, mühərrik gücü 2000 m3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 mart 2020-ci il tarixdə mühərrik gücü 2000 m3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) 3548 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X3 keçirilmiş açıq hərracda satın almış və avtomobilin karqo şirkəti tərəfindən Azərbayca na gətirilməsi üçün 1945 ABŞ dolları yol xərci ödəmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin rəsmi, elektron ünvanlarına mart ayından iyun ayının 22-i tarixədək dəfələrlə “Gömrük Məcəlləsinin” 299.4-cü və 50-ci maddələrini rəhbər tutaraq müraciət etməsinə baxmayaraq, gömrük orqanları üçün məcburi olan qərar ona verilməmiş, müraciətinə natamam cavabı verilmişdir. Bundan sonra, avtomobil ölkəyə daxil olduğundan 22 iyun 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi X15 Baş Gömrük İdarəsinə yaxınlaşmış, avtomobilin alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri gömrük orqanına təqdim etmişdir. Lakin heç bir qanunverici əsas göstərmədən avtomobilin dəyəri 9000 ABŞ dolları kimi müəyyən edilmişdir. Halbuki, “Gömrük tarifi haqqında” Qan unun 12.2ci maddəsinə əsasən “Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda bu qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, əsas üsul sövdələşmə üsuludur, yəni rəsmi invoys, (hərrac şirkətinə avtomobil üçün ödənilmiş məbləğin təsdiqi sənədləri) ödəniş çekidir. Belə ki, dəfələrlə 195 qaynar xəttinə və **********-23-22-38 nömrələri ilə əlaqə saxlanılmasına baxmayaraq tələbi nəzərə alınmamışdır. Gömrük orqanının elektron ünvanın həmin avtomobilin rəsmiləşdirilməsi üçün 7344,86 manat göstərilməsinə ba xmayaraq qanunsuz qərar əsasında ondan 8.533 manat rüsum tələb edilmişdir. Bundan sonra avtomobili rəsmiləşdirmədən gömrük orqanında saxladığına görə gömrük rüsumundan əlavə 1188 manat artıq ödəniş etmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, X5 tərəfindən X4 Brooklyn şəhərinin “X12 inc” şirkətindən idxal etdiyi mənşə ölkəsi Yaponiya olan, 2016-cı il buraxılışlı, mühərrikinin həcmi 1998 m3, şassi/ban nömrəsi JHMCR6F3XHC008204 olan “Honda Accord (Hibrid)” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün 22 iyun 2020-cı il tarixdə **********5492 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********5492 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 5493,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 15300,00 manat, 46-cı qrafasında statistik dəyəri 9000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək X5 tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 4075,92 manat, aksiz vergisi 599,40 manat, əlavə dəyər vergisi 3622,56 manat, nəqliyyat vasitəsinin ekspertizasına görə 30,00 manat, texniki eyniləşdir mə şəhadətnaməsinin verilməsinə görə 20 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 8533,28 manat hesablanaraq X5 tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək 23 iyun 2020-ci il tarixdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı X5 tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı **********5492 sorğu nömrəli gömrük bəyannaməsilə bağlı iddiaçı X5 ilə Dövlət Gömrü k Komitəsinin X15 Baş Gömrük İdarəsi arasında heç bir mübahisə olmamışdır. Bunu iddiaçının həmin vaxt ərzində gömrük orqanına və ya məhkəməyə bu məsələ ilə bağlı hər hansı bir müraciətinin olmaması sübut edir. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, poçt vasitəsilə göndərdiyi ərizə ilə Dövlət Gömrük Komitəsinin X15 Baş Gömrük İdarəsinə və Dövlət Gömrük Komitəsinə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Ərizə gömrük orqanı tərəfindən təmin edilm əmişdir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi **********5492 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi **********5492 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür.

7. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-5758/2020 nömrəli qərarı (hakim X9) ilə iddia rədd edilmi şdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi **********5492 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. İddiaçı gömrük ekspertizasının aparılmasına dair hüququndan da istifadə etməmiş, gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini başa çatdırmış və nəqliyyat vasitəsi sərbə st dövriyyəyə buraxılmışdır. Beləliklə, iddiaçı X5 idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra 23 iyun 2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(103)-1157/2021 nömrəli qərarı (hakimlər: X14 (sədrlik edən və məruzəçi) X7 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilmiş, cavabdehin üzərinə mühərrik gücü 2000 sm3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat məbləğində gömrük ödənişinin iddiaçıya geri qaytarılması öhdəliyi qoyulmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində olan gömrük ödənişlərinin hesablanmasına əsasən dəyəri 5493 USD, istehsal tarixi bir ildən çox, mühərrik həcmi 2000 sm3 X6 istehsalı olan nəqliyyat vasitəsinin gömrük rəsmiləşdiri lməsi aşağıdakı qaydada müəyyən edilmişdir: - aksiz vergisi 600 AZN; mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 4080 AZN; - əməliyyat haqqı 60 AZN; - vəsiqə haqqı 30 AZN; - ƏDV 2539.46 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN; - cəmi 7344,86 AZN. İş materiallarından müəyyən olunmuşdur ki, mühərrik gücü 2000 sm3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) avtomobilin rəsmiləşdirilməsi üçün 7344,86 manat göstərilməsinə baxmayaraq, heç bir izah göstərilmədən iddiaçıdan 8.533 manat gömrük rüsumu alınmışdır. Qeyd olunan avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat (8533.28-7344.86=1188) məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılma lıdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, **********5492 sorğu nömrəli gömrük bəyannaməsindən də göründüyü kimi, iddiaçı gömrük bəyannaməsində idxal etdiyi nəqliyyat vasitəsinin gömrük və statistik dəyəri ilə yanaşı, invoys dəyərini da ayrıca qeyd etmiş, başqa sözlə nəqliyyat vasitəsinin gömrük dəyərinin 15.300,00 manat məbləğində olmasından məlumatlı olmuş, gömrük ödənişlərini ödəyərək nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılmasına etiraz etmə mişdir. İddiaçının idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin aparıldığı **********5492 sorğu nömrəli gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsulu onun tərəfindən sərbəst iradə ilə seçilmişdir. Hesab edilməlidir ki, **********5492 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə gör ə onlar cavabdehlik və məsuliyyət daşıyır. Beləliklə, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi **********5492 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçı X1 təsdiqlədiyi **********5492 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların iddiaçı tərəfindən bəyan edildiyini qeyd etmişdir. Halbuki, gömrük orqanı gömrük bəyannaməsinin təsdiq edilməsi və onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmçinin kassasiya şikayətində iddiaçının gömrük ekspertizasının keçirilməsi ilə bağlı müraciət etmədiyi qeyd olunmuşdur. Ekspertizanın aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Halbuki, cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya məlumat verməmiş, bundan başqa avtomobilin gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: M addə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 16. “Gömrük tarifi haqqında” Qanun: Maddə 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Maddə 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməs i ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tət biq edilir.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları Bənd 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; Bənd

4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq əriz ə ilə müraciət edə bilər. 18. ”İnzibati icraat haqqında” Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hall arda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayə ti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqe yinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab etməklə, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

25. Şikayətin dəlillərinə görə, **********549 2 sorğu nömrəli gömrük bəyannaməsindən də göründüyü kimi, iddiaçı gömrük bəyannaməsində idxal etdiyi nəqliyyat vasitəsinin gömrük və statistik dəyəri ilə yanaşı, invoys dəyərini da ayrıca qeyd etmiş, başqa sözlə nəqliyyat vasitəsinin gömrük dəyərinin 15.300,00 manat məbləğində olmasından məlumatlı olmuş, gömrük ödənişlərini ödəyərək nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir. İddiaçının idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin aparıldığı **********5492 sorğu nömrəli gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsulu onun tərəfindən sərbəst iradə ilə seçilmişdir. Hesab edilməlidir ki, **********5492 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası nın gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gömrük ərazisinə gətirdiyi nəqliyyat vasitəsinə münasibətdə “ehtiyat üsul”un tətbiqinin iddiaçının öz iradəsinə uyğun olaraq baş verdiyinə dair cavabdehin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul edilə bilməz. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edir ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etsə də, cavabdeh bəyannamədə 9.000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izah ını verməmişdir.

27. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.

29. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

30. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir.

31. Digər tərəfdən, iddiaçı yuxarıda qeyd olunan nəqliyyat vasitəsinin idxalı üçün çəkəcəyi gömrük xərclərini bilavasitə cavabdehin rəsmi internet səhifəsindəki məlumatlara əsasən əvvəlcədən müəyyən etmişdi. Buna görə də, iddiaçıya münasibətdə tətbiq edilən üsulun onun iradəsinə uyğun olduğuna dair dəlil əsaslı hesab oluna bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası iddianın əsaslı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edir.

33. Yuxarıda göstəri lənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(103)-1157/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar